Azərbaycana qarşı döyüşən muzdlu komandir .....                     Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi .....                     “Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı .....                     Ukraynalı rusun toyunda oynadı, ara qarışdı .....                     Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü .....                     Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... .....                     Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq .....                     Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb .....                     Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi .....                     Tanınmış aktrisa KÖVRƏLDİ: .....                     Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb .....                     «Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb .....                     Bu müharibənin başlanması realdır .....                     Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib .....                     Azərbaycanda banklar birləşəcək .....                     Xamenei işimizə mane olur .....                     BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! .....                     "Ölümü aldadıb bu yaşa gəlmişəm" .....                     Müəllimlərin geyimi neçəyə SATILACAQ? .....                     AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü .....                     “Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək .....                     Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir .....                     Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı .....                     YAP-da “kadr zəlzələsi” olacaq .....                     Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib .....                     Rus ordusu Xarkovda iki kəndi işğal etdi .....                     Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? .....                     İrəvan Teatrının yeni direktoru kimdir? .....                     "Bətnimdəki Səs" .....                     “Space TV” İFLAS HƏDDİNDƏ! .....                     Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” .....                     Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib .....                     İran “Amazon”un məlumat mərkəzini vurub .....                     Düz-əməlli marşrut da yoxdur ki... .....                     Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” .....                     İcra başçısı rəisi işdən çıxardı - FOTO .....                     İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər .....                     CHP Özgür Özəlin sirlərini yaymağa başladı .....                     SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib .....                     Azərbaycan nefti 8%-dən çox bahalaşıb .....                 

"Vəli Ələsgərov dedi ki, zəng vur, Allah gəlsin, görək, kişidir, ya arvad" - “Dedim ki, ailəm bura ayağını qoyarsa, özümü öldürəcəm”
Tarix: 15-07-2016, 09:52 | Çap et
"Vəli Ələsgərov dedi ki, zəng vur, Allah gəlsin, görək, kişidir, ya arvad"
Naxçıvan şəhər sakini, Təbriz küçəsi ev 1, mənzil 55-də yaşayan Ağasiyev Nizami Rəsul oğlunun Naxçıvan MR-in keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərov tərəfindən işgəncəyə məruz qaldığı haqda məlumat vermişdik. “Hürriyyət”in ötən saylarında qeyd etmişdik ki, V.Ələsgərovun nazirliyi dönəmində Naxçıvan MTN-in əməkdaşları tərəfindən həbs olunan N.Ağasıyev İŞİD-ə məlumat ötürməkdə ittiham edilərək, idarədə ağır işgəncələrə məruz qalıb. Son günlər isə məlum olur ki, əslində, Nizami Ağasiyev MTN-ə tamamilə başqa səbəblərdən aparılıb və “İŞİD-lə əməkdaşlıq”da ittiham olunması naməlum bir qadının müraciəti əsasında quraşdırılıb. Bu haqda dünən redaksiyamızın qonağı olan N.Ağasiyevlə söhbətimizdə məlumat əldə etdik.

Hərbi xidmət müddəti...

Oxucuların diqqətinə çatdıraq ki, Nizami Ağasiyev 1981-ci il sentyabr ayının 11-də Naxçıvan şəhərində anadan olub. 1999-cu il oktyabr ayının 1-də Naxçıvan şəhər Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb, Naxçıvan MR Culfa rayonunda yerləşən N saylı hərbi hissədə xidmət edib. Hərbi qulluq zamanı könüllü olaraq Bakı şəhərində zabit heyətini təkmilləşdirmə kursunda təhsil alıb. 2001-ci ilin yanvar ayından gizir rütbəsi ilə hərbi xidmətini davam etdirib.
Bundan sonra könüllü olaraq ön cəbhəni seçərək, Ağdam rayonunun N saylı hərbi hissəsində kəşfiyyat qrup komandiri kimi xidmətə başlayıb. Son olaraq Naxçıvan MR Şahbuz rayonunun N saylı hərbi hissəsəsində minaatan batareyasının baş çavuşu kimi xidmət göstərib.

Naməlum nömrədən gələn mesajlar...

N.Ağasiyev deyir ki, 2015-ci il avqust ayının 10-dan sonra onun mobil telefonuna “Watsap” vasitəsilə çılpaq qadın və kişi şəkilləri, nalayiq mesajlar gəlib. Dediyinə görə, hər şey də bundan sonra başlayıb: “Mən bir-iki dəfə xəbərdarlıq etsəm və nörmrələrini “qara siyahı”ya salsam da, həmin mesajlar gəlməkdə davam edirdi. Yəni hər dəfə eyni adam ayrı-ayrı nömrələrdən mesajlar yazır, şəkillər göndərirdi. Bu səbəbdən avqustun 27-də Naxçıvan MR DİN-in insan alveri şöbəsinə rəsmən müraciət etdim. İdarədə bildirdim ki, mən ailəli olduğum üçün bunların əlindən evdə telefonumu açıq qoya bilmirəm. Digər tərəfdən, onu da vurğuladım ki, gecə həyacan siqnalı verilsə, mən hərbi hissəyə vaxtında çata bilməyəcəm.
Onlara mesajları və şəkilləri də göstərib dedim ki, məni bu nömrədən narahat edirlər. Bildirdilər ki, bir də belə şey təkrar olunarsa, bizə xəbər ver, tədbir görəcəyik. Dedilər, biz danışıb başa salarıq, bir də sən narahat olmazsan.
DİN-dən çıxandan 2 saat sonra həmin nömrədən mənə qadın zəng etdi. O, gülə-gülə dedi ki, sən gedib məndən şikayət edirsən, amma bilmirsən ki, başını hansı qapıya döyürsən. Sonra təhqiredici sözlər işlədib telefonu söndürdü”.

MTN əməkdaşlarının hücumu; “başıma torba keçirdilər...”

Həmsöhbətim deyir ki, sentyabrın 1-də saat 9-da xidmət etdiyi hərbi hissədə növbəsini təhvil verərək, evə qayıdarkən MTN əməkdaşlarının hücmuna məruz qalıb: “Evimə gələndə yaşadığım binanın ətrafında MTN əməkdaşları tərəfindən saxlanıldım. 10-15 nəfər olardı. Üstümə cumduqları zaman onlara müqavimət göstərdim. Sonra mənə bildirdilər ki, biz MTN əməkdaşlarıyıq. Bundan sonra əllərimi qaldırdım, dedim ki, müqavimət göstərmirəm, nə sözünüz var, deyin. Onlar dərhal üstümə töküldülər, əllərimi qandalla bağlayıb, başıma torba keçirdilər, təpiklə, dubinka ilə vura-vura məni bir maşının “baqaj”ına qoydular”.

Naməlum qadının müraciəti əsasında keçirilən əməliyyat

N.Ağayev deyir ki, MTN əməkdaşları ona hücum edən zaman onlardan nə üçün saxlanıldığının səbəbini soruşub: “Onlar mənə yaxınlaşanda sual verdim ki, nə istəyirsiniz? Dedilər, içəridə səni başa salacağıq ki, nə istəyirik. Həmin vaxt mən ancaq onu fikirləşdim ki, həmin qadına görə saxlanılmışam. Çünki həmin qadın açıq şəkildə demişdi ki, məni tanımadan gedib şikayət etdin, sənin başına oyun açdıracam.
Odur ki, məni həbs edən MTN əməkdaşlarına da bildirdim ki, əgər saxlanılmam bu məsələ ilə bağlıdırsa, məlumunuz olsun ki, bununla bağlı artıq DİN-ə rəsmi müraciət etmişəm. Onlar mənə söyüşlə dedilər ki, sənin də nəslini, şikayət etdiyin polisin də...”

“Ayaq dırnaqlarımı, barmaqlarımı sıxıb qırdılar...”

Nizami Ağasiyevin dediyinə görə, gözləntisinin əksinə olaraq MTN-də həmin qadınla bağlı ona heç bir söz deyən olmayıb: “Məni MTN-nin “podval”ına salandan sonra nə nömrə, nə də qadın barədə heç bir söz olmadı. Vəli Ələsgərov qabağıma bir boş vərəq, bir də qələm qoydu ki, “bura İŞİD əməkdaşına agentlik etdiyini və vəhhabilərlə əlaqədə olduğunu” yaz. Ancaq mən bu yaşıma kimi nəinki hansısa İŞİD əməkdaşı haqda, hətta heç eşitməmişəm ki, Naxçıvanda kimsə vəhhabidir. Odur ki, dediklərini yazmadığım üçün məni döyür, söyürdülər. Hər dəfə də 3-4 nəfər olurdu, hamısı da maskalı. Onlar ancaq Vəli Ələsgərovun özü ilə gəlirdilər. İçəri daxil olurdular, Vəli Ələsgərov sual verirdi ki, yazırsan? Deyirdim ki, yazmıram. Başlayırdılar məni döyməyə. Ayaq dırnaqlarımı, barmaqlarımı sıxıb qırdılar, qabırğamı vurub batırmışdılar, üz-gözüm də zərbə izlərindən qapqara idi. Dubinaka ilə, dəmirlə, trosla, təpiklə, yumruqla vururdular və pis söyüşlər söyürdülər.

“Vəli Ələsgərov sual verdi ki, sənin adamın kimdir ki, belə danışırsan?”

Vəli Ələsgərova bildirdim ki, siz məni kiminləsə səhv salırsınız. Maraqlanın, görün mən necə xidmət etmişəm, ondan sonra deyin ki, “mən vətən xaini olmuşam”. O, mənə sual verdi ki, sənin adamın kimdir ki, belə danışırsan? Dedim ki, mənim heç bir adamım yoxdur, mən ancaq Allaha güvənirəm...
Keçmiş nazir maraqlansaydı, bilərdi ki, mən 10 ilə yaxın Ağdam döyüş bölgəsində xidmət etmişəm, müəyyən döyüş tapşırıqları yerinə yetirmişəm, əsir gətirmədə, Tərtər əməliyyatında iştirak etmişəm. Bir çox əsgər və zabitlərimizi yaralı vəziyyətdə minalanmış sahədən çıxarmışam. Cənab prezident tərəfindən 4 dəfə medalla təltif olunmuşam. Bundan başqa pul mükafatı verilib. Mən bunları əsas gətirib Vəli Ələsgərova deyirdim ki, məni vətənə xəyanətdə ittiham etməklə səhvə yol verirsən”.

“Dedim ki, ailəm bura ayağını qoyarsa, özümü öldürəcəm”

N.Ağasiyevin sözlərinə görə, “İŞİD agenti olması”nı yazılı etiraf etmədiyindən keçmiş nazir onu ailə üzvləri ilə hədələyib: “Vəli Ələsgərov mənə dedi ki, yazmayacaqsan? Dedim, yox. Bundan sonra dönüb yanındakı işçisinə dedi ki, gedin Təbriz 1, ev 55-dəki qadını götürüb, gəlin bura. O, mənim yaşadığım ünvanı nəzərdə tuturdu. Bu səbəbdən dedim ki, əgər mənim ailəm bura ayağını qoyarsa, həmin dəqiqə özümü öldürəcəm. Sonra ona dedim ki, Allaha and olsun səhv edirsən. Vəli Ələsgərov telefonunu mənə uzadıb dedi ki, zəng vur Allah gəlsin, görək kişidir, ya arvad”.
Nizami Ağasiyev deyir ki, 2015-ci il sentyabrın 2-də MTN-dən xidmət göstərdiyi hərbi hissəyə belə bir məlumat veriblər ki, guya o, mülki formada hansısa imkanlı qadının evində tutulub: “Bunlar məni həbs edəndə, guya, bilməyiblər ki, mən hərbçiyəm. İddia ediblər ki, hərbçi olduğumu ikinci gün boynuma almışam. Bu yalanlarını da ört-basdır etmək üçün mənə dedilər ki, ya çıxandan sonra gəlib arvadını da burdan çıxaracaqsan, ya da biz hərbiyə nə məlumat vermişiksə, hamısını təsdiqləməlisən. Mən heç bir sanksiya, heç bir əsas olmadan, qanunsuz yerə həbs olunduğumu və içəridə mənə olmayan böhtanlar atıldığını nəzərə alıb, fikirləşdim ki, bunu edirlərsə, ailəmi də incidərlər...
Mən ayın 2-də gecə Hərbi Polis İdarəsinin rəisi tərəfindən MTN-nin “podval”ından çıxarılmışam. Hərbi Polis İdarəsinin rəisi mənim yanımda cənab komandanımız Kərəm Mustafayevə məruzə elədi ki, Nizami Ağasıyev mülki formada deyil axı, hərbi formadadır. Telefonu yerə qoyandan sonra mən sual verdim ki, necə yəni mülki formada deyiləm?! Hərbi polisin rəisi mənə dedi ki, bizim komandana sənin mülki formada, vəzifəli bir adamın qadını ilə evdə tutulduğun haqda müraciət olunub, mən də ona görə məruzə elədim ki, axı, mülki formada deyil, hərbi formadadır”.

“Məni şəxsi heyətin qabağında soyundurdular”

Keçmiş hərbçi deyir ki, MTN əməkdaşları tərəfindən hədələndiyindən sözügedən informasiyanı təkzib etsə də, başqa heç bir suala cavab verməyib: “Mən orda hərbi polisin rəisinə bildirdim ki, yalandır. Əlavə suallar verəndə danışmadım, çünki ailəmi MTN-ə aparacaqlarından qorxurdum. Fikirləşirdim ki, yəqin məni cənab komandanımız qəbul edər, bu zaman hər şeyi ona açıb deyərəm. Mən ondan başqa heç kimə inana bilməzdim.
Səhərisi günü hərbi polisin rəisi gəlib mənə dedi ki, Ağasiyev, sənə bəd xəbərim var. Dedim nədir? Dedi, səni ordu sıralarından tərxis edirlər. Mən inanmadım. Çünki, əksinə, mən belə fikirləşirdim ki, böhtanla tutulmağıma, içəridə döyülüb, təzyiq altında saxlanılmağıma baxmayaraq, MTN-dən vətən xaini kimi çıxmamışamsa, yəqin komandanım məni daha çox istəyəcək. Ancaq, gözlədiyimin əksinə, məni Şahbuzdakı N saylı hərbi hissəyə gətirdilər. Zabit, əsgər heyətini meydanında düzdülər, məni çıxardılar qabağa və dedilər ki, zabit şərəfinə xələl gətirdiyi üçün rütbəsi alınır. Hətta əlavə olaraq onu da dedilər ki, ordu komandiri cənab Kərəm Mustafayevin əmri ilə şəxsi heyətin qabağında formanı soyunub, sonra çıxıb getməlisən. Bunun ardınca məni şəxsi heyətin qarşısında soyundurdular və o vəziyyətdə ayın 3-də ordudan tərxis etdilər”.

(Ardı var)

-Vəli Ələsgərov məhkəmədə Nizami Ağasiyevlə üzləşmə zamanı nə üçün ağlayıb?
- Nizami Ağasiyevi həbs etdirən qadın kimdir və o, indi haradadır?
- Keçmiş hərbçinin pasportu nə üçün əlindən alınıb?
- Nizami Ağasiyevi Bakıya gəlməyə məcbur edən səbəb nədir?
Bu və digər suallara “Hürriyyət”in növbəti sayında cavab tapa biləcəksiniz.

Ayxan İLDIRIMTÜRK, Hurriyyet.org

"Vəli Ələsgərov dedi ki, zəng vur, Allah gəlsin, görək, kişidir, ya arvad"








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycana qarşı döyüşən muzdlu komandir ÖLDÜ
Bu gün, 17:01
Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar
Bu gün, 16:59
“Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 16:57
Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
Bu gün, 16:53
Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü - "MOUZE"
Bu gün, 16:41
Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... - ŞƏRH
Bu gün, 16:39
Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq - İLGİNC
Bu gün, 16:33
Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb - TƏFƏRRÜAT
Bu gün, 16:22
Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi - BUNDAN SONRA...
Bu gün, 16:19
Tanınmış aktrisa KÖVRƏLDİ: - “Ölmüşdüm, sən məni diriltdin”
Bu gün, 16:12
Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb
Bu gün, 16:09
«Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb – HESABAT
Bu gün, 16:00
Bu müharibənin başlanması realdır – Sabiq nazirdən ŞOK açıqlamalar
Bu gün, 15:58
Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib
Bu gün, 15:56
Azərbaycanda banklar birləşəcək
Bu gün, 15:41
Xamenei işimizə mane olur - Əraqçi
Bu gün, 15:40
BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! - AXI NİYƏ?..
Bu gün, 15:35
"Ölümü aldadıb bu yaşa gəlmişəm" - Xalq artisti
Bu gün, 15:32
Müəllimlərin geyimi neçəyə SATILACAQ? - AÇIQLAMA
Bu gün, 15:30
AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü - SİYAHI
Bu gün, 15:24
“Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək - YIĞINCAQ
Bu gün, 15:22
Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir - İNCƏLƏMƏ
Bu gün, 15:19
Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 15:16
YAP-da “kadr zəlzələsi” olacaq - Deputatdan səs-küylü açıqlama
Bu gün, 15:14
Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib - DİQQƏT!
Bu gün, 15:13
Rus ordusu Xarkovda iki kəndi işğal etdi - KİV
Bu gün, 15:09
Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:59
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Bu gün, 14:57
"Bətnimdəki Səs" - Əfsanə Zaman...
Bu gün, 14:52
“Space TV” İFLAS HƏDDİNDƏ! - TƏFƏRRÜAT
Bu gün, 14:44
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
Bu gün, 14:37
Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib
Bu gün, 14:36
İran “Amazon”un məlumat mərkəzini vurub
Bu gün, 14:35
Düz-əməlli marşrut da yoxdur ki... - NARAZILIQ VAR...
Bu gün, 14:30
Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” – BİRİ Putin...
Bu gün, 14:25
İcra başçısı rəisi işdən çıxardı - FOTO - FOTO
Bu gün, 14:23
İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər
Bu gün, 14:20
CHP Özgür Özəlin sirlərini yaymağa başladı
Bu gün, 10:35
SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
Bu gün, 09:39
Azərbaycan nefti 8%-dən çox bahalaşıb
Bu gün, 09:38
Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?
Bu gün, 08:20
"Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... - Cənab Məmmədov NƏ İSTƏYİR?
Bu gün, 08:17
Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi - TƏFƏRRÜAT
Bu gün, 08:07
Ukrayna hərbçiləri açıqladı: - Ruslar üçün ən vacib nöqtə...
Bu gün, 08:05
Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi – onları nə gözləyir?
Bu gün, 08:04
Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... - Xocalıda işlətdiyi işçilərin pulunu vermir
Bu gün, 08:01
"Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı - FOTO
Bu gün, 07:49
Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur - NƏ ETMƏLİ?
Bu gün, 07:45
Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək - ARAŞDIRMA
Bu gün, 07:42
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - FAKT BUDUR!
Bu gün, 07:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru