Dövlət Komitəsinin sədri ona yüksək vəzifə verdi .....                     Azərbaycanda “buzov pulu” artırıldı .....                     Azərbaycanda yeni qurumun yaradılması .....                     Bakıya uçan daha bir təyyarə havaya qalxa bilmədi: PUA HÜCUMU .....                     Rusiya azərbaycanlıları adından sensasion çağırış .....                     Qonşuda benzinin qiyməti ikiqat artırıldı .....                     Putindən Ermənistanla bağlı sərt qərar .....                     “Erməni evində Azərbaycan işığı” xəbəri aranı qatdı .....                     Bu xanımlara yüksək vəzifə verildi .....                     General-mayor Anar İsmayılova ağır itki üz verib .....                     “Baku Electronics” müştərinin qanına susayıb? .....                     Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə .....                     Azərbaycan neftinin qiyməti 107 dolları ötüb .....                     Putin görüş ərəfəsində Paşinyana qarşı nələr planlaşdırır?.. .....                     "Bakı Şəhər Halqası"nın sabiq şöbə rəisinin işi Ali Məhkəmədə .....                     Naxçıvan Dövlət Universiteti də QANUNLARI BELƏ POZUR... .....                     "Fermerin 100 ha torpağı, 500 baş qoyun-keçisi var?" .....                     Trampdan UCUZ NEFT VƏDİ... .....                     Qazaxıstanda neft emalı zavodunda yanğın baş verib .....                     Sən demə DSMF-nin mərhum Milli Qəhrəmanımızla məhkəmə davası var imiş... .....                     "Hər dəfə deyirəm ki, susum, danışmayım, nəyimə lazımdır… .....                     Ukrayna qurban verilir, yoxsa həqiqi sülh? .....                     "2000 manat bu xərci qarşılayacaqmı?!." .....                     Hökümət ailə (kiçik) təsərrüfatlarına niyə qənim kəsilib? .....                     Biləsuvarın icra başçısından Prezidentə ŞİKAYƏT OLUNDU .....                     “O qayaları yazan insanlar düşünsünlər ki, 5-6 il əvvəl Şuşaya gələ bilirdilər?” .....                     Təhsil nazirliyinin şübhəli TENDER ORTAQLARI... .....                     "Bakı Kondisioneri" ASC-nin 855 min manatdan çox vergi borcu üzə çıxdı .....                     "Erməni mallarının Azərbaycana gəlməsi sülhə aparan yoldurmu?..” .....                     Keşləni yenə su basdı: "İcra başçımız Coşqun Cəbrayılov söz vermişdi ki..." .....                     "Çünki o daşlarda, o qayalarda onların qanı var..." .....                     Qalmaqallı “Kayu”nun LİSENZİYASI YOX İMİŞ .....                     Peşə Təhsilində küləvi narazılıq .....                     Tikinti dələduzları BUNA GÖRƏ MEYDAN SULAYIR .....                     Daha bir TENDER HOQQABAZLIĞI .....                     Şuşada Azərbaycan Ordusunu “mühasirəyə alın” deyən general .....                     Tramp “Bombardier” təyyarələrinin ABŞ-də satışının dayandırılmasını tələb edib .....                     Bakıda mənzil almaq adı ilə dələduzluq edən saxlanıldı .....                     12 il əvvəl boşandığı keçmiş arvadının maşınını yandırdı .....                     Əli Mirəliyevdən İlhamə Quliyevanın oğulluğu haqda ŞOK AÇIQLAMALAR .....                 

"Səbəbini soruşuruq, qaynar xəttə zəng edirik, cavab vermirlər"
Tarix: 17-05-2018, 09:22 | Çap et
"Səbəbini soruşuruq, qaynar xəttə zəng edirik, cavab vermirlər"
Bakının nəqliyyat sistemində problem bitmək bilmir.

Bu sistemi inkişaf etdirmək, müasirləşdirmək və bu sahədəki problemləri aradan qaldırmaq üçün "BakuBus" MMC yaradıldı. Düzdür, bundan sonra paytaxtın ictimai nəqliyyat sistemində müsbət mənada dəyişikliklər olsa da, bununla yanaşı, ciddi sıxıntılar qalmaqdadır. "BakuBus" MMC-nin özbaşınalığı, sərnişinlərə xəbərdarlıq etmədən hərəkət trayektoriyasını dəyişməsi, sürücülərinin yollarda təhlükəli manevrlər etməsi, sürət həddini aşması, sərnişinlərlə kobud davranışı və bu kimi məqamlar gündəlik rastlaşdığımız hallardır.

Digər avtobuslara nümunə olaraq adı çəkilən “BakuBus” marşrutlarında qeydə alınan bu hallar son vaxtlar sərnişinlərin ciddi narazılığına səbəb olur. “BakuBus”la bağlı redaksiyamıza çoxsaylı şikayətlər gəlir. Onların arasında ən vacibi müxtəlif şikayətlərlə bağlı sərnişinlərin “BakuBus” MMC-nin qaynar xəttinə etdiyi müraciətlərə reaksiya verilməməsidir. Bir sözlə, haqlı narazılıqlara əncam çəkən tapılmır.

Elə ötən gün müşahidə etdiyimiz mənzərə də bunun bariz sübutu oldu.

Məlumat üçün bildirək ki, son iki-üç gündür ki, 175 nömrəli marşrut xətti xəbərdarlıq edilmədən hərəkət sxemində dəyişiklik edib. Belə ki, bu xətt üzrə marşrut Hövsan qəsəbəsinin mərkəzindən Səməd Vurğun bağına qədər hərəkət edirdisə, indi isə “28 May” metrostansiyasına qədər hərəkət edir.

Qeyd edək ki, eyni dəyişiklik bu günlərdə paytaxtda keçirilən Formula-1 yarışları zamanı da edilmişdi. Amma həmin ərəfədə bu dəyişikliyin edilməsi ilə bağlı əvvəlcədən xəbərdarlıq olunmuşdu və bu vacib tələb idi. Son günlər sözügedən marşrut xəttinin hərəkət trayektoriyasının dəyişdirilməsi və bunun xəbərdarlıq olunmadan edilməsi sərnişinlər arasında yenidən ciddi etiraz yaradıb.

Müşahidələrimiz zamanı sərnişinlərin həmin marşrut xətti ilə bağlı çoxsaylı narazılıqları da gözümüzdən yayınmadı. Sərnişinlərdən birinin dediyinə görə 175 nömrəli marşrut xəttini gözləmək bir başqa problemdir: “Hər gün bu sıxıntı səbrimizi tarıma çəkib.

Ən azı 20-25 dəqiqə avtobusu gözləməli oluruq. Dayanacaqda sərnişin sıxlığından tərpənmək mümkün deyil. Hövsanın nəqliyyat problemi nə vaxt bitəcək? Bizi bu qədər niyə incidirlər? “BakuBus” avtobuslarını Hövsan əhalisinin xidmətinə verdilər lap yaxşı... Heç olmasa avtobusların sayını artırsınlar. 21 nömrəli avtobus 3 dəqiqədən bir gəlir. Nə avtobusda, nə də dayanacaqda sıxlıq olur. 175 nömrəli avtobusu gözləyənə qədər gözümüzün kökü saralır.

Sərnişin də çox... İndi də avtobusun son dayanacağını dəyişiblər. Səbəbini soruşuruq, qaynar xəttə zəng edirik, cavab vermirlər. Belə özbaşınalıq olmaz axı... İnterval problemi bir tərəfdən bizi yorub. Hava isti, işdən yorğun çıxmışıq. Bəzən 40 dəqiqə avtobus gözləyirik. Sonra da sıxlıq əlindən oturmağa yer olmur. Uzun yoldur. Hamı rahat getmək istəyir. 5 dəqiqədən bir işləsə belə problemlər də olmaz. Baxın bu gün çaşbaş qalıb hamı... Bəziləri Səməd Vurğun bağındakı dayanacağa gedir, bəziləri burda dayanır. Ya orda saxlasın bura gəlməsin, ya da birdəfəlik son dayanacağını ”28 may” metrostansiyasının yanı etsin. Əvvəlki dayanacaqda camaatı doldurub gəlir, burdan isə minmək olmur”.

Xanım sərnişinin dedikləri bir tərəfə olsun. Öz müşahidələrimiz də həmin halları tısdiqləyirdi. Doğrudan da sərnişinlər ortalıqda çaş-baş qalmışdılar. Təkcə 175 nömrəli avtobus deyil, onunla bərabər 21, 125, 1 və digər avtobusların da hərəkət trayektoriyasında qeyri-müəyyənlik vardı. Sərninişinlər ortalıqda ora-bura var gəl edərək, ünvanlarına vaxtında çatmaq çalışırdılar. “Baku Bus” şirkətinin əməkdaşları isə sözdə sanki bu anlaşılmazlığa istiqamət verərək sadəcə, “gəlin, bu avtobus Hövsana gedir. Minin, o biri gec gələcək. Ay yoldaş 125 burda dayanmır, yolu keç dayan. Baxın 21 orda durub” kimi sözlərlə öz işlərini bitmiş hesab edirdilər.

“BakuBus”un həmin əməkdaşına yaxınlaşıb yaranmış vəziyyətlə bağlı səbəbi öyrənməyə çalışdıq. Şirkət əməkdaşı kobudcasına *00...ardı eşidilməyən bir nömrəni təkrarlaya-təkrarlaya gözdən uzaqlaşdı...
Cebhe.info








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət Komitəsinin sədri ona yüksək vəzifə verdi - FOTO
Bu gün, 10:44
Azərbaycanda “buzov pulu” artırıldı – 50-250 manat veriləcək
Bu gün, 10:42
Azərbaycanda yeni qurumun yaradılması TƏKLİF OLUNUR
Bu gün, 10:38
Bakıya uçan daha bir təyyarə havaya qalxa bilmədi: PUA HÜCUMU - TƏFƏRRÜAT
Bu gün, 10:34
Rusiya azərbaycanlıları adından sensasion çağırış – Sluçkiyə səs istəyənlər kimdir?
Bu gün, 10:29
Qonşuda benzinin qiyməti ikiqat artırıldı
Bu gün, 10:27
Putindən Ermənistanla bağlı sərt qərar - PAST
Bu gün, 09:56
“Erməni evində Azərbaycan işığı” xəbəri aranı qatdı - GƏLİŞMƏ
Bu gün, 09:55
Bu xanımlara yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:53
General-mayor Anar İsmayılova ağır itki üz verib
Bu gün, 09:27
“Baku Electronics” müştərinin qanına susayıb? - BU NƏDİ BELƏ?
Bu gün, 09:25
Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə - Təhsildəki qruplaşma ilə bağlı növbəti araşdırma…
Bu gün, 09:18
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
Bu gün, 09:07
Putin görüş ərəfəsində Paşinyana qarşı nələr planlaşdırır?.. - "2-3 il referendum keçirməyə yol verilməyəcək..."
Bu gün, 08:56
"Bakı Şəhər Halqası"nın sabiq şöbə rəisinin işi Ali Məhkəmədə - TƏFƏRRÜAT
Bu gün, 08:52
Naxçıvan Dövlət Universiteti də QANUNLARI BELƏ POZUR... - FOTOFAKT
Bu gün, 08:50
"Fermerin 100 ha torpağı, 500 baş qoyun-keçisi var?" - REAKSİYA
Bu gün, 08:44
Trampdan UCUZ NEFT VƏDİ... - Müharibədən sonra...
Bu gün, 08:40
Qazaxıstanda neft emalı zavodunda yanğın baş verib - KİV
Bu gün, 08:21
Sən demə DSMF-nin mərhum Milli Qəhrəmanımızla məhkəmə davası var imiş... - TƏFƏRRÜAT
Bu gün, 08:14
"Hər dəfə deyirəm ki, susum, danışmayım, nəyimə lazımdır… - ...Amma alınmır!"
Bu gün, 08:05
Ukrayna qurban verilir, yoxsa həqiqi sülh? - AKTUAL
Bu gün, 08:02
"2000 manat bu xərci qarşılayacaqmı?!." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:00
Hökümət ailə (kiçik) təsərrüfatlarına niyə qənim kəsilib? - ETİRAZ VAR!
Bu gün, 07:52
Biləsuvarın icra başçısından Prezidentə ŞİKAYƏT OLUNDU - MÜRACİƏT
Bu gün, 07:48
“O qayaları yazan insanlar düşünsünlər ki, 5-6 il əvvəl Şuşaya gələ bilirdilər?” - Polad Həşimovun anası
Bu gün, 07:37
Təhsil nazirliyinin şübhəli TENDER ORTAQLARI... - Əmrullayevin ilginc DEPOT MMC SEVDASI
Bu gün, 07:34
"Bakı Kondisioneri" ASC-nin 855 min manatdan çox vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:29
"Erməni mallarının Azərbaycana gəlməsi sülhə aparan yoldurmu?..” – Tofiq Zülfüqarovdan AÇIQLAMA
Bu gün, 07:14
Keşləni yenə su basdı: "İcra başçımız Coşqun Cəbrayılov söz vermişdi ki..." - vətəndaş yenə də Allahın ümidinə qalıb...
Bu gün, 07:11
"Çünki o daşlarda, o qayalarda onların qanı var..." - deputat
Bu gün, 07:04
Qalmaqallı “Kayu”nun LİSENZİYASI YOX İMİŞ - BU NƏDİ BELƏ?
Bu gün, 07:01
Peşə Təhsilində küləvi narazılıq - Müqavilə ilə kimlər və necə işə götürülür?
Bu gün, 06:52
Tikinti dələduzları BUNA GÖRƏ MEYDAN SULAYIR - Tanınmış hüquqşünas ÇAĞIRIŞ ETDİ
Bu gün, 06:42
Daha bir TENDER HOQQABAZLIĞI - Qalib YAP-ın təşkilat sədrinin oğludur...
Bu gün, 06:35
Şuşada Azərbaycan Ordusunu “mühasirəyə alın” deyən general – 84 yaşında pasportunu təhvil verib Rusiyaya qayıtdı
Bu gün, 06:24
Tramp “Bombardier” təyyarələrinin ABŞ-də satışının dayandırılmasını tələb edib - KİV
Bu gün, 06:18
Bakıda mənzil almaq adı ilə dələduzluq edən saxlanıldı
Dünən, 18:10
12 il əvvəl boşandığı keçmiş arvadının maşınını yandırdı - TƏFƏRRÜAT
Dünən, 18:06
Əli Mirəliyevdən İlhamə Quliyevanın oğulluğu haqda ŞOK AÇIQLAMALAR - “Nə ölüsü, nə də dirisi...”
Dünən, 18:02
İşdən çıxarılan sədr keçmiş DEPUTATIN OĞLU İMİŞ - FOTO
Dünən, 18:01
Nazir Abid Şərifovun qardaşı oğlunu təqaüdə göndərdi - FOTO
Dünən, 17:56
Vətəndaşı “borc bataqlığına” sürükləyən kreditlər - BELƏ HARA GEDİRİK?
Dünən, 17:49
“MİDA”dan 23 milyonluq layihə
Dünən, 17:44
“Rus bazasını çıxarmaq, Azərbaycan Ordusuna “gəl” deməkdir” - Tevanyan
Dünən, 17:29
Elgizin yeni verilişi efirə çıxdı
Dünən, 17:26
İrəvanın dəyişikliyi Moskvanı təşvişə saldı – Hakimiyyətə onlar gələ bilər
Dünən, 17:23
Başıma açmadığı oyun qalmamışdı, indi özü həbsxanada zəhərlənməkdən qorxur - Saakaşvili
Dünən, 17:21
“Capital Partners İnvestisiya Şirkəti”nin dövriyyəsi 3 dəfə azalıb
Dünən, 17:19
Ərzaq qıtlığı olmayacaq, amma BAHALAŞMA GƏLİR: - İqtisadçıdan PROQNOZ
Dünən, 17:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru