ABŞ Prezidenti Donald Tramp Çinin Amerika seçkilərinə mümkün müdaxiləsi ilə bağlı Pekinlə danışıqlar aparmağa hazır olduqlarını bildirib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərin suallarını cavablandırarkən danışıb.
“Baxarıq. Biz bu məsələni onlarla müzakirə edəcəyik”, – deyə ABŞ lideri Çinə qarşı hər hansı nəticənin olub-olmayacağı ilə bağlı suala cavab verib.
Qeyd edək ki, Tramp iyulun 16-da xalqa televiziya müraciətində Çinin, o cümlədən 2020-ci ildə ABŞ-da seçki proseslərinə genişmiqyaslı təsir göstərməyə çalışdığını iddia etmişdi.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Tszyan isə Vaşinqtonun yeni ittihamlarını “tamamilə uydurma və qərəzli böhtan” adlandırıb.











