DÖVLƏT YOL POLİSİNİN ƏMƏKDAŞLARI YENİ QAYDADAN İSTİFADƏ EDİR
DİA.AZ: - Redaksiyamıza oxucular maraqlı bir foto yollayıblar. Bu şəkil heç də uzaqda deyil, «Azərbaycan» nəşriyyatının qarşısında çəkilib. Şəkildən də aydın olur ki, Dövlət Yol Polisinin başbilənləri və yaxud da əlaqədar digər qurumlar yol nişanını yerləşdirməklə heç də dəyişən yol qaydası ilə bağlı məlumatı sürücülərə çatdırmaq niyyətini yox, tamam başqa məqsədi güdüblər.
DİA.AZ bildirir ki, təxminən bir aya yaxındır «Azərbaycan» nəşriyyatından Bakı Dövlət Universitetinin arxa hissəsinə düşən küçə ilə Cavid Bağına doğru hərəkət qadağan edilib. Amma buna rəğmən bu qadağanı əks etdirən yol nişanı sanki gizlədilib ki, bu da DYP üçün əlavə gəlir yerinə çevrilib.
Elə gün ərzində həmin küçədə yaşanılanları müşahidə etməklə də deyilənləri təsdiqləmək mümkündür. Yol nişanı isə şəkildən göründüyü kimi sanki gizlədilib. Yəni məqsəd hansısa yol hərəkəti qaydasının yenilənməsilə bağlı məlumatı vermək yox, sadəcə tamam başqadır…