Əsas Səhifə > Hadisə > ŞƏKİ SAKİNİNİN DƏHŞƏTLİ CİNAYƏTİ
ŞƏKİ SAKİNİNİN DƏHŞƏTLİ CİNAYƏTİ25-01-2012, 11:42 |
ÖLDÜRDÜ VƏ CİNSİYYƏT ORQANINI KƏSDİ Şəki şəhərində dəhşətli cinayət hadisəsi baş verib. Şəki Şəhər Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Şəki şəhər sakini, 1989-cu il təvəllüdlü Məmmədov Vidadi Hikmət oğlu həmyerlisi, 1968-ci il təvəllüdlü Musayev Rasim Şakir oğluna bir neçə bıçaq zərbəsi vurub. Bundan sonra V. Məmmədov R. Musayevin cinsiyyət orqanının 1/3 hissəsini kəsib. Hadisənin şəxsi münaqişə zəminində baş verdiyi bildirilir. Hadisəni törədən şəxs Şəki rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Geri qayıt |