Azərbaycana qarşı döyüşən muzdlu komandir .....                     Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi .....                     “Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı .....                     Ukraynalı rusun toyunda oynadı, ara qarışdı .....                     Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü .....                     Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... .....                     Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq .....                     Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb .....                     Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi .....                     Tanınmış aktrisa KÖVRƏLDİ: .....                     Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb .....                     «Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb .....                     Bu müharibənin başlanması realdır .....                     Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib .....                     Azərbaycanda banklar birləşəcək .....                     Xamenei işimizə mane olur .....                     BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! .....                     "Ölümü aldadıb bu yaşa gəlmişəm" .....                     Müəllimlərin geyimi neçəyə SATILACAQ? .....                     AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü .....                     “Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək .....                     Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir .....                     Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı .....                     YAP-da “kadr zəlzələsi” olacaq .....                     Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib .....                     Rus ordusu Xarkovda iki kəndi işğal etdi .....                     Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? .....                     İrəvan Teatrının yeni direktoru kimdir? .....                     "Bətnimdəki Səs" .....                     “Space TV” İFLAS HƏDDİNDƏ! .....                     Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” .....                     Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib .....                     İran “Amazon”un məlumat mərkəzini vurub .....                     Düz-əməlli marşrut da yoxdur ki... .....                     Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” .....                     İcra başçısı rəisi işdən çıxardı - FOTO .....                     İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər .....                     CHP Özgür Özəlin sirlərini yaymağa başladı .....                     SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib .....                     Azərbaycan nefti 8%-dən çox bahalaşıb .....                 

Ramiz Həsənov korrupsiyanı standartlaşdırıb - İTTİHAM VAR
Tarix: 23-09-2016, 08:52 | Çap et
Ramiz Həsənov korrupsiyanı standartlaşdırıb
“Biz də ciddi şəkildə korrupsiya ilə mübarizəyə qoşulmuşuq. Desək ki, bizdə korrupsiya olmur yalan olar. Çünki, komitənin hər bir yerdə işçiləri var, onların hamısına nəzarət etmək olmur”. Bunu hələ 2010-cu ildə keçirdiyi mətbuat konfransında Standartlaşma, Patent və Meterologiya Komitəsinin sədri Ramiz Həsənov deyib. Komitə sədrinin açıqlamasından təxminən 6 il ötür və bu sahədə korrupsiya tüğyan etməkdədir. Komitə öz səlahiyyətlərini biznesə çevirib və nəzarət adı ilə müxtəlif müəssisələrə, obyektlərə gəlir mənbəyi kimi baxır. “Gündəm-xəbər”in bu barədə apardığı araşdırmalar, əldə etdiyimiz faktlar və şikayətlər, o cümlədən media üzərindən yayılan məlumatlardan çıxan qənaət budur ki, R.Həsənov korrupsiyanı standartlaşdırıb, patentləşdirib və metereologiyaya çevirib. Adi fakt: bu ilin fevralında Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Texniki Tənzimləmə və Standartlaşdırma İdarəsində aparılan yoxlamalar zamanı 300 sərəncamın qanunsuz ləğv edilməsi halı aşkarlanıb. Bunu Azərbaycan Hesablama Palatasının auditoru deyib. Pozuntular adıçəkilən qurumun aparat xərclərinin yoxlanılması zamanı aşkar edilib: “Təsəvvür edin ki, sərəncam təqdim edib hansısa qurumda yoxlama aparıblar, daha sonra gəlib həmin sərəncamları ləğv ediblər. Auditor təşkilatlarından xahiş edirəm ki, yoxlamalar apararkən bu məsələləri də nəzərə alsınlar”. Azərbaycan reallığında yoxlama apardıqdan sonra, onun aparılması barədə sərəncamlar o zaman ləğv edilir ki, qurumun rəhbərilə “razılıq” əldə edilir. Daha doğrusu qurumun rəhbəri tələb olunanı verməyə razılaşır. Bu baxımdan Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yalnız bir idarəsində yoxlama aparılmasına dair 300 sərəncam ləğv edilməsi bu qurumun sahibkarlarla hansı şərtlərlə işlədiyini əyani nümayiş etdirir. Media üzərindən yayılan xəbərlərə görə, restoranlar, iri ticarət obyektləri, istehsalat müəssisələri, müxtəlif iaşə məntəqələri komitənin hədəfində olan yerlərdir. Bu müəssisələrdə aşkarlanan nöqsanlar rüşvət müqabilində ört-basdır edilir. Xüsusilə məmurlara məxsus obyektlərdə olan qanunsuzluqları görməzdən gəlirlər. Təsadüfi deyil ki, komitənin rəhbəri ölkədə böyük biznes imperiyasına sahiblənib. İllik gəlirlər onu ölkə səviyyəsində oliqarx edib. Dövlətin verdiyi gücdən istifadə edərək müəssisə rəhbərlərinin başına açmadıqları oyun qalmır. Komitənin müxtəlif müəssisələrdə həyata keçirdiyi yoxlamalar formal xarakter daşıyır. Nəticədə R.Həsənov varlanır. Məsələn, meyvə-tərəvəz emal edən kiçik sexlərdən standartlaşdırma, metrologiya və patent üzrə ayrı- ayrılıqda lisenziya almaq tələb edilir. Hər lisenziyanın da qiyməti 1500 manatdır. Halbuki hər bir lisenziya üzrə dövlət rüsumu 120 manatdan çox deyil. Mətbuat yazıb ki, cəmi 3 ay - meyvə-tərəvəz mövsümündə intensiv işləyən müəssisələr üçün bu çox böyük məbləğdir və əksər müəssisə sahibləri bu yükün altına girmək istəmir. Ramiz Həsənov bu vəzifəyə təyin olunduqdan sonra, yəni 2005-ci ildən başlayaraq qurumun ciddi təzyiqi ilə üzləşiblər. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi şadlıq evi və restoranlarda çatışmazlıqlar “aşkarlayır” və hər obyektə dövriyyəsinə görə “haqq” qoyulur. Fantastik standartlar istənilən vaxt şadlıq evlərinə müdaxilə üçün “hüquqi əsas” verir. Məlum olduğu kimi, şadlıq evləri çox gəlirli müəssisələr sayılır. Xüsusilə də Bakı şəhərində 1000-dən yuxarı şadlıq evi fəaliyyət göstərir. Bununla yanaşı, çoxlu iri restoranda da kütləvi mərasimlər (toy, ad günü və s.) keçirilir. Təbii ki, yeni standartlar bu obyektlərin hamısını əhatə edir və yeni bazarlıqlar ortaya çıxır. Yada salaq ki, prezident İlham Əliyev çıxışlarından birində ölkədə iş adamlarının, sahibkarların fəaliyyətinə qərəzli şəkildə maneə törədilməsi kimi faktın olmasından danışıb. O, bu halları pisləyib və ölkəmizin iqtisadi inkişafı naminə məmurları bu kimi çatışmazlıqlara son qoymağa çağırıb. Amma komitə yanında fəaliyyət göstərən Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti və onun ayrı-ayrı regional şöbələrinin rəhbər şefləri Ramiz Həsənovun himayədarlığı ilə sahibkarlara “qan uddurur”. Komitə rəhbərliyindəki qüvvələr arasında rəqabət də var. Açıq şəkildə büruzə verilmir. Lakin mötəbər mənbədən “Gündəm-xəbər”ə verilən məlumata görə komitə sədri ilə aparat rəhbəri yola getmir. Xaçmazın sabiq deputatı, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin aparat rəhbəri Arif Əşrəfovla Ramiz Həsənov arasında müəyyən rəqabət var. Aparat rəhbəri komitədə heç kimlə, hətta sədr Ramiz Həsənovla belə hesablaşmır. Prezident açıq şəkildə ifadə etdi ki, sahibkarlara qarşı əsassız təzyiqlər var, yerli icra hakimiyyəti və hüquqmühafizə orqanları bəzi hallarda sahibkarlara problemlər yaradırlar. Bu kimi halların yolverilməzliyini bir daha vurğulayan dövlət başçısı hər şeydən xəbərdar olduğunu və neqativ hallara son qoyulmasının vacibliyini diqqətə çatdırıb. Görünən odur ki, adıçəkilən komitə hələ də susqunluğunu qorumaqda və prezidentin göstərişlərinə laqeyd münasibət bəsləməkdə davam edir. Mediada yayılan məlumatlara görə, sahibkarlar mütəmadi olaraq adıçəkilən komitənin onların normal fəaliyyətinə müxtəlif maneələr yaratmağa çalışdığı barədə müraciətlər ediblər. Odur ki, Ramiz Həsənovun prezidentin tövsiyyələrinə ilk qoşulanlardan biri olacağını gözləməkdən təbii heç nə ola bilməzdi. Amma görünən odur ki, ölkə rəhbərliyi sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin aradan qaldırılmasına dair dövlət orqanlarına verdiyi ciddi tapşırıqlar Ramiz Həsənov tərəfindən icra edilmir. Bu isə Ramiz Həsənov üçün heç də xoş perspektiv vəd etmir. Ən azından ona görə ki, prezident həmin müşavirədə qətiyyətlə bəyan etdi ki, tapşırıqlara əməl etməyənləri ciddi cəzalar gözləyir. Komitənin həmçinin məzuniyyət vaxtı orta əmək haqqının müəyyən edilməsi və kollektivin mükafatlandırılması zamanı bəzi nöqsanlara yol verdiyi, bununla da əmək haqqı hesablanan zaman artıq vəsaitin xərcləndiyi açıqlanıb. Müəyyən edilmiş nöqsanların aradan qaldırılması məqsədi ilə həyata keçirilən tədbirlərin nəticələri barədə Komitə tərəfindən təqdim edilmiş məlumata əsasən cəmi 24,2 min manat məbləğində vəsait dövlət büdcəsinə bərpa edilib. Əvəzçilik üzrə şöbə müdiri vəzifəsinə təyin edilmiş şəxslərə tam iş vaxtı üçün əmək haqqı 50% həcmində müəyyən edilib və 40,1 min manat dəyərində alınmış qeyri-maddi aktivlər uçota alınıb.
Əgər palata yoxlama aparmasaydı, mənimsənilən milyonlar dövlət büdcəsinə geri qaytarılmayacaqdı. Mətbuatda yazılanlara görə, bütün bu faktlar Ramiz Həsənovun işinin öhdəsindən layiqincə gələ bilmədiyini göstərir. Özəl qaynaqların bildirdiyinə əsasən, Hesablama Palatasının son yoxlaması sədrin başını əməlli-başlı cəncələ salıb. İddialara əsasən, yoxlama nəticəsində aşkara çıxarılmış faktlar yuxarı dairələrdə narahatlıqla qarşılanıb. Ramiz Həsənovun görəvdən alınma məsələsi gündəmə gəlib. Deyilənə görə, komitə rəhbəri postunu qorumaq üçün artıq bəzi nüfuzlu şəxslərə minnətçi düşüb. Ancaq o da deyilir ki, artıq bir neçə aydır Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SPMDK) sahibkarlıq obyektlərində apardığı yoxlamalar kəskin məhdudlaşdırılıb. Bu isə komitə əməkdaşlarının ürəyincə deyil. Vəziyyətdən ən çox narazı qalan isə SPMDK sədri Ramiz Həsənovdur. O, hökumət dairələrini inandırmağa çalışır. Ki, rəhbərlik etdiyi qurumun təftişlərinin dayandırması bir sıra sahibkarların geniş əl-qol açmasına gətirib çıxarıb. Elə bunu əsas gətirən komitə sədri SPMDK-nın yoxlamalara başlamasına icazə verilməsini istəyir. Yoxlamalarla bağlı hansı yeniliyin edildiyi məlum deyil. Sadəcə, o məlumdur ki, Həsənovun komitəsinə sahibkarlıq fəaliyyətlərinin yoxlanılması yönündə qadağa qüvvədə qalır.
Qeyd edək ki, Ramiz Həsənov 1961-ci ildə Marneulinin Algent kəndində anadan olub. 1975-1981-ci illərdə Gürcüstan SSR Kənd Təsərrüfatı nazirinin müavini olan Ayvaz Həsənovun oğludur. 2004-2005-ci illərdə Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsində çalışıb. 2005-ci ilin dekabr ayında Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin Baş direktoru vəzifəsinə təyin edilib. 2008-ci ilin noyabrından Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədridir. Evlidir, iki övlad atasıdır.

Hörmətli komitə sədrinin ittihamlarla bağlı mövqeyini dinləməyə hazırıq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycana qarşı döyüşən muzdlu komandir ÖLDÜ
Bu gün, 17:01
Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar
Bu gün, 16:59
“Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 16:57
Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
Bu gün, 16:53
Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü - "MOUZE"
Bu gün, 16:41
Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... - ŞƏRH
Bu gün, 16:39
Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq - İLGİNC
Bu gün, 16:33
Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb - TƏFƏRRÜAT
Bu gün, 16:22
Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi - BUNDAN SONRA...
Bu gün, 16:19
Tanınmış aktrisa KÖVRƏLDİ: - “Ölmüşdüm, sən məni diriltdin”
Bu gün, 16:12
Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb
Bu gün, 16:09
«Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb – HESABAT
Bu gün, 16:00
Bu müharibənin başlanması realdır – Sabiq nazirdən ŞOK açıqlamalar
Bu gün, 15:58
Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib
Bu gün, 15:56
Azərbaycanda banklar birləşəcək
Bu gün, 15:41
Xamenei işimizə mane olur - Əraqçi
Bu gün, 15:40
BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! - AXI NİYƏ?..
Bu gün, 15:35
"Ölümü aldadıb bu yaşa gəlmişəm" - Xalq artisti
Bu gün, 15:32
Müəllimlərin geyimi neçəyə SATILACAQ? - AÇIQLAMA
Bu gün, 15:30
AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü - SİYAHI
Bu gün, 15:24
“Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək - YIĞINCAQ
Bu gün, 15:22
Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir - İNCƏLƏMƏ
Bu gün, 15:19
Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 15:16
YAP-da “kadr zəlzələsi” olacaq - Deputatdan səs-küylü açıqlama
Bu gün, 15:14
Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib - DİQQƏT!
Bu gün, 15:13
Rus ordusu Xarkovda iki kəndi işğal etdi - KİV
Bu gün, 15:09
Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:59
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Bu gün, 14:57
"Bətnimdəki Səs" - Əfsanə Zaman...
Bu gün, 14:52
“Space TV” İFLAS HƏDDİNDƏ! - TƏFƏRRÜAT
Bu gün, 14:44
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
Bu gün, 14:37
Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib
Bu gün, 14:36
İran “Amazon”un məlumat mərkəzini vurub
Bu gün, 14:35
Düz-əməlli marşrut da yoxdur ki... - NARAZILIQ VAR...
Bu gün, 14:30
Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” – BİRİ Putin...
Bu gün, 14:25
İcra başçısı rəisi işdən çıxardı - FOTO - FOTO
Bu gün, 14:23
İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər
Bu gün, 14:20
CHP Özgür Özəlin sirlərini yaymağa başladı
Bu gün, 10:35
SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
Bu gün, 09:39
Azərbaycan nefti 8%-dən çox bahalaşıb
Bu gün, 09:38
Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?
Bu gün, 08:20
"Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... - Cənab Məmmədov NƏ İSTƏYİR?
Bu gün, 08:17
Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi - TƏFƏRRÜAT
Bu gün, 08:07
Ukrayna hərbçiləri açıqladı: - Ruslar üçün ən vacib nöqtə...
Bu gün, 08:05
Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi – onları nə gözləyir?
Bu gün, 08:04
Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... - Xocalıda işlətdiyi işçilərin pulunu vermir
Bu gün, 08:01
"Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı - FOTO
Bu gün, 07:49
Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur - NƏ ETMƏLİ?
Bu gün, 07:45
Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək - ARAŞDIRMA
Bu gün, 07:42
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - FAKT BUDUR!
Bu gün, 07:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru