Azərbaycana qarşı döyüşən muzdlu komandir .....                     Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi .....                     “Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı .....                     Ukraynalı rusun toyunda oynadı, ara qarışdı .....                     Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü .....                     Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... .....                     Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq .....                     Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb .....                     Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi .....                     Tanınmış aktrisa KÖVRƏLDİ: .....                     Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb .....                     «Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb .....                     Bu müharibənin başlanması realdır .....                     Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib .....                     Azərbaycanda banklar birləşəcək .....                     Xamenei işimizə mane olur .....                     BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! .....                     "Ölümü aldadıb bu yaşa gəlmişəm" .....                     Müəllimlərin geyimi neçəyə SATILACAQ? .....                     AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü .....                     “Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək .....                     Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir .....                     Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı .....                     YAP-da “kadr zəlzələsi” olacaq .....                     Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib .....                     Rus ordusu Xarkovda iki kəndi işğal etdi .....                     Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? .....                     İrəvan Teatrının yeni direktoru kimdir? .....                     "Bətnimdəki Səs" .....                     “Space TV” İFLAS HƏDDİNDƏ! .....                     Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” .....                     Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib .....                     İran “Amazon”un məlumat mərkəzini vurub .....                     Düz-əməlli marşrut da yoxdur ki... .....                     Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” .....                     İcra başçısı rəisi işdən çıxardı - FOTO .....                     İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər .....                     CHP Özgür Özəlin sirlərini yaymağa başladı .....                     SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib .....                     Azərbaycan nefti 8%-dən çox bahalaşıb .....                 

Fırıldaq qurbanı olan vətəndaş kömək istəyir - Baş prokurora müraciət olundu
Tarix: 27-07-2016, 09:47 | Çap et
Fırıldaq qurbanı olan vətəndaş kömək istəyir
Bu il mayın 16-da Qafqaznews.az saytında “Sələmçi qadın cinayətkar şəbəkə yaradıb?” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda sələmçi qadın Fatma Yolçiyeva tərəfindən aldadıldığını və nəticədə əmlakını itirdiyini deyən Nadir Hüseyn oğlu Zeynalovun şikayəti işıqlandırılmışdı. Qeyd edək ki, başqa bir vətəndaş Südef Məcidovun şikayəti əsasında da, Qafqaz Xəbər Agentliyinin əməkdaşları Fatma Məhəmməd qızı Yolçiyeva haqqında araşdırma aparmışdı. Əməkdaşlarımız F.Yolçiyevanın əlbir olduğu şəxslər haqqında da yazmış və onun “sələm oyununa” saldığı şəxslər arasında sabiq İTV rəhbəri İsmayıl Ömərovun mərhum qardaşı Ələsgər Ömərovun da olduğunu müəyyən etmişdi.

Bu günlərdə Qafqaz Xəbər Agentliyinə müraciət edən Çiçək Zeynal qızı Zeynalova adlı vətəndaş bildirib ki, o, adıkeçən Nadir Zeynalovun həyat yoldaşıdır və bu sələm söhbətində, eləcə də “alqı-satqı” məsələsində qanunsuzluq faktını müəyyən edib. Ç.Zeynalova bununla bağlı Baş Prokuror Zakir Qaralova (surəti Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevə – red.) məktubla müraciət etdiyini bildirib.

Həmin müraciətin mətnini Qafqaznews.az oxucularına təqdim edirik:

“Azərbaycan Respublikasının Baş Prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri, cənab Zakir Bəkir oğlu Qaralova

Surəti: Azərbaycan Respublikası Baş Prokurorunun müavini, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviri, cənab Kamran Bayram oğlu Əliyevə

Cəlilabad rayonu Pokrovka kəndində qeydiyyatda olan, 13.12.1969 təvəllüdlü (AZE в„– 05954114, 31.05.2007 – РЎəlilabad RPŞ) Zeynalova Çiçək Zeynal qızı tərəfindən

MÜRACİƏT

Cənab Baş Prokuror!

Sizin hər zaman qanunların və dövlətçiliyin keşiyində durmuş, haqqı tapdanan vətəndaşların yanında yer almışsınız. Azərbaycanın Baş Prokuroru olaraq, haqsızlığa məruz qalan bir çox vətəndaşın şikayətlərini eşitmiş, problemlərini həll etmisiniz. Azərbaycan ailələrində çox vaxt kişilər problemləri həyat yoldaşlarından gizlədir və təkbaşına həll etməyə çalışır. Çox zaman da, hər hansı problemin həlli naminə çalışarkən, vətəndaşların qanunları yaxşı bilməməyi qarşılarında daha böyük problemlər yaradır. Təəssüf ki, belə ciddi problemlərlə bizim ailəmiz də üzləşib.

Hörmətli Zakir Qaralov!

Yazıb bildirirəm ki, 1991-ci il 24 mart tarixində Nadir Hüseyn oğlu Zeynalovla ailə qurmuşuq. Bu izdivacdan bizim 3(üç) oğlumuz və 1(bir) qızımız dünyaya gəlib (1991 – Toğrul, 1993 – Cavidan, 1996 – Hüseyn və 2003 – Fidan). Biz hələ də qanuni şəkildə ailə həyatı yaşayırıq.

Bu yaxınlarda Qafqaznews.az saytında “Sələmçi qadın cinayətkar şəbəkə yaradıb?” başlıqlı yazı ilə qarşılaşdım. Əlbəttə ki, həmin məqalədə həyat yoldaşım Nadir Zeynalovun şəklini və müsahibəsini görəndə təəccübləndim. Həyat yoldaşım Fatma Yolçiyeva adlı sələmçi qadın tərəfindən aldadıldığını, əmlakının mənimsənildiyini deyirdi ki, mənim bu məsələdən indiyədək xəbərim olmayıb. Həmin məqalədə yazılanları təqdim edirəm:

“Cəlilabad sakini Nadir Zeynalov müraciət edib.O, Fatma Yolçiyeva adlı sələmçi qadının çevirdiyi fırıldağın qurbanı olduğunu bildirib. “2011-ci ildə mənim pula ehtiyacım var idi, borca pul axtarırdım. Ortaq tanışlar vasitəsilə Fatma Yolçiyeva adlı qadını tanıdım. Mən Fatmadan 10 min manat borc istədim və o, məndən Nərimanov rayonunda olan 55,4 kvadrat metrlik obyektimi, 3,4 sot torpağı girov istədi. Fatma mənə dedi ki, mənə o məbləği verə bilər, amma aylıq 10 faizlə. Mənə vacib pul lazım idi, ona görə razılaşdım. Onun sözlərinə görə, guya bu pulu başqasından alacaqdı və 10 min məbləğin 4 faizini əvvəlcədən “şapka” kimi götürəcəkdi. O demişdi ki, borc notarial qaydada rəsmiləşməlidir və mən də razılaşdım”, – deyə N.Zeynalov qeyd edib.

“Məgər fiziki şəxslərin özgəsinin mülkiyyətini girov götürmək ixtiyarı var?”, – deyə soruşduq. “Fatma Yolçiyeva dedi ki, var”, – deyə Nadir Zeynalov bildirdi. Bundan sonra, Nadir Zeynalovun sözlərinə görə, 2012-ci ilin 10 yanvar tarixində F.Yolçiyeva ilə Bakıdakı 9 saylı Notariat kontoruna gediblər. “Mən içəri girmədim. Fatma mənə imzalamaq üçün boş blanklar gətirdi və dedi ki, sən sadəcə imza at, hər şeyi özüm edəcəm”, – deyə N.Zeynalov bildirib.

O, 8 ay ərzində hər ay 1000 manat olmaqla, Fatma Yolçiyevaya 8 min manat verdiyini deyib: “Fatma Yolçiyevanın mənə verdiyi 10 min manatdan 500 manatını dərhal məndən aldı. Fatma məndən hər ay 10 min manatın 10 faizi kimi 1000 manat pul tələb etdi. Mən 8 ay içində ona 8 min manat verdim. Şahidlərim də var. Gördüm ki, ona 8 min manat pul vermişəm, hələ də 10 min manat qalıb, belə getsə, bu borc bitməyəcək. Fatmaya təklif etdim ki, gəl sənin pulunu tam qaytaraq, obyekti girovdan çıxardaq. Lakin Fatma Yolçiyeva mənim obyektimi qaytarmaqdan imtina etdi. Fatma mənə deyir ki, 55 min manat gətir, obyekti qaytarım. İndi mülkiyyətimi geri ala bilmirəm”.

Biz Nadir Zeynalovun dediklərini yoxlamaq qərarına gəldik və 9 saylı Notariat Kontoruna baş çəkdik. Məlum oldu ki, F.Yolçiyeva ilə N.Zeynalov arasında girov yox, alqı-satqı müqaviləsi imzalanıb. Belə şey ola bilər? Axı Nadir Zeynalov deyirdi ki. Fatma Yolçiyeva ilə girov müqaviləsi imzalayıb. Nadir Zeynalov bildirdi ki, o, boş blanklar imzalayıb və söhbətin alqı-satqıdan getdiyini bilməyib. Şikayətçi buna isbat olaraq bizə həmin qadının ona sələm verdiyini təsdiq edən videonu təqdim edib”.

Cənab Zakir Qaralov!

Bu sözləri oxuduqdan sonra, həyat yoldaşım Nadir Zeynalovdan nə baş verdiyini soruşdum və o, məqalədə yazılanları təsdiqlədi. Həyat yoldaşım ailəmizin maddi problemlər yaşadığı zamanda mənim və övladlarımızın narahatlıq çəkməməyi üçün borc pul tapmağa çalışmış, nəticədə sələmçilərin toruna düşmüşdü. Lakin mən ona xatırlatdım ki, biz evliyik, mənim və övladlarım Toğrulla Cavidanın razılığı olmadan heç bir alqı-satqı ola bilməzdi. Lakin Nadir Zeynalov dedi ki, bu alqı-satqının necə baş tutduğunu özü də bilmir. Məlum oldu ki, Fatma Yolçiyeva ona obyekti sadəcə girov qoyduğunu bildirib və maşında oturarkən sənədlər gətirib imzalatdırıb. Biz bir yerdə Nadir Zeynalovun şəxsiyyət vəsiqəsinə nəzər saldıqda gördük ki, orda ailə vəziyyəti subay yazılıb. O vaxta qədər biz buna diqqət etməmişdik. Həmin sənəd 2003-cü ildə seçkilər ərəfəsində Cəlilabad RPŞ tərəfindən verilmişdi və bu, birbaşa sənəd verən orqan əməkdaşlarının səhvi idi. Lakin o da sual doğurur ki, 9 saylı Notariat Kontoru necə Nadir Zeynalovun şəxsi iştirakı olmadan və ailə vəziyyətini elektron məlumat bazasında yoxlamadan bu “alqı-satqı”nı həyata keçirib…

Hörmətli Zakir Qaralov cənabları!

Qeyd edim ki, Qafqaznews.az saytı Fatma Yolçiyeva barəsində geniş araşdırmalar aparıb və onun digər qurbanı olan Südef Məcidov haqqında da yazıb. Mən bir ana kimi, həyat yoldaşımın başına gətirilən bu oyunların ifşa olunması və cinayətkar sələmçilər şəbəkəsinin cəzalandırılmasını istəyirəm.

Çünki, onların təşkil etdiyi “alqı-satqı” nəticəsində, mən və övladlarımın vərəsəlik hüququ da pozulub. Sizdən xahiş edirəm, bu problemi şəxsi nəzarətinizə götürərək, qanunsuz “alqı-satqı”nın ləğv olunması və sələmçilər şəbəkəsinin layiqli cəzasını alması naminə, cinayət işinin qaldırılması ilə bağlı tapşırıq verəsiniz. İnanıram ki, məsələnin mahiyyəti araşdırılsa, mənim həyat yoldaşımın mülkiyyət, övladlarımın isə vərəsəlik hüquqlarının bərpası yolunda heç bir əngəl qalmayacaq.

Hörmətlə, Çiçək Zeynal qızı Zeynalova”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycana qarşı döyüşən muzdlu komandir ÖLDÜ
Bu gün, 17:01
Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar
Bu gün, 16:59
“Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 16:57
Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
Bu gün, 16:53
Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü - "MOUZE"
Bu gün, 16:41
Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... - ŞƏRH
Bu gün, 16:39
Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq - İLGİNC
Bu gün, 16:33
Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb - TƏFƏRRÜAT
Bu gün, 16:22
Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi - BUNDAN SONRA...
Bu gün, 16:19
Tanınmış aktrisa KÖVRƏLDİ: - “Ölmüşdüm, sən məni diriltdin”
Bu gün, 16:12
Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb
Bu gün, 16:09
«Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb – HESABAT
Bu gün, 16:00
Bu müharibənin başlanması realdır – Sabiq nazirdən ŞOK açıqlamalar
Bu gün, 15:58
Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib
Bu gün, 15:56
Azərbaycanda banklar birləşəcək
Bu gün, 15:41
Xamenei işimizə mane olur - Əraqçi
Bu gün, 15:40
BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! - AXI NİYƏ?..
Bu gün, 15:35
"Ölümü aldadıb bu yaşa gəlmişəm" - Xalq artisti
Bu gün, 15:32
Müəllimlərin geyimi neçəyə SATILACAQ? - AÇIQLAMA
Bu gün, 15:30
AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü - SİYAHI
Bu gün, 15:24
“Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək - YIĞINCAQ
Bu gün, 15:22
Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir - İNCƏLƏMƏ
Bu gün, 15:19
Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 15:16
YAP-da “kadr zəlzələsi” olacaq - Deputatdan səs-küylü açıqlama
Bu gün, 15:14
Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib - DİQQƏT!
Bu gün, 15:13
Rus ordusu Xarkovda iki kəndi işğal etdi - KİV
Bu gün, 15:09
Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:59
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Bu gün, 14:57
"Bətnimdəki Səs" - Əfsanə Zaman...
Bu gün, 14:52
“Space TV” İFLAS HƏDDİNDƏ! - TƏFƏRRÜAT
Bu gün, 14:44
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
Bu gün, 14:37
Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib
Bu gün, 14:36
İran “Amazon”un məlumat mərkəzini vurub
Bu gün, 14:35
Düz-əməlli marşrut da yoxdur ki... - NARAZILIQ VAR...
Bu gün, 14:30
Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” – BİRİ Putin...
Bu gün, 14:25
İcra başçısı rəisi işdən çıxardı - FOTO - FOTO
Bu gün, 14:23
İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər
Bu gün, 14:20
CHP Özgür Özəlin sirlərini yaymağa başladı
Bu gün, 10:35
SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
Bu gün, 09:39
Azərbaycan nefti 8%-dən çox bahalaşıb
Bu gün, 09:38
Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?
Bu gün, 08:20
"Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... - Cənab Məmmədov NƏ İSTƏYİR?
Bu gün, 08:17
Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi - TƏFƏRRÜAT
Bu gün, 08:07
Ukrayna hərbçiləri açıqladı: - Ruslar üçün ən vacib nöqtə...
Bu gün, 08:05
Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi – onları nə gözləyir?
Bu gün, 08:04
Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... - Xocalıda işlətdiyi işçilərin pulunu vermir
Bu gün, 08:01
"Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı - FOTO
Bu gün, 07:49
Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur - NƏ ETMƏLİ?
Bu gün, 07:45
Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək - ARAŞDIRMA
Bu gün, 07:42
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - FAKT BUDUR!
Bu gün, 07:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru