Əsas Səhifə > Hadisə > HAKİMİYYƏT KİBERCİNAYƏTƏ QARŞI
HAKİMİYYƏT KİBERCİNAYƏTƏ QARŞI15-02-2012, 13:14 |
YENİ DÖVLƏT QURUMU YARADILA BİLƏR Azərbaycanda elektron xidmətlərlə bağlı yeni dövlət xidmətinin yaradılmasına ehtiyac var. “APA-ECONOMICS”in xəbərinə görə, bu barədə “Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə: nailiyyətlər və perspektivlər” mövzusunda Şamaxıda keçirilən konfransda çıxışında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin rəhbəri Əli Hüseynli bildirib. Onun sözlərinə görə, hazırda ayrı-ayrı dövlət orqanlarının elektron xidmətlər sahəsində apardığı işlər fərqli səviyyədədir. Bundan başqa, bu yaxınlarda dövlət saytlarına müəyyən hücumların olması da bu məsələnin milli təhlükəsizliyə aid olduğunu göstərib: «Ona görə də elektron hökumətlə bağlı məsələləri koordinasiya edən, təhlükəsizlik məsələlərinə nəzarət edən xüsusi dövlət xidmətinin yaradılmasına ehtiyac var». Geri qayıt |