Azərbaycana qarşı döyüşən muzdlu komandir .....                     Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi .....                     “Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı .....                     Ukraynalı rusun toyunda oynadı, ara qarışdı .....                     Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü .....                     Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... .....                     Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq .....                     Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb .....                     Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi .....                     Tanınmış aktrisa KÖVRƏLDİ: .....                     Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb .....                     «Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb .....                     Bu müharibənin başlanması realdır .....                     Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib .....                     Azərbaycanda banklar birləşəcək .....                     Xamenei işimizə mane olur .....                     BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! .....                     "Ölümü aldadıb bu yaşa gəlmişəm" .....                     Müəllimlərin geyimi neçəyə SATILACAQ? .....                     AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü .....                     “Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək .....                     Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir .....                     Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı .....                     YAP-da “kadr zəlzələsi” olacaq .....                     Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib .....                     Rus ordusu Xarkovda iki kəndi işğal etdi .....                     Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? .....                     İrəvan Teatrının yeni direktoru kimdir? .....                     "Bətnimdəki Səs" .....                     “Space TV” İFLAS HƏDDİNDƏ! .....                     Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” .....                     Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib .....                     İran “Amazon”un məlumat mərkəzini vurub .....                     Düz-əməlli marşrut da yoxdur ki... .....                     Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” .....                     İcra başçısı rəisi işdən çıxardı - FOTO .....                     İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər .....                     CHP Özgür Özəlin sirlərini yaymağa başladı .....                     SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib .....                     Azərbaycan nefti 8%-dən çox bahalaşıb .....                 

KEÇMİŞ ABU REKTORU İLƏ BAĞLI ŞÜBHƏLƏR QALXIR
Tarix: 8-07-2013, 10:29 | Çap et
KEÇMİŞ ABU REKTORU İLƏ BAĞLI ŞÜBHƏLƏR QALXIR
RÜSTƏM İBRAHİMBƏYOV OLAN YERDƏ ELŞAD ABDULLAYEVƏ NƏ EHTİYAC VAR?

DİA.AZ: - Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev yenə də video yayıb. Əslində mətbuatımız tərəfindən В«yeni videoВ» adlandırılan keçmiş rektorun bu В«sənət əsərləriВ» gizli çəkilişdir. İllər ərzində Şerlok Holms kimi qardaşının axtarışına çıxan Elşad Abdullayev az qala hakimiyyətin bütün məmur heyətindən kompramat toplayıb. Və kifayət qədər bəhrəsini görüb də. Bir nəfərin mandatı əlindən alındı, bir nəfər müəmmalı şəkildə dünyasını dəyişdi, neçələri həbs olunub və hələ bundan sonra nə olacaq… Bunu Allah bilir!

Amma Elşad Abdullayevin bildikləri, lakin cəmiyyətdən gizlətdikləri də yetərincədir. DİA.AZ olaraq bu proseslə bağlı müəyyən araşdırmalar aparmaq qərarına gəldik və ortaya ilginc faktlar çıxdı. Biz də Elşad Abdullayev kimi davranaraq, məsələyə başdan - lap əvvəldən başlamaq qərarına gəldik.

Kim idi Elşad Abdullayev? Özü də videobombardmanın əvvəlində elan etmişdi ki, o da mələk deyil. Amma bu ifadəsində, etirafında ikibaşlı məqamlar yetərincə idi. Və araşdırmalarımız da təsdiqləyir ki, əslində В«mən də mələk deyiləmВ» deyən Elşad Abdullayev çalışdı ki, cəmiyyət onun bu günə kimi etdiklərini unutsun, etdiklərinə göz yumsun və istəyinə nail oldu da. Daha kimsə В«filankəs bir milyonumu yediВ», В«filankəs 3 milyonumu aldıВ» və sairə bu kimi ifadələrin müəllifi olan, milyonlarını itirdiyini elan edərək cəmiyyətin ona acımasını istəyən Elşad Abdullayevdən qayıdıb soruşmadı ki, həmin milyonları hansı yolla əldə etmişdin…

Elşad Abdullayev əslində В«mən də mələk deyiləmВ» deyərək özünə bir mələk donu biçmiş oldu və u-zun müddət hər kəsi öz seriallarına pərçimləyə bildi.

Ola bilsin ki, oxucularımız sabiq rektora qarşı nədən bu qədər qəzəbli ifadələr işlətməyimizin nədənləri barədə də maraqlana bilər. Bunu da gizlətmirik. İlk növbədə Elşad Abdullayevin videolarının artıq acı bağırsaq kimi əhəmiyyət daşımayan, şantaja meyillənməsini müşahidə etməyimiz buna nədən olub. Digər tərəfdən, Elşad Abdullayev videoanonslar etsə də, onların bəzilərini açıqlamayıb ki, bu da keçmiş rektorun əslində yenidən bazar açmasından xəbər verir. Yəni В«videonu yayacamВ» deyib, onsuz da iynə üstündə oturmuş məmurları, iş adamlarını soymaqla məşğuldur.

Zamanında isə belə bir bazarı Elşad Abdullayev ABU-nun timsalında qurmuşdu. Haqlı olaraq da həmin dönəmlərdə ABU mətbuatda Azərbaycan Bazar Universiteti kimi təqdim olunurdu. Hətta bu gün Elşad Abdullayevin videolarını yaymaqla şöhrətlənən KİV-lər belə ABU-nu bu şəkildə qiymətnəldirirdilər. Az qala Bakı Dövlət Universitetindən də böyük tələbə kontingentinə malik olan ABU-da Elşad Abdullayev açdığı bazar nəticəsində milyonları əldə etmişdi. Həmin milyonlar həm onun qardaşının qeybə çəkilməsinə nədən oldu, həm də özünün bu günkü halına.

Elşad Abdullayevin özü də etiraf edər ki, bu gün onu qardaşının tapılması heç də narahat etmir və qaynatdığı qazan da bununla bağlı deyil. Əgər belə olsaydı, Elşad Abdullayev bu davranışlarını illər əvvəl etməli idi. Axı indi nə hakimiyyət dəyişib, nə də Elşad Abdullayevin hədəfə aldığı vəzifəlilər işlərini itirib. Yəni əvvəlki qüdrətlərində qalıblar.

O zaman ortaya bir sual çıxır: Elşad Abdullayev nəyin davasını aparır?

Cavabı çox sadədir: Öz bazarının!!!

Qardaşının davasını aparan şəxs illər əvvəl Hollivudun studiyalarına bənzər bir studiyası hesabına əldə etdiyi videoları elə rektor olarkən, elə universiteti bağlanmamışkən bu işləri görə bilərdi. Olmazdımı? Yəni səmimi olaraq qardaşını aparan Elşad Abdullayev ABU bağlanmamış, videolarını da qoltuğuna vurub, Parisə gedərdi və ABU fəaliyyətdəykən bu əməllərini edərdi. O zaman daha hörmətli olardı. Mətbuatımız da onun adının qarşısında В«keçmiş rektorВ» ifadəsini işlətməzdi. Görün, necə alınır: ABU REKTORU RAMİZ MEHDİYEVLƏ BAĞLI ŞOK FAKTLARI AÇIQLADI…

Təbii ki, bu, daha çox effektiv olardı. Amma Elşad Abdullayev universitetinin bağlanmasını gözlədi. Əslində bu gözlənti yox, onsuz da bağlanacağı haqda xəbərini aldığı ABU-nu qoruya bilməsi üçün göstərilən səbr nümayişi və material toplanışı idi. Elşad Abdullayev bilirdi ki, ABU da bağlanacaq, qardaşı da tapılmayacaq və elə bildiyinə görə, qardaşının axtarışı adı altında ABU-nu qoruya, geri qaytara və yaxud da ABU-nun bağlanmasının qisasını ala bilməsi üçün KOMPROMATLAR toplamağa başladı.

Başladı nə başladı… Qurbanlarını özü müəyyən etdi. Ən zəif bəndlərdən yapışdı. Kim idi Gülər Əhmədova? Kitabı çoxdan bağlanmışdı. Hətta 2010-cu ilin parlament seçkilərindən də zorla üzüağ çıxa bilmişdi. Artıq ona В«kitabın bağlanıbВ» deyilmişdi. Sübut olundu da. Sevinc Babayeva kim idi? Hər halda, onun dünyasının dəyişməsi Elşad Abdullayevin ayağında dayanan faktdır. Ya zəlzələdən, ya vəlvələdən…

Daha sonra iş adamı Arzu Kazımov, Elçin Əfəndiyevin köməkçisi və daha kimlər Elşad Abdullayevin hədəfinə çevrildi. Arxasız, zəif bildiklərini bir-birinin ardından qurbana çevirməklə, digərlərində qorxu yaratmaq Elşad Abdullayevin başlıca hədəfi idi. Və buna nail oldu da. DİA.AZ-ın apardığı araşdırmalar nəticəsində də ortaya bir fakt çıxır: Elşad Abdullayev cəmiyyətə susqun göründüyü müddət boyunca onlarla məmuru şantaj edib, qabıqdan çıxarıb. Bu bir faktdır və bu faktın dövlətin müvafiq qurumları tərəfindən araşdırılmasına ehtiyac var.

İş adamı Arzu Kazımovun məsələsinə gəlincə isə burada olduqca gülməli oyunlar getdi. İş adamını həbsə göndərən videomaterial əslində Elşad Abdullayevin fiaskosunun sübutu idi. Amma nədənsə kimlərəsə Arzu Kazımovun həbsi lazım idi. Çox güman kimlərsə bu gün Elşad Abdullayevlə şərikinə gedərək şantajla məşğul olduqlarından əslində heç bir siyasi səmərəsi güdülməyən və sırf maddi maraqlara hesablanmış məlum prosesin məhz qeyd olunan istiqamətdə yürüdülməsində maraqlıdırlar. Bu faktdır.

Arzu Kazımovla bağlı videoları izlədikdə də görürsən ki, Elşad Abdullayev pul verdiyini iddia etdiyi iş adamını rəsmən oyuna salıb. Bunun da adına qisas deyilir. Çünki Arzu Kazımov həmin dönəmlərdə Elşad Abdullayevə В«qardaşının yerini yaxşı bilirsən, nəyi bilirsənsə, get dövlətə deВ» yolunu göstərirdi. Bu yol isə Elşad Abdullayevə sərf etmirdi. Ona sərf olanı yaxşı bildiyi bir prosesin ört-basdır edilməsi idi. Arada isə zəiflər ilişdi. Elşad Abdullayev pul şirnikləndirməsi ilə əslində həmin dönəmdə hər kəsin danışa biləcəyi bir hadisə ətrafında neçələrini tələsinə salmağa müvəffəq oldu. Həmin dönəmdə Elşad Abdullayevin kameraları qarşısına keçəcək istənilən bir Azərbaycan vətəndaşına В«sənə istədiyin qədər pul verirəm, mənə qardaşımdan danışВ» deyilsəydi, hər birimiz danışa bilərdik. Çünki həmin dönəmdə qəzetlər bu barədə yetərincə yazırdı və hər kəsin məlumatı var idi. Və məhz bu məlumatlılıq neçəsini Elşad Abdullayevin tələsinə saldı. Bununla həm ABU-nu qorumağı və həm də sonradan pul qazanmağı, ən başlıcası isə qardaşının gerçək aqibətinin gizlədilməsini məqsəd edən Elşad Abdullayev demək olar ki, istədiklərinə nail oldu.

Film artıq bitib. Bəli, bu gün Elşad Abdullayev cəmiyyəti maraqlandıracaq halda deyil. Onun kinoalırına maraq azalıb. Artıq müdaxilə vaxtıdır. Dövlətin müvafiq qurumları bu В«kinorejissorВ»un fəaliyyətinə müdaxilə etməlidir. Özü də tezliklə. Araşdırma üçün yetərincə dəlillər var. Elşad Abdullayevin ABU-sunda tələbələrə qarşı törədilən cinayətlər, zorlanan tələbə qızlar və… Ən azından bunlar yetərlidir.

Əks halda, iki kinorejissor çoxlarını oyuna gətirəcək. Artıq Rüstəm İbrahəimbəyovi da meydandadır. Elşad Abdullayevdən fərqli olaraq o, gizli yox, açıq çəkilişlər edib. Yəni adam açıq oynayır. Belə bir şəraitdə örtüdü bazarda universitet davasının heç yeri yoxdur…








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycana qarşı döyüşən muzdlu komandir ÖLDÜ
Bu gün, 17:01
Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar
Bu gün, 16:59
“Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 16:57
Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
Bu gün, 16:53
Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü - "MOUZE"
Bu gün, 16:41
Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... - ŞƏRH
Bu gün, 16:39
Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq - İLGİNC
Bu gün, 16:33
Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb - TƏFƏRRÜAT
Bu gün, 16:22
Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi - BUNDAN SONRA...
Bu gün, 16:19
Tanınmış aktrisa KÖVRƏLDİ: - “Ölmüşdüm, sən məni diriltdin”
Bu gün, 16:12
Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb
Bu gün, 16:09
«Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb – HESABAT
Bu gün, 16:00
Bu müharibənin başlanması realdır – Sabiq nazirdən ŞOK açıqlamalar
Bu gün, 15:58
Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib
Bu gün, 15:56
Azərbaycanda banklar birləşəcək
Bu gün, 15:41
Xamenei işimizə mane olur - Əraqçi
Bu gün, 15:40
BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! - AXI NİYƏ?..
Bu gün, 15:35
"Ölümü aldadıb bu yaşa gəlmişəm" - Xalq artisti
Bu gün, 15:32
Müəllimlərin geyimi neçəyə SATILACAQ? - AÇIQLAMA
Bu gün, 15:30
AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü - SİYAHI
Bu gün, 15:24
“Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək - YIĞINCAQ
Bu gün, 15:22
Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir - İNCƏLƏMƏ
Bu gün, 15:19
Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 15:16
YAP-da “kadr zəlzələsi” olacaq - Deputatdan səs-küylü açıqlama
Bu gün, 15:14
Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib - DİQQƏT!
Bu gün, 15:13
Rus ordusu Xarkovda iki kəndi işğal etdi - KİV
Bu gün, 15:09
Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:59
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Bu gün, 14:57
"Bətnimdəki Səs" - Əfsanə Zaman...
Bu gün, 14:52
“Space TV” İFLAS HƏDDİNDƏ! - TƏFƏRRÜAT
Bu gün, 14:44
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
Bu gün, 14:37
Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib
Bu gün, 14:36
İran “Amazon”un məlumat mərkəzini vurub
Bu gün, 14:35
Düz-əməlli marşrut da yoxdur ki... - NARAZILIQ VAR...
Bu gün, 14:30
Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” – BİRİ Putin...
Bu gün, 14:25
İcra başçısı rəisi işdən çıxardı - FOTO - FOTO
Bu gün, 14:23
İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər
Bu gün, 14:20
CHP Özgür Özəlin sirlərini yaymağa başladı
Bu gün, 10:35
SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
Bu gün, 09:39
Azərbaycan nefti 8%-dən çox bahalaşıb
Bu gün, 09:38
Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?
Bu gün, 08:20
"Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... - Cənab Məmmədov NƏ İSTƏYİR?
Bu gün, 08:17
Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi - TƏFƏRRÜAT
Bu gün, 08:07
Ukrayna hərbçiləri açıqladı: - Ruslar üçün ən vacib nöqtə...
Bu gün, 08:05
Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi – onları nə gözləyir?
Bu gün, 08:04
Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... - Xocalıda işlətdiyi işçilərin pulunu vermir
Bu gün, 08:01
"Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı - FOTO
Bu gün, 07:49
Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur - NƏ ETMƏLİ?
Bu gün, 07:45
Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək - ARAŞDIRMA
Bu gün, 07:42
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - FAKT BUDUR!
Bu gün, 07:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru