ARDNŞ-IN SAXTA HƏRRACI ABŞ MƏHKƏMƏSİNDƏ
Tarix: 17-12-2011, 13:48 | Çap et
AZƏRBAYCAN HAKİMİYYƏTİNƏ RÜŞVƏT VERƏN BAĞIŞLANMADI
1990-cı illərin sonunda özəlləşdirmə vaxtı Azərbaycanın neft sənayesini nəzarətə götürmək iştahı 65 yaşlı Konnektikutlu iş adamı Frederik Bourke və onun bizneş ortaqlarına olduqca baha başa gəlib.
Çərşənbə günü Nyu Yorkun Manhattan səmtində yerləşən Federal Apelyasiya Məhkəməsi yüksəkçinli Azərbaycan rəsmilərinə rüşvət verməkdə günahlandırılan amerikalı iş adamına qarşı həbs-qətimkan tədbirini qüvvədə saxlayıb.
“Müttəhimin irəli sürdüyü arqumentlər tutarlı olmayıb”, məhkəmənin 27 səhifəlik əsasnaməsində deyilir.
Bourke-Kojeni işi
2005-ci ildə açılmış ittiham aktına görə, Bourke 1998-ci ildə çex investoru Viktor Kojeni ilə əlbir olaraq, Azərbaycan rəsmilərini külli miqdarda nağd pul, səhm, başqa hədiyyələrlə ələ alaraq, Dövlət Neft Şirkətinin saxta hərracla özəlləşdirilməyə çıxarılmasına nail olmaq niyyəti güdüblər.
Düzdür, sövdələşmə baş tutmayıb, belə ki, bir ildən sonra Azərbaycan rəhbərliyi şirkətin satılmadığını bəyan edib, buna baxmayaraq, biznes əldə etmək, yaxud icarəyə götürmək üçün xarici hökumət rəsmilərinə rüşvət təklifi və onun icrası ABŞ Xarici Korrupsiya Aktına əsasən, cinayət hesab olunur.
Bourke 2009-ci ildə Nyu York şəhər məhkəməsi tərəfindən bu işə görə bir illik qapalı həbs və daha üç il şərti həbs cəzasına məhkum edilib, həmçinin 1 milyon dollar cərimə olunub.
İndi onun vəkilləri Ali Məhkəməyə yenidən baş vuracaqlarını deyirlər.
“Biz Apelyasiya Məhkəməsinin qərarından olduqca məyus olduq”, deyib vəkil Michael Tigar.
İşi yaxından izləmiş amerikalı ekspertlər diqqəti əsasən iki vacib detala - Qərbdə korrupsiya ilə sərt mübarizəyə və Azərbaycanda rüşvətin yerinə yönəldirlər.
Korrupsiya- köhnə adət
Gerald Robbins, Filadelfiyada mərkəzlənən Xarici Siyasi Araşdırmalar İnstitutunun (FPRI) baş elmi işçisidir. 1990-cı illərin ortalarında o, Bakıda Freedom House təşkilatının proqram direktoru olub və ölkənin iqtisadi-siyasi mənzərəsini yaxından izləyib.
BBC Azərbaycancaya müsahibə verən cəvab Robbins deyir ki, “Bourke-Kojeni işinin” taleyi sabiq Sovet ölkələri boyunca sərmayə yatırmaq istəyən Qərb sərmayədarlarını yaxından düşündürür.
“Korrupsiya Azərbaycanda Sovet sistemindən qalma başlıca mirasdır və belə görünür, 20 illik müstəqilliyə baxmayaraq, köhnə adətlər asanlıqla unudulmur”, o deyib.
Ekspert çıxış yolunu hüquqi və institusional islahatlarda görür.
Denverdə postsovet dövlətlərinin iqtisadiyyatına sistemli korrupsiyanın təsirini araşıdran Kolorado Universitetinin Beynəlxalq Proqramlar direktoru Christoph Stefes də hesab edir ki, “Kojeni işi” Azərbaycanda korrupsiyanın “hər yerə nüfuz edə bildiyinə dəlalət edir”.
“Ola bilər ki, bu və ya digər beynəlxalq şirkət Bakıda rüşvət, xüsusi hədiyyələr və yaltaqlıqla məmurların rəğbətini qazanmaq düşüncəsinə qapılsın. Lakin bunun üçün hansı qapıları döymək lazımdır? Yalnız ən yüksək vəzifəli dövlət məmuru çoxmilyonluq investisiyaların himayəsini təmin edə bilər” deyib cənab Stefes BBC Azərbaycancaya müsahibəsində.
Ekspertə görə, ən pisi odur ki, Azərbaycanda sistemli korrupsiya artıq maksimum mərkəzləşib.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Tehran küçələri... savaşdan sonra... - artıq hicab patrullarına...
Bu gün, 02:59 |
|
|
|
| • Tenderi keçirən də, udan da eyni adamdırsa... - HANSI MƏMUR CƏZALANIB?
Bu gün, 02:46 |
|
|
|
| • Rusiya benzin dilənməyə başlayıb - "Reuters"
Bu gün, 02:34 |
|
|
|
| • "Niyə əlavə 20 manat ödəməliyəm ki..." - ETİRAZ VAR!
Bu gün, 02:29 |
|
|
|
| • Nazilə Səfərli qollarını çırmalayıb... - maləsəf xınayaxdı üçün yox....
Bu gün, 02:19 |
|
|
|
| • Pirşağıda AÇIQ XƏSTƏLİK MƏNBƏYİ - Başçının xəbəri olsa da...
Bu gün, 02:15 |
|
|
|
| • Paşinyanın kadr dəyişikliyinin pərdəarxası: - hər şey Türkiyə ilə...
Dünən, 22:21 |
|
|
|
| • İqbal Ağazadənin "Telegram" hesabı oğurlanıb - Polis araşdırma aparır
Dünən, 22:14 |
|
|
|
| • Yanacaq qıtlığı: Rusiya bu ölkədən benzin alır
Dünən, 18:12 |
|
|
|
| • "Avroviziya"dan kuryerliyə - Fərid Məmmədovun sonrakı həyatı
Dünən, 17:46 |
|
|
|
| • Peşə Agentliyinin sabiq direktoru şirkət rəhbəri oldu - BUNDAN SONRA...
Dünən, 17:45 |
|
|
|
| • Ermənistanın Türkiyə ilə sərhəd planı: - Görün ilk kimlər keçəcək
Dünən, 17:43 |
|
|
|
| • “TikTok”da 92 manatlıq jeton başına bəla oldu - 3 il 6 ay həbs - 3 il 6 ay həbs
Dünən, 17:41 |
|
|
|
| • “Utanıram, xəcalət çəkirəm deyim ki, mən bu filmdə çəkilmişəm” - aktrisadan ETİRAF
Dünən, 17:38 |
|
|
|
| • Qəbiristanlıqda oğlunun dəfn olunması məsələsinə qarışan həmkəndlisini döydü – MƏHKƏMƏ
Dünən, 17:36 |
|
|
|
| • SEPAH-ın generalı avtoqəzda ölüb, yoxsa…?
Dünən, 17:34 |
|
|
|
| • İcra Hakimiyyətindən Hacıbala Abutalıbovla bağlı xəbərə reaksiya: - Bu şayiəni kim yayıb?
Dünən, 17:30 |
|
|
|
| • Bahadırsa, necə gedirlər: "Otellərdə boş yer olmur" - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:28 |
|
|
|
| • Putinin yeni “rəqibi” peyda oldu: saatlar əleyhinə işləyir – Dəhşətli ssenari
Dünən, 17:25 |
|
|
|
| • Erməni və türk iş adamları Vanda görüşdülər
Dünən, 17:23 |
|
|
|
| • “YouTube”da ən çox hansı TV kanalları izlənilir? - SİYAHI
Dünən, 17:22 |
|
|
|
| • “Q-STP” MMC-yə yeni Baş direktor təyin olunub - BUNDAN SONRA...
Dünən, 17:20 |
|
|
|
| • Keçmiş Bakı meri haqda ilginc iddialar... - SƏN DEMƏ...
Dünən, 17:17 |
|
|
|
| • Maskın sərvəti 174 ölkənin ÜDM-indən çoxdur - SİYAHI
Dünən, 17:14 |
|
|
|
| • “Aktiv Enerji”də milyonluq yeyinti - Həbs edilənlər var
Dünən, 17:09 |
|
|
|
| • Hüquqi separatizm: Muxtar status, yoxsa FETÖ-vari "paralel yapı"? - İLGİNC
Dünən, 17:02 |
|
|
|
| • İranla danışıqlar yaxşı gedir - Tramp
Dünən, 16:58 |
|
|
|
| • Simonyan Peskovla 12 il əvvəl yaşadığı hadisəni xatırladı: "Gecə Çin küçələrində... "
Dünən, 15:45 |
|
|
|
| • Azərbaycanda vəzifəli şəxs İSTEFA VERDİ
Dünən, 15:44 |
|
|
|
| • “Əri bıçaqla onun başının üstündə dayanmışdı” – Şahid DANIŞIR
Dünən, 15:41 |
|
|
|
| • Rusiya mediası Bakıya yolüstündə olan Lyayeni desant adlandırdı - “Nezavisimaya qazeta”
Dünən, 15:33 |
|
|
|
| • Səhiyyə Nazirliyi günvurma təhlükəsi ilə bağlı əhaliyə müraciət edib
Dünən, 15:31 |
|
|
|
| • Azərbaycan təhsilində “heyvagülü” siyasəti - MALƏSƏF...
Dünən, 15:09 |
|
|
|
| • Qəbiristanlıqda oğlunun dəfn olunması məsələsinə qarışan həmkəndlisini döydü – MƏHKƏMƏ
Dünən, 15:05 |
|
|
|
| • Şəhla müəllim hadisədən sonra ilk dəfə - Məhkəməyə gəldi
Dünən, 14:57 |
|
|
|
| • AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır - DİQQƏT
Dünən, 14:50 |
|
|
|
| • Ermənistan XİN Qaluzinin Rusiyanın TRIPP-də iştirakı ilə bağlı fikirlərinə münasibət bildirib - “Newsarmenia”
Dünən, 14:43 |
|
|
|
| • Azərbaycanda bu gündən qüvvəyə minən dəyişikliklər - Kimləri nə gözləyir?
Dünən, 14:23 |
|
|
|
| • “Yuska Şamxorski”nin həbsinin pərdəarxası – yeni detallar
Dünən, 14:17 |
|
|
|
| • Sabah 25 ilin qanlı sirri çözülə bilər – “Dəyirman Vahid”in işində məhkəməni kim gözlədir?
Dünən, 14:10 |
|
|
|
| • Ermənilərdən yeni HEYRƏTAMİZ uydurma – Bakıdan ŞİLLƏ kimi CAVAB
Dünən, 13:16 |
|
|
|
| • “Mərkəzi televiziyanın sədri atamla dost idi, amma mənə efir qadağası qoyulmuşdu”
Dünən, 13:12 |
|
|
|
| • Siqaret qaçaqmalçılığı üzrə daha bir məhkəmə başlayıb
Dünən, 13:09 |
|
|
|
| • Cənab nazir qərəzli şəkildə məni doğma teatrıma BƏRPA ETMİR! - Mehriban Xanlarova vəsiyyətini AÇIQLADI
Dünən, 13:02 |
|
|
|
| • Nizami Tibb Mərkəzində qalmaqal: İşçi döyüldüyünü iddia etdi - VİDEO
Dünən, 12:56 |
|
|
|
| • "İdrak" liseyində şagird müəllimi ona irad bildirdiyi üçün güllələyib - İTTİHAM
Dünən, 12:53 |
|
|
|
| • "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və digərlərinə CƏZA İSTƏNİLİB
Dünən, 12:47 |
|
|
|
| • AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başlayıb - DİQQƏT!
Dünən, 12:43 |
|
|
|
| • Qəbələdə icra hakimiyyəti yeniyetmələri istismar edir - Fotolar
Dünən, 12:38 |
|
|
|
| • BP BTC-nin operatorluğunu ötürür "SOCAR Midstream Operations" MMC-yə...
Dünən, 12:33 |
|
|
|
|