HAKİMİYYƏT KİBERCİNAYƏTƏ QARŞI
Tarix: 15-02-2012, 13:14 |
Çap et
YENİ DÖVLƏT QURUMU YARADILA BİLƏR
Azərbaycanda elektron xidmətlərlə bağlı yeni dövlət xidmətinin yaradılmasına ehtiyac var.
“APA-ECONOMICS”in xəbərinə görə, bu barədə “Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə: nailiyyətlər və perspektivlər” mövzusunda Şamaxıda keçirilən konfransda çıxışında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin rəhbəri Əli Hüseynli bildirib.
Onun sözlərinə görə, hazırda ayrı-ayrı dövlət orqanlarının elektron xidmətlər sahəsində apardığı işlər fərqli səviyyədədir. Bundan başqa, bu yaxınlarda dövlət saytlarına müəyyən hücumların olması da bu məsələnin milli təhlükəsizliyə aid olduğunu göstərib: «Ona görə də elektron hökumətlə bağlı məsələləri koordinasiya edən, təhlükəsizlik məsələlərinə nəzarət edən xüsusi dövlət xidmətinin yaradılmasına ehtiyac var».