“Ermənistanı hələ də müttəfiq hesab edirik” .....                     Alim Qasımov 70 yaşın bir addımlığında: .....                     Politoloqdan İran səfirinə .....                     Putin vacib açıqlamalar verəcək .....                     TRIPP layihəsinə İran təhdidləri və: .....                     Azərbaycanda 7 ay ərzində internetə 383 milyon manat xərclənib .....                     Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir .....                     Hacı Məhərrəm Novruzov və onun “Qəmlosu” Şahlar Hüseynov... .....                     Unun qiyməti artır: çörək bahalaşacaqmı? .....                     Azərbaycanlı müğənni küçədə döyüldü .....                     “Vəfa Şərifovanı polis saxlayıb” iddiasına .....                     Lənkəranda “YAZAR” Ədəbi Məclisi yaradıldı .....                     Laçında benzin satınalması: Niyə məhz bir mənbə metodu seçilib? .....                     Xaçmazda DƏHŞƏT: Bir gündə iki ata oğlunu BIÇAQLADI .....                     Qobustanda 376 min manatlıq “sirli” müqavilə... .....                     Bakı şəhəri bu gün bir daha yuyuldu .....                     “Şah İsmayıl Xətai ilə bağlı filmimi onlar dayandırdı, Fazil Mustafaya etiraz etdim, gülümsəyib dedi ki..” .....                     Paşinyan iki mühüm fiquru niyə dəyişdi? .....                     "Qarabağ" "Tvente" ilə macərası nə ilə bitəcək? .....                     Zubir “Qarabağ”dan getdi: .....                     Gürcüstanın Baş naziri Samtsxe-Cavaxetiyaya yeni qubernator təyin etdi .....                     Kompleks Qazma İşləri Trestində NÖVBƏTİ ÖZBAŞINALIQ .....                     "Sərvətinin bircə faizini Kəlbəcərlilərə verib troll komandası yaradıb..." .....                     “Zəlzələ öldürmür, kağız binalar öldürür!” .....                     Şah İsmayıl Xətai “fırtınası” və ya deputatın tarixi yenidən yazmaq cəhdi .....                     “Sabah” UEFA seçmələrində 181 klub arasında 17-ci olub .....                     İrəvan Rusiya ermənilərinin Ermənistan vətəndaşlığı alması qaydasına yenidən baxmağa hazırlaşır .....                     "Azər müəllim, mən sizə neyləmişdim?" .....                     Kərki BU TARİXDƏ Naxçıvana qaytarılır .....                     Moskva müqavilənin şərtlərinə əməl etmir .....                     Payızda bu məhsullar bahalaşa bilər .....                     Hərbçimiz hospitalda vəfat etdi .....                     NASA amerikalı astronavtların Aya enişinə hazırlaşır .....                     "Fortuna SL Project" MMC-nin vergi borcu 1 milyonu keçdi .....                     Abituriyentlərə seçim təzyiqi: Valideynlər diqqətli olsunlar, yoxsa... .....                     Qarabağda ordumuza qarşı gizli əməliyyatlar, Ağdərədə qətllər .....                     Elman Paşayevin oğlunun da ittiham olunduğu cinayət işinin yeni təfərrüatları məlum olub .....                     Rusiyanın cənubunu bloklamışıq .....                     Azərbaycanda benzin və dizel bahalaşır? .....                     "Tramp administrasiyası ən çox bizdəki tranzit işindən narazıdır" .....                 

Tramp, yoxsa Bayden: Azərbaycan üçün hansı sərfəlidir? - TƏHLİL
Tarix: 29-10-2020, 08:23 | Çap et
Tramp, yoxsa Bayden: Azərbaycan üçün hansı sərfəlidir?
Bir neçə gün sonra - daha dəqiq desək, noyabrın 3-də ABŞ-da prezident seçkiləri keçiriləcək. Məlum olduğu kimi, namizədlər Demokratlar Partiyasından Co Bayden və hazırkı prezident, Respublikaçılar Partiyasından Donald Trampdır.

Rəy sorğusu keçirən təşkilatlar, analitik mərkəzlər hansı namizədin qalib gələcəyini hələlik tam olaraq proqnozlaşdıra bilmirlər. Son sorğulara əsasən Bayden 52 faiz səslə 41 faiz etimada sahib olan Trampı üstələyir. Lakin əlbəttə ki, bu nəticələr nisbidir.

Bəs Baydenin, yoxsa Trampın ABŞ-a prezident seçilməsi Azərbaycan üçün sərfəli olar? Mütəxəssislərin əksəriyyəti qeyd edir ki, Tramp 4 illik hakimiyyəti dövründə Azərbaycana qarşı qərəz nümayiş etdirməyib. Lakin Bayden istər Obamanın vitse-prezidenti olduğu dövrlərdə, istərsə də indiki çıxışlarında ermənipərəst mövqe nümayiş etdirir. Bu baxımdan Baydenin hakimiyyətə gəlməsi ilə ABŞ-da erməni lobbisinin daha da güclənəcəyini düşünənlər var.

Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa “Yeni Müsavat”a danışıb:

“Məlum olduğu kimi, ABŞ-ın ”oturuşmuş siyasət sistemi" var. ABŞ sistem dövlətidir. Yəni bu dövlətdə kimin prezident olması mahiyyətcə nələrisə dəyişmir. Bundan əvvəl də ermənipərəst sayıla biləcək qüvvələr hakimiyyətə gəlmişdi. Bəs dəyişən nəsə oldumu? Onlar öz ölkələrinin maraqlarına zidd addımlar atmağa məcbur oldular, çünki heç vaxt daxili siyasəti xarici siyasətlə qarışdırmaq olmaz. Bir ermənipərəst mövqe ABŞ-ın bölgədə maraqlarını təhlükə altına qoyur. Məsələn, Türkiyə kimi bir dövlətlə ermənilərə görə müəyyən problem yaşaması ABŞ-ın özünə ziyanlı addımdır. Ona görə də bu kimi məsələlərdə çox da narahatlıq keçirməyə dəyməz. Bizim üçün heç bir fərqi yoxdur, kim olmağından asılı olmayaraq, ermənipərəst olarsa daha çox pərişan olacaq, ermənipərəst olmayanda əvvəlki ABŞ siyasətini davam etdirəcək.

Bayden və başqaları da daxildə səs almaq üçün belə bir görüntü verirlər. Mahiyyətcə onlar ABŞ dövlət siyasəti nəyə xidmət edirsə, onu da yerinə yetirəcəklər.

ABŞ-da yəhidi lobbisi də kifayət qədər güclüdür. Məlum olduğu kimi indi yəhudi lobbisi ilə Türkiyənin münasibəti fərqlidir. Amma Azərbaycanla münasibəti isə əksinə, tam yüksək səviyyədədir. İndi kimsə məsələyə erməni kontekstindən yanaşarsa, onda yəhudilərin dəstəyini itirəcək. Ona görə də ABŞ-da mütləq mənada ermənipərəst, yaxud yəhudipərəst prezident olması deyilən bir yanaşma yoxdur. Konkret seçki dairəsi var. Seçki dairəsinin müəyyən dərəcədə rəğbətini qazanmaq üçün seçki ərəfəsində və yaxud ondan sonrakı dövrlərdə onların xoşuna gələn mesajlar verirlər, çünki onlar da seçki kampaniyasına müəyyən qədər ianə, pul ödəyirlər.

Lakin sonradan elektoral baza da anlayır ki, ABŞ dövləti erməni üçün hər hansı fədakarlıq etmək əvəzinə öz maraqlarını qorumalıdır. Ona görə də bu kimi məsələlərdə bizim üçün narahatlığa əsas yoxdur. Sadəcə, dünya üçün mütərəqqi lider olarsa, dünyada yaxşı mənada müsbət dəyişikliklər baş verər. Yəni Amerika proseslərə ədalət anlayışı ilə yanaşarsa, bölgələrdə daha çox sülhün bərqərar olması mümkün olar. Ədalətsiz olarsa, daha çox savaş, qan, insan fəlakətləri yaşanacaq. Ona görə də ümumi bəşəriyyət üçün sadəcə ədalətli mövqedə olması kifayət edir".

“İlk öncə onu qeyd edim ki, Amerika prezidentləri heç vaxt başqa xalqların maraqlarına xidmət etmirlər. Sadəcə, öz maraqlarına uyğun hansı dövləti müdafiə etmək tələb olunursa, o dövləti də müdaifə edirlər. Bu baxımdan Azərbaycanın geopolitik əhəmiyyətinin artmasını nəzərə alsaq, Amerikada prezident kim olursa-olsun, mütləq Azərbaycanın maraqlarını müdafiə etməlidir və edəcək də.

Məlum olduğu kimi, indi İsrail də Azərbaycanın yanındadır. İsrail lobbisi dünyada qeyri-adi təsir imkanlarına malikdir. Bu o deməkdir ki, kim olursa-olsun, ABŞ siyasəti Azərbaycanın mənafeyinə uyğun olacaq".

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov isə qeyd etdi ki, hər iki namizədin Azərbaycana münasibəti yaxşıdır: “Azərbaycan Prezidenti İlham Əliyev ”Fox News"un suallarını cavablandıran zaman da qeyd etmişdi ki, prinsipcə hər iki şəxsin Azərbaycana münasibəti yaxşıdır.

Məlum olduğu kimi, Bayden Obama administrasiyasında vitse-prezident olub və artıq o, Azərbaycanla bu məsələdə əməkdaşlıq edib, birgə işləyib, o cümlədən də Tramp administrasiyası.

Mənim şəxsi fikrimi soruşsanız deyə bilərəm, ABŞ prezidenti seçilmiş şəxs ilk olaraq Amerikanın maraqlarından çıxış edir.

Lakin bu da bir faktdır ki, Amerikada erməni lobbisinin təsiri çox güclüdür, yəni biz bunu nə qədər inkar etsək də Konqresdə, Senatda da ermənilər var və onlar prezident administrasiyasına da təsir edə bilirlər. Təcrübələr onu göstərir ki, Tramp administrasiyası onun birinci prezidentlik dövründə erməni provokasiyasına getmədi. Bildiyiniz kimi, adətən 24 apreldə hər dəfə Amerika prezidentləri bəyanatla çıxış edirdilər. Lakin Tramp emrənilərin bu arzusunu yerinə yetirmədi, bu barədə ifadələr işlətmədi.

Ümumiyyətlə, indiki halda fəaliyyətdə olan Tramp administrasiyasında da birtərəflilik də müşahidə edilir. Pompeonun bəzi, xüsusən də “Qarabağ konfliktinin hərb yolu ilə həlli yoxdur” kimi bəyanatları var. Buna baxmayaraq, bunlar növbətçi bəyanatlar kimi qəbul olunur. Təbii ki, biz istərdik ki, onlar həm BMT Təhlükəsizlik Şurasının üzvü, həm də ATƏT-in Minsk Qrupunun həmsədləri qətiyyətlə neytral olsunlar. Bu cür olmadıqda belə, onların bu işlərə çox da qarışmamasının tərəfindəyik. Bu baxımdan düşünürəm ki, Tramp administrasiyası qalsa, bizim üçün daha yaxşı olardı".

“Məlum məsələdir ki, Amerika cəmiyyətində, dövlətin siyasətində erməni lobbisinin təsirləri yavaş-yavaş zəifləməyə başlayır. Trampın hakimiyyəti dövründə Amerikanın daxili və xarici siyasətində erməni lobbisinin təsirlərinin xeyli dərəcədə zəiflədiyini gördük. Bu nöqteyi-nəzərdən əlbəttə ki, Trampın hakimiyyəti Azərbaycan üçün nisbətən sərfəlidir. Çünki əvvəla erməni lobbisinin təsirlərinə o qədər də uymayan hakimiyyətdir. Amerikanın milli maraqlarını hər hansı etnik qruplaşmanın, o cümlədən də erməni lobbisinin mənafelərindən üstün görə bilən bir hakimiyyətdir. Üstəlik də xüsusilə də enerjidaşıyıcılarının nəqli, Azərbaycanın beynəlxalq, iqtisadi-ticarət inteqrasiyasında mənafelərinə hörmətlə yanaşan və əməli iş görən dövlətdir. Bu mənada Trampın hakimiyyəti bizim üçün sərfəlidir.

Lakin Baydenin də bu gün açıq ermənipərəst mövqedən çıxış etməsini qəti müəyyənləşmiş və gələcəkdə də davam edəcək bir platforma hesab etmirəm. Daha çox müşahidələrimə görə bu qənaətdəyəm ki, Bayden seçici rəyi ilə işləyir. O, yaxşı bilir ki, əvvəlki seçkilərdə olduğu kimi bu dəfə də Tramp erməni lobbisinə və diasporuna o qədər də meyl göstərməyən və qucaq açmayan namizəddir. Belə şəraitdə Bayden ortada qalmış erməni elektoratının səsini, dəstəyini, rəğbətini qazanmaq üçün müəyyən ermənipərəst bəyanatlar səsləndirməyi özünə rəva görür, bu taktikadan istifadə edir. Ona görə də Baydenin son günlər ermənipərəst çıxışlarını, sadəcə, seçki taktikası hesab edirəm və düşünürəm ki, onun seçilmə şansı az olsa da, hətta nəzəri olaraq belə seçildikdən sonra onun ermənipərəst mövqelərində çox da dərinə gedəcəyini düşünmürəm. Həmçinin Bayden də Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərini əldə saxlamağının mümkünsüzlüyü barədə açıq fikir bildirib. Bu da onun gələcəkdə Ermənistana mümkün dəstəklərinin müəyyən çərçivədə olacağını söyləməyə əsas verir".
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Ermənistanı hələ də müttəfiq hesab edirik” - KTMT Baş katibi
Bu gün, 13:51
Alim Qasımov 70 yaşın bir addımlığında: - “Ölməsəm qalsam nəsə edəcəklər, geriyə baxan yaşım çoxdan keçib”
Bu gün, 13:43
Politoloqdan İran səfirinə sərt CAVAB
Bu gün, 13:41
Putin vacib açıqlamalar verəcək - Müharibə dayanır?
Bu gün, 13:37
TRIPP layihəsinə İran təhdidləri və: - Tehran ən pis nəticə ilə üzləşəcək...
Bu gün, 13:31
Azərbaycanda 7 ay ərzində internetə 383 milyon manat xərclənib
Bu gün, 13:29
Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir - ABŞ Dövlət Departamenti
Bu gün, 13:24
Hacı Məhərrəm Novruzov və onun “Qəmlosu” Şahlar Hüseynov... - İLGİNC İDDİALAR
Bu gün, 13:09
Unun qiyməti artır: çörək bahalaşacaqmı? - AKTUAL
Bu gün, 12:55
Azərbaycanlı müğənni küçədə döyüldü - FOTO
Bu gün, 12:51
“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI
Bu gün, 12:50
Lənkəranda “YAZAR” Ədəbi Məclisi yaradıldı - FOTO
Bu gün, 12:39
Laçında benzin satınalması: Niyə məhz bir mənbə metodu seçilib? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:28
Xaçmazda DƏHŞƏT: Bir gündə iki ata oğlunu BIÇAQLADI - TƏFƏRRÜAT
Bu gün, 12:24
Qobustanda 376 min manatlıq “sirli” müqavilə... - Rəsmi dərcdən aylar öncə başlayan xidmət...
Bu gün, 12:19
Bakı şəhəri bu gün bir daha yuyuldu - FOTO
Bu gün, 12:09
“Şah İsmayıl Xətai ilə bağlı filmimi onlar dayandırdı, Fazil Mustafaya etiraz etdim, gülümsəyib dedi ki..” - Xalq artistindən ETİRAZ
Bu gün, 11:44
Paşinyan iki mühüm fiquru niyə dəyişdi? – “Görüşlərim və təlimatlarım olacaq...”
Bu gün, 11:35
"Qarabağ" "Tvente" ilə macərası nə ilə bitəcək? - ARAŞDIRMA
Bu gün, 11:31
Zubir “Qarabağ”dan getdi: - yeni klubu…
Bu gün, 11:20
Gürcüstanın Baş naziri Samtsxe-Cavaxetiyaya yeni qubernator təyin etdi
Bu gün, 11:11
Kompleks Qazma İşləri Trestində NÖVBƏTİ ÖZBAŞINALIQ - İşçilərə VAXT QOYULDU...
Bu gün, 10:52
"Sərvətinin bircə faizini Kəlbəcərlilərə verib troll komandası yaradıb..." - Cavid Qurbanova SUALLAR VAR...
Bu gün, 10:42
“Zəlzələ öldürmür, kağız binalar öldürür!” - Seysmoloq Ənvər Əliyev
Bu gün, 10:26
Şah İsmayıl Xətai “fırtınası” və ya deputatın tarixi yenidən yazmaq cəhdi - AXI NİYƏ?
Bu gün, 10:20
“Sabah” UEFA seçmələrində 181 klub arasında 17-ci olub - SİYAHI
Bu gün, 10:17
İrəvan Rusiya ermənilərinin Ermənistan vətəndaşlığı alması qaydasına yenidən baxmağa hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 10:01
"Azər müəllim, mən sizə neyləmişdim?" - imtahandan "kəsilən" xadimə "AzəriQaz" şefindən soruşur...
Bu gün, 08:51
Kərki BU TARİXDƏ Naxçıvana qaytarılır – İLGİNC gəlişmə
Bu gün, 08:24
Moskva müqavilənin şərtlərinə əməl etmir - Magyar
Bu gün, 08:22
Payızda bu məhsullar bahalaşa bilər - BELƏ HARA GEDİRİK?
Bu gün, 08:18
Hərbçimiz hospitalda vəfat etdi - Şəhidin qardaşıdır
Bu gün, 08:16
NASA amerikalı astronavtların Aya enişinə hazırlaşır - KİV
Bu gün, 08:00
"Fortuna SL Project" MMC-nin vergi borcu 1 milyonu keçdi - FOTO
Bu gün, 07:58
Abituriyentlərə seçim təzyiqi: Valideynlər diqqətli olsunlar, yoxsa... - AKTUAL
Bu gün, 07:56
Qarabağda ordumuza qarşı gizli əməliyyatlar, Ağdərədə qətllər – erməni “Kandaz” yenidən hakim qarşısında
Bu gün, 07:54
Elman Paşayevin oğlunun da ittiham olunduğu cinayət işinin yeni təfərrüatları məlum olub - 8 nəfər təqsirləndirilir
Bu gün, 07:52
Rusiyanın cənubunu bloklamışıq - Zelenski
Bu gün, 07:50
Azərbaycanda benzin və dizel bahalaşır? - NƏ BAŞ VERİR?
Bu gün, 07:48
"Tramp administrasiyası ən çox bizdəki tranzit işindən narazıdır" - ŞƏRH
Bu gün, 07:45
Japarov öz varisini vaxtında xəbərdar etmişdi - "...özüm isə istirahətə çəkiləcəkdim"
Bu gün, 07:35
63 yaşlı soydaşımızın kədərli hekayəsi... - REPLİKA
Bu gün, 07:32
Niyə bu qərarın maliyyə yükünü vətəndaş çəkməlidir? - ETİRAZ
Bu gün, 07:23
İstirahət mərkəzi yox, xəstəlik mənbəyi imiş! - GİLEY
Bu gün, 07:17
"Kino əvvəlcə ideyanı vizuallaşdırır və.."
Bu gün, 07:08
Suraxanı bazarında TƏZƏ NIRX... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:52
Əsas problem 15 avqustda deyil, 15 sentyabrdan sonra başlayacaq - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46
Masallının da öz SULTANI var imiş... - BU NƏDİ BELƏ?
Bu gün, 06:29
“Onlayn qumar İŞİ” prosesində YENİ İFADƏLƏR - Dəstəyə 26 yaşlı Elmidar İsmayılzadə başçılıq edib
Dünən, 18:08
Sürücü həmişə eyni adam olurdu - Siqaret qaçaqmalçısının İŞİ
Dünən, 18:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru