AZƏRBAYCAN-İRAN MÜNASİBƏTLƏRİ TƏHLÜKƏLİ NÖQTƏDƏ
Tarix: 20-01-2012, 16:36 | Çap et
EKSPERT RƏYİ
Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin Bakıda əcnəbi ictimai xadimlərin qətli məqsədilə hazırlanmış sui-qəsdi ifşa etməsi Azərbaycanın rəsmi Tehranı ittiham etməsi kimi başa düşülməlidir. Eyni zamanda, dövlət televiziyasının reportajında terrora hazırlığın yəhudi müəllimlərə qarşı olması fikrinin səsləndirilməsi situasiyanı daha da gərginləşdirir.
Terrora hazırlığın ötən ilin oktyabrında ifşa edilməsi və bu barədə məlumatın ictimaiyyətə Azərbaycanın rəsmi saytlarına haker hücumunun İrandan təşkil edilməsi iddiaları ortaya atıldıqdan sonra açılmasını da təsadüf saymaq olmaz. Yeri gəlmişkən, yazıçı-publisist Rafiq Tağı da noyabrın 19-da qətlə yetirilib. O, İran rəhbərlərini tənqid edən “İran və qloballaşmanın qaçılmazlığı” məqaləsini dərc etdirdikdən sonra qətlə yetirilib.
Azərbaycan MTN dünən Bakıda əcnəbi ictimai xadimlərinin qətli məqsədilə hazırlanmış sui-qəsdi ifşa etdiyi barədə məlumat yayıb. Məlumatda deyilir ki, qətlləri planlaşdıran iki Azərbaycan vətəndaşı - Rasim Əliyev və Əli Hüseynov həbs edilib, hazırlanan terror aktlarının digər mühüm iştirakçısı, əvvəllər banditizm, adam oğurluğu, quldurluq kimi xüsusilə ağır cinayətlər törətdiyinə görə barəsində axtarış elan edilmiş Balaqardaş Dadaşov hazırda İranın Ərdəbil şəhərində gizlənir. MTN terrora hazırlıq üçün İrandan keçirilərək Azərbaycan ərazisində gizlədilmiş çoxsaylı silah, sursat və avadanlığı aşkar edərək götürüb.
Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu bildirib ki, bu məlumat İran-Azərbaycan münasibətlərinin təzahürünün göstəricisidir. ”Məlumatın nə qədər həqiqət olub-olmamasını iddia edə bilmərəm. Amma bir fakt məlumdur ki, Azərbaycan-İran münasibətlərinə ciddi müdaxilələr görünür. Bu da vəziyyətin gərginləşməsinə xidmət edir. O cümlədən, Azərbaycanın rəsmi saytlarına haker hücumunun İrandan təşkil edilməsi və əksinə İran saytlarına haker hücumlarının Azərbaycanın cavab tədbiri olması barədə iddialar buna xidmət edir. Bu iddialar qeyri-rəsmi idisə, Azərbaycanda yəhudi müəllimlərə qarşı terrora hazırlığın İran tərəfindən hazırlanması barədə məlumatlarda rəsmi Tehran ittiham olunur”, - deyə politoloq qeyd edib.
Hüquq müdafiəçisi Eynulla Fətullayev MTN-nin məlumatına şərh verməyin hələ tez olduğunu bildirib. “Ancaq bildirəm ki, terrora hazırlıqda adı hallanan Balaqardaş Dadaşovun adı Hacı Məmmədovun cinayət işində keçir və o vaxtilə aktyor Hacıbaba Bağırovun ögey oğlunu oğurlayıb. B.Dadaşovun 90-cı illərdə Bakı Şəhər Baş Polis İdarəsinin agent şəbəkəsi ilə əlaqəli olduğunun ehtimal edilməsi barədə məlumatlar səslənib. O, artıq 10 ildən çoxdur İranda gizlənir”, - E.Fətullayev qeyd edib.
Bununla yanaşı, hüquq müdafiəçisi bu terrora hazırlıqla yazıçı Rafiq Tağının qətli arasında paralellər aparıb. “İndiki terrora hazırlıqla Rafiq Tağının qətli eyni aylara təsadüf edir. Amma MTN-nin məlumatının təhlili göstərir ki, İran kəşfiyyat orqanları qətl hadisələrini kameraların qarşısında törətməkdən çəkinir. Ona görə snayper silahından istifadə variantını seçir. Amma Rafiq Tağının qətli çoxsaylı kameranın qarşısında və primitiv üsulla həyata keçirilib”,- o vurğulayıb.
Ekspertlər həmçinin dövlət televiziyasının nümayiş etdirdiyi silah, sursat və avadanlıqların yalnız bir qətl hadisəsi üçün nəzərdə tutulmadığı qənaətindədir. Həmin silah, sursat və avadanlıqları İrandan gətirilməsi, gizlədilməsi və sonradan istifadə ediləcəyi nəzərə alınarsa, istintaq çoxsaylı üzvü olan mütəşəkkil dəstəni və ya qrupu üzə çıxarmalıdır.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Qanunsuz evlər niyə sənədləşdirilmir..? - AKTUAL
Bu gün, 06:59 |
|
|
|
| • Fars-molla rejimi daha da sərtləşir... - KİV
Bu gün, 06:56 |
|
|
|
| • Neft hasilatı azalır, məmur kefindən qalmır - AXI NİYƏ?..
Bu gün, 06:52 |
|
|
|
| • Qarabağ Qazisinə qalxan KAFİR ƏLLƏR... - AKTUAL
Bu gün, 06:40 |
|
|
|
| • Cənnətdə MƏMƏ DAVASI... - REPLİKA
Bu gün, 06:33 |
|
|
|
| • Uşaqların QUANTANAMOSU: "Kayu" Bağçası - NARAZILIQ VAR...
Bu gün, 06:28 |
|
|
|
| • Rus bazası Ermənistandan gedəcək, amma... - Abramyan
Dünən, 17:52 |
|
|
|
| • İki ay əvvəl işdən çıxarılmışdı – Yeni yüksək vəzifəyə gətirildi
Dünən, 17:50 |
|
|
|
| • Türkiyə üç dəfə Ermənistana hücum etmək istədi, Rusiya mane oldu - Şarmazanov SƏRSƏMLƏYİR
Dünən, 17:30 |
|
|
|
| • 100 dollarlıq neft dolların taleyini həll edəcək: -1,5 manata qədər ucuzlaşma?
Dünən, 17:28 |
|
|
|
| • Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal - DİQQƏT
Dünən, 17:26 |
|
|
|
| • ABŞ ordusunun hücumları nəticəsində İran Dəniz Qüvvələrinin 6 hərbçisi öldürülüb - FOTO
Dünən, 17:23 |
|
|
|
| • “AzerGold”da iki nəfərə vəzifə verildi, bir nəfər işdən çıxdı - ADLAR
Dünən, 17:18 |
|
|
|
| • Vardanyan Kiriyenkodan helikopter gözləyirdi, amma... - Baş tutmayan qaçış
Dünən, 17:16 |
|
|
|
| • Bank of Baku-da rəhbər vəzifəyə TƏYİNAT OLUB - ƏMR
Dünən, 17:14 |
|
|
|
| • Türkiyədə gəmi qəzasında saxlanılan azərbaycanlı antiterror əməliyyatı iştirakçısı imiş – Atası nələri danışdı?
Dünən, 17:10 |
|
|
|
| • Bakıda məşhur istirahət mərkəzi müsadirə olunaraq hərraca çıxarıldı – 5 milyon manata
Dünən, 17:01 |
|
|
|
| • Protez saç FIRILDAĞI: Bakıda taksi sürücüsü belə ALDANDI - TƏFƏRRÜAT
Dünən, 16:58 |
|
|
|
| • Paşinyandan kritik təyinat – İrəvanın məhkəmə iddiaları nə olacaq?
Dünən, 16:53 |
|
|
|
| • Ermənistan Azərbaycana nə ixrac edə bilər? - Ekspertlər proqnozları açıqladı
Dünən, 16:47 |
|
|
|
| • Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 4500 manatlıq əməkhaqqı qalmaqalı —məsələ hüquq-mühafizə orqanlarında araşdırılır
Dünən, 16:46 |
|
|
|
| • TƏBİB maaşları artırır, bəs Səhiyyə Nazirliyi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:24 |
|
|
|
| • “Atam əməliyyata öz ayaqları ilə getdi, indi yeriyə bilmir” - NARAZILIQ VAR...
Dünən, 16:22 |
|
|
|
| • Ukrayna Soçi limanında Rusiya gəmisini vurdu
Dünən, 16:19 |
|
|
|
| • Rusiya ordusu bir gündə 4 kəndi işğal etdi - KİV
Dünən, 16:18 |
|
|
|
| • Kövsər Dadaşovaya bu akademiyada yüksək vəzifə verildi
Dünən, 15:58 |
|
|
|
| • “Həyat bir kinodur, ən maraqlı yerində bitir” - ANIM
Dünən, 15:56 |
|
|
|
| • “Ermənistandan Azərbaycana ilk ixrac həyata keçirilib” - Paşinyan AÇIQLADI
Dünən, 15:40 |
|
|
|
| • Sədrin köməkçisi idi, şöbə müdiri təyin edildi - BUNDAN SONRA...
Dünən, 15:35 |
|
|
|
| • Bu agentlikdə yeni departamentlər yaradıldı - Təyinatlar oldu
Dünən, 15:33 |
|
|
|
| • Dövlət Neft Fondunun səhm investisiyalarından gəliri 11 mlrd. dollara yaxınlaşıb
Dünən, 15:30 |
|
|
|
| • Əhməd Davudoğlu barəsində araşdırma başlanılıb
Dünən, 15:28 |
|
|
|
| • Ronaldo ayaqlarını, Carey səsini SIĞORTALAYIR - Azərbaycanda bədən üzvlərini sığortalayan varmı?
Dünən, 13:09 |
|
|
|
| • 75 yaşlı qadını çəkic və linglə qətlə yetirib quyuya atan şəxslərlə bağlı QƏRAR
Dünən, 13:06 |
|
|
|
| • “Qarabağ məsələsini xaricdə qaldırırıq, amma bizə ciddi baxmırlar”
Dünən, 13:03 |
|
|
|
| • Alen Simonyan Azərbaycana gələcək
Dünən, 13:00 |
|
|
|
| • Məşğulluq Agentliyi İlqar Əmirova ofisin icarəsi üçün 42 min manat ödəyəcək - DETALLAR
Dünən, 12:59 |
|
|
|
| • Rusiya bazası bizim üçün vacib deyil, çıxarmaq istəsələr, etiraz etməyəcəyik - Paşinyan
Dünən, 12:56 |
|
|
|
| • “BOA Agency” dividend verəcək – səhmdarları iclasa çağırdı
Dünən, 12:54 |
|
|
|
| • “Azərpoçt”un departament direktoru vəzifəsindən ayrıldı - “AzerGold”da işə başladı
Dünən, 12:50 |
|
|
|
| • Ermənistan vətəndaşı həbs edildi - Rusiyaya işləyirmiş
Dünən, 12:44 |
|
|
|
| • Su Meliorasiya Xidmətinin tenderində maraqlı tarix: Qalib elandan iki gün əvvəl işə başlayıb? - BU NƏDİ BELƏ?
Dünən, 12:29 |
|
|
|
| • YAP-ın altı ay gecikən qurultayı - payız SON tarix...
Dünən, 12:24 |
|
|
|
| • Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına hökm oxundu - Həbs olundu
Dünən, 12:22 |
|
|
|
| • Erməni məhsulları Azərbaycan bazarına daxil olarsa... — İqtisadçı mümkün nəticələri açıqladı
Dünən, 12:20 |
|
|
|
| • Şəmkirdə Türkmənistan vətəndaşını bıçaqlayan şəxsə cəza verildi - TƏFƏRRÜAT
Dünən, 12:18 |
|
|
|
| • Tiflisə biletləri tur firmalar satır? – Vətəndaşlar narazıdır
Dünən, 12:09 |
|
|
|
| • Tanınmış yazıçıdan sərt QINAQ: - “Burun, dodaq oxşar, sanki eyni sexdən çıxıblar”
Dünən, 12:07 |
|
|
|
| • Ramiz Mehdiyevlə Köçəryanı NƏ BAĞLAYIR?
Dünən, 12:03 |
|
|
|
| • "İşgüzar Kredit İttifaqı"nın lisenziyası ləğv olunub
Dünən, 11:58 |
|
|
|
|