Əsas Səhifə > Dünya > Çin koronavirusun mənşəyini araşdıracaq ÜST-ün ekspertlərinin ölkəyə girişinə icazə verib
Çin koronavirusun mənşəyini araşdıracaq ÜST-ün ekspertlərinin ölkəyə girişinə icazə verib11-01-2021, 10:31 |
Çin yeni növ koronavirus (COVID-19) infeksiyasının mənşəyini araşdıracaq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlərinin ölkəyə girişinə icazə verib. APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Çinin Gigiyena və Səhiyyə Məsələləri üzrə Komitəsi məlumat yayıb. Bildirilib ki, ÜST-ün ekspertləri yanvarın 14-də Çinə səfər edəcəklər. Səfər çərçivəsində ÜST-ün ekspertləri çinli alimlərlə koronavirusun mənşəyini araşdıracaqlar. Tədqiqatçılardan ibarət heyətin COVID-19-un ilk qeydə alındığı Uhan şəhərinə gedərək araşdırma aparması gözlənilir. Qeyd edək ki, COVID-19-un mənşəyini araşdıracaq ÜST-ün ekspertləri uzun müddətdir Çinə giriş icazəsi gözləyirdilər. ÜST səfərin gecikməsinin viza problemi ilə bağlı olduğunu bəyan etmişdi. Geri qayıt |