Rusiya iyulun 19-da Ukrayna müharibə başlayandan bu yana Kiyevə ən böyük hücumlarından birini edib. Ukrayna paytaxtına endirilən raket zərbələri nəticəsində 1 nəfər ölüb, 16 nəfər yaralanıb. Ukrayna isə öz növbəsində Rusiyanın Qara dənizdəki iki neft tankerini vurduğunu açıqlayıb.
"DİA-AZ" xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski X səifəsində Rusiyanın Kiyevə 40 raket, 120 PUA atdığını açıqlayıb. Ukraynanın Hərbi Hava Qüvvələri isə Rusiyanın ümumilikdə Ukraynaya 41 raket və 125 dron atdıqlarını onların böyük hissəsinin Kiyevə yönləndirildiyini bildirib. Atılan raketlərdən 18-nin, dronlardan isə 108-nin məhv edildiyi vurğulanıb.
Ukrayna rəsmilərinin dediklərinə görə, paytaxtın əsasən 6 rayonu zərbələrin hədəfi olub və nəticədə yaşayış binaları, ticarət və əyləncə mərkəzləri, supermarketlər zərər görüb.
Rusiya Müdafiə Nazirliyi isə əsasən hərbi infrastrukturu hədəf aldıqlarını bildirib.











