Arayik Arutyunyan erməni xalqına yalvardı
Tarix: 22-10-2020, 14:40 |
Çap et
Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın işğalında olan Dağlıq Qarabağ və ətraf əraziləri azad etmək uğrunda əks-hücum əməliyyatları qətiyyətlə davam edir. Cəbhədə böyük itkilər verən və heç bir beynəlxalq yardım ala bilməyən Ermənistan hökuməti çarəni öz xalqında axtarmağa başlayıb.
Qondarma Dağlıq Qarabağ "prezidenti" Arayik Arutyunyan erməni xalqına müraciət edib.
O, bütün kilsələrdən əsgərlər üçün dua etmələrini istəyib.
Arutyunyan qələbə üçün inamın lazım olduğunu bildirib: "Səhər yuxudan duran hər bir erməni qələbə üçün dua etməlidir. Cəbhəyə gedin və döyüşün. Bunu uzatmayın. Sizi təmas xəttində gözləyirlər". /Publika.az