ŞƏKİ SAKİNİNİN DƏHŞƏTLİ CİNAYƏTİ
Tarix: 25-01-2012, 11:42 |
Çap et
ÖLDÜRDÜ VƏ CİNSİYYƏT ORQANINI KƏSDİ
Şəki şəhərində dəhşətli cinayət hadisəsi baş verib.
Şəki Şəhər Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Şəki şəhər sakini, 1989-cu il təvəllüdlü Məmmədov Vidadi Hikmət oğlu həmyerlisi, 1968-ci il təvəllüdlü Musayev Rasim Şakir oğluna bir neçə bıçaq zərbəsi vurub.
Bundan sonra V. Məmmədov R. Musayevin cinsiyyət orqanının 1/3 hissəsini kəsib. Hadisənin şəxsi münaqişə zəminində baş verdiyi bildirilir.
Hadisəni törədən şəxs Şəki rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.