RÖVNƏQ ABDULLAYEV HAMIYA MÜHARİBƏ ELAN EDİR
Tarix: 13-01-2012, 12:20 |
Çap et
ARDNŞ 8 MİN AİLƏNİ ÇÖLƏ ATMAĞA HAZIRLAŞIR
2011-ci ilin yekunlarına görə, ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) şirkətin ərzisindəki qanunsuz yaşayış və qeyri-yaşayış obyektlərinin qanunusuz tikintinsi məsələsi üzrə məhkəmələrə verdiyi iddia ərizələrinin ümumi sayı 12 minə yaxın təşkil edir. Trend-in məlumatına görə, cümə günü ARDNŞ-nin Hüquq İdarəsinin rəisi Eldar Orucov cümə günü jurnalistlərə bildirib.
Onun sözlərinə görə, dörd min iddia ərizəsi üzrə artıq qərar çıxarılıb. İddialarının böyük əksəriyyəti məhkəmələrə ötən ilin martında təqdim olunub.
Orucov bildirib ki, Dövlət Neft Şirkəti bir neçə il ərzində ARDNŞ şirkətinə məxsus ərazilərdə qanunsuz tikilmiş bütün obyektlər üzrə məsələ qaldırılmasını planlaşdırır.
Təkcə 2012-ci ildə "Binagadi oil" (Bakının Binəqədi rayonu) neft şirkətinin meydançalarında yerləşən qanunsuz tikililərə dair 8 minə yaxın iddia qaldırılması planlaşdırılır.
Artıq insanların yaşadıqları və hələ məhkəmənin barəsində qərar çıxarmadığı qanunsuz tikililər sökülməyəcək.
Orucovun sözlərinə görə, ARDNŞ öz ərazilərinin qanunsuz tikililərdən müdafiəsi məqsədilə təhlükəsizliyin və hüquqi sənədləşmənin təmin olunması üçün böyük həcmdə vəsait xərcləyir.