VƏZİFƏ ARZUSUNA ÇATMAYAN SABİQ İCRA BAŞÇILARI
Tarix: 22-11-2013, 12:26 | Çap et
Son prezident seçkilərindən öncə bir çox sabiqlər yeni vəzifə ümidləri ilə yaşayırdılar. Hətta bir çoxları bunun anonsunu belə, vermişdilər. Onların arasında bəzi rayonların keçmiş icra başçılarının da adı yer alırdı.
Prezident seçkilərinin üstündən bir ay keçməsinə rəğmən yenidən onlara etibar ediləcəyini gözləyən sabiqlərin əksəriyyətinin, əsasən də keçmiş icra başçılarının gözləntiləri özünü doğrultmayıb. “Unikal”ın məlumatlı mənbələr əsasında hazırladığı araşdırmada yenidən görəv əldə etmək istəyən icra başçılarının hələ ki, reallaşmayan arzularından danışılır. Beləliklə, vəzifə gözləyib amma ona qovuşmayan sabiq icra başçıları kimlərdir? Belə keçmiş məmurlar arasında adı ön plana çıxanlardan biri YAP-da siyasi statusa malik olan Goranboyun keçmiş rəhbəri Musa Musayevdir. Yada salaq ki, bir neçə ay əvvəl mətbuata müsahibəsində Goranboyun sabiq icra başçısı maraqlı bir anons vermişdi. Musa müəllim demişdi ki, tezliklə yeni posta təyinat alacaq. Sabiq icra başçısı müsahibəsinin həmin bölümündə bildirmişdi: “Sərəncama çıxarılmışam və yəqin ki, yaxın vaxtlarda yeni vəzifəyə təyin olunacağam. Cənab prezident məni hansı vəzifəyə müvafiq bilsə, mən o işlə məşğul olacam ”. Amma aradan xeyli vaxt keçməsinə rəğmən sabiq icra başçısının dedikləri gerçəkləşməyib. Onun yeni vəzifəyə təyin olunacağı ilə bağlı verdiyi anons elə anons olaraq da qalıb. Qubanın ötən ilki məlum iğtişaşlar zamanı görəvindən alınan icra başçısı Rauf Həbibovun da bir xeyli vaxtdır yeni vəzifəyə təyin ediləcəyi deyilsə də, bu iddialar reallaşmayıb. Üç ildir işsiz olan paytaxtın Nizami rayonunun sabiq icra başçısı Mehbalı Əliyevin də uzun müddət nazirliklərin birində işə düzəlmək niyyətində olduğu bildirilir. Xatırladaq ki, o, 2009-cu ilin sentyabrın 23-də ölkə prezidentinin sərəncamı ilə icra başçısı vəzifəsindən azad edilib. Bundan sonra M.Əliyevə məxsus obyektlərdə axtarış aparıldığı və hətta bağından külli miqdarda qızıl tapıldığı barədə məlumatlar yayılmışdı. Sonuncu dəfə isə bir neçə ay əvvəl sabiq icra başçısının adının Bakıdakı beynəlxalq hava limanında gömrük bəyannaməsində qeyd olunmayan bahalı saat keçirmək qalmaqalında hallandığını xatırladaq. Qazağın sabiq icra başçısı, ciddi siyasi ÇP səbəbindən qəfil şəkildə görəvindən alınan Rauf Hüseynovun da uzun müddətdir vəzifə ümidi ilə yaşadığı qeyd olunur. Postunu itirdikdən sonra daşınmaz əmlakının xeyli hissəsini satışa çıxarmaq məcburiyyətində qaldığı və biznes obyektlərinin bir hissəsinin əlindən alındığı qeyd edilən Qazağın yeni rəhbərinin vaxtilə çalışdığı vergi orqanlarında karyerasını davam etdirmək istədiyi, amma bu istiqamətdə gözləntilərinin doğrulmadığı da səslənən iddialar arasındadır. Deyilənə görə, artıq gözləməkdən yorulan keçmiş icra başçısı Almaniyaya köçmək fikrinə də düşübmüş. Onun oğlunun burada yaşadığı, Rauf Hüseynovun özünün də orada müəyyən gəlir qaynaqlarının olduğu yönündə söz-söhbətlər var. Daha bir keçmiş icra başçısı - Nizami Ələkbərov da İsmayıllı hadisələrinin ardınca görəvini itirməsinə baxmayaraq yenidən vəzifəyə təyinat alacağını gözləsə də bu, reallaşmayıb. Son prezident seçkilərindən sonra üstəlik qardaşı - sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun “vurulması” İsmayıllının keçmiş rəhbərinin vəzifə gözləntilərinin reallaşmasını daha da mümkünsüz hesab edir. Düzdür, bir neçə həftə onun nazirliklərdən birinə şöbə müdiri təyin edildiyi xəbəri yayıldı və dərhal da təkzib edildi; amma Nizami Ələkbərov bu məlumatlara aydınlıq gətirən açıqlamasında ölkə rəhbərliyinə sədaqətli olmasına eyham vuraraq, yenidən hər hansı post almaq niyyətini gizlətmədi. Amma onun da gözləntiləri reallaşmamaqdadır və reallaşması da olduqca az ehtimal edilir. Bir neçə digər sabiq icra başçısının da yeni təyinat gözləntisi içərisində olduğu, amma onların da bu istəyinin hələlik reallaşmadığı, bir çoxlarının isə artıq bunun mümkünsüz olduğu qənaətinə gələrək belə gözləntilərdən əl çəkdiyi deyilir. Onlar qərara gəliblər ki, bundan sonra artıq birmənalı şəkildə biznes və sahibkarlıq fəaliyyəti ilə məşğul olsunlar.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Azərbaycanın təklifini blokladıq, Paşinyan çoxluğu itirdi" - Ermənistanda təşviş
Bu gün, 06:34 |
|
|
|
| • Gizli şəbəkənin dəhşətli əməlləri... - qanunsuz fəaliyyət, dağılan ailələr, məhv olan gənclik
Bu gün, 06:30 |
|
|
|
| • Kamaləddin Qafarov səhiyyə naziri olmaq istəyir? - Tibbi təhsili yoxdur
Bu gün, 06:25 |
|
|
|
| • Balakişi müəllim prosesə daha realist baxır... - ONA GÖRƏ DƏ...
Bu gün, 05:00 |
|
|
|
| • Fuad Nəcəfli elə... Ceyhun Cəlilov da belə..! - "Naxçıvan şəxsi biznes meydanı deyil!"
Bu gün, 04:56 |
|
|
|
| • Dübəndi sahilində FACİƏVİ DURUM... - FOTOFAKT
Bu gün, 04:32 |
|
|
|
| • "Kartıma xəstə övladımın müalicəsi üçün edilən ianələr köçürülür..." - MÜRACİƏT
Bu gün, 04:26 |
|
|
|
| • Benzin qıtlığı yaşayan Rusiyanın BELARUS NƏFƏSLİYİ
Bu gün, 04:14 |
|
|
|
| • Paşinyan Rusiya ilə münasibətləri qaydasına qoymağa çalışır - KİV
Bu gün, 04:11 |
|
|
|
| • "Ağılsız müharibədən ağıllı çıxış olmur" - partiya sədri
Bu gün, 04:07 |
|
|
|
| • Zay məhsul satıb, aradan çıxırlar... - AXI NİYƏ?..
Bu gün, 04:02 |
|
|
|
| • İflic duruma düşən elektron məhkəmə sistemi - BU NƏDİ BELƏ?
Bu gün, 03:53 |
|
|
|
| • Gələcəkdə belə əsərlər yarana bilərmi? - ARAŞDIRMA
Bu gün, 03:45 |
|
|
|
| • Erməni adı altında Avropaya sığınan... - Hansı ədaləti axtarır...
Bu gün, 03:41 |
|
|
|
| • Zəlzələn “mübarək”, İqbal Ağazadə! - REPLİKA
Bu gün, 03:37 |
|
|
|
| • Ermənistan Avropa ittifaqının tam hüquqlu üzvünə çevrilir - Üzv olmasa belə...
Bu gün, 03:32 |
|
|
|
| • Zülfəlinin buldozerin ağzına verdiyi TARİX - və aldadılan vətəndaş, susan hüquq...
Bu gün, 03:23 |
|
|
|
| • Krasnodarda Krımı Rusiya ərazisi kimi qəbul etmirlər... - BELƏ ÇIXIR...
Bu gün, 03:08 |
|
|
|
| • Günün fotosu: - MALƏSƏF...
Bu gün, 02:59 |
|
|
|
| • Dəfn mərasimi Xameneinin yox... ABŞ-nin nüfuzunun dəfni idi... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 02:55 |
|
|
|
| • Girişi pullu, çıxışı boş ümid dünyası! - Xərçəngdən DAHA AMANSIZ
Bu gün, 02:44 |
|
|
|
| • İranın sərt nəzarət tədbirlərinə görə Hörmüzdən keçən gəmilərin sayı kəskin şəkildə azalıb - “Bloomberg”
Dünən, 11:01 |
|
|
|
| • Müxalifət genişmiqyaslı müqavimətə imza atdı: birinci bənd Azərbaycana qarşı... - NƏ BAŞ VERİR?
Dünən, 10:57 |
|
|
|
| • Ruslar "Şahid"lərdən niyə azad istifadə edir? - Səbəb
Dünən, 10:55 |
|
|
|
| • AZAL: Bu gün Naxçıvana reyslərin təxirə salınması nəzərdə tutulur - DİQQƏT
Dünən, 09:44 |
|
|
|
| • MƏHKƏMƏLƏR KRALI Azərbaycan qanunlarına rəsmən TÜPÜRÜR... - Tək deyil... cinayət ortaqları var...
Dünən, 09:35 |
|
|
|
| • Ukrayna müharibə sayəsində unikal üstünlük əldə edib - KİV
Dünən, 09:03 |
|
|
|
| • Keçmiş deputatın şirkəti DİLƏNÇİLİK EDİR - BU DA FAKT...
Dünən, 08:38 |
|
|
|
| • Rövşən Məmmədov və Balakişi Qasımovun efirdə mübahisəsi - MEDİA MASASI
Dünən, 08:30 |
|
|
|
| • Tramp fırtınaya baxmayaraq Vaşinqtondakı çıxışını ləğv etməyəcəyini açıqlayıb
Dünən, 08:23 |
|
|
|
| • Zülfəlinin DAHA BİR QURBANI... - BU NƏDİ BELƏ?
Dünən, 08:20 |
|
|
|
| • İqtisadi suverenliyimizə qəsd: BP-nin Azərbaycandakı fəaliyyəti ilə bağlı şok iddialar - ARAŞDIRMA
Dünən, 08:11 |
|
|
|
| • Müharibəyə son qoymaq üçün real perspektiv var - Zelenski
Dünən, 08:07 |
|
|
|
| • İsrailin milli təhlükəsizlik naziri həbs olunmaq qorxusu ilə Nyu-York səfərini ləğv edib - "Haaretz"
Dünən, 08:05 |
|
|
|
| • Azərbaycandan KÖÇ: Axırıncı çıxan QAPINI ÖRTSÜN... - BELƏ HARA GEDİRİK?
Dünən, 07:56 |
|
|
|
| • İranda Naxçıvan MR Baş nazirinə hörmətsizlik - Günah kimdədir?
Dünən, 07:52 |
|
|
|
| • "Görürsüz hörmətli qərarverənlər, vəziyyət yaxşı deyil" - partiya sədri
Dünən, 07:43 |
|
|
|
| • Paşinyan Rusiyanın bu təsir rıçağını da bloklayır... - TƏDARÜK
Dünən, 07:40 |
|
|
|
| • Rusiyada əksər şəhərlər yanacaqsız qalıb - “Bumaqa”
Dünən, 07:37 |
|
|
|
| • "Üfunət iyindən durmaq olmur!" - MÜRACİƏT
Dünən, 07:34 |
|
|
|
| • "Daha bunun nəyi SÜRƏTLİ oldu ki?" - ETİRAZ VAR!
Dünən, 07:28 |
|
|
|
| • "Bu avtobus sanki heç bir qaydaya tabe deyil..." - NARAZILIQ VAR...
Dünən, 07:20 |
|
|
|
| • Xanım işçidən Nail Abdullayevə ETİRAZ! - "BİZDƏN NƏ İSTƏYİRSİNİZ?"
Dünən, 07:08 |
|
|
|
| • Ceyhun Cəlilov özünü XAN kimi aparır - Baş redaktor ŞOK FAKTLARI AÇIQLADI
Dünən, 06:50 |
|
|
|
| • "Yerdə qalan 6,4 faiz əhali isə böyük ehtimalla işsizlik və sosial probemlərə görə narazı olub" - Sabir Rüstəmxanlı
Dünən, 06:36 |
|
|
|
| • Hədiyyə kampaniyası adı ilə insanları aldadırlar? - ÖZBAŞINA QALIBLAR...
Dünən, 06:34 |
|
|
|
| • "Gərək sənətkarın enerjisi tükənməsin..." - Xalq artisti
Dünən, 06:32 |
|
|
|
| • Azərbaycanın mövqeyi təsir göstərdi: İsraildə kritik "soyqırım" çağırışı - GƏLİŞMƏ
Dünən, 06:26 |
|
|
|
| • Vens Böyük Britaniyadakı siyasi qeyri-sabitliyi tənqid edib - "The Sunday Times"
Dünən, 06:20 |
|
|
|
| • Bu gün II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı təşkil ediləcək - DİQQƏT
Dünən, 06:18 |
|
|
|
|