"Azəriqaz İB-də aparılan struktur islahatları müvafiq qurumlar tərəfindən nəzarətə götürülməlidir". "DİA-AZ" xəbər verir ki, bunu öz çağırışında Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı qeyd edib.
SOCAR prezidenti Rövşən Nəcəfə xitab edən NHMT sədri "63 yaşlı insanı kim işə götürəcək? Təqaüdə çıxana kimi bu insan hansı vəsaitlə yaşamalıdır. İnsafınız olsun..." deyərək Sevinc Mansurova adlı narazı vətəndaşın müraciətini də nzərələrə çatdırıb:
"Mənim yoldaşım Mansurov Ayaz Ziyəddin oğluna da, Azəriqaz İB -dən bildiriş verilib. Yoldaşım 2006 cı ildən "Azəriqaz"da təmirçi çilingər işləyir.İndi onun
63 yaşı var.

İşlədiyi müddətdə heç bir intizam tənbehi almamışdır, öz işini bilən, sözə baxan işçidir. Azəriqaz İB rəhbərliyi imkan vermir ki, yoldaşım 2 il də işləsin, təqaüdə çıxsın. Çox xahiş edirəm, ARDNŞ -nin rəhbərliyindən mənim yoldaşımın işinə bərpa olunmasına köməklik etsinlər.
Bizim öhdəmizdə 1 nəfər tələbə oğlumuz var. Oğlum ali məktəbi oxuyub, bitirməli, iş tapmalı.şş Onun hələ atasının dəstəyinə ehtiyacı var..."