Dövlət Vergi Xidmətində maaş artımı niyə gecikir? .....                     Telli aparıcıları yıxıb-sürüdü: .....                     Prokuror müğənni qardaşını öldürənə .....                     Xırdalan və Bakıda 79 min manatlıq dələduzluq: Qurbanlar necə aldadılıb? .....                     "Boğulurdum, hələ belə ağrı görməmişdim" .....                     Bakıda qızını bıçaqlayan qadına hökm oxundu .....                     208 səhifəlik “Xütbələr” kitabının bir ədədinin çapı 23 manata başa gələcək .....                     Erməni deputatdan Kərki ilə bağlı AÇIQLAMA: .....                     Paşinyanın “açıqlaması” Qazaxıstanı qarışdırdı .....                     Armen Qriqoryan Baş Qərargah rəisi təyin olunur .....                     Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru vəzifəsindən azad edilib .....                     Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq .....                     “Xalq Kapital İnvestisiya Şirkəti”ndən “Azərpoçt”a yeni təyinat .....                     Keçmiş bankir “SOCAR Petroleum”-dakı vəzifəsindən ayrılıb .....                     “Xalq Kapital İnvestisiya Şirkəti”də yeni icraçı direktor təsdiqləndi .....                     AfD-nin qələbəsi: Almaniyada türkləri nə gözləyir? .....                     "Ya gəlin məhsulunuzu düz-əməlli təhvil verin, ya da..." .....                     Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib .....                     YAP-ın VIII Qurultayına hazırlıq .....                     Bir evi bir neçə nəfərə satan iş adamına .....                     16 il sonra qayıtdılar, trendi alt-üst etdilər .....                     "Ehdiparfum"un videosunu yayanları bu cəza gözləyir .....                     “SOS” MMC-nin növbə rəisi həbs edildi: 20 min manatı qumarda uduzub .....                     Zaur Mikayılov yenə də BAKINI SELƏ TƏSLİM ETDİ... .....                     "Öz şəhərimizi niyə yazaq ki?" .....                     "Qazaxlı Alik"in oğlu yenidən məhkəmə qarşısında .....                     Azərbaycanın da qatıldığı Köçəri Oyunlarında nəticələr qarışdı .....                     Ankara strateji muxtariyyəti gücləndirir .....                     Ermənistan müdafiə naziri orduya fasiləsiz təlim əmri verdi .....                     Dövlət Komitəsinin sədri ona yüksək vəzifə verdi .....                     Azərbaycanda “buzov pulu” artırıldı .....                     Azərbaycanda yeni qurumun yaradılması .....                     Bakıya uçan daha bir təyyarə havaya qalxa bilmədi: PUA HÜCUMU .....                     Rusiya azərbaycanlıları adından sensasion çağırış .....                     Qonşuda benzinin qiyməti ikiqat artırıldı .....                     Putindən Ermənistanla bağlı sərt qərar .....                     “Erməni evində Azərbaycan işığı” xəbəri aranı qatdı .....                     Bu xanımlara yüksək vəzifə verildi .....                     General-mayor Anar İsmayılova ağır itki üz verib .....                     “Baku Electronics” müştərinin qanına susayıb? .....                 

Etibardan sui-istifadə, himayədar məmur, ədalətsiz məhkəmə – bir ortaqlığın süqut etməsi əhvalatı...
Tarix: 21-07-2017, 11:26 | Çap et
Etibardan sui-istifadə, himayədar məmur, ədalətsiz məhkəmə
Dünyanın ən zor işlərindən biri də biznes ortaqlığıdır. Yüz illərdir azad bazar iqtisadiyyatının, sahibkarlıq ənənələrinin mövcud olduğu ölkələrdə bu, problem deyil, biznesə qoyulan sərmayə də, əldə olunan mənfəət də payçılar arasında zərgər dəqiqliyi ilə bölünür, əlavə söz-söhbətə, mübahisəyə, cığallığa yer qalmır.

Fəqət Azərbaycan tipli ölkələrdə bu kimi münasibətlər biznes ənənələrindən, iqtisadi mexanizmlərdən, müvafiq sazişlərdən və sair sənədlərdən çox, ortaqların vicdanından, insafından, göztoxluğundan asılı olur. Bəzən ortaqlardan biri və ya ikisi tamahkarlıq edəndə, öz şəriklərinə kələk gəlmək istəyəndə, fırıldaq gələndə, etibardan sui-istifadə edəndə ortaya böyük mübahisələr çıxır, haqq-ədalət pozulur, biznesmenlər, ev alanlar ziyana düşür, qurulu iş bərbad olur, hamı əziyyət və ziyan çəkir.

Başına uyğun iş gəlmiş bir sahibkar əli hər yerdən üzüldüyü üçün redaksiyamıza müraciət edib. Onun ad-soyadı Ağayev Etibar Əkbər oğludur. İş dünyasında onu Hacı Etibar kimi tanıyırlar. Hacı Etibarın söhbətindən belə anlaşılır ki, onun etibarından sui-istifadə ediblər.

E.Ağayevin söhbəti:

“65 yaşım var. İndiyə qədər şikayət ərizəsi ilə heç bir ünvana müraciət etməmişəm. Şikayət etməyə məni vadar edən mənim ailəvi dostum olmuş Quliyev Kamal Sadat oğludur”.

Uzun müddətdən bəri ev tikintisi ilə məşğul olan Hacı Etibar Kamal Quliyevdən nəyə görə şikayətçi olduğunu danışır: “2008-ci ildə Kamalın xahişi ilə mən onu tikintiyə gətirdim. Onunla birlikdə 4 bloklu bir ev tikdik. Həmin tikintidə mənim payım 60%, onunku 20% olmasına baxmayaraq, Kamalın istəyil ilə bir dost kimi bütün səlahiyyətləri (idarəçiliyi, tikinti materiallarının alınmasını, mənzillərin satışını, işə qəbul məsələlərini və s.). ona verdim”.

Əlbəttə ki, biznes münasibətləri oturuşmuş ölkələrdə belə etməzlər, ən yaxın dosta güvənsələr də, etibar etsələr də, vaxtaşırı yoxlayarlar. Amma hiss olunur ki, Hacı Etibar ailəvi dostuna həddindən artıq etibar edib. Heç demə, onu iş-güclə daha çox yükləməyi Kamal Quliyev özü xahiş edibmiş.

Etibar Ağayevin söhbəti: “Növbəti 1 bloklu ev tikintisi zamanında bütün səlahiyyətlər onda olub. O, mənim etimadımı qazanmışdı və buna görə faktiki olaraq onun fəaliyyətinə nəzarət etmirdim, ona inanırdım. Hətta təzə tikintiyə başlayanda deyirdim ki, mənim nümayəndəm Kamaldır. 2012-ci ildə biz 4 təsisçi, hər birimizin payı 25% olmaqla, “TVİNS-ART” MMC-ni təsis etdik. Xətai rayonunda, Məhəmməd Hadi küçəsindəki 2944-cü məhəllədə bina tikintisinə başladıq. MMC-nin icraçı direktoru olsa da, 5 blokun tikintisinə rəhbərliyi Kamal ələ keçirmişdi. Axır vaxtlar mən hiss etdim ki, Kamal mənə qarşı rəftarında dəyişib, aramızda süni şəkildə münaqişə yaratmağa cəhd edir. Müəyyən müddət keçdikdən sonra o, başqa bir ortağıma qarşı da bu hərəkətləri etdi. “TVİNS-ART” MMC-də və satışından daxil olan külli miqdarda vəsaiti özbaşına götürərüb və vəsaiti başqaları ilə başladığı yeni tikintidə sərmayə kimi istifadə edib. Bundan sonra TVİNS-ART MMC-dən ev alan sakinlərin haqları tapdanıb, mənzillrin təmiri maliyyə çatışmazlığı səbəbindən planlaşdırıldığı vaxtdan gecikib”.

E.Ağayevin sözlərinə görə, o, bununla bağlı araşdırma aparıb və müəyyən edib ki, Kamal Quliyev onlarla birlikdə çalışdığı vaxt oğurladığı pullarla dövlətdə mühüm post tutan bir məmurun nümayəndəsi ilə 2015-ci ildə “AMAL” MMC adlı müəssisə təsis ediblər və ev tikintisinə başlayıblar: “Onların işbirliyinin yaranmasına səbəb Kamalın əvvəllər apardığımız tikintidən həmin məmurun nümayəndəsinə əvvəlcə ikimərtəbəli, bir müddət sonra isə üçmərtəbəli mağazalar satması olub. Bununla bağlı onların arasında işgüzar münasibətlər yaranıb və bizimlə birlikdə çalışdığı müddətdə onlar bizim işimizə aid olmayan, sahəsi 600 m2 olan mağaza tikib və tikintidə bizim materiallardan istifadə edib.

Başqa sözlə, Etbiar Ağayevin dediklərindən belə anlaşılır ki, təbiətcə fərasətli və ünsiyyətcil adam olan, qulluq göstərməyi, iş yarıtmağı bacaran Kamal Quliyev 5-6 il ərzində ona və digər ortaqlarına göstərdiyi xidmətlə böyük etimad qazandığı kimi həmin şəxslərin də etimadını qazanıb.

Sahibkar danışır: “Belə güclü məmurun himayəsi altına keçdikdən sonra o, bizimlə münasibəti daha da kəskinləşdirdi. Biz ondan səlahiyyətləri alıb müəssisənin əsl rəhbərinə - icraçı direktora verdikdən sonra Kamal MMC-dən çıxmaq qərarına gəldi. Öz payının başqasına satılması bəhanəsi ilə müəssisəyə oğru aləminin adamlarını gətirərək bizi qorxutmağa çalışdı. Bu, baş tutmadıqdan sonra o, götürdüyündən əlavə vəsait almaq məqsədilə təsisçilikdən çıxmaq üçün məhkəməyə müraciət etdi”.

Bundan sonra isə ortaqlar arasındakı münasibətlər tamam pozulub. E.Ağayev hesab edir ki, həmin məmurun təsiri ilə K.Quliyev onlara və ev alanlara qarşı son dərəcə ədalətsiz bir qərarın çıxarılmasına nail olub.

Etibar Ağayevin söhbəti: “Bu il iyulun 2-də Xətai rayon məhkəməsinin qətnaməsi ilə MMC-yə məxsus əmlakın çox böyük hissəsinin Kamala verilməsi barədə qətnamə çıxarıldı. Təsəvvür edin ki, 4 təsisçi olmasına baxmayaraq, məhkəmə MMC-nin 120 m2 ofisini də ona verib, bununla da böyü birkollektivin işlədiyi müəssənin fəaliyyətinin iflic olması təhlükəsi yaranıb. Məhkəmə müəssisədə mənzil satışına qadağa qoymaqla tikintinin davam etdirilməsi üçün onsuz da çox az qalmış vəsaitin daxil olmasının qarşısını alıb və tikintinin faktiki dayanmasına səbəb olub".

Bəs bu necə ola bilər? Ortada hər birinin 25 faizlik payı olan 4 ortaq var. Onlardan biri ayrılır, hər şeyi götürür, yerdə qalan 3 payçı və mənzil alanlar əliboş, hətta zərərdə qalır.

Sahibkar şikayətinin məğzini deyir: “Məhkəməyə göstərilən təsirlər nəticəsində ekspert rəyi alınıb ki, 1 m2 tikinti 350 man başa gəlir, halbuki tikinti ilə məşğul olan hər kəs bilir ki, bu mümkün deyil. Nümayəndəmizin etirazına baxmayaraq, məhkəmə iş üzrə əlavə ekspertizanın keçirilməsi xahişini rədd edib.

E.Ağayevin sözlərinə görə, bundan başqa, Kamal Quliyev 2016-cı ilin noyabr ayında Nəsimi rayon məhkəməsinə müraciət edərək, öz payını 1 600 000 (bir milyon altı yüz min) manata satmaq istədiyini bildirib, ancaq Xətai rayon məhkəməsi isə bu tələbdən 4-5 dəfə çox dəyərə malik əmlakın ona verilməsini qət edib.

Burada zəruri dəqiqləşdirməyə ehtiyac var: Sahibkarın bayaqdan bəri sözünü etdiyi naməlum qüdrətli məmur kimdir?

Bu işdə dövlət məmurunun adının hallandırılmasını indilikdə düzgün hesab etməyən sahibkar qeyd edir ki, hər halda o şəxsdən çox şey asılıdır: onun ya bu işdə əli olduğu bilinəcək, ya da o, qohumlarına və onların ortağı Kamal Quliyevə təsir edəcək ki, onlar ədalətli olsunlar, ortaqlığı halallıqla bitirsinlər, mənzilalnların haqlarını versinlər, məhkəmələrə təsir göstərərək öz xeyirlərinə qanunsuz qərarlar çıxartdırmasınlar.

E.Ağayev deyir: “Biz hesab edirik ki, əlavə ekspertlər təyin olunarsa, tərəfimizdən lazımi sənədlər təqdim edilməklə məhkəmələr yeni qərar qəbul edib TVİNS-ART MMC-in və 500-dən artıq mənzil alanın, eləcə də təsisçilərin haqlarını təmin edəcək".

Sahibkar ümid edir ki, aidiyyatı orqanlar MMC-nin dörd təsisçisinin mənfəətindən çox, 8 girişli binanın tikilib təhvil verilməsinin daha vacib olduğunu anlayacaqlar.

Göründüyü kimi, bu, tikinti maqnatları arasında düşən adi qovğa, intriqa deyil. Burada etibardan sui-istifadəyə, inzibati resurslardan, vəzifə səlahiyyətlərindən yararlanaraq ədalətsiz qərarlar qəbul etdirməyə dair ciddi iradlar var.

Ona görə də adları çəkilən və çəkilməyən şəxslərin bu iddialara cavab verməsi lazımdır.
\\musavat.com\\







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət Vergi Xidmətində maaş artımı niyə gecikir? - GÖZLƏRİ YOLDADIR
Bu gün, 13:12
Telli aparıcıları yıxıb-sürüdü: - “Quyruğunu basanın başından basacağam”
Bu gün, 13:07
Prokuror müğənni qardaşını öldürənə 19 il CƏZA İSTƏDİ
Bu gün, 13:04
Xırdalan və Bakıda 79 min manatlıq dələduzluq: Qurbanlar necə aldadılıb? - TƏFƏRRÜAT
Bu gün, 12:58
"Boğulurdum, hələ belə ağrı görməmişdim" - İnfarkt keçirən İlham Mirzəyev
Bu gün, 12:57
Bakıda qızını bıçaqlayan qadına hökm oxundu
Bu gün, 12:52
208 səhifəlik “Xütbələr” kitabının bir ədədinin çapı 23 manata başa gələcək - AY, MAŞALLAH...
Bu gün, 12:48
Erməni deputatdan Kərki ilə bağlı AÇIQLAMA: - “Paşinyan bu kəndi...”
Bu gün, 12:47
Paşinyanın “açıqlaması” Qazaxıstanı qarışdırdı - “Mən Tokayev deyiləm ki...”
Bu gün, 12:41
Armen Qriqoryan Baş Qərargah rəisi təyin olunur - “İravunk”
Bu gün, 12:39
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru vəzifəsindən azad edilib - ƏMR
Bu gün, 12:35
Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq - belə deyirlər...
Bu gün, 12:32
“Xalq Kapital İnvestisiya Şirkəti”ndən “Azərpoçt”a yeni təyinat - DOSYE
Bu gün, 12:27
Keçmiş bankir “SOCAR Petroleum”-dakı vəzifəsindən ayrılıb - FOTO
Bu gün, 12:23
“Xalq Kapital İnvestisiya Şirkəti”də yeni icraçı direktor təsdiqləndi - BUNDAN SONRA...
Bu gün, 12:18
AfD-nin qələbəsi: Almaniyada türkləri nə gözləyir? - Ekspertlərdən xəbərdarlıq
Bu gün, 12:16
"Ya gəlin məhsulunuzu düz-əməlli təhvil verin, ya da..." - NARAZILIQ VAR...
Bu gün, 12:09
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib - FOTOLAR
Bu gün, 12:03
YAP-ın VIII Qurultayına hazırlıq BAŞLANDI
Bu gün, 11:59
Bir evi bir neçə nəfərə satan iş adamına HÖKM OXUNDU
Bu gün, 11:57
16 il sonra qayıtdılar, trendi alt-üst etdilər - VİDEO
Bu gün, 11:36
"Ehdiparfum"un videosunu yayanları bu cəza gözləyir - ŞOK detallar
Bu gün, 11:35
“SOS” MMC-nin növbə rəisi həbs edildi: 20 min manatı qumarda uduzub - TƏFƏRRÜAT
Bu gün, 11:27
Zaur Mikayılov yenə də BAKINI SELƏ TƏSLİM ETDİ... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 11:18
"Öz şəhərimizi niyə yazaq ki?" - REAKSİYA
Bu gün, 11:09
"Qazaxlı Alik"in oğlu yenidən məhkəmə qarşısında - DETALLAR
Bu gün, 11:05
Azərbaycanın da qatıldığı Köçəri Oyunlarında nəticələr qarışdı - QALMAQAL
Bu gün, 10:56
Ankara strateji muxtariyyəti gücləndirir - Montrödən Akkuyuya
Bu gün, 10:54
Ermənistan müdafiə naziri orduya fasiləsiz təlim əmri verdi
Bu gün, 10:52
Dövlət Komitəsinin sədri ona yüksək vəzifə verdi - FOTO
Bu gün, 10:44
Azərbaycanda “buzov pulu” artırıldı – 50-250 manat veriləcək
Bu gün, 10:42
Azərbaycanda yeni qurumun yaradılması TƏKLİF OLUNUR
Bu gün, 10:38
Bakıya uçan daha bir təyyarə havaya qalxa bilmədi: PUA HÜCUMU - TƏFƏRRÜAT
Bu gün, 10:34
Rusiya azərbaycanlıları adından sensasion çağırış – Sluçkiyə səs istəyənlər kimdir?
Bu gün, 10:29
Qonşuda benzinin qiyməti ikiqat artırıldı
Bu gün, 10:27
Putindən Ermənistanla bağlı sərt qərar - PAST
Bu gün, 09:56
“Erməni evində Azərbaycan işığı” xəbəri aranı qatdı - GƏLİŞMƏ
Bu gün, 09:55
Bu xanımlara yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:53
General-mayor Anar İsmayılova ağır itki üz verib
Bu gün, 09:27
“Baku Electronics” müştərinin qanına susayıb? - BU NƏDİ BELƏ?
Bu gün, 09:25
Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə - Təhsildəki qruplaşma ilə bağlı növbəti araşdırma…
Bu gün, 09:18
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
Bu gün, 09:07
Putin görüş ərəfəsində Paşinyana qarşı nələr planlaşdırır?.. - "2-3 il referendum keçirməyə yol verilməyəcək..."
Bu gün, 08:56
"Bakı Şəhər Halqası"nın sabiq şöbə rəisinin işi Ali Məhkəmədə - TƏFƏRRÜAT
Bu gün, 08:52
Naxçıvan Dövlət Universiteti də QANUNLARI BELƏ POZUR... - FOTOFAKT
Bu gün, 08:50
"Fermerin 100 ha torpağı, 500 baş qoyun-keçisi var?" - REAKSİYA
Bu gün, 08:44
Trampdan UCUZ NEFT VƏDİ... - Müharibədən sonra...
Bu gün, 08:40
Qazaxıstanda neft emalı zavodunda yanğın baş verib - KİV
Bu gün, 08:21
Sən demə DSMF-nin mərhum Milli Qəhrəmanımızla məhkəmə davası var imiş... - TƏFƏRRÜAT
Bu gün, 08:14
"Hər dəfə deyirəm ki, susum, danışmayım, nəyimə lazımdır… - ...Amma alınmır!"
Bu gün, 08:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru