"AZƏRBAYCAN"IN В«BAŞSAĞLIĞI BİZNESİВ»
Tarix: 29-03-2012, 12:46 | Çap et
BİR AY ƏRZİNDƏ MİLLİ MƏCLİSİN ORQANI 33600 MANATI NECƏ ƏLDƏ EDİR?
DİA.AZ: - Hakim mətbuatın müxtəlif qaynaqlar hesabına maliyyələşməsi hər kəsə məlumdur. Bu maliyyə qaynaqları içində rəsmən ötürülən pullar da var, qeyri-rəsmi olaraq çatdırılanı da. Doğrudur, hazırda bu mətbuatda daha çox diqqətçəkəni abunə məsələsidir ki, В«pripiskaВ» yolu ilə rəsmi mətbuata büdcə təşkilatlarında çalışanların abunə edilməsi hesabına həmin qəzetlərin tirajları süni şəkildə şişirdilir. Amma bu halda belə onların tirajlarının ən çox satılan müxalif və müstəqil yönümlü qəzetlərdən geri qalması hər kəsə aydındır.
Onu da bildirək ki, rəsmi mətbuatın gəlir yerlərindən biri də reklam sahəsidir. Əslində, normalda bütün mətbu orqanlar üçün reklam bazarı əsas maliyyə qaynağı kimi nəzərdə tutulmalıdır. Amma bizdə siyasi səbəblər ucundan müxalifyönlü və müstəqil mövqeli mətbuatın reklam baxımından çox ciddi problemləri var. Və demək olar ki, sözügedən qəzetlər reklam bazarında cüzi olsa belə, paya malik deyillər.
Xatırladaq ki, statistikaya görə, ümumiyyətlə, KİV üçün nəzərdə tutulan reklam bazarında qəzetlərin iştirakı da çox azdır. Rəqəmlərə görə, illik olaraq cəmi 2 faizlik pay çap mətbuatına aid olur və yerdə qalan həcm isə elektron KİV-ə aiddir.
Amma bizim müzakirə edəcəyimiz məsələ heç də bu deyil. Söhbət rəsmi qəzetlərin, konkret olaraq isə Milli Məclisin rəsmi orqanı olan В«AzərbaycanВ» qəzetinin BAŞSAĞLIĞI BİZNESİNDƏN gedir. Bəlkə də bəziləri üçün bu məsələ heç də böyük bir qazanc ünvanı kimi görünməyə bilər. Amma əslində bu В«biznesВ» sözügedən mətbu orqana külli miqdarda pul qazandırır.
DİA.AZ olaraq apardığımız araşdırmalar nəticəsində öyrənə bildik ki, gün ərzində bu qəzetdə ən pis halda 70 başsağlığı gedir. Məlumdur ki, ayrı-ayrı orta və kiçik ranqlı məmurlar hansısa tanınmışa başsağlığı vermək üçün sıraya düzülürlər ki, hətta öyrəndik ki, bu səbəbdən В«AzərbaycanВ» qəzetində hətta В«başsağlığı zaqonuВ» da əmələ gəlir.
Başsağlığının birinin dərci isə həmin qəzetdə ən azından 20 manata başa gəlir. Hətta daha samballı vəzifələrdə çalışan məmurlar bir başsağlığına görə, qəzetə 200 manat pul da ödəyirlər. Biz isə bir başsağlığının qiymətini 20 manatdan götürürük və məlum olur ki, qəzetin təkcə В«başsağlığı biznesiВ»ndən bir günlük qazancı 1400 manat pul edir. Həftə ərzində 6 gün çıxan В«AzərbaycanВ» qəzetinin bir həftəlik qazancı isə 8400 manat edir ki, bu da aylıq olaraq ən azından 33600 manat pul edir ki, bu məbləğin də xırdalığını kimsə iddia edə bilməz. Onu da bildirək ki, burada hələ В«itmişdirВ» və digər elanları nəzərə almırıq və həmin sahədən də sözügedən mətbu orqanın bir ay ərzində xeyli qazanc əldə etdiyini öyrənə bilmişik.
Hər halda, kifayət qədər təminatlı olan В«AzərbaycanВ» qəzetindəki В«başsağlığı biznesiВ»ndən əldə olunan vəsaitin işçilər arasında bölünmədiyi də aydın olan məsələdir. Yəni bu qədər vəsait qəzet rəhbərliyinin əlini cibinə qoyaraq əldə etdiyi aylıq qazancdır…

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Azaqrotexnika" MMC-nin dövlətə 86 min manatdan çox BORCU VAR
Bu gün, 15:30 |
|
|
|
| • Tehrandan Rusiya və Gürcüstana uzanan layihə: Ermənistan əsas halqaya çevrilir - DETALLAR
Bu gün, 15:27 |
|
|
|
| • Rumıniya Rusiyanın daha bir PUA-sını vurdu
Bu gün, 15:25 |
|
|
|
| • Müharibə Qırmızı dənizə və Xəzərə yayılır, ABŞ zərbələri dayandırıb, yeni cəbhələr açılır
Bu gün, 15:23 |
|
|
|
| • MİLYONLARIN SEVİMLİSİ... - REPLİKA
Bu gün, 12:38 |
|
|
|
| • Yaylaq Festivalında biabırçı mənzərə - AXI NİYƏ?..
Bu gün, 12:34 |
|
|
|
| • Naxçıvan gözləməməlidir: İnsanların səbri deyil, problemlər tükənməlidir! - Ariz Cəfərov yazır...
Bu gün, 12:28 |
|
|
|
| • Ləğv olunan banklarla bağlı məhkəmədə - 1 800 İŞ VAR
Bu gün, 11:50 |
|
|
|
| • Dənizdə batan Ümid müstəntiq işləyirmiş - FOTO
Bu gün, 11:37 |
|
|
|
| • Azərbaycanlıların olduğu gəmiyə dron hücumu: 2 dənizçi itkin düşüb - TƏFƏRRÜAT
Bu gün, 11:31 |
|
|
|
| • İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir
Bu gün, 11:28 |
|
|
|
| • Qazaxda Federasiya Kuboku yarışı keçirilib
Bu gün, 09:37 |
|
|
|
| • Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir - Bərdə xəstəxanasında can bazarı...
Bu gün, 09:32 |
|
|
|
| • İcra hakimiyyəti Qarabağ qazisinə qarşı! - MÜRACİƏT
Bu gün, 09:28 |
|
|
|
| • Bərdədə səhiyyə sistemi iflic durumda! - NARAZILIQ VAR...
Bu gün, 09:24 |
|
|
|
| • Şəki xəstəxanasında ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 09:19 |
|
|
|
| • "Titulları necə aldıqlarını da bilirəm, mən efirdə olanda onlar yox idi..." - Çingiz Əhmədov onların yalanını ifşa etdi
Bu gün, 09:13 |
|
|
|
| • “Bakı Qızlar Universiteti 35 il yaxşı idi, bu gün niyə qəfildən pis oldu?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:11 |
|
|
|
| • Salyan Melioservis İdarəsinin dövlətə 180 min manatdan çox BORCU VAR - FOTO
Bu gün, 09:05 |
|
|
|
| • Peskov Tokayevin Ukrayna ilə bağlı mövqeyindən danışdı - "Biz razı olmasaq da..."
Bu gün, 08:56 |
|
|
|
| • SEPAH ABŞ-nin hərbi itkiləri ilə bağlı yeni iddia irəli sürdü - IRNA
Bu gün, 08:53 |
|
|
|
| • Şəhid anası ACINACAQLI DURUMDA... - özü də GÜLLƏ YARASI ALIB...
Bu gün, 08:35 |
|
|
|
| • Rövşən Nəcəf SOCAR-da nələrin baş verdiyini bilirmi? - Əgər bilirsə, BU NƏDİ BELƏ?
Bu gün, 08:22 |
|
|
|
| • Uşaqlarınızı ölümə göndərməyin! - ÇAĞIRIŞ
Bu gün, 08:10 |
|
|
|
| • AYNA rəhbərinin pul qazanmaqdan başqa həm də vəzifə borcu var... - GİLEY
Bu gün, 08:06 |
|
|
|
| • Naxçıvanda CƏLİLOVŞİNA - Əmi də öz çömçəsi ilə gəlib...
Bu gün, 07:56 |
|
|
|
| • Gürcüstanda ELEKTROŞOK - NƏ BAŞ VERİR?
Bu gün, 07:37 |
|
|
|
| • ƏSL JURNALİSTİKA... - REPLİKA
Bu gün, 07:26 |
|
|
|
| • "Kontakt Home"un "Qızıl Zəmanət"i də QƏLP İMİŞ... - FAKT BUDUR!
Bu gün, 07:13 |
|
|
|
| • "Xeyli insanı işsiz qoyublar..." - ETİRAZ VAR!
Bu gün, 07:00 |
|
|
|
| • "Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." - FAKT BUDUR!
Bu gün, 06:51 |
|
|
|
| • Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər... - YAZIQSINIZ!
Bu gün, 06:47 |
|
|
|
| • Hindistanın təhsil nazirini gənclərin etirazları istefaya məcbur etdi - KİV
Bu gün, 06:32 |
|
|
|
| • Okeanın bu tayından okeanın o tayına iradlar... - Çempionata sözardı...
Bu gün, 06:26 |
|
|
|
| • Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
| • Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? - AKTUAL
Dünən, 16:56 |
|
|
|
| • "SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" - ŞƏRH
Dünən, 16:53 |
|
|
|
| • Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi
Dünən, 16:49 |
|
|
|
| • İran və Ermənistan birgə işçi qrupu yaradır - “Mehr”
Dünən, 16:45 |
|
|
|
| • Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı
Dünən, 16:35 |
|
|
|
| • "Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:28 |
|
|
|
| • Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” – Terrorçulara işgəncə verilir?
Dünən, 16:19 |
|
|
|
| • Gürcüstanda enerji böhranı: - Bakı-Tbilisi qatarı da yolda qaldı
Dünən, 16:17 |
|
|
|
| • Bakı şəhəri yenə yuyuldu - FOTO
Dünən, 13:31 |
|
|
|
| • Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar - Çıxış yolu nədir?
Dünən, 13:05 |
|
|
|
| • Ermənistanın ixracı: - AB-yə 80%, Çinə 83% artdı
Dünən, 13:04 |
|
|
|
| • "Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" - Etibar Məmmədov
Dünən, 12:45 |
|
|
|
| • SEPAH-ın ultimatumu: - müharibə dağılma mərhələsinə keçib
Dünən, 12:35 |
|
|
|
| • Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi - NƏ BAŞ VERİR?
Dünən, 12:32 |
|
|
|
| • Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? - AKTUAL
Dünən, 12:27 |
|
|
|
|