“Xalq Kapital İnvestisiya Şirkəti”ndən “Azərpoçt”a yeni təyinat .....                     Keçmiş bankir “SOCAR Petroleum”-dakı vəzifəsindən ayrılıb .....                     “Xalq Kapital İnvestisiya Şirkəti”də yeni icraçı direktor təsdiqləndi .....                     AfD-nin qələbəsi: Almaniyada türkləri nə gözləyir? .....                     "Ya gəlin məhsulunuzu düz-əməlli təhvil verin, ya da..." .....                     Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib .....                     YAP-ın VIII Qurultayına hazırlıq .....                     Bir evi bir neçə nəfərə satan iş adamına .....                     16 il sonra qayıtdılar, trendi alt-üst etdilər .....                     "Ehdiparfum"un videosunu yayanları bu cəza gözləyir .....                     “SOS” MMC-nin növbə rəisi həbs edildi: 20 min manatı qumarda uduzub .....                     Zaur Mikayılov yenə də BAKINI SELƏ TƏSLİM ETDİ... .....                     "Öz şəhərimizi niyə yazaq ki?" .....                     "Qazaxlı Alik"in oğlu yenidən məhkəmə qarşısında .....                     Azərbaycanın da qatıldığı Köçəri Oyunlarında nəticələr qarışdı .....                     Ankara strateji muxtariyyəti gücləndirir .....                     Ermənistan müdafiə naziri orduya fasiləsiz təlim əmri verdi .....                     Dövlət Komitəsinin sədri ona yüksək vəzifə verdi .....                     Azərbaycanda “buzov pulu” artırıldı .....                     Azərbaycanda yeni qurumun yaradılması .....                     Bakıya uçan daha bir təyyarə havaya qalxa bilmədi: PUA HÜCUMU .....                     Rusiya azərbaycanlıları adından sensasion çağırış .....                     Qonşuda benzinin qiyməti ikiqat artırıldı .....                     Putindən Ermənistanla bağlı sərt qərar .....                     “Erməni evində Azərbaycan işığı” xəbəri aranı qatdı .....                     Bu xanımlara yüksək vəzifə verildi .....                     General-mayor Anar İsmayılova ağır itki üz verib .....                     “Baku Electronics” müştərinin qanına susayıb? .....                     Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə .....                     Azərbaycan neftinin qiyməti 107 dolları ötüb .....                     Putin görüş ərəfəsində Paşinyana qarşı nələr planlaşdırır?.. .....                     "Bakı Şəhər Halqası"nın sabiq şöbə rəisinin işi Ali Məhkəmədə .....                     Naxçıvan Dövlət Universiteti də QANUNLARI BELƏ POZUR... .....                     "Fermerin 100 ha torpağı, 500 baş qoyun-keçisi var?" .....                     Trampdan UCUZ NEFT VƏDİ... .....                     Qazaxıstanda neft emalı zavodunda yanğın baş verib .....                     Sən demə DSMF-nin mərhum Milli Qəhrəmanımızla məhkəmə davası var imiş... .....                     "Hər dəfə deyirəm ki, susum, danışmayım, nəyimə lazımdır… .....                     Ukrayna qurban verilir, yoxsa həqiqi sülh? .....                     "2000 manat bu xərci qarşılayacaqmı?!." .....                 

Banklar özünü “karlığa” vurub - "Özləri maraqlı deyillər..."
Tarix: 6-04-2018, 10:05 | Çap et
Banklar özünü “karlığa” vurub
Problemli kreditlər məsələsi yenidən gündəmə gətirilib. Bu dəfə məsələ Milli Məclis tribunasından, özü də kifayət qədər sərt formada qaldırılıb.

Belə ki, YAP İcraçı katibinin müavini, deputat Siyavuş Novruzov problemli kreditlər məsələsinin ciddi araşdırılmalı olduğunu deyib: “Bu kreditləri bir-birindən ayırmaq lazımdır. Bir gün burada hesabat versinlər ki, nə qədər insan kredit götürüb maşın almaqdan, iş yeri yaratmaqdan ötrü. Kimsə iş yeri yaratmaq üçün kredit götürübsə və təbii fəlakət nəticəsində ziyana düşübsə, ona dəstək verilməlidir. Amma biri kredit götürüb 50 minlik avtomobil almaq istəyibsə, getsin, dövlətin kreditini ödəsin. Eləsi var ki, hüzür məclsini həyata keçirməkdən ötrü kredit götürüb, bu insanları nəzərə almaq lazımdır”.

Deputat Fəzail Ağamalı isə bildirib ki, bu gün ən ciddi problemlərdən biri vətəndaşlarla kommersiya bankları arasındakı problemdir: "Vaxtında banklar aşağı faizlə vətəndaşlardan əmanəti alaraq ikiqata artıq faizlə kredit verəndə bilməli idilər ki, bu bumeranq kimi üzlərinə qayıdacaq. İndi böhranlı vəziyyət yaranıb və bu dövlətin üzərinə atılıb. Əgər analamırdılarsa nəyə görə bankda oturub bank işi ilə məşğul olurdular?" Deputat deyib ki, bu məsələ dəfələrlə müzakirə olunub, lakin nəticə yoxdur: “Biz Maliyyə Bazarına Nəzarət Palatası yaratdıq. Palata 2 ildən artıq fəaliyyət göstərsə də, nəticəsi yoxdur. Hanı onların fəaliyyətinin nəticələri? Bununla bağlı seçicilər müraciət edir. Biz sözümüzü deyirik nəticəsi yoxdur. Seçkilərdən sonra bu istiqamətdə konkret addımlar atılsın”. Amma banklar özünü “karlığa” vurub və Milli Məclis tribunasından, özü də kifayət qədər sərt formada tənqidlərə belə reaksiya verilmir.

Maraqlıdır ki, son məlumatlara əsasən həcmi 1,7 milyard manata yaxınlaşan problemli kreditlər məsələsi ilə bağlı banklardan hər hansı təklif eşidilmir. Cəmiyyəti narahat edən məsələnin müzakirələrini banklar kənardan seyr etməklə kifayətlənirlər.

Bank sahəsi üzrə ekspert, “StandardBank” Kreditorlar Şurasının rəhbəri Əkrəm Həsənov bildirir ki, əslində banklar problemli kreditlər məsələsinin araşdırılmasını istəmirlər: “Bilirsiniz, Azərbaycan üzrə ümumi problemli kreditlərin az bir hissəsi fərdi şəxslərə, yəni adi vətəndaşlara verilən kreditlərdir. Böyük hissəsi isə bankların rəhbər şəxsləri, inzibatçıları tərəfindən yüksək məbləğlərdə girovsuz, bəzənsə aşağı girov təminatı ilə biznes krediti kimi rəsmiləşdirilməklə yaxın adamlarına, şirkətlərinə verilib. İndi bank sahiblərinin özləri maraqlı deyillər o kreditlərin qaytarılmasında. Burada dövlətin vəzifəsi həmin kreditləri araşdırmaq, onların qaytarılmasını cinayət təqibi ilə təmin etməkdir. Bu kreditləri müəyyənləşdirmək elə də çətin deyil - bağlanan bir neçə bankın nümunəsində mən bunu görmüşəm. Açırsan kredit reyestrini, kimlərə aşağı faiz, girov təminatı olmadan, yaxud aşağı girov təminatı ilə kredit verilibsə, siyahını çıxardırsan. Açıq-aşkar görmək olur ki, bu kreditlər qaytarılmaq üçün verilməyib. Bu addımı atmaq üçün ən yüksək səviyyədə qərar olmalıdır. Çünki həm Maliyyə Bazarlarına Nəzarət Palatası, həm Mərkəzi Bank, həm hüquq-mühafizə orqanlarında çalışan bəzi şəxslərin bir-biri ilə sıx bağlılığı var. Bir çoxları elə özləri, yaxud yaxın adamları vasitəsilə kreditlər götürüblər. Buna görə də indi bir-birinin əməllərinin üstünün açılmasında maraqlı deyillər”.

Ekspertin fikrincə, fərdi şəxslərin aldıqları kreditləri kimin hansı səbəbdən götürməsi prinsipi ilə ayırmaq çətin və bəlkə də mümkünsüz işdir: “Çünki banklar kreditləri alındığı məqsədlə deyil, başqa ad altında rəsmiləşdirirlər. Ən geniş yayılmış təyinat mənzilin təmiridir. Götürülən kreditlərin böyük faizi bu təyinat altında rəsmiləşdirilir. Buna görə də təklif nə qədər yaxşı olsa da, onun icrası real deyil. Rəsmiləşməyən, faktiki təyinatı müəyyənləşdirmək isə mümkün deyil”.

Ə.Həsənova görə, əslində ölkə qanunvericiliyində problemli kreditlərlə bağlı məsələni həll etmək üçün yetərincə hüquqi baza var: “Bunun üçün müflisləşmə institutu işləməlidir. Yəni həqiqətən ödəniş imkanı olmayan şəxslərin borcu silinməlidir. Bunun üçün qanun var - ”Müflisləşmə və iflas haqqında", Mülki Məcəllə var, “İcra haqqında” qanun var. Sadəcə, bu qanunların işləməsinin qarşısını banklar alırlar - məhkəmələrə və icra məmurlarına təsir, hətta təzyiqlə. Dövlət bu qanunların icrasını təmin etməlidir. Burada söhbət həqiqətən imkanı olmayan şəxslərdən gedir. Kiminsə imkanı varsa və borcunu ödəməkdən yayınırsa, bunu məhkəmə sübut edirsə, həmin şəxslər, əlbəttə, məsuliyyətə cəlb olunmalıdır. Dollar borclarına gəlincə, hazırda problemli kreditlərin mütləq əksəriyyəti bu kreditlərdir. Bu məsələnin həlli ilə bağlı millət vəkilləri Vahid Əhmədov və Əli Məsimli çox yaxşı təklif irəli sürmüşdülər. Onlar dolların devalvasiyalardan əvvəlki məzənnəsi ilə indiki məzənnəsi arasındakı fərqin - 92 qəpiyin 3 hissəyə bölünməsini təklif edirlər. 30 qəpiyini banklar bağışlasın, 30 qəpiyini dövlət, 32 qəpiyini isə vətəndaş ödəsin. Hesab edirəm ki, bu, bütün tərəflər üçün əlverişli həll variantıdır. Bu addımı atmaq üçün xüsusi qanun qəbul olunmalıdır. Böyük ümidlər vardı ki, prezident seçkisinədək hansısa addımlar atılsın, lakin artıq seçkiyə sayılı günlər qalıb. Bu baxımdan, qalan müddətdə məsələnin həll olunacağı real deyil. Qalır bir Cümhuriyyətin 100 illiyi. Ona qədər hansısa addım atılsa atılacaq, atılmasa, problem olduğu kimi qalacaq".

Onu da qeyd edək problemli kreditlərin həcmi bu il fevralın 1-nə 1 milyard 695,9 milyon manata yüksəlib. Yanvarın 1-nə isə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 626,7 milyon manat idi. Beləliklə, bir ayda 69,2 milyon manat artım qeydə alınıb.
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Xalq Kapital İnvestisiya Şirkəti”ndən “Azərpoçt”a yeni təyinat - DOSYE
Bu gün, 12:27
Keçmiş bankir “SOCAR Petroleum”-dakı vəzifəsindən ayrılıb - FOTO
Bu gün, 12:23
“Xalq Kapital İnvestisiya Şirkəti”də yeni icraçı direktor təsdiqləndi - BUNDAN SONRA...
Bu gün, 12:18
AfD-nin qələbəsi: Almaniyada türkləri nə gözləyir? - Ekspertlərdən xəbərdarlıq
Bu gün, 12:16
"Ya gəlin məhsulunuzu düz-əməlli təhvil verin, ya da..." - NARAZILIQ VAR...
Bu gün, 12:09
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib - FOTOLAR
Bu gün, 12:03
YAP-ın VIII Qurultayına hazırlıq BAŞLANDI
Bu gün, 11:59
Bir evi bir neçə nəfərə satan iş adamına HÖKM OXUNDU
Bu gün, 11:57
16 il sonra qayıtdılar, trendi alt-üst etdilər - VİDEO
Bu gün, 11:36
"Ehdiparfum"un videosunu yayanları bu cəza gözləyir - ŞOK detallar
Bu gün, 11:35
“SOS” MMC-nin növbə rəisi həbs edildi: 20 min manatı qumarda uduzub - TƏFƏRRÜAT
Bu gün, 11:27
Zaur Mikayılov yenə də BAKINI SELƏ TƏSLİM ETDİ... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 11:18
"Öz şəhərimizi niyə yazaq ki?" - REAKSİYA
Bu gün, 11:09
"Qazaxlı Alik"in oğlu yenidən məhkəmə qarşısında - DETALLAR
Bu gün, 11:05
Azərbaycanın da qatıldığı Köçəri Oyunlarında nəticələr qarışdı - QALMAQAL
Bu gün, 10:56
Ankara strateji muxtariyyəti gücləndirir - Montrödən Akkuyuya
Bu gün, 10:54
Ermənistan müdafiə naziri orduya fasiləsiz təlim əmri verdi
Bu gün, 10:52
Dövlət Komitəsinin sədri ona yüksək vəzifə verdi - FOTO
Bu gün, 10:44
Azərbaycanda “buzov pulu” artırıldı – 50-250 manat veriləcək
Bu gün, 10:42
Azərbaycanda yeni qurumun yaradılması TƏKLİF OLUNUR
Bu gün, 10:38
Bakıya uçan daha bir təyyarə havaya qalxa bilmədi: PUA HÜCUMU - TƏFƏRRÜAT
Bu gün, 10:34
Rusiya azərbaycanlıları adından sensasion çağırış – Sluçkiyə səs istəyənlər kimdir?
Bu gün, 10:29
Qonşuda benzinin qiyməti ikiqat artırıldı
Bu gün, 10:27
Putindən Ermənistanla bağlı sərt qərar - PAST
Bu gün, 09:56
“Erməni evində Azərbaycan işığı” xəbəri aranı qatdı - GƏLİŞMƏ
Bu gün, 09:55
Bu xanımlara yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:53
General-mayor Anar İsmayılova ağır itki üz verib
Bu gün, 09:27
“Baku Electronics” müştərinin qanına susayıb? - BU NƏDİ BELƏ?
Bu gün, 09:25
Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə - Təhsildəki qruplaşma ilə bağlı növbəti araşdırma…
Bu gün, 09:18
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
Bu gün, 09:07
Putin görüş ərəfəsində Paşinyana qarşı nələr planlaşdırır?.. - "2-3 il referendum keçirməyə yol verilməyəcək..."
Bu gün, 08:56
"Bakı Şəhər Halqası"nın sabiq şöbə rəisinin işi Ali Məhkəmədə - TƏFƏRRÜAT
Bu gün, 08:52
Naxçıvan Dövlət Universiteti də QANUNLARI BELƏ POZUR... - FOTOFAKT
Bu gün, 08:50
"Fermerin 100 ha torpağı, 500 baş qoyun-keçisi var?" - REAKSİYA
Bu gün, 08:44
Trampdan UCUZ NEFT VƏDİ... - Müharibədən sonra...
Bu gün, 08:40
Qazaxıstanda neft emalı zavodunda yanğın baş verib - KİV
Bu gün, 08:21
Sən demə DSMF-nin mərhum Milli Qəhrəmanımızla məhkəmə davası var imiş... - TƏFƏRRÜAT
Bu gün, 08:14
"Hər dəfə deyirəm ki, susum, danışmayım, nəyimə lazımdır… - ...Amma alınmır!"
Bu gün, 08:05
Ukrayna qurban verilir, yoxsa həqiqi sülh? - AKTUAL
Bu gün, 08:02
"2000 manat bu xərci qarşılayacaqmı?!." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:00
Hökümət ailə (kiçik) təsərrüfatlarına niyə qənim kəsilib? - ETİRAZ VAR!
Bu gün, 07:52
Biləsuvarın icra başçısından Prezidentə ŞİKAYƏT OLUNDU - MÜRACİƏT
Bu gün, 07:48
“O qayaları yazan insanlar düşünsünlər ki, 5-6 il əvvəl Şuşaya gələ bilirdilər?” - Polad Həşimovun anası
Bu gün, 07:37
Təhsil nazirliyinin şübhəli TENDER ORTAQLARI... - Əmrullayevin ilginc DEPOT MMC SEVDASI
Bu gün, 07:34
"Bakı Kondisioneri" ASC-nin 855 min manatdan çox vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:29
"Erməni mallarının Azərbaycana gəlməsi sülhə aparan yoldurmu?..” – Tofiq Zülfüqarovdan AÇIQLAMA
Bu gün, 07:14
Keşləni yenə su basdı: "İcra başçımız Coşqun Cəbrayılov söz vermişdi ki..." - vətəndaş yenə də Allahın ümidinə qalıb...
Bu gün, 07:11
"Çünki o daşlarda, o qayalarda onların qanı var..." - deputat
Bu gün, 07:04
Qalmaqallı “Kayu”nun LİSENZİYASI YOX İMİŞ - BU NƏDİ BELƏ?
Bu gün, 07:01
Peşə Təhsilində küləvi narazılıq - Müqavilə ilə kimlər və necə işə götürülür?
Bu gün, 06:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru