QƏRB BÖLGƏSİNDƏ SÜRÜCÜLƏR ETİRAZA HAZIRLAŞIR
Tarix: 21-10-2013, 11:58 | Çap et
NN MÜFƏTTİŞLƏRİ ONLARI BOĞAZA YIĞIBBir neçə gün bundan öncə ölkə mətbuatında yayımlanan məlumatlarda Azərbaycanın qərb bölgəsindən Bakı və Gəncə şəhərləri istiqamətinə hərəkət edən avtobusların sürücüləri tərəfindən gediş haqlarının süni olaraq qaldırıldığı xəbər verilmişdi. Bildirilirdi ki, bu qanunsuz aksiyanın həyata keçirilməsi Qazax-Gəncə və Qazax-Ağstafa istiqamətindəki marşrutlarda işləyən avtomobillərin sahibi, Yol Nəqliyyat Departamentinin zona üzrə Tovuz rayonunda yerləşən idarəsinin rəisi Vüqar müəllimi himayə edən hansısa yüksək vəzifəli məmurun göstərişi ilə baş tutub. Təbii ki, belə ozbaşınalıqlar yuxarı instansiyaların müvafiq razılığı alınmadan baş verə bilməz. Lakin bizim əlavə olaraq diqqət mərkəzinə çəkmək istədiyimiz məqam bundan ibarətdir ki, məlumatlarda adı hallanan Vüqar müəllim özü bu gün artıq kimlərisə himayə etmək “iqtidarındadır”. Redaksiyamıza daxil olan məlumatlarda qeyd olunur ki, Vüqar müəllimin rəhbərlik etdiyi idarənin Qazax rayonunda yerləşən şöbəsinin Fərhad adlı bir əməkdaşı da məhz rəisinin himayəsinə sığınaraq sürücülərin başına olmazın oyunlar gətirir. Bildirilir ki, Fərhadın Qazaxda aylıq “haqq” almadığı nə bir avtobus, nə də bir taksi xəttə çıxa bilməz. Maraqlısı da budur ki, Fərhad pul yığımlarını intensivləşdirmək üçün müxtəlif orijinal üsullara əl atır. Məsələn, məlumatlarda göstərilir ki, bu əməkdaş məhz Vüqar müəllimin imkanlarından yararlanaraq, əvvəlcə rayonda taksi sürücülərinin lisenziya almalarını əngəlləyir. Bundan sonra isə özü həmin sürücüləri lisenziyaları olmadığına görə cərimələyir. Bu özbaşınalıqlardan əziyyət çəkən sürücülər düşdükləri vəziyyəti öz məktublarında belə təsvir edirlər: “Bizim şikayətimiz nəqliyyat departamentinin əməkdaşı Vüqar müəllimdən və onun köməkçisi Fərhaddandır. Bu şəxslərdən çoxsaylı şikayət məktubları yazmağımıza baxmayaraq, heç bir nəticə yoxdur. Fərhad özü ilə yaxın münasibətdə olan bəzi insanlardan küllü miqdarda pul alıb guya ki, sahibkarlıq fəaliyyəti göstərən bu şəxslər üçün rayonun nəqliyyat sistemində monopoliya yaratmaq istəyir. Bizim maraqlarımız isə nəzərə alınmır. Bizi məcbur edirlər ki, siz bunların alası olduqları lisenziya ilə müqavilə bağlayıb, onlar deyən gündəlik pulu ödəyin. Halbuki Fərhad biz sürücülərdən də pul almışdı ki, sizə lisenziya verəcəm. Hələ də nə puldan, nə də lisenziyadan xəbər var. Hər ay biz sürücülərdən dövlət rüsumu iki-üç qat alınır. Şikayət məktubları Nəqliyyat naziri Ziya Məmmədova qədər ünvanlansa da bütün bunların nəticəsi olmadı.”Yeri gəlmişkən qeyd edək ki, aldığımız məlumatlarda qərb bölgəsində avtobuslarda gediş haqlarını süni olaraq qaldıran sürücülərin də bu əmələ məhz Vüqar müəllim tərəfindən təhrik olunduqları vurğulanır. Həmçinin bilsdirilir ki, əsasən Bakı və Gəncə şəhəri istiqamətinə hərəkət edən avtobuslar Ağstafa və Şəmkir rayonlarında avtovağzallara ümumiyyətlə daxil olmurlar. Əksər sərnişinlər isə vağzallardakı kassalardan bilet almadan sürücülərə Bakı şəhərinə 10 manat, Gəncə şəhərinə isə 2 manat verərək mənzil başına getməyə çalışırlar.Bununla belə aldığımız son məlumatlarda mənbələr sürücülərin şikayətləri əsasında Qazax rayon prokurorluğunda artıq araşdırmaların aparıldığını iddia edirlər. Bu hal isə təbii ki, yalnız Fərhadın deyil, həmçinin Yol Nəqliyyat Departamentinin zona üzrə Tovuz rayonunda yerləşən idarəsinin rəisi Vüqar müəllimin də ciddi narahatlığına səbəb olmalıdır...

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycana qarşı döyüşən muzdlu komandir ÖLDÜ
Bu gün, 17:01 |
|
|
|
| • Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar
Bu gün, 16:59 |
|
|
|
| • “Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 16:57 |
|
|
|
| • Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
Bu gün, 16:53 |
|
|
|
| • Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü - "MOUZE"
Bu gün, 16:41 |
|
|
|
| • Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... - ŞƏRH
Bu gün, 16:39 |
|
|
|
| • Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq - İLGİNC
Bu gün, 16:33 |
|
|
|
| • Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb - TƏFƏRRÜAT
Bu gün, 16:22 |
|
|
|
| • Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi - BUNDAN SONRA...
Bu gün, 16:19 |
|
|
|
| • Tanınmış aktrisa KÖVRƏLDİ: - “Ölmüşdüm, sən məni diriltdin”
Bu gün, 16:12 |
|
|
|
| • Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb
Bu gün, 16:09 |
|
|
|
| • «Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb – HESABAT
Bu gün, 16:00 |
|
|
|
| • Bu müharibənin başlanması realdır – Sabiq nazirdən ŞOK açıqlamalar
Bu gün, 15:58 |
|
|
|
| • Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib
Bu gün, 15:56 |
|
|
|
| • Azərbaycanda banklar birləşəcək
Bu gün, 15:41 |
|
|
|
| • Xamenei işimizə mane olur - Əraqçi
Bu gün, 15:40 |
|
|
|
| • BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! - AXI NİYƏ?..
Bu gün, 15:35 |
|
|
|
| • "Ölümü aldadıb bu yaşa gəlmişəm" - Xalq artisti
Bu gün, 15:32 |
|
|
|
| • Müəllimlərin geyimi neçəyə SATILACAQ? - AÇIQLAMA
Bu gün, 15:30 |
|
|
|
| • AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü - SİYAHI
Bu gün, 15:24 |
|
|
|
| • “Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək - YIĞINCAQ
Bu gün, 15:22 |
|
|
|
| • Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir - İNCƏLƏMƏ
Bu gün, 15:19 |
|
|
|
| • Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 15:16 |
|
|
|
| • YAP-da “kadr zəlzələsi” olacaq - Deputatdan səs-küylü açıqlama
Bu gün, 15:14 |
|
|
|
| • Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib - DİQQƏT!
Bu gün, 15:13 |
|
|
|
| • Rus ordusu Xarkovda iki kəndi işğal etdi - KİV
Bu gün, 15:09 |
|
|
|
| • Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:59 |
|
|
|
| • İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Bu gün, 14:57 |
|
|
|
| • "Bətnimdəki Səs" - Əfsanə Zaman...
Bu gün, 14:52 |
|
|
|
| • “Space TV” İFLAS HƏDDİNDƏ! - TƏFƏRRÜAT
Bu gün, 14:44 |
|
|
|
| • Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
Bu gün, 14:37 |
|
|
|
| • Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib
Bu gün, 14:36 |
|
|
|
| • İran “Amazon”un məlumat mərkəzini vurub
Bu gün, 14:35 |
|
|
|
| • Düz-əməlli marşrut da yoxdur ki... - NARAZILIQ VAR...
Bu gün, 14:30 |
|
|
|
| • Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” – BİRİ Putin...
Bu gün, 14:25 |
|
|
|
| • İcra başçısı rəisi işdən çıxardı - FOTO - FOTO
Bu gün, 14:23 |
|
|
|
| • İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər
Bu gün, 14:20 |
|
|
|
| • CHP Özgür Özəlin sirlərini yaymağa başladı
Bu gün, 10:35 |
|
|
|
| • SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
Bu gün, 09:39 |
|
|
|
| • Azərbaycan nefti 8%-dən çox bahalaşıb
Bu gün, 09:38 |
|
|
|
| • Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?
Bu gün, 08:20 |
|
|
|
| • "Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... - Cənab Məmmədov NƏ İSTƏYİR?
Bu gün, 08:17 |
|
|
|
| • Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi - TƏFƏRRÜAT
Bu gün, 08:07 |
|
|
|
| • Ukrayna hərbçiləri açıqladı: - Ruslar üçün ən vacib nöqtə...
Bu gün, 08:05 |
|
|
|
| • Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi – onları nə gözləyir?
Bu gün, 08:04 |
|
|
|
| • Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... - Xocalıda işlətdiyi işçilərin pulunu vermir
Bu gün, 08:01 |
|
|
|
| • "Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı - FOTO
Bu gün, 07:49 |
|
|
|
| • Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur - NƏ ETMƏLİ?
Bu gün, 07:45 |
|
|
|
| • Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək - ARAŞDIRMA
Bu gün, 07:42 |
|
|
|
| • Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - FAKT BUDUR!
Bu gün, 07:39 |
|
|
|
|