“YENİ BAKI” YAŞAYIŞ MASSİVİ SAKİNLƏRİ TƏHLÜKƏDƏ
Tarix: 6-06-2013, 09:32 | Çap et
 SÜRÜŞMƏ SƏBƏBİNDƏN MASSİVDƏKİ BİNALAR ÇÖKMƏ TƏHLÜKƏSİ YAŞAYIR
DİA.AZ: - Son vaxtlar Abşeron rayonu ərazisində, xüsusən də Masazır qəsəbəsində baş verən sürüşmə prosesi həddindən artıq ciddiləşib. Artıq iş o yerə çatıb ki, qəsəbə ərazisindəki sürüşmə yaşayış massivlərində, bina evlərində də ciddi təhlükələr yaradıb. Bu barədə redaksiyamıza Masazır sakinləri məlumat verib.
DİA.AZ-a daxil olan məlumata görə qəsəbə ərazisində baş verən sürüşmə get-gedə genişlənir. Masazır qəsəbəsində sürüşmənin qarşısınıln alınması ilə bağlı tədbirlər görülür və problemin həllinə çalışılır. Artıq bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi, rayon icra hakimiyyəti və digər aidiyyəti qurumlar davamlı addımlar atır. Amma, qəsəbənin bəzi ərazisinə cavabdeh olan şəxslər bu barədə heç bir tədbir görmür. Bunu isə Masazır qəsəbəsində yeni inşa edilən və istifadəyə verilən “Yeni Bakı” yaşayış massivinin sakinləri deyirlər.
Sakinlər bildirirlər ki, artıq kompleksin binaları təhlükəli vəziyyətə düşüb. Sürüşmə nəticəsində binalarda ciddi çatlar əmələ gəlsə də, yaşayış kompleksinə cavabdeh olan şirkət buna məhəl qoymur. Sakinlər deyirlər ki, binada çatlar son bir neçə ayda əmələ gəlib. Amma, “Yeni Bakı” Tikinti Şirkətinin rəhbərliyi binaya baxış keçirib bir tədbir görmür: “Dəfələrlə şirkətə müraciət etmişik ki, bununla bağlı tədbirlər görsün, problem aradan qaldırılsın. Binadakı çatlar get-gedə böyüyür, bunun qarşısı alınmasa bina hər an uça bilər. Binada qorxa-qorxa yaşayırıq. Düzdü, indi çatlar o qədər də təhlükəli olmasa da, amma həmin çatlar get-gedə böyüyür, genişlənir. Əgər bir ay öncə binada istinad divarlarına xırda çatlar düşmüşdüsə, bu gün binanın daxilində də bu çatlara rast gəlmək olur. Həyatımızı göz görə-görə təhlükəyə atırlar. Bu binada bir-iki aya yaşamaq tam mümkünsüz olacaq”.
Sakinlər qorxu içində
Sakinlər deyirlər ki, artıq binadakı mənzillərin divarlarında da iri çatlar yaranıb. Bu çatlar isə son bir neçə həftədə əmələ gəlib. Əvvəlki çatlamaların qarşısı alınmadığından artıq mənzillərdə də çatlar yaranmağa başlayıb: “Mənzillərimizdə təmirdən danışılası deyil. Təzə etdirdiyimiz təmir pis günə qalıb. Binada ən azından bu halların, çatların qarşısı alınmalıdır. Başqa çarə yoxdu. Sürüşmə olub, təbii fəlakətdi, ola bilər. Amma, bu biganəlik nədir, onu bilmirik. Şirkət əməkdaşları çatları dəfələrlə görüb, amma heç bir reaksiya verməyib ki, camaat ayağa qalxsın. Məcbur edirlər ki, hansısa aksiya keçirək ki, sonra məsələyə aydınlıq gətirsinlər. Başqa çıxış yolu yoxdur”. Sakinlərin dediyinə görə, hazırda bütün binalarda demək olar ki, çat var. Yaşayış massivinin ikinci korpusunda olan çat isə daha da genişlənməkdədir: “Ərazidə 20-dən artıq bina var. Hər binada 100-ə yaxın ailə yaşayır. Elə bina yoxdur ki, orada çatlar olmasın. Binalar hamısı çatlayıb, mənzillər bərbad vəziyyətə düşmək üzrədir. Burda 2 mindən artıq ailə, 6000-dən çox insan yaşayır. Bu qədər insan hamısı qorxu içində yaşayır. Ailələrin hamısının həyatı təhlükədədir”. Sakinlərin dediyinə görə, yaşayış massivində ən çox və ciddi çatlar ikinci korpusdakı binalardadır. Bu binalarda çatlar daha aydın görünür və daha təhlükəlidir. Binalarda hətta bir neçə yerdə iri çatlar yaranıb.
Tikinti şirkəti ailələrin şikayətinə reaksiya vermir
Ən acınacaqlı fakt isə, yaşayış massivindəki bu hadisənin “Yeni Bakı” Tikinti Şirkəti tərəfindən inkar edilməsidir. Sakinlər deyirlər ki, şirkər rəhbərliyinə bu barədə müraciət edəndə qəribə cavab alıblar. Şirkətdən bildiriblər ki, bina sakinləri əsassız iddialar edirlər və yaşayış massivində heç bir çat yoxdur: “Müraciət edirik ki, binalara baxış keçirilsin və şikayətlərimiz araşdırılsın. Amma, şirkətdən bizə heç bir reaksiya verilmir. Nə şikayət araşdırılır, nə də binaya baxış keçirilir. Bu şirkət yalnız baha qiymətlərlə kommunal xərclərini yığmaqla məşğuldur . Başqa heç bir iş görmək istəmir. Başqa ərazidəki mənzillərdə kommunal xidmətlərdən 4-5 dəfə artıq pul yığılır. Amma bu pulla heç bir iş görülmür”.
Sakinlər məcburiyyət qarşısında qalıb məsələ ilə bağlı prezident İlham Əliyevə, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumlara müraciət hazırlayıb. “Yeni Bakı” sakinləri həyatlarının təhlükədən qurtulması üçün imdad diləyir.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycana qarşı döyüşən muzdlu komandir ÖLDÜ
Bu gün, 17:01 |
|
|
|
| • Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar
Bu gün, 16:59 |
|
|
|
| • “Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 16:57 |
|
|
|
| • Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
Bu gün, 16:53 |
|
|
|
| • Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü - "MOUZE"
Bu gün, 16:41 |
|
|
|
| • Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... - ŞƏRH
Bu gün, 16:39 |
|
|
|
| • Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq - İLGİNC
Bu gün, 16:33 |
|
|
|
| • Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb - TƏFƏRRÜAT
Bu gün, 16:22 |
|
|
|
| • Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi - BUNDAN SONRA...
Bu gün, 16:19 |
|
|
|
| • Tanınmış aktrisa KÖVRƏLDİ: - “Ölmüşdüm, sən məni diriltdin”
Bu gün, 16:12 |
|
|
|
| • Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb
Bu gün, 16:09 |
|
|
|
| • «Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb – HESABAT
Bu gün, 16:00 |
|
|
|
| • Bu müharibənin başlanması realdır – Sabiq nazirdən ŞOK açıqlamalar
Bu gün, 15:58 |
|
|
|
| • Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib
Bu gün, 15:56 |
|
|
|
| • Azərbaycanda banklar birləşəcək
Bu gün, 15:41 |
|
|
|
| • Xamenei işimizə mane olur - Əraqçi
Bu gün, 15:40 |
|
|
|
| • BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! - AXI NİYƏ?..
Bu gün, 15:35 |
|
|
|
| • "Ölümü aldadıb bu yaşa gəlmişəm" - Xalq artisti
Bu gün, 15:32 |
|
|
|
| • Müəllimlərin geyimi neçəyə SATILACAQ? - AÇIQLAMA
Bu gün, 15:30 |
|
|
|
| • AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü - SİYAHI
Bu gün, 15:24 |
|
|
|
| • “Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək - YIĞINCAQ
Bu gün, 15:22 |
|
|
|
| • Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir - İNCƏLƏMƏ
Bu gün, 15:19 |
|
|
|
| • Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 15:16 |
|
|
|
| • YAP-da “kadr zəlzələsi” olacaq - Deputatdan səs-küylü açıqlama
Bu gün, 15:14 |
|
|
|
| • Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib - DİQQƏT!
Bu gün, 15:13 |
|
|
|
| • Rus ordusu Xarkovda iki kəndi işğal etdi - KİV
Bu gün, 15:09 |
|
|
|
| • Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:59 |
|
|
|
| • İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Bu gün, 14:57 |
|
|
|
| • "Bətnimdəki Səs" - Əfsanə Zaman...
Bu gün, 14:52 |
|
|
|
| • “Space TV” İFLAS HƏDDİNDƏ! - TƏFƏRRÜAT
Bu gün, 14:44 |
|
|
|
| • Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
Bu gün, 14:37 |
|
|
|
| • Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib
Bu gün, 14:36 |
|
|
|
| • İran “Amazon”un məlumat mərkəzini vurub
Bu gün, 14:35 |
|
|
|
| • Düz-əməlli marşrut da yoxdur ki... - NARAZILIQ VAR...
Bu gün, 14:30 |
|
|
|
| • Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” – BİRİ Putin...
Bu gün, 14:25 |
|
|
|
| • İcra başçısı rəisi işdən çıxardı - FOTO - FOTO
Bu gün, 14:23 |
|
|
|
| • İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər
Bu gün, 14:20 |
|
|
|
| • CHP Özgür Özəlin sirlərini yaymağa başladı
Bu gün, 10:35 |
|
|
|
| • SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
Bu gün, 09:39 |
|
|
|
| • Azərbaycan nefti 8%-dən çox bahalaşıb
Bu gün, 09:38 |
|
|
|
| • Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?
Bu gün, 08:20 |
|
|
|
| • "Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... - Cənab Məmmədov NƏ İSTƏYİR?
Bu gün, 08:17 |
|
|
|
| • Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi - TƏFƏRRÜAT
Bu gün, 08:07 |
|
|
|
| • Ukrayna hərbçiləri açıqladı: - Ruslar üçün ən vacib nöqtə...
Bu gün, 08:05 |
|
|
|
| • Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi – onları nə gözləyir?
Bu gün, 08:04 |
|
|
|
| • Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... - Xocalıda işlətdiyi işçilərin pulunu vermir
Bu gün, 08:01 |
|
|
|
| • "Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı - FOTO
Bu gün, 07:49 |
|
|
|
| • Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur - NƏ ETMƏLİ?
Bu gün, 07:45 |
|
|
|
| • Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək - ARAŞDIRMA
Bu gün, 07:42 |
|
|
|
| • Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - FAKT BUDUR!
Bu gün, 07:39 |
|
|
|
|