Fuad Nəcəfli elə... Ceyhun Cəlilov da belə..! .....                     Dübəndi sahilində FACİƏVİ DURUM... .....                     "Kartıma xəstə övladımın müalicəsi üçün edilən ianələr köçürülür..." .....                     Benzin qıtlığı yaşayan Rusiyanın .....                     Paşinyan Rusiya ilə münasibətləri qaydasına qoymağa çalışır .....                     "Ağılsız müharibədən ağıllı çıxış olmur" .....                     Zay məhsul satıb, aradan çıxırlar... .....                     İflic duruma düşən elektron məhkəmə sistemi .....                     Gələcəkdə belə əsərlər yarana bilərmi? .....                     Erməni adı altında Avropaya sığınan... .....                     Zəlzələn “mübarək”, İqbal Ağazadə! .....                     Ermənistan Avropa ittifaqının tam hüquqlu üzvünə çevrilir .....                     Zülfəlinin buldozerin ağzına verdiyi TARİX .....                     Krasnodarda Krımı Rusiya ərazisi kimi qəbul etmirlər... .....                     Günün fotosu: .....                     Dəfn mərasimi Xameneinin yox... ABŞ-nin nüfuzunun dəfni idi... .....                     Girişi pullu, çıxışı boş ümid dünyası! .....                     İranın sərt nəzarət tədbirlərinə görə Hörmüzdən keçən gəmilərin sayı kəskin şəkildə azalıb .....                     Müxalifət genişmiqyaslı müqavimətə imza atdı: birinci bənd Azərbaycana qarşı... .....                     Ruslar "Şahid"lərdən niyə azad istifadə edir? .....                     AZAL: Bu gün Naxçıvana reyslərin təxirə salınması nəzərdə tutulur .....                     MƏHKƏMƏLƏR KRALI Azərbaycan qanunlarına rəsmən TÜPÜRÜR... .....                     Ukrayna müharibə sayəsində unikal üstünlük əldə edib .....                     Keçmiş deputatın şirkəti DİLƏNÇİLİK EDİR .....                     Rövşən Məmmədov və Balakişi Qasımovun efirdə mübahisəsi .....                     Tramp fırtınaya baxmayaraq Vaşinqtondakı çıxışını ləğv etməyəcəyini açıqlayıb .....                     Zülfəlinin DAHA BİR QURBANI... .....                     İqtisadi suverenliyimizə qəsd: BP-nin Azərbaycandakı fəaliyyəti ilə bağlı şok iddialar .....                     Müharibəyə son qoymaq üçün real perspektiv var .....                     İsrailin milli təhlükəsizlik naziri həbs olunmaq qorxusu ilə Nyu-York səfərini ləğv edib .....                     Azərbaycandan KÖÇ: Axırıncı çıxan QAPINI ÖRTSÜN... .....                     İranda Naxçıvan MR Baş nazirinə hörmətsizlik .....                     "Görürsüz hörmətli qərarverənlər, vəziyyət yaxşı deyil" .....                     Paşinyan Rusiyanın bu təsir rıçağını da bloklayır... .....                     Rusiyada əksər şəhərlər yanacaqsız qalıb .....                     "Üfunət iyindən durmaq olmur!" .....                     "Daha bunun nəyi SÜRƏTLİ oldu ki?" .....                     "Bu avtobus sanki heç bir qaydaya tabe deyil..." .....                     Xanım işçidən Nail Abdullayevə ETİRAZ! .....                     Ceyhun Cəlilov özünü XAN kimi aparır .....                 

KİÇİK BİR KƏNDƏ RUSİYADAN 5 MEYİT GƏLİRSƏ...
Tarix: 25-10-2013, 17:21 | Çap et
KİÇİK BİR KƏNDƏ RUSİYADAN 5 MEYİT GƏLİRSƏ...
Ötən həftə iqtisadi gündəmi bir mövzu zəbt etdi - Rusiyadakı azərbaycanlıların aqibəti və bu ölkəyə kənd təsərrüfatı məhsullarının aparılmasında yarana biləcək problemlər. Oktyabrın 13-də bir rus vətəndaşının öldürülməsində azərbaycanlı Oqtay Zeynalovun şübhəli kimi diqqətə gəlməsi Rusiyada miqrantlara qarşı münasibəti kəskinləşdirdi. Lakin bu mövzu bu sətirlərin müəllifi üçün daha bir məsələ ilə gündəmdə oldu.

İki ay əvvəl müqavilə ilə Rusiyaya tikinti işində çalışmağa gedən sinif yoldaşım Hacıyev Samir hündürlükdən yıxılaraq dünyasını dəyişdi. Onun nəşi oktyabrın 14-də kəndimizə gətirilərək dəfn edildi. Lakin Samirin ailəsinə üz verən faciə bununla bitmir. Atası Məmməd dayı oğlunun tikintidən yıxılması xəbərini alanda komaya düşmüşdü və bir neçə gün əvvəl onun da dünyasını dəyişməsi xəbərini aldım. Bu, Rusiyaya işləməyə gedən və orada qəza nəticəsində həyatını itirən, həmçinin oğlunun dərdinə dözməyərək dünyasını dəyişən ikinci həmkəndlim idi. Təxminən 10-12 il əvvəl elə Samirgillə qonşuluqda yaşayan Afəddinin də Rusiyadan meyiti gətirilmişdi. Atası Əli dayı oğlunun ilinə qalmadı. Elə ondan az sonra 3 qız atası Hüseyn dayı müharibə vaxtı könüllü qoşulduğu Milli Ordu sıralarından tərxis olunaraq Rusiyaya işləməyə getdi. Gedişindən heç bir ay keçməmiş onun da meyiti gəldi. Bir neçə il əvvəl Şəmsəddin, ondan sonra Cəbrayıl Rusiyada öldürüldü. Cəbrayılın atası da oğlunun dərdinə dözməyərək ondan sonra yaşadığı il yarımı yataqda keçirdi. Balaca bir kənd üçün 5 ölü az deyil. Heç Qarabağ müharibəsi bu qədər şəhid ala bilməmişdi kəndimizdən. Cəmi iki nəfər şəhidimiz var...

Rusiyaya bir parça çörək arxasınca gedib orada bu və digər səbəblərdən dünyasını dəyişən insanlarımızın sayının ilbəil artması, eyni zamanda son günlər bu ölkədə miqrantlara qarşı münasibətin sərtləşməsi deməyə əsas verir ki, vəziyyət ciddidir. Bəs insanlarımızı ölkəyə gətirməyin yolu nədir? Bunun üçün hansı tədbirlərə ehtiyac var? Heç kimə sirr deyil ki, ölkə iqtisadiyyatı inkişaf edir, iş yerlərinin sayı artır. Belə olan təqdirdə, xaricdə, xüsusilə də Rusiyada yaşayan vətəndaşlarımız niyə geri qayıtmırlar? Bir sıra ekspertlər hesab edirlər ki, Rusiyada olan azərbaycanlıların geri gəlməsi ölkəyə saysız problemlərin gəlməsi demək olacaq. Miqrantlar ölkəyə özləri ilə çoxsaylı sosial-iqtisadi problemlər gətirəcək.

Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü, Vahid Əhmədov miqrant axınının çox ciddi problem olduğunu deyir: “Azərbaycan Rusiya münasibətləri son vaxtlar bir qədər yumşalmışdı. Hətta cənab Putinin Azərbaycana səfərindən sonra bir sıra müqavilələr də imzalandı. Və elə də ciddi problem yox idi. Amma son vaxtlar görünür, Avrasiya Gömrük İttifaqının Azərbaycana daxil olmaması ilə əlaqədar məsələ həddindən artıq ciddiləşib. Amma yenə də adi bir məsələni şişirdiblər”. Millət vəkilinin sözlərinə görə, Rusiyanın özündə neçə nəfər Azərbaycanlı öldürülüb, amma heç bir ajiotaj olmayıb: “Bir nəfər rusun öldürülməsi ilə əlaqədar olaraq, azərbaycanlı Orxan Zeynalovu hansı vəziyyətdə daxili işlər nazirinin hüzuruna gətirdilər, nə cür işgəncə verdilər. Bunlar hamısı ümumi şou yaratmaqdan ibarət idi ki, Azərbaycana qarşı hansısa bir təxribat törətsinlər”.

V.Əhmədov Azərbaycanın müstəqilliyinin hər şeydən vacib olduğunu deyir. Onun sözlərinə görə, bu və digər məsələ üzündən Rusiyadakı vətəndaşlarımızın ölkəyə qayıtması zərurətə çevrilsə, o zaman 500-600 min, bəlkə də 1 milyon nəfərdən söhbət gedəcək: “Amma nə qədər ağır olsa da vətəndaşlarımızı qəbul edib, yerləşdirməliyik. Onlara iş verərək, lazım gələrsə ərzaqla da təmin etməliyik. Qarabağ müharibəsi zamanı nə qədər qaçqınımız, məcburi köçkünümüz oldu, onları necə yerbəyer etdiksə, bunları da edərik. Üstəlik, indi iqtisadi durumumuz, imkanlarımız daha yaxşıdır. Ancaq bir daha deyirəm ki, problem ciddi problemdir”.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev bildirdi ki, bu gün Rusiyada 300-500 min azərbaycanlı əmək miqrantı yaşayır: “Burada Rusiya vətəndaşı olmayan azərbaycanlılardan söhbət gedir. Bu insanların birdən-birə ölkəyə gəlişi Azərbaycan üçün problemlər yarada bilər. Bir tərəfdən işsizliklə bağlı problem yarana bilər. Digər bir tərəfdən, müxtəlif məlumatlara görə, il ərzində Rusiyadan Azərbaycana ən azı 1 milyard dollara qədər vəsait göndərilir və bu vəsaitdən məhrum olma var. Nəhayət, başqa bir məsələ Azərbaycandan Rusiyaya malların göndərilməsidir. Diqqət yetirsək, görərik ki, ordakı həmvətənlərimizin çoxu bazarlarda çalışır, kənd təsərrüfatı məhsullarının satışı ilə məşğuldur və bir çox hallarda bu məhsullar Azərbaycandan aparılır. Bu o deməkdir ki, həmin əmək miqrantlarının Azərbaycana qaytarılması ölkəmizdən Rusiyaya kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarına daşınmasını məhdudlaşdıran amil ola bilər”.

A.Mehtiyevin sözlərinə görə, həmin miqrantlar ölkəyə qayıdacağı təqdirdə hansı sahədə onları işlə təmin etməyin mümkün olduğunu öyrənmək üçün araşdırma aparılmalıdır: “Bu araşdırma hansı bölgədən daha çox miqrantın xaricə getdiyini, onların getdikləri yerdə hansı sahələrdə çalışdığını, Azərbaycandan niyə getdiyinin səbəbini tapmağı əhatə etməlidir. Doğrudur, son zamanlar ölkədə 1 milyona yaxın yeni iş yerinin açıldığı bildirilir. Amma nəzərə almaq lazımdır ki, yeni açılan sənaye müəssisələri ixtisas, peşə tələb edən sahələrdir, ona görə də geri qayıdan miqrantların bu peşələrə, ixtisaslara yiyələnməsi lazımdır. Bu baxımdan biz görürük ki, xaricdəki miqrantlarımızın qayıdaraq işlə təmin olunması uzun zaman tələb edə bilər ki, bu da sosial problemlərə gətirib çıxarar”.
\ kaspi \








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Fuad Nəcəfli elə... Ceyhun Cəlilov da belə..! - "Naxçıvan şəxsi biznes meydanı deyil!"
Bu gün, 04:56
Dübəndi sahilində FACİƏVİ DURUM... - FOTOFAKT
Bu gün, 04:32
"Kartıma xəstə övladımın müalicəsi üçün edilən ianələr köçürülür..." - MÜRACİƏT
Bu gün, 04:26
Benzin qıtlığı yaşayan Rusiyanın BELARUS NƏFƏSLİYİ
Bu gün, 04:14
Paşinyan Rusiya ilə münasibətləri qaydasına qoymağa çalışır - KİV
Bu gün, 04:11
"Ağılsız müharibədən ağıllı çıxış olmur" - partiya sədri
Bu gün, 04:07
Zay məhsul satıb, aradan çıxırlar... - AXI NİYƏ?..
Bu gün, 04:02
İflic duruma düşən elektron məhkəmə sistemi - BU NƏDİ BELƏ?
Bu gün, 03:53
Gələcəkdə belə əsərlər yarana bilərmi? - ARAŞDIRMA
Bu gün, 03:45
Erməni adı altında Avropaya sığınan... - Hansı ədaləti axtarır...
Bu gün, 03:41
Zəlzələn “mübarək”, İqbal Ağazadə! - REPLİKA
Bu gün, 03:37
Ermənistan Avropa ittifaqının tam hüquqlu üzvünə çevrilir - Üzv olmasa belə...
Bu gün, 03:32
Zülfəlinin buldozerin ağzına verdiyi TARİX - və aldadılan vətəndaş, susan hüquq...
Bu gün, 03:23
Krasnodarda Krımı Rusiya ərazisi kimi qəbul etmirlər... - BELƏ ÇIXIR...
Bu gün, 03:08
Günün fotosu: - MALƏSƏF...
Bu gün, 02:59
Dəfn mərasimi Xameneinin yox... ABŞ-nin nüfuzunun dəfni idi... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 02:55
Girişi pullu, çıxışı boş ümid dünyası! - Xərçəngdən DAHA AMANSIZ
Bu gün, 02:44
İranın sərt nəzarət tədbirlərinə görə Hörmüzdən keçən gəmilərin sayı kəskin şəkildə azalıb - “Bloomberg”
Dünən, 11:01
Müxalifət genişmiqyaslı müqavimətə imza atdı: birinci bənd Azərbaycana qarşı... - NƏ BAŞ VERİR?
Dünən, 10:57
Ruslar "Şahid"lərdən niyə azad istifadə edir? - Səbəb
Dünən, 10:55
AZAL: Bu gün Naxçıvana reyslərin təxirə salınması nəzərdə tutulur - DİQQƏT
Dünən, 09:44
MƏHKƏMƏLƏR KRALI Azərbaycan qanunlarına rəsmən TÜPÜRÜR... - Tək deyil... cinayət ortaqları var...
Dünən, 09:35
Ukrayna müharibə sayəsində unikal üstünlük əldə edib - KİV
Dünən, 09:03
Keçmiş deputatın şirkəti DİLƏNÇİLİK EDİR - BU DA FAKT...
Dünən, 08:38
Rövşən Məmmədov və Balakişi Qasımovun efirdə mübahisəsi - MEDİA MASASI
Dünən, 08:30
Tramp fırtınaya baxmayaraq Vaşinqtondakı çıxışını ləğv etməyəcəyini açıqlayıb
Dünən, 08:23
Zülfəlinin DAHA BİR QURBANI... - BU NƏDİ BELƏ?
Dünən, 08:20
İqtisadi suverenliyimizə qəsd: BP-nin Azərbaycandakı fəaliyyəti ilə bağlı şok iddialar - ARAŞDIRMA
Dünən, 08:11
Müharibəyə son qoymaq üçün real perspektiv var - Zelenski
Dünən, 08:07
İsrailin milli təhlükəsizlik naziri həbs olunmaq qorxusu ilə Nyu-York səfərini ləğv edib - "Haaretz"
Dünən, 08:05
Azərbaycandan KÖÇ: Axırıncı çıxan QAPINI ÖRTSÜN... - BELƏ HARA GEDİRİK?
Dünən, 07:56
İranda Naxçıvan MR Baş nazirinə hörmətsizlik - Günah kimdədir?
Dünən, 07:52
"Görürsüz hörmətli qərarverənlər, vəziyyət yaxşı deyil" - partiya sədri
Dünən, 07:43
Paşinyan Rusiyanın bu təsir rıçağını da bloklayır... - TƏDARÜK
Dünən, 07:40
Rusiyada əksər şəhərlər yanacaqsız qalıb - “Bumaqa”
Dünən, 07:37
"Üfunət iyindən durmaq olmur!" - MÜRACİƏT
Dünən, 07:34
"Daha bunun nəyi SÜRƏTLİ oldu ki?" - ETİRAZ VAR!
Dünən, 07:28
"Bu avtobus sanki heç bir qaydaya tabe deyil..." - NARAZILIQ VAR...
Dünən, 07:20
Xanım işçidən Nail Abdullayevə ETİRAZ! - "BİZDƏN NƏ İSTƏYİRSİNİZ?"
Dünən, 07:08
Ceyhun Cəlilov özünü XAN kimi aparır - Baş redaktor ŞOK FAKTLARI AÇIQLADI
Dünən, 06:50
"Yerdə qalan 6,4 faiz əhali isə böyük ehtimalla işsizlik və sosial probemlərə görə narazı olub" - Sabir Rüstəmxanlı
Dünən, 06:36
Hədiyyə kampaniyası adı ilə insanları aldadırlar? - ÖZBAŞINA QALIBLAR...
Dünən, 06:34
"Gərək sənətkarın enerjisi tükənməsin..." - Xalq artisti
Dünən, 06:32
Azərbaycanın mövqeyi təsir göstərdi: İsraildə kritik "soyqırım" çağırışı - GƏLİŞMƏ
Dünən, 06:26
Vens Böyük Britaniyadakı siyasi qeyri-sabitliyi tənqid edib - "The Sunday Times"
Dünən, 06:20
Bu gün II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı təşkil ediləcək - DİQQƏT
Dünən, 06:18
Erməni siyasilər Danelyanı ələ saldılar: - “Olmayan bir şeydən necə istefa vermisən?”
4-07-2026, 13:23
“Bütün tələbələrimin sertifikatı ləğv olunsun” - Səhiyyə Nazirliyinə qarşı qalmaqallı məhkəmə
4-07-2026, 13:20
Dövlət qurumu geyim alır – TENDER NƏTİCƏSİ
4-07-2026, 13:14
Əsgərin ölüm işində əlavə şahidlər dindiriləcək - Məhkəmə işi
4-07-2026, 13:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru