Moskvada təlxəklərin şousu, təxribatçıların "siçan təlaşı" .....                     Kredit almaq asanlaşacaq: Bəs geri ödəmək? .....                     "COP 29 tədbirinə ev sahibliyi edən Azərbaycan... .....                     Qaya parçasının düşdüyü evin sahibəsi: .....                     Azərbaycanın BRİCS-ə üzvlüyü geosiyasi vəziyyətin tələbidir .....                     Bağçada övladına "Ketotifen" verilən ana: .....                     Naxçıvan Ali Məclisinin iclas zalı yenidən qurulacaq .....                     Həbsdəki “mahmudovçu” generalın azadlıq istəyi .....                     Polkovnik-leytenantla FHN arasında nə baş verir? .....                     İcra başçısının sabiq müavininin məhkəməsi başlayıb .....                     "Sinfidə 30-40 şagird varsa, keyfiyyətdən söhbət gedə bilməz" .....                     “Su altında qalan Sabunçu tuneli ilə bağlı dəfələrlə müvafiq qurumlara müraciət etmişdik” .....                     BRİKS ölkələri G7-ni geridə qoyub: .....                     Ehtiram Hüseynov işdən çıxdı .....                     Sabunçuda camaat ŞİKAYƏTÇİDİR... .....                     Leyla Əliyevanın təşəbbüsü ilə “Yer kürəsi uşaqların gözü ilə” beynəlxalq fotomüsabiqəsi keçirilir. .....                     Sabunçuda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanılıb .....                     Məsuliyyətsiz sürücülər sığorta şirkətlərinə .....                     “Leş qarağaları kimi üstümə yığışdılar, utanırlar?” .....                     Aktyorla xanımının qətlinin .....                     “Bizə çatanda deyirlər, camaatın anası, bacısı baxır, ayıb deyil?” .....                     15 il həbs cəzası alan iş adamı və digərləri .....                     Ərdoğan - Putin anlaşması nəyi dəyişəcək? .....                     Terrorçuların sülh müqaviləsiylə əlaqələndirilməsinin heç bir məntiqi izahı yoxdur .....                     AP-nin Azərbaycana qarşı qərəzli mövqeyi nəyə hesablanıb? .....                     Gürcü hərbi attaşe Papikyanla görüşdü .....                     Azərbaycan müdafiə nazirinin Qırğızıstana rəsmi səfəri davam edir .....                     Tanınmış vəkil komaya düşdü .....                     "MİDA" Binəqədidə inşa olunan yaşayış kompleksi üçün .....                     Bakıda 5 milyonluq mənzil .....                     İrəvan sərhəd sənədini niyə tələsik təsdiqlədi: .....                     Səfərbərlik Xidmətinin rüşvət almaqda təqsirləndirilən zabitinə hökm oxunub .....                     ATA QAZİ... OĞUL QAZİ... ikisi də İŞSİZ, DURUM AĞIR... .....                     Göyüşov və oğlu haqda yeni məlumatlar: .....                     Pulu Elman Rüstəmov “yeyib”, vətəndaşın mülkü əlindən alınır .....                     Mövlam Şıxəliyevlə dövlət qurumu arasında pensiya qalmaqalı .....                     Biləsuvarın keçmiş icra başçısı HƏBSDƏN BURAXILA BİLƏR .....                     Məmur korrupsiyaya yol versə, lakin kimlərəsə kömək etsə, onun adı "çörəkverən kişi" qalır... .....                     Sabunçuda iki nəfərin ölümünə səbəb olan tuneli tikən şirkətdən AÇIQLAMA .....                     Azərbaycan Mərkəzi Bankı .....                 

Xəzər rayon Məhkəməsi hakimindən görünməmiş qanunsuzluq - ETİRAZ
Tarix: 25-04-2017, 09:15 | Çap et
Xəzər rayon Məhkəməsi hakimindən görünməmiş qanunsuzluq
«Təzadlar» qəzeti redaksiyasına Xəzər rayonunun Buzovna qəsəbə sakinləri- Əliyev Ağasadıx İbrahim oğlu, Şücai Qızxanım Nadir qızı, 1-ci qrup əlil Quliyeva Firəngiz Hüseyn qızı və Zeynalova Azadə Xudaverdi qızı tərəfindən yazılmış və Azərbaycan ədliyyə naziri cənab Fikrət Məmmədova (surəti «Təzadlar» qəzetinə) ünvanlı şikayət məktubu daxil olub.
Açıq desək, qeyri-adi, daha doğrusu, məhkəmə hakiminin ağlagəlməz, qanuna zidd belə hərəkəti ilə ilk dəfədir rastlaşırıq... Söhbət Xəzər rayon Məhkəməsinin hakimi Rəşad Həsənovun vətəndaşın ədliyyə naziri Fikrət Məmmədova yazdığı və heç bir yerdə dərc olunmamış adi bir şikayət ərizəsinə görə barəsində şikayət yazılmış Buzovna Bələdiyyəsinin sədri Mətləb Əliyevin həmin şikayətçilərə qarşı şərəf və ləyaqətin müdafiəsinə dair iddia ərizəsini icraata qəbul edib. Təsəvvür edirsinizmi, həmin şikayət ərizəsi heç bir kütləvi informasiya vasitəsində yayımlanmayıb, yaxud kütləvi tədbirlərdə, TV-lərdə və s. səsləndirilməyib, ictimailəşdirilməyib, amma hakim Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin Şəfa adlı əməkdaşının kabinetindən kənara çıxmamış şikayət ərizəsinə görə indi vətəndaşları çıxılmaz vəziyyətə salıb….

Hakimin məntiqinə görə, belə çıxır ki, hər gün Prezident Administrasiyasına daxil olan ərizə və ya şikayətlərə görə vətəndaşlar kütləvi surətdə məhkəmələrə verilməlidir?!

Hakim Rəşad Həsənovdan şikayətçi olan vətəndaşlar redaksiyamızda olarkən təəssüf və təəccüb içində dərdlərini bizimlə bölüşdülər… Onları dinlədikcə, mövcud qanunvericilik aktlarımızı və «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununu, həmçinin son illər Məhkəmə Hüquq Şurasının qərarları ilə işdən qovulmuş, digər cəzalar almış, barələrində intizam icraatı qəbul edilmiş, bir sözlə, hakimlik standartlarına uyğun gəlməyən hakimlərin siyahısını yenidən gözdən keçirdik. Və bu siyahıda Xəzər rayon Məhkəməsinin hakimi Rəşad Həsənovun adına rast gələndə təəssüflənməli olduq. Niyə? Bu barədə az sonra. Hələlik isə onu qeyd edək ki, «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanununda hər bir vətəndaşın aidiyyəti dövlət və ya bələdiyyə orqanına müraciət etmək və ya şikayət vermək hüququnu konkret göstərilib. Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə və 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğundur, Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxması qaydasını müəyyən edir. Qaunun 1-ci maddəsində deyilir: «Maddə 1. Müraciət etmək hüququ
1.1.Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır».
Doğrudanmı hakim Rəşad Həsənov bunları bilmir? Axı qanunun 7-ci maddəsində həm də yazılır ki, (Maddə 7. Vətəndaşların yazılı müraciətlərinin qəbulu, qeydiyyatı və onlara baxılması qaydası) «7.1. Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır».
Hətta qanunun 7-ci maddəsində daha səlist formada yazılır: («Maddə 9. Korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətlərə baxılmasının xüsusiyyətləri»): «9.2. Korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciət daxil olduqda dövlət orqanının rəhbəri müraciət üzrə xidməti araşdırma təyin edir. Xidməti araşdırmanı müvafiq dövlət orqanında daxili nəzarət xidməti aparır. Xidməti araşdırma 20 iş günü müddətində başa çatdırılmalı və nəticəsi barədə məlumat dövlət orqanının rəhbərinə təqdim olunmalıdır. Əlavə materialların və məlumatların əldə edilməsi tələb olunduqda dövlət orqanı rəhbərinin bu müddəti 10 iş günü uzatmaq hüququ vardır».

Bələdiyyə sədri Mətləb Əliyev bu mətləbi mütləq bilməlidir…

İndi gəlirik mətləbə: beləliklə, bir müddət əvvəl Xəzər rayonunun Buzovna qəsəbə sakinləri- Əliyev Ağasadıx İbrahim oğlu, Şücai Qızxanım Nadir qızı, 1-ci qrup əlil Quliyeva Firəngiz Hüseyn qızı və Zeynalova Azadə Xudaverdi qızına məxsus olan torpaq sahələri ərazidən keçən magistral avtomobil yolunun çəkilişi ilə bağlı dövlət ehtiyacları üçün alınır… Sonradan məlum olur ki, onlara çatası kompensasiya kimlər tərəfindənsə mənimsənilib, verilmir. Nəticədə 50-yə yaxın belə problemli sakinlər aidiyyəti dövlət qurumlarına, eləcə də «Azəryolservis»ə, Prezident Administrasiyasına, Baş Prokurorluğa, Xəzər rayon İH-nə, Xəzər rayon Prokurorluğuna, Xəzər rayon Polis İdarəsinə, Ədliyyə Nazirliyinə… silsilə şikayətlər yazırlar. Onların şikayəti əsasında cinayət işi açılır və Buzovna Bələdiyyəsinin sədri Mətləb Əliyev bu işdə yaxasını qurtara bilsə də, korrupsiya hüquqpozmalarına görə bələdiyyənin işçisi Mətanət Əkbərova həbs edilir, barəsində hökm çıxarılır…
Xəzər rayon Məhkəməsi hakimindən görünməmiş qanunsuzluq
Niyə əvvəlki şikayət ərizələri yazılanda Mətləb Əliyevin şərəf və ləyaqəti tapdanmadı, amma indi onun işgüzar nüfuzu ləkələnir???

Vətəndaşqların ədliyyə naziri Fikrət Məmmədova, surəti «Təzadlar» qəzeti redaksiyasına ünvanlı şikayət ərizələrinin məzmunu eyni olduğundan nümunə kimi aşağıda Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Koroğlu küçəsi-ev-55-də yaşayan Əliyev Ağasadıx İbrahim oğlunun ərizəsini təqdim edirik. Şikayətçi yazır:
Çox hörmətli ədliyyə naziri cənab Fikrət Məmmədov!
Biz sadə vətəndaşlar Xəzər rayonunun bütün dövlət orqanlarına başımıza gələnlərlə bağlı şikayət ərizələri yazmışıq. Hətta Xəzər rayonunda aparılan araşdırmalardan narazı qalıb, Azərbaycan Respublikasının Prezidentinə və digər dövlət orqanlarına da yazılı surətdə müraciətlər etmişik. Buzovna bələdiyyəsinin sədri Mətləb Əliyevin hərəkətləri bizim canımızı boğazımıza yığıb. Belə ki, mənim Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Zaqulba-Sumqayıt istiqamətində 10 sot torpaq sahəm vardı. 2010-cu ildə Dövlət Əmlak Komitəsindən Əli adlı işçi gələrək mənə torpağımın yerləşdiyi ərazidən yol keçəcəyi ilə bağlı plana düşdüyünü bildirdi. Torpağımı xüsusi cihazla çəkərək kompüterə saldı. O, Buzovna qəsəbəsində söküntü işləri ilə əlaqədar komissiya yaradıldığını və ora müraciət etməyin zəruriliyini bildirdi. Həmin vaxt bildirildi ki, torpağın hər sotu 7200 manatdan hesablanmaqla mənə dövlət tərəfindən 72000 manat məbləğində kompensasiya ödəniləcək. Mən sənədlərimi komissiya sədri Kamal müəllimə təqdim etdim. Sonradan gördüm ki, bu komisiyadan heç nə çıxmayacaq. Sənədlərimi alıb gedirdim ki, Buzovna bələdiyyəsində işləyən Mətanət Əkbərova ilə rastlaşdım. O, mənə hörmət qarşılığında kompensasiyamı almağıma kömək edəcəyini bildirdi. M.Əkbərova adı Xanəhməd olan eskiz-lahiyə çəkən şəxsi gətirdi və həmin şəxs layihə cızma-qara edərək məndən 110 manat pul aldı. Mənim bütün sənədlərim M.Əkbərovadadır. Müəyyən bir müddətdən sonra M.Əkbərova gəlib mənə bildirdi ki, kompensasiyanı alman üçün gərək «Azəryolservis»i məhkəməyə verək. M.Əkbərova özü vəkil tutub, onun haqqını özü ödəyib və vəkillə müqaviləni belə özü bağlayıb. Məhkəmə təxminən 7 ay gedəndən sonra M.Əkbərova məndən və başqa zərərçəkmişlərin hər birimizdən 2000 min manat məhkəmə adından pul istədi. O dediyi miqdar pulun cəmi 1000 manatını düzəldib M.Əkbərovaya verdim. İşə baxan hakim Rəşad Həsənov idi. Məhkəmə gedişi zamanı iddia ərizəsində biz zərərçəkmişlərdən əlavə siyahıya 4 nəfərin də M.Əkbərova tərəfindən adının əlavə olunduğunu gördüm. Bu əlavə şəxslərdən biri Buzovna qəsəbə bələdiyyəsinin sədri M.Əliyevin bacısının həyat yoldaşı Telman Qəniyev idi. Mən M.Əkbərovadan bu nə məsələdir, M.Əliyevin qohumunun adı bizim üstümüzdə niyə gedir, deyərək soruşdum, o, bildirdi ki, M.Əliyev onu məcbur edib. 2013-cü ilin tarixi yadımda deyil, M.Əkbərova gəlib bildirdi ki, bəs sənədləri məhkəmədən götürmək lazımdır, çünki «Azəryolservis»in vəzifəli şəxslərindən F.Məmmədov kompensasiyaları ödəməyə razıdır. Bunu «Azəryolservis»in hüquqşünası Şaiq müəllim də təsdiq etdi. Biz də inandıq M.Əkbərovaya. Məhkəmədən iddia ərizəmizi geri götürəndən sonra M.Əkbərova gəlib bildirdi ki, «Azəryolservis» belə bir şərt qoymuşdur ki alacaqları pulun 50 faizi onların, qalan 50 faizi isə onlarındır. Həmçinin M.Əkbərovanın deməsinə görə pullarımızın alınması üçün Faiq müəllimin adamı olan S.Abbasova etibarnamə verməliyik. Mən S.Abbasova etibarnamə versəm də pulumu bütöv alacağımı həll etmişdim. 03.10.2014-cü ildə saat 19 radələrində M.Əkbərova yaşadığım evə gəlmiş və Bələdiyyə sədri M.Əliyevlə pulu götürərək gəldiyini, M.Əliyevin bayırda onu gözlədiyini deməklə salofan torbanın içərisindən 30 000 manat pul çıxardaraq mənə verdi. Həmin vaxt onun çantasında daha 200 min manata yaxın pul vardı. Mən M.Əkbərovadan 42 000 manatımı da istəyəndə mənə bildirdi ki, 30 000 manatı Bələdiyyə sədri M.Əliyevə vermişdir, qalan pulları da az-az o biri zərərçəkmişlərə paylasın, söz verdi ki, iki günə 42 000 manatı da çatdıracaq. M.Əkbərovadan soruşandaki M.Əliyevə nə səbəbə 30 000 manat verirsən, bildirdi ki, vergi ödəyicisi kimi sizin üçün bələdiyyədən məhkəməyə sənəd verməyinin haqqıdı. M.Əkbərova M.Əliyev üçün bacısının əri olan T.Qəniyevin adına saxta sənəd yerləşdirərək kompensasiya alıbdır. M.Əkbərova mənə 30 000 manatı verdim deyənə qəbzə imza etdirdi. Bu günə kimi M.Əkbərovadan 42 000 manatımı ala bilmirəm. Hər dəfə bildirib ki get 42 000 manatını M.Əliyevdən al, ona vermişəm. M.Əliyev mənim və həyat yoldaşım Quliyeva Firəngizin səsimizi öz iş otağında xəbərimiz olmadan hüquqlarımızı pozaraq yazmışdır. Bələdiyyə sədri M.Əliyev mənə şəxsən evimdə ailə üzvlərimin qarşısında söz vermişdi ki, sənin 42 000 manat qalan kompensasiyanı özüm şəxsən məşğul olub, aldırıb verəcəm. M.Əliyev ailə üzvlərimin ona olan inamından sui-istifadə etdi. Necə olur ki, zərərçəkmiş camaat qalır bir kənarda M.Əkbərova ilə M.Əliyevin yaxın qohum-əqrabası kompensasiya alırlar? Bütün bunlar barədə biz 4 nəfər Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəhbərliyinin adına da müraciət yazmışıq ki, tədbir görülsün. Maraqlıdır, həmin müraciətlərimiz heç rəsmi qaydada həmin Mərkəzin əməkdaşı Şəfa müəllim tərəfindən qeydiyyata da alınmadı, qanunun ziddinə gedildi. Halbuki ərizəmiz qeydə alınıb araşdırılmalı idi.
Hörmətli cənab nazir!
Aradan bir müddət keçəndən sonra bizə Xəzər rayon Məhkəməsindən iddia ərizəsinin surəti gəldi. Bizim yuxarıda qeyd edilən şikayət ərizəmizlə əlaqədar Buzovna Bələdiyyəsinin sədri M.Əliyev bizi məhkəməyə vermişdir. Xəzər rayon Məhkəməsinin hakimi Rəşad Həsənov isə bizim xəbərimiz olmadan hazırlıq iclası keçirir, ərizəni icraata qəbul edir. Bu həmin hakimdir ki, «Azəryolservis»in işinə görə bizi 7 ay məhkəməyə aparıb-gətirdib, çıxışlar etmişik. İndi həmin hakim Rəşad Həsənov yenidən Bələdiyyə sədri Mətləb Əliyevlə birləşərək bizi məlum şikayətlərimizdən çəkindirmək üçün bu yola əl atmışdır. Mətləb Əliyev iddia ərizəsində yazır ki, guya bizim Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəhbərliyinin adına yazdığımız müraciətdə onun şərəf və ləyaqəti tapdanıb və s. Hakim isə iddia ərizəsini icraata götürəndə ərizəyə əlavə edilməli sübutları araşdırmayıb ki, bunlar vardırmı? Biz M.Əliyevin şərəf və ləyaqətini hansı KİV-də, TV-də ləkələmişik? Axı bizim ərizələrimiz Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin Şəfa adlı işçisinin kabinetindən kənara çıxmayıb. Ona bu ərizələrin surətini kim vermişdir? Niyə həmin Şəfa adlı işçi həmin ərizələri qeydiyyata alıb qanunun tələbi ilə araşdırmaya vermək əvəzinə surətini çıxarıb xəlvətcə olaraq Mətləb Əliyevə çatdırmışdır? Bu səlahiyyəti və qanunsuz hərəkəti ona kim diqtə etmişdir? Bu özbaşınalıq və məxfiliyin pozulması deyilmi???
Cənab nazir!
M.Əliyev iddia ərizəsində yazır ki, guya M.Əkbərova bütün bu işləri bələdiyyədə işləyəndə etməyib. M.Əliyev, deyəsən, unudur ki, 17.05.2016-cı il tarixində müstəntiq Eldar Əliyevə şahid qismində verdiyi izahatında açıq-aydın özü yazıb ki, işçisi M.Əkbərova bələdiyyədə işləyəndə kənd sakinlərini bələdiyyə adından sui-istifadə edib, necə aldadıb. Bunlar Mətanət Əkbərovanın barəsində çıxarılmış məhkəmə hökmündə də öz əksini tapıb.
Cənab nazir, xahiş edirik, hakimin heç bir əsas olmadan, başqa niyyət və məqsədlərlə barəsində Ədliyyə Nazirliyinə şikayət ərizəsi yazdığımız Buzovna Bələdiyyəsinin sədri Mətləb Əliyevin əsassız iddiasını icraata qəbul etməsi ilə bizə təzyiq edilməsi niyyətinin qarşısının alınmasına göstəriş verəsiniz. Siz hər il neçə-neçə hakimin cəzalandırılmasını təmin edirsiniz. Doğrudanmı hakim Rəşad Həsənovun bu cür hərəkəti cəzasız qalacaq? Hakimn məntiqi belədir ki, guya artıq heç bir vətəndaş hansısa məmurun fəaliyyəti barədə aidiyyəti yuxarı dövlət qurumuna şikayət ərizəsi yazmamalıdır, çünki bu zaman məhkəməyə verilə bilər. Belə də qanunsuzluq olarmı???

Bəs Bələdiyyə sədrinin şərəf və ləyaqətini ləkələyən məlumat harada yayılıb?

Vətəndaş ədliyyə nazirinə ünvanladığı müraciətində olduqca haqlıdır. Gülməli vəziyyət yaranıb: Prezident İlham Əliyev bütün kütləvi çıxışlarında, vətəndaşlarla görüş və təmaslarında dəfələrlə vurğulayır ki, məmurlar qudurğanlıq edirlər və onların barəsində sərt tədbirlər görüləcək və s. Və Prezident vətəndaşlara tövsiyyə edir ki, baş verən neqativlər barədə ona birbaşa müraciət edərək ərizə yazsınlar, məlumat versinlər… Məsələn, ötən həftə «Sovetski»də qədim məscidin sökülməsi barədə vətəndaşların müraciətinə, «Ovçular evi»nin ətrafında 54 ağacın məmurlar tərəfindən qanunsuz kəsilməsinə dair vətəndaşların müraciət-şikayətindən sonra Prezident İlham Əliyev şəxsən özü qanunu pozanlara qarşı sərt tədbirlər görülməsini təmin etdi, həmin məmurlar cəzalandırıldı. İndi belə çıxır ki, həmin vətəndaşlar məhkəməyə verilməli idilər??? Aidiyyəti dövlət qurumuna edilən şikayətə görə vətəndaş məhkəməyə veriləcəksə, onda kim hansısa dövlət qurumuna şikayət edər?
Yaxud, onda «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanunu nəyə lazımdır, cənab hakim??? Bu hərəkət vətəndaşları qorxutmağa hesablanmayıbmı???
Halbuki «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarına əsasən, vətəndaşın şərəf və ləyaqətini ləkələyən məlumatlar yalnız kütləvi informasiya vasitəsilə yayıldıqda, onların həqiqətə uyğun olub-olmaması mübahisələndirilir. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cu maddəsinə əsasən isə, kütləvi informasiya vasitələri dedikdə – dövrü mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet, kinoxronika proqramları və digər yayım formaları nəzərdə tutulur.
Nəhayət, «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu Qərarında vurulmuş mənəvi ziyandan bəhs edilir və məhz Ali Məhkəmə qərara almışdır ki, Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Yaxşı, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə göndərilmiş şikayət ərizəsi Mərkəzin Şəfa adlı əməkdaşının kabinetindən kənara çıxarılmayıbsa, bu ərizə Mətləb Əliyevin şərəf və ləyaqətini necə ləkələyə bilib? Və M.Əliyev mənəvi ziyana düçar olduğunu deyirsə, olmayan, dərc edilməyən və ya ictimailəşdirilməyən şikayət ərizəsinə görə necə iztirab çəkə bilər ki?!
Nəhayət, iztirab çəkibsə, ona nə olub, sarsıntımı keçirib? Bəlkə həmin şikayətlərdəki korrupsiya hüquqpozmaları onun yuxusuna girib, ona mənəvi iztirabmı edib???
***
Yenə də gəlirik qanunun tələbinə: «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarında qeyd olunur ki, «Mənəvi ziyanın miqdarını müəyyən edərkən məhkəmələr hər bir işə fərdi yanaşmalı, məlumatın yayılma dairəsini, iddiaçıya yetrilmiş mənəvi və fiziki sarsıntıların xarakterini və dərəcəsini…» nəzərə almalıdır. Halbuki, şəxsin şərəfı, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərar yetirilir. Təkrar sual verməli oluruq: vətəndaşlar Buzovna Bələdiyyəsinin sədri Mətləb Əliyevi harada təhqir edərək onu sarsıntı keçirməyə məruz qoyublar?

Prezident şikayətçilərin dayağıdır, hakim isə bu dayağı sarsıdır…

Daha vacib bir məqam: «Azərbaycan Prezidenti İlham Əliyev “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 14 oktyabr tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb. Dəyişikliklərə əsasən, qanuna olduqca maraqlı əlavələr edilib: “Maddə 11-1. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatvermə
11-1.1. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat hər bir şəxs tərəfindən yazılı (o cümlədən elektron) və ya şifahi formada verilə bilər.
11-1.2. Dövlət və bələdiyyə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin və büdcə təşkilatlarının (bundan sonra – idarə, müəssisə və təşkilatların) rəhbəri həmin idarə, müəssisə və ya təşkilatlarda korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müvafiq vəzifəli şəxs və ya struktur bölmə (bundan sonra – səlahiyyətli struktur bölmə) müəyyən edir». Və qısa desək, qanuna edilən əlavə onu müəyyən edir ki, həmin «Səlahiyyətli struktur bölmə» korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatı qəbul etdikdən sonra qeydə alır, məlumatın qeydə alınmasını həmin məlumatı verən şəxsə (vətəndaşa) bildirir, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat qeydə alındığı gündən 20 iş günü müddətində məlumatı araşdırır və araşdırmanın nəticəsini məlumat verən şəxsə (vətəndaşa) bildirir. Araşdırma “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərə baxılması xüsusiyyətlərinə uyğun şəkildə aparılır.
Ən maraqsı: Qanuna əlavənin «11-2.1.» bəndində yazılır ki, «Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs özü barədə məlumatın açıqlanmasını istəmədiyi halda, səlahiyyətli struktur bölmə, idarə, müəssisə və ya təşkilatın rəhbəri və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar onun konfidensiallığını təmin etməlidirlər».
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin Şəfa adlı əməkdaşı qanun qarşısında məsuliyyət daşıyır…
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin Şəfa adlı əməkdaşı qanun bu tələbini kobud surətdə pozduğu üçün məsuliyyət daşıyır. Elə qanunun yuxarıda qeyd olunan əlavəsində konkret olaraq yazılır ki, «Bu məlumat korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin yazılı razılığı olduqda açıqlanır. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin məxfiliyinin pozulmasında təqsiri olan şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar».

Buzovna Bələdiyyəsinin sədri Mətləb Əliyev korrupsiya hüquqpozmaları barədə məlumat vermiş vətəndaşlara hakimin əli ilə təzyiq edir…

Hətta qanun görün nəyi nəzərdə tutur: «11-2.2. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsə və ya onun yaxın qohumuna hədə-qorxu gəlmək, onları təzyiqlərə məruz qoymaq, maddi və ya mənəvi ziyan vurmaq, təhqir və təhdid etmək, şərəf və ya ləyaqətini alçaltmaq qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur».
Konkret halda, belə çıxır ki, Buzovna Bələdiyyəsinin sədri Mətləb Əliyev onun barəsində şikayət vermiş vətəndaşları susdurmaq üçün onlara Xəzər rayon Məhkəməsinin hakimi Rəşad Həsənovun əli ilə təzyiq göstərmək fikrindədir. Amma əbəs! Çünki yuxarıda sadaladığımız qanunlar onun bu niyyətini qəti surətdə inkar edir.

Bəs hakim heç bir KİV-də yayımlanmamış iddia ərizəsini niyə icraata qəbul edib?

...Yuxarıda «Məhkəmələr və hakimlər» haqqında Qanunu xatırlatdıq. Təbii ki, Azərbaycanda indi peşəkar hakim komandası formalaşmaqdadır və MHŞ-nin rəhbərliyi müntəzəm olaraq bu qanunun tələblərini pozan hakimlərin cəzalandırılmasını təmin edən qərarlar qəbul edir. Hakimlərin, hətta “İnsan Haqları üzrə Avropa Məhkəməsi»nin standartlarına tam cavab verməsinin təmin edilməsi üçün Ədliyyə Nazirliyinin rəhbərliyi, şəxsən nazir Fikrət Məmmədov əlindən gələni edir. Amma… «Əmma»lar isə kifayət qədərdir. Budur, Xəzər rayon Məhkəməsinin hakimi Rəşad Həsənov Buzovna Bələdiyyəsinin sədri Mətləb Əliyevin iddia ərizəsini icraata qəbul edir, hazırlıq iclası təyin edir, özü də cavabdehlərin iştirakı təmin edilmədən. Bunu da bir təhər bağışlamaq olardı. Lakin hakim əgər M.Əliyevin iddia ərizəsini oxuyubsa, iddiaçı ərizəsinin girişində, eləcə birinci cümləsində yazır ki, «Cavabdehlər (adlar və soyadlar sadalanır. Red.) barəmdə ƏN-nin Bələdiyyələrlə İş Mərkəzinə və Xəzər RİH-nə elektron qaydada ərizələr göndərərək… Buzovna Bələdiyyəsinin sədri kimi işgüzar nüfuzuma, şərəf və ləyaqətimə zərər vurmuşlar».
Təsəvvür edirsinizmi, məhz hakim Rəşad Həsənov bir müddət əvvəl eləcə bu vətəndaşların (cavabdehlərin) və əlavə 30-40 nəfərin «Azəryolservis»ə qarşı iddiası üzrə, özü də məhz indi M.Əliyevin iddia ərizəsindəki xüsusatlar üzrə, 7 ay ərzində işə baxıb, müvafiq qərar qəbul edib. Nə oldu, indi birdən-birə heç bir yerdə dərc olunmamış bir şikayət ərizəsi M.Əliyevin şərəf və ləyaqətini ləkələdi??? Bu nə qanunsuzluqdur? Doğrudanmı hakim mövcud qanunvericiliyin tələblərini bilmir?

Hakim Rəşad Həsənovun fəaliyyəti niyə Avropa Məhkəməsinin standartlarına uyğun gəlmədiyindən mənfi qiymətləndirilib?

Bu suala cavab tapmaq üçün Ali Məhkəmənin və ƏN-nin rəsmi saytlarının məlumat bazasında axtarış apardıq. Olduqca maraqlı bir sənədlə rastlaşdıq… Məlum olur ki, Ali Məhkəmənin sədri Ramiz Rzayev bir müddət əvvəl keçirdiyi mətbuat konfransında Məhkəmə-Hüquq Şurasının bütün hakimlərin fəaliyyətini qiymətləndirdiyini xatırladaraq fəaliyyəti qeyri-qənaətbəxş sayılan hakimlərin fəaliyyətini davam etdirməsini məqsədəuyğun bilmədiyini deyib: “Əslində isə hakimlər o qədər ədalətli fəaliyyət göstərməli, özlərini elə aparmalıdırlar ki, onların barəsində bu cür tədbirlər görülməsin. Çünki hakimin qərarı insanların taleyini həll edir“.
R.Rzayev onu da deyib ki, Ali Məhkəmədə Azərbaycanı Avropa Məhkəməsində təmsil edəcək hakim yoxdur. «Niyə yoxdur?», -sualına Ali Məhkəmə sədri ətraflı cavab verib… Və məlum olur ki, həmin dövrdə Azərbaycanın Avropa Məhkəməsindəki hakimi Xanlar Hacıyev, Xəzər rayon Məhkəməsinin hakimi Rəşad Həsənov və Nəsimi rayon Məhkəməsinin hakimi Aygün Abdullayevanın daxil olduğu ikinci siyahı Avropa Şurası Parlament Assambleyasının İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə hakimlərin seçilməsi üzrə alt komitəsinin Parisdə keçirilən iclasında qəbul edilməyib. Alt komitə siyahını daha da təkmilləşdirmək üçün Azərbaycana geri qaytarmaq barədə qərar qəbul edib. Qərarda qeyd olunub ki, Azərbaycanın təqdim etdiyi namizədlər AŞ PA-nın tələblərinə və standartlarına cavab vermir…
***
Bəli, artıq sualımızın cavabından bəlli oldu ki, niyə hakim Rəşad Həsənov heç bir yerdə dərc olunmayan, yayımlanmayan… adi bir şikayət ərizəsinə görə Buzovna Bələdiyyəsinin sədri Mətləb Əliyevin şərəf və ləyaqətinin müdafiəsi üzrə verdiyi iddia ərizəsini icraata qəbul edib… Amma bütün bununla yanaşı, yenə də inanırıq ki, hakim Rəşad Həsənov qanunun yuxarıda təqdim etdiyimiz bütün tələblərini və Məhkəmə Hüquq Şurasının tövsiyyələrini nəzərə alaraq vətəndaşların qanunla qorunan müraciət etmək hüququna hörmətlə yanaşıb ədalətli qərar çıxaracaq.
Mövzuya qayıdacağıq.
«Təzadlar»ın Araşdırma Qrupu









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Moskvada təlxəklərin şousu, təxribatçıların "siçan təlaşı" - Biz müttəfiqik?
Bu gün, 19:02
Kredit almaq asanlaşacaq: Bəs geri ödəmək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:00
"COP 29 tədbirinə ev sahibliyi edən Azərbaycan... Qərbin qərəzli bəyanatlarla təzyiq göstərməsinə çoxdan hazır idi"
Bu gün, 18:56
Qaya parçasının düşdüyü evin sahibəsi: - "Qardaşımın durumu ağırdır"
Bu gün, 18:01
Azərbaycanın BRİCS-ə üzvlüyü geosiyasi vəziyyətin tələbidir - ŞƏRH
Bu gün, 18:00
Bağçada övladına "Ketotifen" verilən ana: -"Təhdid edirlər, lakin şikayətimi geri götürməyəcəyəm"
Bu gün, 17:57
Naxçıvan Ali Məclisinin iclas zalı yenidən qurulacaq
Bu gün, 17:55
Həbsdəki “mahmudovçu” generalın azadlıq istəyi növbəti dəfə rədd edildi
Bu gün, 17:53
Polkovnik-leytenantla FHN arasında nə baş verir? - ŞİKAYƏT VERİB
Bu gün, 17:48
İcra başçısının sabiq müavininin məhkəməsi başlayıb - DETALLAR
Bu gün, 17:47
"Sinfidə 30-40 şagird varsa, keyfiyyətdən söhbət gedə bilməz" - Ekspert danışır...
Bu gün, 17:44
“Su altında qalan Sabunçu tuneli ilə bağlı dəfələrlə müvafiq qurumlara müraciət etmişdik” – Fazil Mustafa
Bu gün, 17:41
BRİKS ölkələri G7-ni geridə qoyub: - Putin elə rəqəmlər səsləndirdi ki...
Bu gün, 17:40
Ehtiram Hüseynov işdən çıxdı - AÇIQLAMA
Bu gün, 17:38
Sabunçuda camaat ŞİKAYƏTÇİDİR... - İcra başçısı isə deyir ki...
Bu gün, 17:30
Leyla Əliyevanın təşəbbüsü ilə “Yer kürəsi uşaqların gözü ilə” beynəlxalq fotomüsabiqəsi keçirilir. - FOTO
Bu gün, 17:18
Sabunçuda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanılıb - FOTO, VİDEO
Bu gün, 17:15
Məsuliyyətsiz sürücülər sığorta şirkətlərinə - 93 MİLYON MANAT ZƏRƏR VURUBLAR
Bu gün, 17:12
“Leş qarağaları kimi üstümə yığışdılar, utanırlar?” - Mətanət İsgəndərli
Bu gün, 17:06
Aktyorla xanımının qətlinin TƏFƏRRÜATI
Bu gün, 17:02
“Bizə çatanda deyirlər, camaatın anası, bacısı baxır, ayıb deyil?” - Ülvidən onu QINAYANLARA
Bu gün, 16:59
15 il həbs cəzası alan iş adamı və digərləri Ali Məhkəməyə üz tutdu
Bu gün, 16:57
Ərdoğan - Putin anlaşması nəyi dəyişəcək? - AKTUAL
Bu gün, 16:53
Terrorçuların sülh müqaviləsiylə əlaqələndirilməsinin heç bir məntiqi izahı yoxdur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 16:41
AP-nin Azərbaycana qarşı qərəzli mövqeyi nəyə hesablanıb? - Millət vəkili detallı danışdı
Bu gün, 16:29
Gürcü hərbi attaşe Papikyanla görüşdü
Bu gün, 16:28
Azərbaycan müdafiə nazirinin Qırğızıstana rəsmi səfəri davam edir
Bu gün, 16:25
Tanınmış vəkil komaya düşdü - hazırda reanimasiyadadır
Bu gün, 16:22
"MİDA" Binəqədidə inşa olunan yaşayış kompleksi üçün 1,4 milyon xərcləyəcək
Bu gün, 16:20
Bakıda 5 milyonluq mənzil – Orada kim yaşayır?
Bu gün, 16:11
İrəvan sərhəd sənədini niyə tələsik təsdiqlədi: - Bakıdan nə istəyirlər?
Bu gün, 16:07
Səfərbərlik Xidmətinin rüşvət almaqda təqsirləndirilən zabitinə hökm oxunub - 8 il...
Bu gün, 16:04
ATA QAZİ... OĞUL QAZİ... ikisi də İŞSİZ, DURUM AĞIR... - MÜRACİƏT
Bu gün, 15:59
Göyüşov və oğlu haqda yeni məlumatlar: - Milyonluq layihələr, qaranlıq tenderlər, xaricə daşınan sərvət…
Bu gün, 15:52
Pulu Elman Rüstəmov “yeyib”, vətəndaşın mülkü əlindən alınır - NONSENS MƏHKƏMƏ İŞİ
Bu gün, 15:43
Mövlam Şıxəliyevlə dövlət qurumu arasında pensiya qalmaqalı - TƏFƏRRÜAT
Bu gün, 15:40
Biləsuvarın keçmiş icra başçısı HƏBSDƏN BURAXILA BİLƏR - BUNA GÖRƏ...
Bu gün, 15:38
Məmur korrupsiyaya yol versə, lakin kimlərəsə kömək etsə, onun adı "çörəkverən kişi" qalır... - NİYƏ BELƏDİR?
Bu gün, 15:33
Sabunçuda iki nəfərin ölümünə səbəb olan tuneli tikən şirkətdən AÇIQLAMA - Günah sifarişi verəndədir
Bu gün, 15:26
Azərbaycan Mərkəzi Bankı "Cüzdan"a lisenziya verib
Bu gün, 15:21
Bütün ermənilərin katolikosu Bakıya gələ bilər - KİV
Bu gün, 15:19
Əvvəl sevindi, bir neçə dəqiqə sonra isə həbsə getdi - TƏFƏRRÜAT
Bu gün, 15:08
Qiymətləndiricilərin peşə bacarığı səviyyəsinin yüksəldilməsi məqsədilə növbəti kurs keçirilib - FOTO
Bu gün, 15:03
Zaqatalalı “Dadaş”, “Silvestr” və lənkəranlı avtoritetlər – Azərbaycan MAFİYASI NECƏ YARANDI?
Bu gün, 15:00
Ramiz Mehdiyevin kürəkəni hüquqdan sui-istifadə edir – Yenə məhkəməni təxirə saldırdı
Bu gün, 14:54
Gözətçi "Kapital Bank"a kredit almağa getdi - 200 manat cərimələndi
Bu gün, 14:48
İcra başçısının oğlu 1 milyon manat vergini ödəməmək üçün Azərbaycandan qaçdı - TƏFƏRRÜAT
Bu gün, 14:46
Ana məktəbli övladına ayaqqabı belə ala bilmir... - GİLEY
Bu gün, 14:32
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib - FOTO
Bu gün, 14:21
Qarabağ belə azad edilib: - Ermənistan rəsmi şəkildə etiraf etdi
Bu gün, 14:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru