Rəsul Çunayevi aldatdılar - “Neftçi”-dən güləşçiyə “bugün-sabah” deyilsə də...
Tarix: 29-07-2017, 12:05 |
Çap et
Yunan-Roma güləşi üzrə dünya və Avropa çempionu olan Rəsul Çunayev gələcək karyerası ilə bağlı qərar verib.
Yenicag.az-ın əldə etdiyi məlumata görə, “Rio-2016” nın bürünc mükafatçısı “Neftçi İdman Klubu”ndan ayrılıb. Buna isə Çunayevin qazandığı uğurlara görə vəd edilən mükafatların klub tərəfindən verilməməsi olub. Sadıq Sadıqovun rəhbəri olduğu “Neftçi” İK-dən güləşçiyə “bugün-sabah” deyilsə də, vədə əməl edən olmayıb.
Aldadıldığını görən Çunayev “Neftçi” İK-dən ayrılmağa qərar verib. Məlumatı əməkdaşımızla söhbətində Bakıda keçirilən I Avropa Oyunlarının qızıl medalçısının özü də təsdiqləyib.