Babək Hüseynov SOCAR-ın vitse-prezidenti vəzifəsindən azad olunub... YA YOX? .....                     Mərkəzi Asiyanın 4 ölkəsində eyni vaxtda elektrik kəsintisi baş verib .....                     Məktəb alış-verişi edənlərə xəbərdarlıq: .....                     Azərbaycan “Zəngəzur dəhlizi” müqabilində İrəvana nə verəcək? .....                     Elçin Quliyevə müavin təyin edildi .....                     SOCAR-da bir işçiyə düşən orta aylıq əməkhaqqı 60 min manat olub .....                     “Ali İmran” MMC Təsərrüfat Birliyinə 5 min ədəd 72%-lik sabun satacaq .....                     Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar .....                     Yeddi ayda metro ilə 129 milyon sərnişin daşınıb .....                     Lavrovdan Türkiyəyə etiraz: .....                     DTX, DMX və FHN-in avtomobilləri satışa çıxarılır .....                     Azərbaycanlı mütəxəssis BYD-də yüksək vəzifəyə təyin olundu .....                     Xandanyan: TRIPP-də başqa ölkələrin təhlükəsizlik strukturlarının mövcudluğu nəzərdə tutulmur .....                     Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı .....                     Bakı və Moskvadan referendum TƏLƏBİ .....                     Naxçıvanda 45 min manatlıq “gözyumma” rüsumu... .....                     “Xezer-Construction”a MİLYONLAR BELƏ ÖTÜRÜLÜR... .....                     Səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var .....                     2025-ci ildə SOCAR-ın gəlirləri 86,3 milyard manat təşkil edib .....                     “Cənnət Park” MTK-nın direktoru Qənbər Fətullayevə cinayət işi açılıb .....                     “Bu aparıcının səviyyəsinə baxır, .....                     İş adamına 1 milyon manat “atan” biznesmenlə bağlı qərar verildi .....                     Gənc aktrisadan QALMAQALLI AÇIQLAMA: .....                     "Qazprom Ermənistan"ın dörd əməkdaşı həbs edilib .....                     Putinin xəbərdarlığına Britaniyadan reaksiya: .....                     Kəramət Böyükçölün “4 milyonluq” obyekti müzakirələrə səbəb oldu .....                     Ermənilər Aristoteli də "oğurladılar": Gülməli “kəşf” .....                     Arxasında nazir imzası dayanan məşhur MAHNILAR .....                     Rusiyada qadınlar qan puluna yerikləyir .....                     İrəvandan Kiyevə artan müəmmalı zənglər .....                     Zəngəzur dəhlizi İran üçün daha KABUS deyil? .....                     Nazirliyin xarici borcu 100 milyon dollardan çoxdur .....                     Kino Agentliyi "Filming Azerbaijan"ın direktoruna dəbbə pulu ödəyəcək .....                     Tehranın Xəzərin 50 faizinə iddia etmək hüququ yoxdur .....                     Özbaşına qalan Nizami rayonunun başçısına VACİB SUAL: .....                     ABŞ-İran müharibəsi nəticəsində dünya 2,6 mlrd. barel neft itirib .....                     Dövlət Sığorta Agentliyinin sabiq vəzifəli şəxsi növbəti dəfə şikayətini geri götürdü .....                     “Sms-lə müğənni seçmək çətindir, yaxşı oxuyan uşaqlar tez çıxırdı...” .....                     Türkiyədən FETÖ: “Yeni Süleymançılar” şəbəkəsinə qarşı 100 milyardlıq böyük əməliyyat .....                     Qriqoryan Paşinyandan narazı qalıb .....                 

Rusiya niyə aqressivləşib? - TƏHLİL
Tarix: 6-04-2021, 08:16 | Çap et
Rusiya niyə aqressivləşib?
Rusiya prezidentinin köməkçisi Vladimir Medinski bəyan edib ki, Ukrayna, Belarus və Qazaxıstan rus torpaqlarıdır. “Axı necə oldu ki, velikoros torpaqları Ukrayna, Qazaxıstan, hətta Belarus ərazilərinə düşdü?!” – deyə Medinski martın 30-da Federasiya Şurasında keçirilən toplantıda senatorlara üzünü tutaraq bildirib. Prezidentin mətbuat katibi Dmitri Peskov jurnalistlərin bu barədə sualını cavalandırarkən deyib ki, Medinskinin söylədiyi məsələ Kremlin gündəmində deyil, o, sadəcə, “elmi fikir” ifadə edib. Halbuki eyni tezisi prezident Vladimir Putin martın 18-də “Lujniki”də Krımın ilhaqının ildönümünə həsr olunmuş tədbirdəki çıxışında ölkə adı çəkmədən dilə gətirmişdi. Onun əvvəllər də dəfələrlə bu fikri səsləndirdiyi məlumdur. Yəni Medinskinin sözləri əslində Rusiya dövlətinin postsovet məkanına rəsmi baxışını əks etdirir.

Məsələn, Putin 2019-cu ilin oktyabrında “Rossiya-1” telekanalının “Moskva. Kreml. Putin.” proqramına müsahibəsində demişdi ki, postsovet ölkələrində SSRİ-nin bərpası ehtimalından duyulan fobiya (qorxu) tədricən aradan qalxır və hər kəs inteqrasiyanın faydalı olduğunu anlayır, sadəcə olaraq, Qərb bu inteqrasiyaya maneçilik törədir. (Müsahibənin bu hissəsi 2020-ci ilin aprelində efirə verilmişdi.) Cənab Putinin hansı araşdırmalar və ya məlumatlar əsasında bu qənaətə gəldiyini, “fobiya aradan qaxır” deyərkən ölkə rəhbərlərinin, yoxsa xalqların fobiyasını nəzərdə tutduğunu öyrənmək mümkün olmadı.

Ümumiyyətlə, Putin SSRİ-nin dağılmasını XX əsrin böyük geosiyasi fəlakəti sayır və bunu hələ 2005-ci ildə bəyan edib. Amma insafən deyək ki, bu sözləri o, həmin vaxt SSRİ-nin bərpasının zəruriliyi kontekstində söyləməmişdi və elə həmin çıxışında Rusiya Federasiyasının azad, demokratik ölkə kimi inkişafının vacibliyini vurğulamışdı. Putin o zaman Qərblə əməkdaşlığın inkişafına inanırdı, yaxud belə deyək: səmimi olaraq inanmasa belə, bu istiqamətdə siyasət yeridirdi. Lakin neft gəlirləri artdıqca sonrakı illərdə Putin Rusiyanın beynəlxalq münasibətlər sistemindəki yerindən və rolundan məmnun olmayaraq dünya düzəninə təftişçi yanaşma ortaya qoydu. Bu mənada onun 2007-ci ilin fevralında Münhen Təhlükəsizlik Konfransındakı məşhur nitqini xüsusi qeyd etmək lazımdır. Putin Münhendə təkqütblü beynəlxalq sistemi sərt tənqid edərək bunun qəbuledilməz olduğunu vurğulamış və Rusiyanın min illik dövlətçilik tarixi olan ölkə kimi “müstəqil xarici siyasət” yeritmək imtiyazına sahib olduğunu diqqətə çatdırmışdı. Bu sözlərin tərcüməsi o idi ki, Qərb çoxqütblü beynəlxalq münasibətlər sisteminə keçidi qəbul etməli və Rusiyanı bərabərhüquqlu qütblərdən biri kimi tanımalıdır. O vaxt Qərb və onun lideri ABŞ bu demarşı ya ciddiyə almadı, ya da razılaşmadığı üçün diqqətdən kənar qoydu. Belə olan halda, Putin niyyətinin nə qədər ciddi olduğunu göstərmək ehtiyacı hiss etdi və sərt gücə əl atmaq yolunu seçdi. Qərb buna tamamilə hazırlıqsız yaxalandı və hadisələrin arxasınca sürünərək reaksioner mövqedə qaldı.

2008-ci ilin avqustunda Rusiyanın Gürcüstana hərbi müdaxiləsi zamanı Qərb yalnız atəşkəs üçün hərəkətə keçdi və beynəlxalq hüququn kobudcasına pozulması faktını cavabsız qoydu. Həmin il ABŞ prezidenti seçilən Barak Obama 2009-cu ildə fəaliyyətə başladıqdan sonra Rusiya ilə münasibətlərdə yeni səhifə açdı, iki ölkə xarici siyasət idarələrinin rəhbərləri mart ayında Cenevrədə şərti Reset düyməsinə basaraq münasibətlərdə “yenidən yüklənmə”nin startını verdilər. Gürcüstan unuduldu. Ümumiyyətlə, Obama əvvəlcə postsovet məkanına, daha sonra Orta Şərqə etinasız münasibət ortaya qoyaraq bu regionlarda Rusiya və İranın ekspansiyasının önünü açdı. Obamanı “dişinə vurub”, yoxladıqdan sonra Putin 2014-cü ilin fevralında bu dəfə Ukraynaya qarşı hərbi güc tətbiq etdi. Ukrayna Gürcüstan deyil, Avropa Birliyi ilə NATO-nun 4 üzv dövləti ilə həmsərhəd olan Avropa ölkəsidir. Məhz Krım və Donbasdan sonra Qərb Putinin niyyətinin ciddiliyini anlayaraq kontr-addımlar atmağa başladı.

2018-ci ildə ABŞ dövlət katibinin müavini Uess Mitçell Tiflisdə keçirilən konfransda təəssüflə etiraf etmişdi ki, “biz 2008-ci il müharibəsindən sonra ayılmadıq.” Sonradan ayılmanın baş verdiyi şübhəsizdir, amma bunun real siyasətdə nə dərəcədə özünü göstərdiyi mübahisəli məsələdir. Məsələn, 4 illik Tramp dövrünü bu baxımdan itirilmiş illər adlandırmaq olar. Düzdür, həmin dövrdə Rusiyaya qarşı Obama dövründə başlamış sanksiya siyasəti davam etdirildi, amma bu sanksiyaların nə qədər sərt və ağır olduğu şübhəlidir. Ən başda Tramp özü bu siyasətə inanmırdı və Rusiya ilə münasibətlərin istiləşdirilməsinə tərəfdar idi, lakin Konqresdə və kəşfiyyat qurumlarında güclü antirusiya konsensusu olduğu üçün buna nail ola bilmədi. Sanksiyalara nəzər salanda görürük ki, hələlik Rusiya iqtisadiyyatına dağıdıcı təsir göstərəcək tədbirlər görülməyib və rusiyalı oliqarxların, Putinin yaxın çevrəsinin aktivlərinə həbs qoyulmayıb. Putinin özünün Qərbdəki milyardlarından çox danışılsa da, bununla bağlı da hər hansı sanksiya yoxdur. Yalnız 2 oliqarxın – Deripaska və Vekselberqin digərləri ilə müqayisədə sanksiyalardan daha çox zərər çəkdiklərini söyləyə bilərik. Yəni, Qərb – xüsusən onun Avropa qanadı Putinlə anlaşmaq üçün əlyeri qoyub və münasibətlərin kəskinləşməsinə baxmayaraq, hələ də bütün körpülərin yandırılmasından danışmaq doğru olmaz.

Bəs, anlaşma niyə baş tutmur? Qərb nə istəyir, Putin nə gözləyir?

Bu barədə uzun yazmaq olar. Yuxarıda da qeyd etdiyimiz kimi, Putin istəyir ki, ABŞ ən əvvəl Rusiyanı bərabərhüquqlu tərəf-müqabil kimi qəbul etsin və bu statusda masaya otursun. Putin gözləyir ki, Qərb Rusiyanın ilk növbədə keçmiş sovet məkanındakı maraqlarını anlayışla qarşılayacaq və bu coğrafiya üzərində Moskvanın nəzarətini mübahisələndirməyəcək, buralara müdaxilədən vaz keçəcək. Bundan sonra digər beynəlxalq problemlərin həllində də tərəflər bərabər çalışa bilər. Vaşinqton isə bunu qəbul etmir, “soyuq müharibə” dövründəki kimi, dünyanı maraq zonalarına bölmək tərəfdarı deyil, Rusiyanı isə Çindən fərqli olaraq, gerçək rəqib deyil, ikinci dərəcəli güc kimi görür. Obama Rusiyanı regional derjava adlandırmışdı, Bayden də eyni fikirdədir, üstəlik, bildirir ki, bu derjavaya rəhbərlik edən şəxs qatildir. Məlumdur ki, qatili məsuliyyətə cəlb edirlər, onu masanın yuxarı başına əyləşdirmirlər. Baydenin Putinə münasibəti budur. Vaşinqton Çin dövləti ilə qlobal rəqabətə başladığı dövrdə Rusiyanı bu siyasətə mane olan, əl-ayağa dolaşan destruktiv qüvvə hesab edir. Putin isə ona ən yaxşı halda masanın kənarında ayrılan yerlə razılaşmaq fikrində deyil və qarşı tərəfin uzlaşmaz mövqeyi Kremldə qəzəb doğurur. Ukrayna ətrafındakı son gərginləşməyə də bu pəncərədən baxmaq lazımdır.

Putin Ukraynanı, yəni Avropanın şərqini yenə cəhənnəmə çevirə biləcəyini nümayiş etdirir. Ukrayna sərhədlərindəki hərəkətlilik, oraya böyük sayda hərbi texnika cəmləşdirmək ilk növbədə Baydenin diqqətini çəkməyə və onu öz mövqeyinə yenidən baxmağa vadar etməyə yönəlib. Bayden isə Ukraynanı Rusiya qarşısında tək qoymayacaqlarını bəyan etməklə bu mesajı qulaqardına vurduğunu göstərir. Bu da məsələni düyünə salır.

Rusiyanın bu aqressivliyinin, ABŞ-ın isə kompromisə meylli olmamasının hansısa nəticəsi olmalıdır, yəni “razvyazka” baş verməlidir. Hansı şəkildə?

Rusiya ya silaha əl atacaq və Ukrayna torpaqlarından növbəti hissəni qoparmağa çalışacaq, bununla Qərbə yenə öz gücünü göstərib, onu öz mövqeyini dəyişməyə məcbur edəcək; ya da ABŞ və müttəfiqləri Ukraynanın arxasında möhkəm dayanaraq Rusiyanı ya müharibə meydanında (Moskva savaşa başlayacağı təqdirdə), ya da siyasi səviyyədə geri çəkilməyə və güzəştlərə vadar edəcəklər. Amma Putin hər mənada (fiziki olaraq və ritorika səviyyəsində) o qədər irəli gedib ki, sifətini qorumadan geri çəkilməsi onun Rusiya daxilindəki mövqelərini sarsıda, saray daxilində xaos yarada bilər.

Bir sözlə, çox mürəkkəb situasiya yaranıb. Görək, “Qordi düyünü”nü kim və necə kəsəcək: Putin, yoxsa Bayden?..
Müəllif: Şahin Cəfərli
//pressklub.az//








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Babək Hüseynov SOCAR-ın vitse-prezidenti vəzifəsindən azad olunub... YA YOX? - ADI SİYAHIDA GEDİR...
Bu gün, 16:18
Mərkəzi Asiyanın 4 ölkəsində eyni vaxtda elektrik kəsintisi baş verib
Bu gün, 16:12
Məktəb alış-verişi edənlərə xəbərdarlıq: -Bunu sentyabra saxlamayın
Bu gün, 16:05
Azərbaycan “Zəngəzur dəhlizi” müqabilində İrəvana nə verəcək? - AKTUAL
Bu gün, 15:15
Elçin Quliyevə müavin təyin edildi - FOTO
Bu gün, 15:05
SOCAR-da bir işçiyə düşən orta aylıq əməkhaqqı 60 min manat olub - İLGİNC
Bu gün, 14:55
“Ali İmran” MMC Təsərrüfat Birliyinə 5 min ədəd 72%-lik sabun satacaq
Bu gün, 14:52
Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar - MƏQALƏ
Bu gün, 14:44
Yeddi ayda metro ilə 129 milyon sərnişin daşınıb - DETALLAR
Bu gün, 13:16
Lavrovdan Türkiyəyə etiraz: - Susurlar, bu haqda bir kəlmə də demirlər
Bu gün, 13:13
DTX, DMX və FHN-in avtomobilləri satışa çıxarılır – Ən bahalısı 18 min manatdır
Bu gün, 13:10
Azərbaycanlı mütəxəssis BYD-də yüksək vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Bu gün, 13:03
Xandanyan: TRIPP-də başqa ölkələrin təhlükəsizlik strukturlarının mövcudluğu nəzərdə tutulmur
Bu gün, 12:59
Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı - Foto
Bu gün, 12:50
Bakı və Moskvadan referendum TƏLƏBİ – Paşinyanın TƏK seçimi
Bu gün, 12:49
Naxçıvanda 45 min manatlıq “gözyumma” rüsumu... - İTTİHAM VAR...
Bu gün, 12:45
“Xezer-Construction”a MİLYONLAR BELƏ ÖTÜRÜLÜR... - İcazə verin, şübhələnək...
Bu gün, 12:35
Səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:27
2025-ci ildə SOCAR-ın gəlirləri 86,3 milyard manat təşkil edib - DETALLAR
Bu gün, 12:21
“Cənnət Park” MTK-nın direktoru Qənbər Fətullayevə cinayət işi açılıb - QƏRAR
Bu gün, 12:18
“Bu aparıcının səviyyəsinə baxır, efirə elə adamları çıxarıb reklam edirdilər ki...”
Bu gün, 12:11
İş adamına 1 milyon manat “atan” biznesmenlə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 12:01
Gənc aktrisadan QALMAQALLI AÇIQLAMA: - “Ağzına gələni danış, olacaqsan məşhur”
Bu gün, 11:58
"Qazprom Ermənistan"ın dörd əməkdaşı həbs edilib
Bu gün, 11:52
Putinin xəbərdarlığına Britaniyadan reaksiya: - Qarşısını ala bilməyəcəyik
Bu gün, 11:51
Kəramət Böyükçölün “4 milyonluq” obyekti müzakirələrə səbəb oldu – AÇIQLAMA
Bu gün, 11:37
Ermənilər Aristoteli də "oğurladılar": Gülməli “kəşf” - Tarixi fantastika üzrə Nobel mükafatı olsaydı...
Bu gün, 11:35
Arxasında nazir imzası dayanan məşhur MAHNILAR - SİYAHI
Bu gün, 11:29
Rusiyada qadınlar qan puluna yerikləyir - ARAŞDIRMA
Bu gün, 11:17
İrəvandan Kiyevə artan müəmmalı zənglər - NƏ BAŞ VERİR?
Bu gün, 11:03
Zəngəzur dəhlizi İran üçün daha KABUS deyil? - AKTUAL
Bu gün, 11:00
Nazirliyin xarici borcu 100 milyon dollardan çoxdur - RƏSMİ
Bu gün, 10:55
Kino Agentliyi "Filming Azerbaijan"ın direktoruna dəbbə pulu ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 10:47
Tehranın Xəzərin 50 faizinə iddia etmək hüququ yoxdur - İranın keçmiş səfiri
Bu gün, 10:43
Özbaşına qalan Nizami rayonunun başçısına VACİB SUAL: - Şirin Mirzəyev 68A və 76A arasında tikiliyə icazə necə verilib?
Bu gün, 10:42
ABŞ-İran müharibəsi nəticəsində dünya 2,6 mlrd. barel neft itirib - SAUDİ ARAMCO
Bu gün, 10:27
Dövlət Sığorta Agentliyinin sabiq vəzifəli şəxsi növbəti dəfə şikayətini geri götürdü - TƏFƏRRÜAT
Bu gün, 10:25
“Sms-lə müğənni seçmək çətindir, yaxşı oxuyan uşaqlar tez çıxırdı...” - Mübariz Tağıyevdən “Yeni ulduz” açıqlaması
Bu gün, 10:23
Türkiyədən FETÖ: “Yeni Süleymançılar” şəbəkəsinə qarşı 100 milyardlıq böyük əməliyyat - Bakı ayağında hansı şirkətin adı keçir?
Bu gün, 10:16
Qriqoryan Paşinyandan narazı qalıb - Ermənistan hakimiyyətində QALMAQAL
Bu gün, 10:13
BDU-nun müəlliminin evindən 1,6 milyon manat oğurluq edən qohumların CƏZALARI AZALDILDI
Bu gün, 10:10
"Öz pulumu bu günə qədər geri ala bilmirəm" - GİLEY
Bu gün, 10:07
Nikol Paşinyan yenidən seçkilərə hazırlaşır - “Hraparak”
Bu gün, 09:57
Gəlinini “uşaqlarının qayğısına qalmırdı, boğazını kəsdim” deyən qayınata ilə bağlı QƏRAR
Bu gün, 09:55
Meydanda məğlubiyyət, meydandan kənar qalmaqal - VİDEO
Bu gün, 09:53
“Atena Group”a yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 09:45
Qonşu qadını şantaj etməkdə təqsirləndirilən şəxsə bəraət verildi - TƏFƏRRÜAT
Bu gün, 09:44
"Tvente" - "Qarabağ" oyununun başlama saatı açıqlanıb - UEFA Konfrans Liqası
Bu gün, 09:36
Şahin Allahverdiyevin şirkəti dövlətə borclandı - FOTO
Bu gün, 07:32
Ukraynanın Rusiyada əsas hədəfi: - Vura bilmir...
Bu gün, 07:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru