Çin koronavirusun mənşəyini araşdıracaq ÜST-ün ekspertlərinin ölkəyə girişinə icazə verib
Tarix: 11-01-2021, 10:31 |
Çap et
Çin yeni növ koronavirus (COVID-19) infeksiyasının mənşəyini araşdıracaq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlərinin ölkəyə girişinə icazə verib.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Çinin Gigiyena və Səhiyyə Məsələləri üzrə Komitəsi məlumat yayıb.
Bildirilib ki, ÜST-ün ekspertləri yanvarın 14-də Çinə səfər edəcəklər.
Səfər çərçivəsində ÜST-ün ekspertləri çinli alimlərlə koronavirusun mənşəyini araşdıracaqlar. Tədqiqatçılardan ibarət heyətin COVID-19-un ilk qeydə alındığı Uhan şəhərinə gedərək araşdırma aparması gözlənilir.
Qeyd edək ki, COVID-19-un mənşəyini araşdıracaq ÜST-ün ekspertləri uzun müddətdir Çinə giriş icazəsi gözləyirdilər. ÜST səfərin gecikməsinin viza problemi ilə bağlı olduğunu bəyan etmişdi.