Göygöl rayonu baş(çı)sız qalıb... - Əvəzində icra başçısı Bakıda vaxt öldürür...
Tarix: 23-08-2016, 09:43 |
Çap et
Göygöl rayon İcra Hakimyyətinin başçısı Arif Seyidov tez-tez paytaxtda görünür. Serhed.info xəbər portalı məlumat verir ki, rayonda yaşanan sosial problemlərlə məşğul olmaq əvəzinə icra başçısı həftənin bir-iki gününü rayondan keçirsə də, qalan vaxtlarda Bakı şəhərində olur. Hətta onun 25-AA-001 dövlət nömrə nişanlı avtomobilinə də Bakı şəhərində yerləşən və «Nəsimi bazarı» kimi tanınan ərazidə tez-tez rast gəlinir.
Verilən məlumata görə, icra başçısının boş vaxtı o qədər çox olur ki, hətta yuxarıda qeyd olunan avtomobilin hansısa ehtiyyat hissəsi xarab olarkən, sürücünün köməyindən yararlanmağı unudur. Boş vaxtın çoxluğundan saatlarla avtomobil təmiri yerlərində vaxt öldürür.