Azərbaycana qarşı döyüşən muzdlu komandir .....                     Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi .....                     “Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı .....                     Ukraynalı rusun toyunda oynadı, ara qarışdı .....                     Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü .....                     Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... .....                     Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq .....                     Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb .....                     Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi .....                     Tanınmış aktrisa KÖVRƏLDİ: .....                     Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb .....                     «Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb .....                     Bu müharibənin başlanması realdır .....                     Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib .....                     Azərbaycanda banklar birləşəcək .....                     Xamenei işimizə mane olur .....                     BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! .....                     "Ölümü aldadıb bu yaşa gəlmişəm" .....                     Müəllimlərin geyimi neçəyə SATILACAQ? .....                     AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü .....                     “Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək .....                     Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir .....                     Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı .....                     YAP-da “kadr zəlzələsi” olacaq .....                     Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib .....                     Rus ordusu Xarkovda iki kəndi işğal etdi .....                     Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? .....                     İrəvan Teatrının yeni direktoru kimdir? .....                     "Bətnimdəki Səs" .....                     “Space TV” İFLAS HƏDDİNDƏ! .....                     Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” .....                     Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib .....                     İran “Amazon”un məlumat mərkəzini vurub .....                     Düz-əməlli marşrut da yoxdur ki... .....                     Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” .....                     İcra başçısı rəisi işdən çıxardı - FOTO .....                     İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər .....                     CHP Özgür Özəlin sirlərini yaymağa başladı .....                     SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib .....                     Azərbaycan nefti 8%-dən çox bahalaşıb .....                 

Rəqabət var, amma inkişaf gözə dəymir... - Orta təhsildəki problemlər ali məktəbləri böhrana sürükləyir
Tarix: 13-08-2016, 09:47 | Çap et
Rəqabət var, amma inkişaf gözə dəymir...
Builki buraxılış və qəbul imtahanlarının nəticələri Azərbaycanın təhsil sistemindəki problemlərin dərinləşdiyini göstərir. Elan olunan rəsmi statistika da bunu sübuta yetirir.

Beləki, bu il Azərbaycanda I-IV ixtisas qrupları üzrəali məktəblərə keçirilən qəbul imtahanlarında 200 baldan aşağı nəticə göstərərək müsabiqədən keçə bilməyən abituriyentlərin sayı açıqlanıb.

Aparılan araşdırmalara görə, bu il hər dörd qrup üzrə keçirilən qəbul imtahanlarında 78545 abituriyent iştirak edib. Onlardan 34 385-i 200 və daha yuxarı bal toplayaraq müsabiqədə iştirak etmək imkanı qazansa da, 44 160 nəfəri 0-200 bal arası nəticə göstərərək imtahandan kəsilib. Bu da imtahanda iştirak edən abituriyentlərin 56 faizdən çoxunu təşkil edir.

Cari il I ixtisas qrupu üzrə 31397 abituriyent imtahan verib. Onlardan 4902 nəfər 200-300, 3035 nəfər 300-400, 1783 nəfər 400-500, 1114 nəfər 500-600, 572 nəfər isə 600-700 bal arası nəticə göstərib.

Nəticələrə əsasən, I ixtisas qrupu üzrə keçirilən imtahanda müsabiqə şərtini ödəyə bilməyən 19991 nəfər 0-200 bal toplayıb.

Bu il I ixtisas qrupu üzrə 13632 plan yeri ayrılıb, onlardan 11226-sı Azərbaycan, 1357-si rus, 1149-u isə birgə müsabiqə üçün nəzərdə tutulub. Plandan 5441-i dövlət sifarişli yerlərin payına düşür.

Bu il II ixtisas qrupunda 22135 abituriyent imtahan verib. Nəticələrə əsasən, 10621 abituriyent müsabiqədə iştirak etmək hüququ qazanıb. Onlardan 3950-si 200-300 bal, 2757-si 300-400, 1984-ü 400-500, 1274-ü 500-600, 656-sı isə 600-700 bal arası nəticə göstərib. Müsabiqə şərtini ödəyə bilməyən 2517 abituriyent 0-200 bal toplayıb. İmtahan verən 11 514 abituriyent 0-200 bal arası nəticə göstərərək müsabiqə şərtlərini ödəyə bilməyib.

III ixtisas qrupunda 19673 abituriyent imtahan verib. Nəticələrə əsasən, 9535 abituriyent müsabiqədə iştirak etmək hüququ əldə edib. Onlardan 3 065-i 200-300, 2513-ü 300-400, 1992-si 400-500, 1358-i 500-600, 607-si isə 600-700 bal arası nəticə göstərib. İmtahan verən 10 138 abituriyent 0-200 bal arası nəticə göstərərək müsabiqə şərtlərini ödəyə bilməyib.

III ixtisas qrupu üzrə 9782 plan yeri ayrılıb, onlardan 7452-si Azərbaycan, 945-i rus, 1385-i isə birgə müsabiqə üçün nəzərdə tutulub. Plandan 2721-i dövlət sifarişli yerlərin payına düşür.

IV ixtisas qrupu üzrə imtahan verən 5340 abituriyentdən 2823 ("Baytarlıq", "Su bioehtiyatları və akvabitkilər" ixtisasları, həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin "Ekologiya" və "Əczaçılıq" ixtisasları üzrə müsabiqə iştirakçıları istisna olmaqla) nəfər 200 baldan yuxarı nəticə göstərərək müsabiqədə iştirak etmək hüququ əldə edib. Onlardan 621-i 200-300 bal, 566-sı 300-400, 588-i 400-500, 602-si 500-600, 446-sı isə 600-700 bal arası nəticə göstərib. Müsabiqə şərtini ödəyə bilməyən 2517 abituriyent 0-200 bal toplayıb.

"Əmək bazarına yaxşı ixtisaslaşmamış mütəxəssislər daxil olacaq”

"21-ci Əsr" Təhsil Məkəzinin rəhbəri, təhsil üzrə ekspert Etibar Əliyev "Reytinq”ə deyib ki, builki nəticələri iki qurumun açıqlamaları əsasında qiymətləndirmək olar. Onun sözlərinə görə, hər iki tərəfin mövqeyini analiz etdikdən sonra daha obyektiv qiymət vermək mümkündür:

"Təhsil Nazirliyinin açıqlamasından göründüyü kimi, ixtisas qrupları üzrə 200 baldan yuxarı nəticə göstərənlərin faizi az da olsa, artıb. Eyni zamanda, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə qeyd elədi ki, 200 baldan yuxarı nəticə göstərənlərin sayı ötən ilə nisbətən çoxalıb. Məsələ burasındadır ki, 30 minə yaxın plan yerinə elə təxminən o qədər də abituriyent keçib. Bu da onu göstərir ki, bir yerə bir nəfər düşür. Bütövlükdə götürdükdə 200 baldan aşağı bal toplayanların da sayı çoxdur - təxminən 50 faizə yaxındır".

E.Əliyev hesab edir ki, məktəbdə islahatı davam etdirmək lazımdır:

"Hər şeydən öncə müəllim hazırlığının daha təkmil formalarını tapmaq, dərslərə davamiyyəti gücləndirmək lazımdır. Bir sözlə, məktəb mühitinin yaxşılaşdırılması üçün işlər görülməlidir”.

E.Əliyevin fikrincə,ali məktəblərə çox aşağı balla tələbə adını qazanmaq imkanına sahiblənən abituriyentlər olacaq: "Nəticə etibarı ilə daha az savadı olan ali məktəb tələbələri ortaya çıxacaq. Bununla da əmək bazarına ali təhsilli, lakin öz ixtisası üzrə yaxşı ixtisaslaşmamış mütəxəssislər daxil olacaq".

"Özəl ali məktəblərə zərbə dəyəcək”

Ekspert başqa bir məqama da toxunub. E.Əliyev hazırda özəl ali məktəblərə qarşı münasibətin dəyişdiyini nəzərə çatdıraraq, qarşıdakı dövrdə onları problemlərin gözlədiyini deyib:

"Düşünürəm ki, burada özəl ali məktəblərə zərbə dəyəcək. Çünki özəl ali məktəblər təhsil haqlarında və tələbələrə digər güzəşt məsələlərində heç bir addım atmadılar. Böyük ehtimalla, eləali məktəb olacaq ki, təxminən 70-80 faiz plan yeri dolmayacaq, yerləri boş qalacaq. Hesab edirəm ki, onların bu vəziyyətə düşməsinin əsas səbəbəkarları ali məktəblərin rəhbərləridir".

Ekspert qeyd edib ki, bu gün Azərbaycan gəncləri və valideynlər regionlardakı ali məktəbləri seçirlər, nəinki paytaxtdakı özəl ali məktəbləri:

"Bir məsələni də qeyd edim ki, qəbuldan kənarda qalan abituriyentlərin böyük kəsimi peşə təhsilini seçmirlər. Bu sahədə də maarifçilik çox aşağı səviyyədədir. 20-30 bal toplayan abituriyentlər peşə təhsilini seçmirlər, Ukraynada, Gürcüstanda, Türkiyədə ali məktəblər axtarırlar. Bunun qarşısı alınmalıdır. Bu, həm böyük insan axınına, həm də böyük maliyyə vəsaitinin başqa ölkələrə getməsinə səbəb olur".

Bəzi müəllimlər müasir dərslikləri tam qavramır

Şərqşünaslıq İnstitutunun (AMEA) elmi işçisi, ekspert Vüsal Hətəmov isə bildirib ki, mövzuya birtərəfli yanaşmaq olmaz.

Onun fikrincə, səbəbi təkcə müəllim və şagirdlərdə axtarsaq, məsələ həll olunmayacaq:

"Əsas səbəblərindən biri də sovetlərdən sonra Qərb təhsil sisteminə inteqrasiyanın sürətli, hesablanmadan, şəraitə uyğun olmadan keçididir. Apardığımız müşahidələrə görə, nə qədər müəllim var ki, hələ də müasir dərsliklərin təlim-tədrisi mexanizmini tam qavramır. Müəllimlər şagirdləri evdə, valideynlərinin ümidinə buraxır. Valideynlər də yaş dövrünə əsasən, sovet təhsil sisteminə malik olduqları üçün övladları ilə evdə məşğul ola bilmir. Bunun da nəticəsində kütləvi şəkildə bir-birini ittiham edən tərəflər meydana çıxır. Valideyn müəllimi ittiham edir, müəllim isə valideynin uşağa vaxt ayırmadığını səbəb gətirir. Nəticə də göz qabağındadır - gələcəyimiz olan şagirdlər savadsızlaşır".

Maaşın az olması müəllimi həvəsdən salır

V.Hətəmov müəllimlərin məvacib məsələsinə də toxunaraq bunun təhsilimizin keyfiyyətsizliyinə şərait yaratdığını vurğulayıb:

"Maaşların az olması müəllimdə işə can yandırma, yaradıcılıq, axtarıb-yiyələnmə, öz üzərində təkrarən işləmə stimulunu öldürür. Müəllimlər uşaqları məktəbdən çox evdə, pulla hazırlamağa həvəslidir. Təbii ki, müəllimlərin maaşı qənaətbəxş, yetərincə olsa, onlar evdə məktəb işlərini görmək əvəzinə özlərinə vaxt ayırarlar. "Məktəbdə dərs-evdə dərs" gərginliyini yaşayan müəllimin gərilmiş sinirləri də onun təhsilvermə keyfiyyətinə mənfi təsir edir".

Savadsızlaşmanın böyük təhlükə olduğunu deyən V.Hətəmov qeyd edib ki, təhsil sahəsindəki yarıtmazlıq ictimai münasibətlərdə də öz təsirini göstərir. Belə ki, cinayətkarların çoxu savadsız insanlardır:

"Beynəlxalq terror şəbəkəsi, radikal din missionerləri savadsız təbəqəyə üstünlük verdiyindən, hər bir savadsız vətəndaşımız gələcəyin potensial cinayətkarı ola bilər. Savadsızlıq ailə-uşaq münasibətlərinə də təsir edir. Savadsız ailə başçısının övladlarında dövlətçilik tərbiyəsi qənaətbəxş ola bilməz".

Litseylər digər məktəblərin uğurlarını mənimsəyir

V.Hətəmov Sumqayıtda yerləşən litseylərin uğurlarını süni adlandırıb:

"Sumqayıtda yerləşən litseylər digər məktəblərin uğurlarını, yumşaq desək, mənimsəməklə məşğuldur. Digər məktəblərdən litseylərə keçmək istəyən 5, 6, 7-ci sinif şagirdləri həmin litseylərdə ağır sınaqlardan keçir və ən savadlı uşaqlar seçilir. Sonda həmin savadlı uşaqların müsbət nəticələri litseylərin adına yazılır. Halbuki sözügedən istedadlı uşaqların təməli digər məktəblərdə qoyulub. Sadəcə, litseylər mahir şəkildə həmin uşaqları özününküləşdimə ilə məşğuldur. Ona görə də hər il litseylərdə məzunların ali məktəblər üçün topladıqları ballar digər məktəblərdən üstün olur".








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycana qarşı döyüşən muzdlu komandir ÖLDÜ
Bu gün, 17:01
Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar
Bu gün, 16:59
“Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 16:57
Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
Bu gün, 16:53
Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü - "MOUZE"
Bu gün, 16:41
Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... - ŞƏRH
Bu gün, 16:39
Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq - İLGİNC
Bu gün, 16:33
Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb - TƏFƏRRÜAT
Bu gün, 16:22
Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi - BUNDAN SONRA...
Bu gün, 16:19
Tanınmış aktrisa KÖVRƏLDİ: - “Ölmüşdüm, sən məni diriltdin”
Bu gün, 16:12
Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb
Bu gün, 16:09
«Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb – HESABAT
Bu gün, 16:00
Bu müharibənin başlanması realdır – Sabiq nazirdən ŞOK açıqlamalar
Bu gün, 15:58
Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib
Bu gün, 15:56
Azərbaycanda banklar birləşəcək
Bu gün, 15:41
Xamenei işimizə mane olur - Əraqçi
Bu gün, 15:40
BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! - AXI NİYƏ?..
Bu gün, 15:35
"Ölümü aldadıb bu yaşa gəlmişəm" - Xalq artisti
Bu gün, 15:32
Müəllimlərin geyimi neçəyə SATILACAQ? - AÇIQLAMA
Bu gün, 15:30
AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü - SİYAHI
Bu gün, 15:24
“Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək - YIĞINCAQ
Bu gün, 15:22
Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir - İNCƏLƏMƏ
Bu gün, 15:19
Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 15:16
YAP-da “kadr zəlzələsi” olacaq - Deputatdan səs-küylü açıqlama
Bu gün, 15:14
Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib - DİQQƏT!
Bu gün, 15:13
Rus ordusu Xarkovda iki kəndi işğal etdi - KİV
Bu gün, 15:09
Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:59
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Bu gün, 14:57
"Bətnimdəki Səs" - Əfsanə Zaman...
Bu gün, 14:52
“Space TV” İFLAS HƏDDİNDƏ! - TƏFƏRRÜAT
Bu gün, 14:44
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
Bu gün, 14:37
Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib
Bu gün, 14:36
İran “Amazon”un məlumat mərkəzini vurub
Bu gün, 14:35
Düz-əməlli marşrut da yoxdur ki... - NARAZILIQ VAR...
Bu gün, 14:30
Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” – BİRİ Putin...
Bu gün, 14:25
İcra başçısı rəisi işdən çıxardı - FOTO - FOTO
Bu gün, 14:23
İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər
Bu gün, 14:20
CHP Özgür Özəlin sirlərini yaymağa başladı
Bu gün, 10:35
SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
Bu gün, 09:39
Azərbaycan nefti 8%-dən çox bahalaşıb
Bu gün, 09:38
Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?
Bu gün, 08:20
"Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... - Cənab Məmmədov NƏ İSTƏYİR?
Bu gün, 08:17
Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi - TƏFƏRRÜAT
Bu gün, 08:07
Ukrayna hərbçiləri açıqladı: - Ruslar üçün ən vacib nöqtə...
Bu gün, 08:05
Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi – onları nə gözləyir?
Bu gün, 08:04
Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... - Xocalıda işlətdiyi işçilərin pulunu vermir
Bu gün, 08:01
"Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı - FOTO
Bu gün, 07:49
Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur - NƏ ETMƏLİ?
Bu gün, 07:45
Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək - ARAŞDIRMA
Bu gün, 07:42
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - FAKT BUDUR!
Bu gün, 07:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru