"Qarabağın bu millət üçün hansı anlam kəsb etdiyini izahlamağa ehtiyac yoxdur. 44 günlük qutsal VƏTƏN savaşımız boyunca hər qarışı şəhid və qazilərimizin qanları ilə suvarılan Qarabağda bu gün maləsəf heç də hər şey ürəkaçan səviyyədə deyil". "DİA-AZ" xəbər verir ki, bunu öz sosial şəbəkə hesabında portalımızın rəhbəri Məhəmməd Ərsoy qeyd edib.
O daha sonra əlaqədar qurum və təşkilatları açıqladığı faktla bağlı tədbir görməyə də səsləyib:
"Bilirsinizmi ki, aşkar şəkildə PKK terror təşkilatı ilə əlaqəsi olan iş adamları bu gün Qarabağın quruculuğunda iştirak edirlər. Təsəvvür edirsiniz bunu?! Şəhidlərimizin qanları ilə suvarılan torpaqlarda Türkiyədəki millətimizin qanını içənlərin maliyyəçiləri - iş adamları PUL QAZANIR...
Kimdir onlar? Bu gün Azərbaycanın gərəkən qurumları bu məsələyə diqqət ayırmalıdır, məncə...
Məsələn, mən onlardan birinin adını çəkirəm: Bu gün Kəlbəcərdə "Azərsu"nun xətti ilə Eren Mollaoğlu adlı bir PKK sponsoru pul qazanır. Bəli... yanılmadınız... Məhz Kəlbəcərdə! Bu təsadüfdürmü?
NƏLƏR BAŞ VERİR? Bir izahlasınlar..."