İSA QƏMBƏR VƏ ƏLİ KƏRİMLİYƏ İTTİHAM
Tarix: 15-07-2013, 13:08 |
Çap et
ADP SƏDRİNDƏN GƏLDİ“Milli Şura Rüstəm İbrahimbəyovdan başqa heç bir liderin ətrafında birləşə bilməz”. Bu sözləri Moderator.az saytına açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu bildirib.
Partiya sədrinin sözlərinə görə, əgər AXCP sədri ilə Müsavat başqanı öz aralarında namizədlik məsələsi ilə bağlı dil tapa bilsəydilər, o zaman bu məsələ İctimai Palata səviyyəsində həll olunardı: “Əli Kərimli və İsa Qəmbər bir-birləri ilə dil tapa bilsə, bir-birlərini ötüşdürə bilsəydilər, o zaman öz namizədliklərini İctimai Palatada elan edərdilər. Daha Milli Şuraya ehtiyac qalmazdı. Bu gün isə Milli Şurada Lalə Şövkət, Rəsul Quliyev və s. yeni qüvvələr var. Bütün bu qüvvələri isə öz ətrafında R.İbrahimbəyov birləşdirib”.