Ajans.az-ın rəhbəri Tural Müseyibov “Semaşko” xəstəxanası ilə bağlı narazılığını ifadə edib.
Ajans.az xəbər verir ki, o, ailə üzvünü təcili olaraq Mərkəzi Klinik Xəstəxanaya aparıb və xəstəxanada qarşılaşdığı vəziyyətdən narazı qalaraq məsələ ilə bağlı video çəkib.
Tural Müseyibov bildirib ki, ailə üzvünü tibbi sığorta sisteminin işlədiyini və xəstəxanada təcrübəli həkimlərin olduğunu düşündüyü üçün Mərkəzi Klinik Xəstəxanaya gətirib.
İlkin baxışdan sonra ailə üzvünün UZİ müayinəsindən keçirilməsi lazım olub. Lakin onları başqa korpusa yönləndiriblər və gecə saatlarında müayinə şöbəsini tapmaqda çətinlik çəkiblər.
O, xəstəxanada dərman təminatı və tibbi xidmətlə bağlı narazılıqların da şahidi olduğunu deyərək, TƏBİB rəhbərliyinə müraciət edib.
























