YAP-IN DAHA BİR TƏŞKİLATI YARANDI
Tarix: 17-07-2013, 12:25 |
Çap et
İyulun 17-də Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının təsis konfransı keçirilib. AzərTAc xəbər verir ki, açıq səsvermə yolu ilə rayon təşkilatının 31 nəfərdən ibarət şurası və 11 nəfərdən ibarət idarə heyətinin üzvləri seçilib.
Pirallahı rayonun ötən ilin dekabrında yaradılıb. Rayonun inzibati ərazi bölgüsünə Pirallahı, Çilov və Neft Daşları qəsəbə inzibati ərazi dairələri daxildir. Bu il martın 7-də prezident İlham Əliyev Vasif İmanovu Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı təyin edib.