DİNİ KOMİTƏDƏN İRANA AÇIQ İTTİHAM
Tarix: 31-01-2012, 14:34 | Çap et
“BU ÖLKƏ AZƏRBAYCAN QANUNVERİCİLİYİNƏ ZİDD FƏALİYYƏTLƏ MƏŞĞULDUR”
Azərbaycan paytaxtı Bakı şəhərinin mərkəzində - Kazımzadə küçəsi, ev 31 ünvanında ölkə qanunvericiliyi İran tərəfindən kobud şəkildə pozulur. APA-nın məlumatına görə, burada əhalinin - “Hüseyniyyə” məscidi kimi tanıdığı yerdə qanunvericiliyə zidd olaraq bəzi xarici vətəndaşlar, o cümlədən İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Seyid Əli Əkbər Ocaqnejad tərəfindən moizələr oxunur. Əslində, bu yer İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin balansındadır. APA-nın əməkdaşının apardığı müşahidələr nəticəsində məlum olub ki, Kazımzadə küçəsindəki tikili məscid olmasa da, faktiki olaraq İran vətəndaşlarının nəzarəti altında məscid kimi fəaliyyət göstərir. Burada oxunan moizələrdə isə hətta Azərbaycan hakimiyyəti təhdid edilir.
APA-nın əməkdaşı “Hüseyniyyə”-də çəkiliş aparmaq istəsə də, buranın yetkililəri sayılan İran vətəndaşları çəkilişə icazə verməyərək, bunun üçün İranın Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Seyid Əli Əkbər Ocaqnejaddan icazə alınmasını məsləhət görüblər. Lakin ərazidə olan Seyid Əli Əkbər Ocaqnejad çəkilişə icazə verməyib, üstəlik jurnalistin suallarını cavablandırmaqdan imtina edib.
APA “Hüseyniyyə”-nin fəaliyyəti ilə bağlı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) sorğu göndərib. DQİDK-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, “Hüseyniyyə” xüsusi mülkiyyət hüququnda alınmış torpaq sahəsində yerləşir: “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət işləri üzrə müşaviri Seyid Əli Əkbər Ocaqnejada 29 aprel 2004-cü ildə göndərilmiş məktubda Mədəniyyət Mərkəzinin Bakı şəhəri, Kazımzadə küçəsi ev, 31 ünvanında xüsusi mülkiyyət hüququnda aldığı torpaq sahəsindəki ibadət yerinin İran İslam Respublikası vətəndaşlarının dini tələbatlarını ödəmək üçün istifadəsinə etiraz edilmədiyi bildirilib. Məktubda, ibadət yerində Qafqaz Müsəlmanları İdarəsi ilə razılaşdırmaqla Azərbaycan vətəndaşı olan imam və ya axundun təyin edilməsi şərti qoyulub. Lakin bu ibadət yerinə Qafqaz Müsəlmanları İdarəsi ilə razılaşdırılmış imam və ya axund təyin olunmayıb. “Hüseyniyyə”-də dini ayinlərə İran İslam Respublikasının vətəndaşı rəhbərlik edir və Azərbaycan Respublikası vətəndaşlarının da ibadət etmələrinə şərait yaradılır. Bu iki fakt yuxarıda qeyd olunmuş razılaşmaya və ölkə qanunvericiliyinə ziddir. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanununun 21-ci maddəsinə əsasən, “İslam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasında təhsil almış Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Hüseyniyyə” namazxananın fəaliyyətini tənzimləyən müvafiq qurumlara və şəxslərə dəfələrlə xəbərdarlıq edib, iradlarını bildirib. Məsələ nəzarətdə saxlanılır və müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir”.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən isə APA-nın sorğusuna cavab olaraq bildirilib ki, mövcud qanuna görə QMİ qeydiyyatdan keçmiş dini icmalara müvafiq dini vəzifələrə təyinatlar edir: “Adıçəkilən icma qeydiyyat üçün müraciət etmədiyi üçün ora təyinat da olmayıb”.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Dövlət Məşğulluq Agentliyi” anbar sahəsinin icarəsinə 2.7 milyon xərcləyəcək
Dünən, 18:06 |
|
|
|
| • Coşqun Cəbrayılovun vicdanı bir yana... ALLAHI DA YOXDUR? - BU NƏDİ BELƏ?
Dünən, 17:58 |
|
|
|
| • Media hara gedir? – Azər Ayxan yazır
Dünən, 17:51 |
|
|
|
| • Binəqəqidə dövlətin qanunları İŞLƏMİR! - ÖZBAŞINA QALIBLAR...
Dünən, 17:45 |
|
|
|
| • Eldar Mahmudovun evsiz qoyduğu vətəndaşlar aclıq aksiyasına başlayır - NARAZILIQ VAR...
Dünən, 17:38 |
|
|
|
| • Sevinc Hüseynovanın Afət Fərmanqızı barəsində şikayəti icraata götürülmədi - TƏFƏRRÜAT
Dünən, 17:36 |
|
|
|
| • ASCO sədri ona yüksək vəzifə verdi - FOTO
Dünən, 17:31 |
|
|
|
| • Mətanət Əsədovadan İSMARIŞ: - “Az idi cadu edənim, sən də…”
Dünən, 17:26 |
|
|
|
| • Bakıda barda baş verən qətlin TƏFƏRRÜATLARI - Şahid DANIŞIR
Dünən, 17:20 |
|
|
|
| • 8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?
Dünən, 17:14 |
|
|
|
| • Tacir Şahmalıoğlu: "Diabetlə birdəfəlik vidalaşdım" - Hansı əməliyyatı etdirib?
Dünən, 17:10 |
|
|
|
| • Bakıda evlər bahalaşacaq, amma hamısı yox - Ekspertdən proqnoz
Dünən, 17:06 |
|
|
|
| • Turizm şirkətinin rəhbəri xaricdə iş vədi ilə dələduzluqda ittiham edilir, məhkəməsi başlayır
Dünən, 17:03 |
|
|
|
| • Bakıda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdıran şəxs qərardan şikayətçidir - BUNA GÖRƏ...
Dünən, 17:00 |
|
|
|
| • “Əliyev Ermənistanın adını “Qərbi Azərbaycan” qoyub” - Harut Sassunyan
Dünən, 16:56 |
|
|
|
| • Azərbaycanda şagirdlərin 48%-i müntəzəm olaraq süni intellektdən istifadə edir
Dünən, 16:52 |
|
|
|
| • Putin ailəsi haqda sirri açdı: - “Atam və anam…”
Dünən, 16:48 |
|
|
|
| • Fransanın yeni səfiri etimadnaməsini Ermənistan XİN-ə təqdim etdi
Dünən, 16:46 |
|
|
|
| • ABŞ və İsraili peşman olmağa məcbur edəcəyik - Pezeşkian
Dünən, 16:26 |
|
|
|
| • Anar Əsədli barəsində qərar verilib - MƏHKƏMƏ
Dünən, 16:24 |
|
|
|
| • “Kanalizasiya yağış suyunu daşıya bilmir” - Bakıda selin əsas səbəbi açıqlandı
Dünən, 16:22 |
|
|
|
| • Moskva ilə İrəvan arasında dərinləşən böhran - “Sən kişisən, yoxsa qadın?”
Dünən, 16:20 |
|
|
|
| • Azərbaycanda şagirdlərin 48%-i müntəzəm olaraq süni intellektdən istifadə edir - DETALLAR...
Dünən, 16:18 |
|
|
|
| • “Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır” - Levon Köçəryan - erməni mətbuatı
Dünən, 16:16 |
|
|
|
| • AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir - DİQQƏT!
Dünən, 16:12 |
|
|
|
| • Ermənistan Avrasiya İqtisadi İttifaqına Rusiyadan şikayət edib - Ermənistan KİV
Dünən, 16:10 |
|
|
|
| • Azərbaycanın məşhur bloqeri hava limanından buraxılmadı - VİDEO
Dünən, 16:08 |
|
|
|
| • Ermənistanda 2 yeni “Rus evi” açılacaq - KİV
Dünən, 15:59 |
|
|
|
| • Türkiyə Rusiya ilə yeni razılaşma imzalayır -“Blumberq”
Dünən, 15:29 |
|
|
|
| • Rusiya Ermənistanda daha iki Rus Evi açır
Dünən, 15:16 |
|
|
|
| • “Bu, ədalətli deyil!” - Ekspert parklanma ödənişlərinə etiraz edir
Dünən, 15:13 |
|
|
|
| • İcra Hakimiyyəti bir milyonluq gül alır - DETALLAR
Dünən, 15:11 |
|
|
|
| • “Polad məhəbbət uğrunda mübarizə aparır, mən isə...” – Şeyx Əbdüldən SƏS-KÜYLÜ açıqlamalar
Dünən, 15:03 |
|
|
|
| • TƏBİB-in icraçı direktoruna yeni müşavir təyin edilib
Dünən, 14:55 |
|
|
|
| • Dövlət Vergi Xidmətində maaş artımı niyə gecikir? - GÖZLƏRİ YOLDADIR
Dünən, 13:12 |
|
|
|
| • Telli aparıcıları yıxıb-sürüdü: - “Quyruğunu basanın başından basacağam”
Dünən, 13:07 |
|
|
|
| • Prokuror müğənni qardaşını öldürənə 19 il CƏZA İSTƏDİ
Dünən, 13:04 |
|
|
|
| • Xırdalan və Bakıda 79 min manatlıq dələduzluq: Qurbanlar necə aldadılıb? - TƏFƏRRÜAT
Dünən, 12:58 |
|
|
|
| • "Boğulurdum, hələ belə ağrı görməmişdim" - İnfarkt keçirən İlham Mirzəyev
Dünən, 12:57 |
|
|
|
| • Bakıda qızını bıçaqlayan qadına hökm oxundu
Dünən, 12:52 |
|
|
|
| • 208 səhifəlik “Xütbələr” kitabının bir ədədinin çapı 23 manata başa gələcək - AY, MAŞALLAH...
Dünən, 12:48 |
|
|
|
| • Erməni deputatdan Kərki ilə bağlı AÇIQLAMA: - “Paşinyan bu kəndi...”
Dünən, 12:47 |
|
|
|
| • Paşinyanın “açıqlaması” Qazaxıstanı qarışdırdı - “Mən Tokayev deyiləm ki...”
Dünən, 12:41 |
|
|
|
| • Armen Qriqoryan Baş Qərargah rəisi təyin olunur - “İravunk”
Dünən, 12:39 |
|
|
|
| • Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru vəzifəsindən azad edilib - ƏMR
Dünən, 12:35 |
|
|
|
| • Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq - belə deyirlər...
Dünən, 12:32 |
|
|
|
| • “Xalq Kapital İnvestisiya Şirkəti”ndən “Azərpoçt”a yeni təyinat - DOSYE
Dünən, 12:27 |
|
|
|
| • Keçmiş bankir “SOCAR Petroleum”-dakı vəzifəsindən ayrılıb - FOTO
Dünən, 12:23 |
|
|
|
| • “Xalq Kapital İnvestisiya Şirkəti”də yeni icraçı direktor təsdiqləndi - BUNDAN SONRA...
Dünən, 12:18 |
|
|
|
| • AfD-nin qələbəsi: Almaniyada türkləri nə gözləyir? - Ekspertlərdən xəbərdarlıq
Dünən, 12:16 |
|
|
|
|