Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib .....                     YAP-ın VIII Qurultayına hazırlıq .....                     Bir evi bir neçə nəfərə satan iş adamına .....                     16 il sonra qayıtdılar, trendi alt-üst etdilər .....                     "Ehdiparfum"un videosunu yayanları bu cəza gözləyir .....                     “SOS” MMC-nin növbə rəisi həbs edildi: 20 min manatı qumarda uduzub .....                     Zaur Mikayılov yenə də BAKINI SELƏ TƏSLİM ETDİ... .....                     "Öz şəhərimizi niyə yazaq ki?" .....                     "Qazaxlı Alik"in oğlu yenidən məhkəmə qarşısında .....                     Azərbaycanın da qatıldığı Köçəri Oyunlarında nəticələr qarışdı .....                     Ankara strateji muxtariyyəti gücləndirir .....                     Ermənistan müdafiə naziri orduya fasiləsiz təlim əmri verdi .....                     Dövlət Komitəsinin sədri ona yüksək vəzifə verdi .....                     Azərbaycanda “buzov pulu” artırıldı .....                     Azərbaycanda yeni qurumun yaradılması .....                     Bakıya uçan daha bir təyyarə havaya qalxa bilmədi: PUA HÜCUMU .....                     Rusiya azərbaycanlıları adından sensasion çağırış .....                     Qonşuda benzinin qiyməti ikiqat artırıldı .....                     Putindən Ermənistanla bağlı sərt qərar .....                     “Erməni evində Azərbaycan işığı” xəbəri aranı qatdı .....                     Bu xanımlara yüksək vəzifə verildi .....                     General-mayor Anar İsmayılova ağır itki üz verib .....                     “Baku Electronics” müştərinin qanına susayıb? .....                     Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə .....                     Azərbaycan neftinin qiyməti 107 dolları ötüb .....                     Putin görüş ərəfəsində Paşinyana qarşı nələr planlaşdırır?.. .....                     "Bakı Şəhər Halqası"nın sabiq şöbə rəisinin işi Ali Məhkəmədə .....                     Naxçıvan Dövlət Universiteti də QANUNLARI BELƏ POZUR... .....                     "Fermerin 100 ha torpağı, 500 baş qoyun-keçisi var?" .....                     Trampdan UCUZ NEFT VƏDİ... .....                     Qazaxıstanda neft emalı zavodunda yanğın baş verib .....                     Sən demə DSMF-nin mərhum Milli Qəhrəmanımızla məhkəmə davası var imiş... .....                     "Hər dəfə deyirəm ki, susum, danışmayım, nəyimə lazımdır… .....                     Ukrayna qurban verilir, yoxsa həqiqi sülh? .....                     "2000 manat bu xərci qarşılayacaqmı?!." .....                     Hökümət ailə (kiçik) təsərrüfatlarına niyə qənim kəsilib? .....                     Biləsuvarın icra başçısından Prezidentə ŞİKAYƏT OLUNDU .....                     “O qayaları yazan insanlar düşünsünlər ki, 5-6 il əvvəl Şuşaya gələ bilirdilər?” .....                     Təhsil nazirliyinin şübhəli TENDER ORTAQLARI... .....                     "Bakı Kondisioneri" ASC-nin 855 min manatdan çox vergi borcu üzə çıxdı .....                 

“Niyə haqqım tapdalanır, niyə qərarlar icra edilmir?” - ŞİKAYƏT
Tarix: 12-06-2017, 10:53 | Çap et
“Niyə haqqım tapdalanır, niyə qərarlar icra edilmir?”
İmişli rayon sakini Mahmud Qasımov “Cümhuriyət” qəzetinə müraciət edərək 18 ildir ki, şikayətinə obyektiv baxılmamasından gileylənib.İllərdir ki, məhkəmə qapılarında sürünən 79 yaşlı İmişli sakini ikiillik əmək haqqını tam olaraq ala bilmir.Bunun üçün müraciət etmədiyi, şikayətlənmədiyi instansiya qalmayıb.Amma problemi hələ də həll olunmamış qalır.Şikayəti ilə bağlı çıxarılan qərarlar isə icra edilmir.

“Niyə haqqım tapdalanır, niyə qərarlar icra edilmir?”

Mahmud Qasımovun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Sənayə Kombinatında dövlət texniki nəzarət müfəttişi vəzifəsində çalışıb. İşlədiyi iki il müddətində, yəni 1997-1999-cu illərdə aylıq əmək haqqını ala bilməyib:

“Əmək kitabçam olub, gündəlik işə davamiyyətə görə tərtib olunan cədvələ imza atmışam, rayon rəhbərlərinin Kənd Təsərrüfatı Nazirliyinin tapşırıqlarını yerinə yetirmişəm. Öz işimin öhdəsindən layiqincə gəlmişəm. 02.11. 97-ci ildən 11.11.99-cu ilə qədər, yəni idarə ləğv olunana qədər işləmişəm. Həmin iki ildə Kənd Təsərrüfatı Nazirliyinə illik hesabat təqdim etmişəm.Lakin bunların heç birini nəzərə almadılar. Bəlli olmayan səbəblərdən çalışdığım iki il müddətində əmək haqqımı vermədilər. Orada çalışan 15 nəfər mütəxəssisdən 14-ü aylıq əmək haqqını aldı, yalnız mənə verilmədi.Dəfələrlə haqqımı tələb etsəm də, buna məhəl qoyulmadı. Nə Kənd Təsərrüfatı Nazirliyi, nə də Aqrar Sənaye Kombinatının rəhbərliyi səsimi eşitdi. İndiyədək hüquqlarımın bərpa edilməsi üçün mübarizə aparıram.Amma qanun pozuntularına, saxtakarlıqlara qarşı tədbir görən yoxdur. Ağsaqqal adamı bu qədər incitmək olmaz axı... Niyə haqqım tapdalanır, niyə qərarlar icra edilmir?”.

Şikayətçi deyib ki, əməkhaqqını ala bilmədiyi üçün məcbur qalıb Səbail Rayon Məhkəməsinə müraciət edib: “Səbail Rayon Məhkəməsinin hakimi Ziya Əliyev 2000-ci ildə qərar qəbul etdi ki, əməkhaqqım 07.01.97-ci ildən 04. 08.98-ci ilə kimi Kənd Təsərrüfatı Nazirliyindən tutulub mənə ödənilsin.Həmin qərardan narazı olaraq Bakı Şəhər Məhkəməsinə müraciət etdim.Çünki Ziya Əliyev birtərəfli mövqe tutaraq şikayətimi tam əhatə etməyib. Kənd Təsərrüfatı Nazirliyi, Səbail Rayon hakimi və “qəhrəman məmurlar”ın səhlənkarlığı, qanunu pozmaları ucbatından bu oyun başıma gətirilib. Qeyd edim ki, 14.08.98-ci ildə Kənd Təsərrüfatı Nazirliyi İmişli Aqrar Sənaye Kombinatının baş direktorundan əlavə bizi həmin vəzifəyə bir daha təyin etmişdi. Milliyyətcə rus olan Bakı Şəhər Məhkəməsinin hakimi Tatyana Jedkova 2000-ci ilin 27 yanvarında qətnamə çıxardı ki, mənim əməkhaqqım 02.01.97-ci ildən 11.01.99-cu ilə qədər Kənd Təsərrüfatı Nazirliyindən tutulub mənə ödənilsin. Amma uzun müddət keçməsinə baxmayaraq ayrı-ayrı məmurların məsuliyyətsizliyi ucbatından Azərbaycan Respublikası Qanununun adından qüvvəyə minmiş qətnamə bu günə qədər tam icra olunmayıb.1997-1998-ci illərdə mənim əməkhaqqım 250 min manat olub. Həmin məbləği 2 il 11 günə vuranda 6 milyon 83 min manat edir. Onu da indeksasiya edəndə 1217 manat məvacibdir.

Bununla bağlı çoxsaylı instansiyalara müraciətlərdən sonra 05.09.2006-cı ildə mənə yalnız 1 illik əməkhaqqı, 2 milyon 810 min 800 manat, yəni 562 manat ödənildi. Bütün instansiyalarda hakimlərin ədalətsizliyinin şahidi oldum. Bu məsələ artıq bir neçə il əvvəl öz həllini tapa bilərdi. Amma bu yaşımda bu günə qədər məhkəmə çəkişmələrindəyəm”.

“İcra məmuru qanunu kobud şəkildə pozdu”

Həmsöhbətimizin sözlərinə görə, haqqının tapdalanmasında bilavasitə iştirakçılardan biri də Səbail rayon İcra Şöbəsinin məmuru Toğrul Baxşəliyev olub:

“İcra məmuru Toğrul Baxşəliyev Səbail Rayon Məhkəməsinin hakimindən xahiş edib ki, bu işə xitam verilsin. Hakim də onun xahişini rədd elədi və icra haqqında qanuna müvafiq olaraq göstərdi ki, icraata o vaxt xitam verilir ki, tam məsələ həllini tapsın.Lakin bununla barışmayan Toğrul Baxşəliyev özbaşınalıq edərək qanunu kobud şəkildə pozdu və məhkəmə qərarına məhəl qoymayaraq, öz yanından sərbəst qərar çıxarıb işə xitam verilməsini təmin etdi.Bundan əlavə Bakı Apelyasiya Məhkəməsinin hakimi İlham Əsədov 2016-cı ilin 25 noyabrında işi ləğv etdi.Bu məsələdə daha bir saxtakar tapıldı.

4 saylı Regional Əmək Müfəttişliyindən mütəxəssis dəvət edildi.Həmin mütəxəssis ona görə nəzərdə tutulmuşdu ki, məsələni yoxlayıb, araşdırıb, təhlillər aparmalıdır.Regional Əmək Müfəttişliyinin əməkdaşı Əli Baxşiyev heç bir araşdırma aparmadan, hakimin ləğv olunmuş qərarına istinad edərək mənə 562 AZN ödənilməsini əsas tutub.Mənə ödəniləsi real məbləğ barədə isə heç bir fikir söyləmir.Nəhayət o da qanunun tələblərini kobud şəkildə pozaraq, birtərəfli mövqe tutur. Əslində ilk anda hiss etmişdim ki, Əli Baxşiyev də Kənd Təsərrüfatı Nazirliyini müdafiə edir. Vətəndaşın ümid yerlərindən biri olan Əmək Müfəttişliyinin nümayəndəsi də belə bir rəy verirsə, o zaman başqa sözüm qalmır.Mən artıq bilmirəm ki, kimə və hara üz tutdum.Vətəndaşı bu qədər incitmək olarmı?”

Mahmud Qasımov qeyd edib ki, 2017-ci ilin 24 fevralında Səbail Rayon Məhkəməsinin hakimi Elmar Rəhimov qanunun aliliyinə hörmət edərək məsələ ilə bağlı düzgün qərar çıxarır:

“Qərar mənim xeyrimə çıxarıldı. Həmin qərar əsasında Kənd Təsərrüfatı Nazirliyi heç bir hüquqi əsası olmadan saxta əməllərlə məşğul olaraq yenə də özbaşınalığa əl atır.Nazirliyin icra aparatının rəhbəri İlham Bayramov mənə məktubla cavab yazır ki, bizim iddiaçı qətnamədə icra olunan borcumuz yoxdur.Heç də belə deyil.Onlar bu məsələdən yayınmaq üçün yeni elm kəşf etdilər. Buna görə çox sag olsunlar. Belə professorlara sonsuz minnətdarlığımı bildirirəm.Deməli, fikir verin.Bu adamlar məbləği ödəməmək üçün 562 manatı iki yerə bölərək aylıq əməkhaqqımı yarı faiz azaldıblar.Bu qədər hərc-mərclik etmək olarmı?Daha sonra Bakı Apelyasiya Məhkəməsinin hakimi Saqi Məmmədov 2017-ci ilin 10 mayında qərardad çıxarır və Səbail Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayır.Yəni tam məbləğ ödənilməlidir.Burada təkcə əməkhaqqı deyil, bununla yanaşı məzuniyyət, ezamiyyə və digər müəyyən məvaciblər ödənilməlidir.

Bilirsiniz ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə uyğun olaraq idarə, müəssisə, təşkilat rəhbərinin səhlənkarlığı və məsuliyyətsizliyi üzündən ödənişlər vaxtında ödənilməyibsə, ümumi əməkhaqqının əlavə bir faizi əlavə olunmalıdır.22 dəfə məhkəmə prosesi keçirilib.Amma nə hakimə, nə də Kənd Təsərrüfati Nazirliyinin nümayəndəsinə bunları anlada bilmişəm.Yalan ayaq tutar yeriməz.Haqq-ədalət qələbə çalmalıdır.Mən göydə Allaha, yerdə ölkə başçısının idarəsinə inanaraq, Azərbaycan vətəndaşı, yaşlı nəslin nümayəndəsi olaraq belə anarxiyaya, xaosa yol verən məmurlar haqqında ciddi cəza tədbirlərinin görülməsini tələb edirəm.Dünyada vəhşi heyvanlara hər hansı zədə dəyəndə ona kömək edilir.18 ildir ki, məni bu yaşda süründürən “qəhrəmanlar”a deyəcək bir sözüm var. Mən bu işə fasilə verməyəcəyəm, mübarizəmi davam etdirəcəyəm və ədalətin bərpasına nail olacağıma çalışacağam.Respublikanın bütün ağsaqqalları adından müraciətim odur ki, bu məsələyə obyektiv baxılsın və haqlı qərar çıxarılsın”.

Şikayətçi onu da əlavə edib ki, əməkhaqqının tam təmin olunması ilə bağlı Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova da rəsmi məktub ünvanlayıb. Məktubuna isə hələ cavab gəlməyib.

“Niyə haqqım tapdalanır, niyə qərarlar icra edilmir?”
“Niyə haqqım tapdalanır, niyə qərarlar icra edilmir?”
“Niyə haqqım tapdalanır, niyə qərarlar icra edilmir?”







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib - FOTOLAR
Bu gün, 12:03
YAP-ın VIII Qurultayına hazırlıq BAŞLANDI
Bu gün, 11:59
Bir evi bir neçə nəfərə satan iş adamına HÖKM OXUNDU
Bu gün, 11:57
16 il sonra qayıtdılar, trendi alt-üst etdilər - VİDEO
Bu gün, 11:36
"Ehdiparfum"un videosunu yayanları bu cəza gözləyir - ŞOK detallar
Bu gün, 11:35
“SOS” MMC-nin növbə rəisi həbs edildi: 20 min manatı qumarda uduzub - TƏFƏRRÜAT
Bu gün, 11:27
Zaur Mikayılov yenə də BAKINI SELƏ TƏSLİM ETDİ... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 11:18
"Öz şəhərimizi niyə yazaq ki?" - REAKSİYA
Bu gün, 11:09
"Qazaxlı Alik"in oğlu yenidən məhkəmə qarşısında - DETALLAR
Bu gün, 11:05
Azərbaycanın da qatıldığı Köçəri Oyunlarında nəticələr qarışdı - QALMAQAL
Bu gün, 10:56
Ankara strateji muxtariyyəti gücləndirir - Montrödən Akkuyuya
Bu gün, 10:54
Ermənistan müdafiə naziri orduya fasiləsiz təlim əmri verdi
Bu gün, 10:52
Dövlət Komitəsinin sədri ona yüksək vəzifə verdi - FOTO
Bu gün, 10:44
Azərbaycanda “buzov pulu” artırıldı – 50-250 manat veriləcək
Bu gün, 10:42
Azərbaycanda yeni qurumun yaradılması TƏKLİF OLUNUR
Bu gün, 10:38
Bakıya uçan daha bir təyyarə havaya qalxa bilmədi: PUA HÜCUMU - TƏFƏRRÜAT
Bu gün, 10:34
Rusiya azərbaycanlıları adından sensasion çağırış – Sluçkiyə səs istəyənlər kimdir?
Bu gün, 10:29
Qonşuda benzinin qiyməti ikiqat artırıldı
Bu gün, 10:27
Putindən Ermənistanla bağlı sərt qərar - PAST
Bu gün, 09:56
“Erməni evində Azərbaycan işığı” xəbəri aranı qatdı - GƏLİŞMƏ
Bu gün, 09:55
Bu xanımlara yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:53
General-mayor Anar İsmayılova ağır itki üz verib
Bu gün, 09:27
“Baku Electronics” müştərinin qanına susayıb? - BU NƏDİ BELƏ?
Bu gün, 09:25
Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə - Təhsildəki qruplaşma ilə bağlı növbəti araşdırma…
Bu gün, 09:18
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
Bu gün, 09:07
Putin görüş ərəfəsində Paşinyana qarşı nələr planlaşdırır?.. - "2-3 il referendum keçirməyə yol verilməyəcək..."
Bu gün, 08:56
"Bakı Şəhər Halqası"nın sabiq şöbə rəisinin işi Ali Məhkəmədə - TƏFƏRRÜAT
Bu gün, 08:52
Naxçıvan Dövlət Universiteti də QANUNLARI BELƏ POZUR... - FOTOFAKT
Bu gün, 08:50
"Fermerin 100 ha torpağı, 500 baş qoyun-keçisi var?" - REAKSİYA
Bu gün, 08:44
Trampdan UCUZ NEFT VƏDİ... - Müharibədən sonra...
Bu gün, 08:40
Qazaxıstanda neft emalı zavodunda yanğın baş verib - KİV
Bu gün, 08:21
Sən demə DSMF-nin mərhum Milli Qəhrəmanımızla məhkəmə davası var imiş... - TƏFƏRRÜAT
Bu gün, 08:14
"Hər dəfə deyirəm ki, susum, danışmayım, nəyimə lazımdır… - ...Amma alınmır!"
Bu gün, 08:05
Ukrayna qurban verilir, yoxsa həqiqi sülh? - AKTUAL
Bu gün, 08:02
"2000 manat bu xərci qarşılayacaqmı?!." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:00
Hökümət ailə (kiçik) təsərrüfatlarına niyə qənim kəsilib? - ETİRAZ VAR!
Bu gün, 07:52
Biləsuvarın icra başçısından Prezidentə ŞİKAYƏT OLUNDU - MÜRACİƏT
Bu gün, 07:48
“O qayaları yazan insanlar düşünsünlər ki, 5-6 il əvvəl Şuşaya gələ bilirdilər?” - Polad Həşimovun anası
Bu gün, 07:37
Təhsil nazirliyinin şübhəli TENDER ORTAQLARI... - Əmrullayevin ilginc DEPOT MMC SEVDASI
Bu gün, 07:34
"Bakı Kondisioneri" ASC-nin 855 min manatdan çox vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:29
"Erməni mallarının Azərbaycana gəlməsi sülhə aparan yoldurmu?..” – Tofiq Zülfüqarovdan AÇIQLAMA
Bu gün, 07:14
Keşləni yenə su basdı: "İcra başçımız Coşqun Cəbrayılov söz vermişdi ki..." - vətəndaş yenə də Allahın ümidinə qalıb...
Bu gün, 07:11
"Çünki o daşlarda, o qayalarda onların qanı var..." - deputat
Bu gün, 07:04
Qalmaqallı “Kayu”nun LİSENZİYASI YOX İMİŞ - BU NƏDİ BELƏ?
Bu gün, 07:01
Peşə Təhsilində küləvi narazılıq - Müqavilə ilə kimlər və necə işə götürülür?
Bu gün, 06:52
Tikinti dələduzları BUNA GÖRƏ MEYDAN SULAYIR - Tanınmış hüquqşünas ÇAĞIRIŞ ETDİ
Bu gün, 06:42
Daha bir TENDER HOQQABAZLIĞI - Qalib YAP-ın təşkilat sədrinin oğludur...
Bu gün, 06:35
Şuşada Azərbaycan Ordusunu “mühasirəyə alın” deyən general – 84 yaşında pasportunu təhvil verib Rusiyaya qayıtdı
Bu gün, 06:24
Tramp “Bombardier” təyyarələrinin ABŞ-də satışının dayandırılmasını tələb edib - KİV
Bu gün, 06:18
Bakıda mənzil almaq adı ilə dələduzluq edən saxlanıldı
Dünən, 18:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru