Bu gündən icra başçıları ilə bağlı dəyişiklik qərarı veriləcək... - Köhnələrin adamları "vurulur"...
Tarix: 24-04-2018, 10:15 |
Çap et
DİA.AZ: - Bu gündən icra başçıları ilə bağlı dəyişiklik qərarı verilə bilər. Bu barədə DİA.AZ-a bilgili qaynaq informasiya verib. Xəbəri verən mənbə iddia edir ki, konkret olaraq 21 rayonun rəhbəri dəyişdiriləcək.
Mənbənin dia-az.life-a söylədikləri: "Təbii ki, burada "vurulumuş" nazirlərin kurasiyasında olan başçıların çıxdaş edilməsi öncəlik təşkil edəcək. Eyni zamanda bəzi "vaxtları yetişmiş" icra başçıları da gözlənilən dalğada vəzifələrini itirəcəklər".
Mənbəyə görə, yeni təyinatların əksəriyyətində gənc kadrlara üstünlük veriləcək: "Göründüyü kimi, "yuxarıda" bir gəncləşmə prosesi gedir ki, bu da özünü aşağılardakı təyinatlara da sirayət etdirəcək".
Əlavə bilgilərimi olacaq, Bizi izləməkdə davam edin.