Azərbaycana qarşı döyüşən muzdlu komandir .....                     Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi .....                     “Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı .....                     Ukraynalı rusun toyunda oynadı, ara qarışdı .....                     Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü .....                     Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... .....                     Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq .....                     Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb .....                     Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi .....                     Tanınmış aktrisa KÖVRƏLDİ: .....                     Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb .....                     «Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb .....                     Bu müharibənin başlanması realdır .....                     Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib .....                     Azərbaycanda banklar birləşəcək .....                     Xamenei işimizə mane olur .....                     BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! .....                     "Ölümü aldadıb bu yaşa gəlmişəm" .....                     Müəllimlərin geyimi neçəyə SATILACAQ? .....                     AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü .....                     “Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək .....                     Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir .....                     Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı .....                     YAP-da “kadr zəlzələsi” olacaq .....                     Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib .....                     Rus ordusu Xarkovda iki kəndi işğal etdi .....                     Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? .....                     İrəvan Teatrının yeni direktoru kimdir? .....                     "Bətnimdəki Səs" .....                     “Space TV” İFLAS HƏDDİNDƏ! .....                     Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” .....                     Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib .....                     İran “Amazon”un məlumat mərkəzini vurub .....                     Düz-əməlli marşrut da yoxdur ki... .....                     Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” .....                     İcra başçısı rəisi işdən çıxardı - FOTO .....                     İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər .....                     CHP Özgür Özəlin sirlərini yaymağa başladı .....                     SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib .....                     Azərbaycan nefti 8%-dən çox bahalaşıb .....                 

Əli Abbasovun cibxərcliyi olan milyonlar - Bunları bilməli idik
Tarix: 30-11-2016, 09:04 | Çap et
Əli Abbasovun cibxərcliyi olan milyonlar
1-ci yazı

Son bir həftə ərzində müxtəlif KİV-lərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) keçmiş rəhbərliyi dövründə baş verən məlum hadisələrdən bəhs edən məlumat xarakterli yazılar kulminasiya nöqtəsinə çatdı. Faktinfo.az da bu xəbərləri istinadla yayımladı. Elə bilirəm ki, bu hadisələrin bilavasitə “MTN işi” ilə əlaqəli olduğunu nəzərə alıb, barəsində bəhs edəcəyimiz prosesləri də şərti olaraq “Rabitəçilər işi” adlandırmağıma heç kəs etiraz etməz. İstənilən halda, bunun artıq hansısa bir əhəmiyyət kəsb etmədiyi də aydındır. Beləliklə, “Rabitəçilər işi” üzrə keçirilmiş həbslər, bir müddət əvvələ qədər RYTN-nin rəhbərliyində duran şəxslərin istintaqa verdikləri ifadələr, külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi, qeyri-qanuni dinləmələr, rabitəçilərin keçmiş MTN rəhbərliyinin və bəzi əməkdaşlarının dövlət əleyhinə yönələn fəaliyyətlərində iştirakı, hətta bu iştirakın hansı hallarda könüllü və hansı hallarda məcburi olması barədə ehtimallar və ümumiyyətlə bu məsələlərin istənilən bir təfərrüatına aydınlıq gətirə biləcək hər hansı məlumat hələ uzun müddət ictimai marağını saxlayacaq. Elə biz də məhz bu marağı nəzərə alaraq, bu günə qədər mətbuatda dərc olunan məlumatlar əsasında müəyyən təhlillər aparmaq və bu təhlillərin bəzi nəticələrini oxucularımızla bölüşmək qərarına gəldik.

Başlıqlar niyə şişirdilir?

Razıyam, əvvəlcə gərək mən özüm “başlıq şişirdilir” ifadəsilə nə demək istədiyimə aydınlıq gətirim. Şəxsən mən bu ifadəni, sərlövhəsində oxucuya az qala canlı dinozavr vəd edib, mətnində isə, ən çoxu orta ölçülü bir timsahdan bəhs olunan yazılara şamil edirəm. Əlbəttə, oxucu diqqətini cəlb etmək məqsədilə bu kimi fəndlərə müraciət olunmasına bütün dünya ölkələrinin KİV-lərində geniş rast gəlinir. Amma necə deyərlər, hər bir medalın ikinci üzü də var. Təsəvvür edin ki, konkret oxucunun nə timsahlar, nə də dinozavrlar barədə elə də dərin məlumatı, bilgisi yoxdur. Bu zaman nə baş verir? Həmin oxucunun şüurunda, nəhəng, güclü-qüdrətli dinozavr orta ölçülü timsah obrazında formalaşır. Ən əsası da budur ki, bu effektdən qəsdən, məqsədyönlü şəkildə də yararlanmaq mümkündür. Məsələn, götürək elə keçmiş nazir Əli Abbasovun “Rabitəçilər işi” üzrə istintaqa verdiyi bəzi ifadələrin mətbuatda ictimaiyyətə təqdim edilməsi formalarını. Şəxsən mənim diqqətimi belə bir başlıq cəlb etmişdi – Əli Abbasovun istintaqa dəhşət saçan etirafı… Amma yazı ilə tanış olduqda məlum oldu ki, söhbət sadəcə keçmiş nazirin hər ay 200-300 min manat məbləğində “xərclik” almasına dair etdiyi etirafdan gedir. İndi soruşuram, budurmu dəhşət?! Yəni, kimsə keçmiş rabitə nazirinin sadəcə aylıq məvaciblə dolandığına inanırdı? Yoxsa,
bu məbləğləri biz mənimsəmələrin “son həddi” kimi qəbul etməliyik?

Amma bu ifadələrdə dəhşət də olmasa, hiddət doğura biləcək məqamlar kifayət qədərdir. İlk növbədə, Əli Abbasovun bilavasitə özünə aid etdiyi mənimsəmələri aylıq 200-300 min manat civarına sığışdırmaqla, dövlətin yüz milyonlarla, milyardlarla mənimsənilən vəsaitlərindən diqqəti yayındırmaq cəhdləri hiddət doğurur. Eyni zamanda da, keçmiş nazirin rəhbərlik etdiyi qurumun fəaliyyətinə nəzarəti faktiki olaraq itirməsinə və bu fəaliyyətin ölkə qanunlarının ziddinə yönəldilməsindən xəbərdar olmasına rəğmən, ən azından tutduğu vəzifədən istefa verməməsi, baş verənlərə hətta passiv müqavimət belə göstərməməsi də birmənalı şərh oluna bilməz. Amma bu barədə bir qədər sonra, xüsusi bəhs etsək daha yaxşı olar. Hələlik isə, bir qədər də rəqəmlərin dili ilə danışaq və aydınlaşdırmağa çalışaq ki, əsil “dəhşət”lər harada gizlədilir…

STV – sadələşdirilmiş talan vergisi

Gəlin nümunə olaraq, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) keçmiş baş mühasibi, hal-hazırda həbsdə olan Anar Mustafayevin bəzi ifadələrinə diqqət edək. Bu ifadələr artıq mətbuatda dəfələrlə əks olunsa da, aydınlıq üçün bir daha qeyd edim ki, öz ifadələrində Anar Mustafayev dövlət vəsaitlərinin mənimsənilməsi üçün tətbiq olunan klassik maxinasiya üsulundan -“nəğdləşmə” əməliyyatlarından bəhs edir. Həmin ifadələrdən məlum olur ki, özəl MMC rəhbərləri Bayram Vəliyev və Emin Məmmədov 2005-ci ilin may ayından 2007-ci ilin sonuna kimi olan dövr ərzində köçürülən vəsaitin ƏDV-siz hissəsindən 15 faiz, 2008-2009-cu illər ərzində 20 faiz, 2010-2013-cü illər ərzində 25 faiz, 2014-cü ilin yanvar ayından 2015-ci ilin sentyabr ayının axırına kimi olan dövrdə isə, 30 faizini nağd olaraq Anar Mustafayevə veriblər. Bu məmur isə, öz növbəsində Bayram Vəliyev və Emin Məmmədovun ona verdiyi pulları hesabatları ilə birlikdə hər ayın sonunda, ya da növbəti ayın əvvəlində BTRB-nin rəisi olmuş Beytulla Hüseynova çatdırıb: “Əvvəlki dövrlərdə hər ay Beytulla Hüseynova verdiyim pulların miqdarını dəqiq xatırlamıram. Lakin 2015-ci ilin yanvar ayından həmin ilin sentyabr ayına kimi olan dövrdə isə, hər ay Beytulla Hüseynova 270-310 min manat məbləğində pul vermişəm…”

Onlarla, yüzlərlə uğurlu sahibkar göstərmək olar ki, hətta on-on beş il bundan əvvəl, istənilən bir ayın ümumi əməliyyat dövriyyəsini də, gəlirləri və xərcləri də heç bir sənədə baxmadan, əzbərdən söyləyə bilərlər. Niyə? Ona görə ki, işləyiblər, zəhmət çəkiblər və pul qazanıblar. Qazandıqları pulların da hər qəpiyini hara xərclədiklərini beyinlərinə həkk ediblər. Amma Anar Mustafayev “əvvəlki dövrlərdə hər ay Beytulla Hüseynova verdiyi pulların miqdarını dəqiq xatırlamır”. Əlbəttə xatırlamır! Niyə də xatırlamalıdır?! Sadəcə olaraq, əlini uzadıb, bir-iki sənədə dərkənar qoyub, ya da imzalayıb və dövlətin ayırdığı pullara öz malı kimi sahib çıxıb. Həmin pullar da aşağıdan yuxarı, RYTN-nin rəhbərliyinə qədər piramidal şəkildə toplanıb. Sonda isə, əldə olunan məbləğin böyük bir hissəsi bu talançılığa “göz yumulmasını” təmin etmələrinə görə MTN rəhbərliyinə təqdim olunub, qalan məbləğ isə, artıq həmin piramida ilə əks istiqamətdə, yəni yuxarıdan aşağı hər kəsin “payı” verilə-verilə bölüşdürülüb.

Əslində deməyə də çətinlik çəkirəm ki, ümumiyyətlə bu əməliyyatlardan danışarkən konkret məbləğləri qeyd etməyin bir əhəmiyyəti var, ya yox. Məncə elə də böyük əhəmiyyəti yoxdur. Çünki istənilən halda, bu talançılığa yalnız bir ad vermək olar – dövlətə xəyanət! Təsəvvür edin ki, bu insanların əksəriyyəti birbaşa dövlət başçısı tərəfindən səlahiyyətləndirilib və istisnasız olaraq, hamısı da dövlət qulluğunda olmaqla, büdcədən, həmin o taladıqları büdcədən məvacib alıblar! Bəziləri isə, hətta mütəmadi olaraq dövlət başçısının qarşısına çıxmalı, qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı məruzələr etməli olublar! Ölkə rəhbərliyinin göstəriş və tapşırıqlarını, tövsiyyələrini dinləyəndə isə, sakitcə başlarını da yelləyiblər. Və bütün bunlardan sonra da, dövlətin içərisində dövlət qurmaq xülyasına qapılmış “güc sahiblərinə” bac verməklə, özlərinə talançılıq lisenziyası alıblar. Bəlkə mən bu insanların ödədikləri xəracı “talan vergisi” adlandırmaqda səhv edirəm? Olsun, başqa ad verək. Amma, əsla başqa don geyindirməyə çalışmayaq! Çünki, məhz bu talanın sayəsində əldə olunan pullardan qidalanan, güc toplayan ünsürlər, sonda daha böyük və daha təhlükəli xəyanətlərə imza atmağa hazırlaşmışdılar…

Ardı var…

Fuad İsgəndərov
Faktinfo.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycana qarşı döyüşən muzdlu komandir ÖLDÜ
Dünən, 17:01
Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar
Dünən, 16:59
“Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 16:57
Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
Dünən, 16:53
Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü - "MOUZE"
Dünən, 16:41
Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... - ŞƏRH
Dünən, 16:39
Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq - İLGİNC
Dünən, 16:33
Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb - TƏFƏRRÜAT
Dünən, 16:22
Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi - BUNDAN SONRA...
Dünən, 16:19
Tanınmış aktrisa KÖVRƏLDİ: - “Ölmüşdüm, sən məni diriltdin”
Dünən, 16:12
Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb
Dünən, 16:09
«Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb – HESABAT
Dünən, 16:00
Bu müharibənin başlanması realdır – Sabiq nazirdən ŞOK açıqlamalar
Dünən, 15:58
Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib
Dünən, 15:56
Azərbaycanda banklar birləşəcək
Dünən, 15:41
Xamenei işimizə mane olur - Əraqçi
Dünən, 15:40
BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! - AXI NİYƏ?..
Dünən, 15:35
"Ölümü aldadıb bu yaşa gəlmişəm" - Xalq artisti
Dünən, 15:32
Müəllimlərin geyimi neçəyə SATILACAQ? - AÇIQLAMA
Dünən, 15:30
AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü - SİYAHI
Dünən, 15:24
“Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək - YIĞINCAQ
Dünən, 15:22
Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir - İNCƏLƏMƏ
Dünən, 15:19
Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 15:16
YAP-da “kadr zəlzələsi” olacaq - Deputatdan səs-küylü açıqlama
Dünən, 15:14
Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib - DİQQƏT!
Dünən, 15:13
Rus ordusu Xarkovda iki kəndi işğal etdi - KİV
Dünən, 15:09
Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:59
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Dünən, 14:57
"Bətnimdəki Səs" - Əfsanə Zaman...
Dünən, 14:52
“Space TV” İFLAS HƏDDİNDƏ! - TƏFƏRRÜAT
Dünən, 14:44
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
Dünən, 14:37
Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib
Dünən, 14:36
İran “Amazon”un məlumat mərkəzini vurub
Dünən, 14:35
Düz-əməlli marşrut da yoxdur ki... - NARAZILIQ VAR...
Dünən, 14:30
Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” – BİRİ Putin...
Dünən, 14:25
İcra başçısı rəisi işdən çıxardı - FOTO - FOTO
Dünən, 14:23
İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər
Dünən, 14:20
CHP Özgür Özəlin sirlərini yaymağa başladı
Dünən, 10:35
SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
Dünən, 09:39
Azərbaycan nefti 8%-dən çox bahalaşıb
Dünən, 09:38
Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?
Dünən, 08:20
"Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... - Cənab Məmmədov NƏ İSTƏYİR?
Dünən, 08:17
Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi - TƏFƏRRÜAT
Dünən, 08:07
Ukrayna hərbçiləri açıqladı: - Ruslar üçün ən vacib nöqtə...
Dünən, 08:05
Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi – onları nə gözləyir?
Dünən, 08:04
Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... - Xocalıda işlətdiyi işçilərin pulunu vermir
Dünən, 08:01
"Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı - FOTO
Dünən, 07:49
Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur - NƏ ETMƏLİ?
Dünən, 07:45
Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək - ARAŞDIRMA
Dünən, 07:42
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - FAKT BUDUR!
Dünən, 07:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru