Yasamalın bələdiyyə sədri bütün günahı keçmiş başçının ayağına yazdı... - "Həmin vaxtı icra başçısı ilə yanaşı..."
Tarix: 3-07-2017, 10:48 | Çap et
 Yasamal bələdiyyəsinin sədri Zakir Cəfərov Bakı şəhərinin “Sovetski” adlanan ərazisində “Hacı Cavad” məscidinin özbaşına sökülməsinə görə rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin tutduğu vəzifədən azad edilməsinə münasibət bildirib.
Z.Cəfərov “Ölkə.Az”-a açıqlamasında deyib ki, sözügedən məscid sökülən zaman bələdiyyə ilə heç bir məsləhətləşmə aparılmayıb:
“Bələdiyyə olaraq biz heç zaman bu cür məsələlərə qarışmamışıq. Açığını deyim ki, bizim İbrahim Mehdiyevlə münasibətimiz çox yaxın olub. Hər zaman bir-birimizi eşitmişik. Baxmayaraq ki, məscid bizim bələdiyyənin ərazisində olub, ancaq onun sökülməsi ilə bağlı bizə heç bir məlumat verilməyib. Bununla bağlı bizə məlumat verilmirdi, bütün işləri İcra Hakimiyyəti görürdü. Bilmirəm ki, o məscidi nə vaxt söküblər. Mən bu prosesdə iştirak etməmişəm, heç nədən də xəbərim olmayıb. Ümumiyyətlə, həmin məscidin sökülməsindən əvvəlcədən xəbərsiz olmuşam. Yalnız yeni məscidin inşası yeni başlayanda bizi çağırmışdılar. Həmin vaxtı icra başçısı ilə yanaşı Şeyxülislam Allahşükür Paşazadə də gəlmişdi. Əraziyə baxış keçirilib və qərar verilib ki, məscid belə tikilsin. Ancaq o məscidin sökülməsi prosesində iştirak etməmişəm”.
Z.Cəfərov “Hacı Cavad” məscidinin özbaşına sökülməsində Yasamal bələdiyyəsinin heç bir günahı olmadığını söyləyib:
“Bu məsələdə bizim heç bir günahımız yoxdur. Çünki bizi bu proseslərə heç zaman dəvət etməyiblər. Əgər dəvət edilsəydik, o zaman mənim də xəbərim olardı. Biz heç zaman məscidin sökülməsi işinə baxmamışıq. Ona görə də bizim bu məsələ ilə bağlı heç bir günahımız yoxdur”.
Xatırladaq ki, Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Bakı şəhərinin “Sovetski” adlanan ərazisində “Hacı Cavad” məscidinin sökülməsinə ölkə başçısı İlham Əliyevin münasibətini açıqlayıb.
Ə.Həsənov açıqlamasında bildirib ki, hələ aprel ayında Prezident İlham Əliyev “Sovetski” adlanan ərazidə “Hacı Cavad” məscidinin sökülməsini dayandırıb, məsələnin hərtərəfli və obyektiv araşdırılması üçün müvafiq komissiyanın yaradılması barədə göstəriş verib. Komissiya məsələni öyrəndikdən sonra belə qənaətə gəlib ki, həmin məscidin sökülməsi qaçılmazdır və nəticə barədə dövlət başçısına məruzə olunub.
“Komissiyanın qənaətinə uyğun olaraq, Prezident İlham Əliyev, yerli icmanın da rəyi nəzərə alınmaqla, yeni məscidin tikilməsi və yalnız bundan sonra “Hacı Cavad” məscidinin sökülməsi məsələsinə baxılması barədə qərar verib”, - deyə Ə.Həsənov qeyd edib.
Ə.Həsənov onu da bildirib ki, prezidentin tapşırığına uyğun olaraq Yasamal rayonu Şərifzadə küçəsində daha geniş, gözəl və müasir məscidin tikilməsi üçün yer və vəsait ayrılıb, müvafiq tikinti işlərinə başlanıb.
Lakin bəzi vəzifəli şəxslər cənab Prezidentin tapşırığının əksinə olaraq, yeni məscid binasının tikintisi başa çatmamış “Hacı Cavad” məscidinin sökülməsi barədə özbaşına qərar qəbul etmişlər. Prezident İlham Əliyev məsələ barədə məlumat aldıqdan dərhal sonra həmin vəzifəli şəxslərin ciddi şəkildə cəzalandırılması barədə göstəriş verib.
Əli Həsənov diqqətə çatdırmışdır ki, bu işin əsas günahkarı olan rayon icra hakimiyyətinin başçısı artıq tutduğu vəzifədən azad edilib.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Xırdalan və Bakıda 79 min manatlıq dələduzluq: Qurbanlar necə aldadılıb? - TƏFƏRRÜAT
Bu gün, 12:58 |
|
|
|
| • "Boğulurdum, hələ belə ağrı görməmişdim" - İnfarkt keçirən İlham Mirzəyev
Bu gün, 12:57 |
|
|
|
| • Bakıda qızını bıçaqlayan qadına hökm oxundu
Bu gün, 12:52 |
|
|
|
| • 208 səhifəlik “Xütbələr” kitabının bir ədədinin çapı 23 manata başa gələcək - AY, MAŞALLAH...
Bu gün, 12:48 |
|
|
|
| • Erməni deputatdan Kərki ilə bağlı AÇIQLAMA: - “Paşinyan bu kəndi...”
Bu gün, 12:47 |
|
|
|
| • Paşinyanın “açıqlaması” Qazaxıstanı qarışdırdı - “Mən Tokayev deyiləm ki...”
Bu gün, 12:41 |
|
|
|
| • Armen Qriqoryan Baş Qərargah rəisi təyin olunur - “İravunk”
Bu gün, 12:39 |
|
|
|
| • Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru vəzifəsindən azad edilib - ƏMR
Bu gün, 12:35 |
|
|
|
| • Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq - belə deyirlər...
Bu gün, 12:32 |
|
|
|
| • “Xalq Kapital İnvestisiya Şirkəti”ndən “Azərpoçt”a yeni təyinat - DOSYE
Bu gün, 12:27 |
|
|
|
| • Keçmiş bankir “SOCAR Petroleum”-dakı vəzifəsindən ayrılıb - FOTO
Bu gün, 12:23 |
|
|
|
| • “Xalq Kapital İnvestisiya Şirkəti”də yeni icraçı direktor təsdiqləndi - BUNDAN SONRA...
Bu gün, 12:18 |
|
|
|
| • AfD-nin qələbəsi: Almaniyada türkləri nə gözləyir? - Ekspertlərdən xəbərdarlıq
Bu gün, 12:16 |
|
|
|
| • "Ya gəlin məhsulunuzu düz-əməlli təhvil verin, ya da..." - NARAZILIQ VAR...
Bu gün, 12:09 |
|
|
|
| • Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib - FOTOLAR
Bu gün, 12:03 |
|
|
|
| • YAP-ın VIII Qurultayına hazırlıq BAŞLANDI
Bu gün, 11:59 |
|
|
|
| • Bir evi bir neçə nəfərə satan iş adamına HÖKM OXUNDU
Bu gün, 11:57 |
|
|
|
| • 16 il sonra qayıtdılar, trendi alt-üst etdilər - VİDEO
Bu gün, 11:36 |
|
|
|
| • "Ehdiparfum"un videosunu yayanları bu cəza gözləyir - ŞOK detallar
Bu gün, 11:35 |
|
|
|
| • “SOS” MMC-nin növbə rəisi həbs edildi: 20 min manatı qumarda uduzub - TƏFƏRRÜAT
Bu gün, 11:27 |
|
|
|
| • Zaur Mikayılov yenə də BAKINI SELƏ TƏSLİM ETDİ... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 11:18 |
|
|
|
| • "Öz şəhərimizi niyə yazaq ki?" - REAKSİYA
Bu gün, 11:09 |
|
|
|
| • "Qazaxlı Alik"in oğlu yenidən məhkəmə qarşısında - DETALLAR
Bu gün, 11:05 |
|
|
|
| • Azərbaycanın da qatıldığı Köçəri Oyunlarında nəticələr qarışdı - QALMAQAL
Bu gün, 10:56 |
|
|
|
| • Ankara strateji muxtariyyəti gücləndirir - Montrödən Akkuyuya
Bu gün, 10:54 |
|
|
|
| • Ermənistan müdafiə naziri orduya fasiləsiz təlim əmri verdi
Bu gün, 10:52 |
|
|
|
| • Dövlət Komitəsinin sədri ona yüksək vəzifə verdi - FOTO
Bu gün, 10:44 |
|
|
|
| • Azərbaycanda “buzov pulu” artırıldı – 50-250 manat veriləcək
Bu gün, 10:42 |
|
|
|
| • Azərbaycanda yeni qurumun yaradılması TƏKLİF OLUNUR
Bu gün, 10:38 |
|
|
|
| • Bakıya uçan daha bir təyyarə havaya qalxa bilmədi: PUA HÜCUMU - TƏFƏRRÜAT
Bu gün, 10:34 |
|
|
|
| • Rusiya azərbaycanlıları adından sensasion çağırış – Sluçkiyə səs istəyənlər kimdir?
Bu gün, 10:29 |
|
|
|
| • Qonşuda benzinin qiyməti ikiqat artırıldı
Bu gün, 10:27 |
|
|
|
| • Putindən Ermənistanla bağlı sərt qərar - PAST
Bu gün, 09:56 |
|
|
|
| • “Erməni evində Azərbaycan işığı” xəbəri aranı qatdı - GƏLİŞMƏ
Bu gün, 09:55 |
|
|
|
| • Bu xanımlara yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:53 |
|
|
|
| • General-mayor Anar İsmayılova ağır itki üz verib
Bu gün, 09:27 |
|
|
|
| • “Baku Electronics” müştərinin qanına susayıb? - BU NƏDİ BELƏ?
Bu gün, 09:25 |
|
|
|
| • Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə - Təhsildəki qruplaşma ilə bağlı növbəti araşdırma…
Bu gün, 09:18 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
Bu gün, 09:07 |
|
|
|
| • Putin görüş ərəfəsində Paşinyana qarşı nələr planlaşdırır?.. - "2-3 il referendum keçirməyə yol verilməyəcək..."
Bu gün, 08:56 |
|
|
|
| • "Bakı Şəhər Halqası"nın sabiq şöbə rəisinin işi Ali Məhkəmədə - TƏFƏRRÜAT
Bu gün, 08:52 |
|
|
|
| • Naxçıvan Dövlət Universiteti də QANUNLARI BELƏ POZUR... - FOTOFAKT
Bu gün, 08:50 |
|
|
|
| • "Fermerin 100 ha torpağı, 500 baş qoyun-keçisi var?" - REAKSİYA
Bu gün, 08:44 |
|
|
|
| • Trampdan UCUZ NEFT VƏDİ... - Müharibədən sonra...
Bu gün, 08:40 |
|
|
|
| • Qazaxıstanda neft emalı zavodunda yanğın baş verib - KİV
Bu gün, 08:21 |
|
|
|
| • Sən demə DSMF-nin mərhum Milli Qəhrəmanımızla məhkəmə davası var imiş... - TƏFƏRRÜAT
Bu gün, 08:14 |
|
|
|
| • "Hər dəfə deyirəm ki, susum, danışmayım, nəyimə lazımdır… - ...Amma alınmır!"
Bu gün, 08:05 |
|
|
|
| • Ukrayna qurban verilir, yoxsa həqiqi sülh? - AKTUAL
Bu gün, 08:02 |
|
|
|
| • "2000 manat bu xərci qarşılayacaqmı?!." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:00 |
|
|
|
| • Hökümət ailə (kiçik) təsərrüfatlarına niyə qənim kəsilib? - ETİRAZ VAR!
Bu gün, 07:52 |
|
|
|
|