RÖVNƏQ ABDULLAEYVİN İŞÇİSİ HƏDƏFDƏDİR
Tarix: 13-08-2013, 11:52 |
Çap et
ANTİKORRUPSİYA TƏDBİRLƏRİNİN YENİ ŞOK DALĞASININ ASTANASINDA
DİA.AZ: - Antikorrupsiya tədbirlərinin yeni dalğası gözlənilir. Bu məlumatı DİA.AZ-a ötürən Nazirlər Kabinetindəki mötəbər mənbənin iddialarına görə, prezident seçkiləri ərəfəsində hakimiyyət siyasi dividentin əldə edilməsi üçün mühüm postlarda təmsil olunan bir neçə məmuru cəzalandırmağı düşünür.
Mənbə iddia edir ki, əslində onlarla bağlı qərar çoxdan verilib, lakin seçkilərin yaxınlaşması səbəbindən, prosesin bir qədər yubadılması və bu yolla da seçkilərə də hesablanan bir gedişin həyata keçirilməsi planlaşdırılır.
Mənbənin söylədikləri: «Bu vaxta qədər korrupsiya həbsləri adı altında əsasən xırda çinovniklər hədəfə alınıb ki, bu dəfə vəziyyət tamam fərqli olacaq. Çünki həbsi planlaşdırılanlardan birinin Dövlət Neft Şirkətində kifayət qədər ciddi post tutduğu söylənilir».
Mənbəmiz görə, eyni zamanda iki rayonun icra hakimiyyətinin əməkdaşları da korrupsiya ilə mübarizənin növbəti dalğasında qurban kimi müəyyənləşiblər: «Həbslər sentyabr ayının əvvəlindən həyata keçiriləcək. Və cəmiyyətdə böyük rezonansa nədən olması düşünülür».