BAŞ PROKURORLUQ İKİ KORRUPSİYA FAKTINI AÇIQLADI
Tarix: 13-12-2011, 13:15 | Çap et
İCRA NÜMAYƏNDƏSİ İLƏ DOSENTİN QOLLARI QANDALLANIB
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Masallı rayon İcra Hakimiyyəti başçısının Masallı şəhəri üzrə ərazi nümayəndəsi və Təfəkkür Universitetinin dosenti ilə bağlı korrupsiya faktlarına dair rəsmi məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətinС?n yaydığı məlumata görə, Masallı rayon sakini Alışov Rasim Mirzağa oğlunun müraciəti üzrə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılan araşdırmalarla müəyyən edilib ki, Masallı rayon İcra Hakimiyyəti başçısının Masallı şəhəri üzrə ərazi nümayəndəsi vəzifəsində işləyən Sadıqzadə Laçın Cəfər oğlu özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq məhkəmə qərarı və ya buna əsas verən sair rəsmi sənəd olmadan, 2011-ci ilin iyun ayında rayon sakini, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Alışovun əsaslı etirazlarına baxmayaraq, sonuncuya məxsus Masallı şəhəri, 20 Yanvar küçəsində yerləşən mağazanın sökülməsinə qanunsuz göstəriş verib.
Bundan sonra Sadıqzadə mağazanın öz hesabına yenidən tikintisinə icazə verilməsi üçün rayon İcra Hakimiyyətindən sərəncam alınması müqabilində Alışovdan 5 min manat rüşvət istəyib.
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində 9 dekabr 2011-ci il tarixdə Sadıqzadə Masallı rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında Alışovdan həmin məbləğin 2 min manatını rüşvət kimi alarkən cinayət başında yaxalanıb.
Fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb, Laçın Sadıqzadəyə həmin maddələrlə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, Bakı şəhər sakini Baş Prokurorluğa müraciət edərək Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin dosenti və Həmkarlar komitəsinin sədri vəzifəsində işləyən Rüstəmov Rüzbeh Nadir oğlunun həmin universitetin Nəqliyyat fakültəsinin dördüncü kursuna qəbul etdirmək üçün ondan 15 min manat pulu rüşvət olaraq istəməsini göstərib.
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Rüstəmov 9 dekabr 2011-ci il tarixdə universitetin Bakı şəhəri, Təbriz küçəsi, 19 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında həmin pul vəsaitini rüşvət alarkən cinayət başında yaxalanıb.
Fakta görə başlanmış cinayət işi üzrə Rüstəmov Cinayət Məcəlləsinin rüşvət almaya görə məsuliyyət nəzərdə tutan 311.3.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda həmin iş üzrə tam və hərtərəfli istintaq aparılmaqla Təfəkkür Universitetinə qanunsuz tələbə köçürmələri ilə əlaqədar Təhsil Nazirliyindən cəlb edilmiş mütəxəssislərlə birgə müvafiq araşdırmalar davam etdirilir.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qalmaqallı qohumları yenidən həbs edildi - İSA ƏZİZOV BU DƏFƏ "SEE BREEZE"DƏ DAVA SALIB
Bu gün, 09:51 |
|
|
|
• Naxçıvan MR Xəstəxanasının tibbi təchizatının yenilənməsinə 1,87 milyon ayrılıb
Bu gün, 09:43 |
|
|
|
• İsveçrə şirkətinin Azərbaycandakı filialı bağlanır
Bu gün, 09:36 |
|
|
|
• "Starlink"in işində dünya üzrə fasilələr qeydə alınıb - "DowDetector"
Bu gün, 09:29 |
|
|
|
• `Siyəzənneft`in ərazisində KEÇİLMƏZ YOLLAR... - MÜRACİƏT...
Bu gün, 09:28 |
|
|
|
• Rusiyaya pomidor ixracı 3,4 dəfə artıb, amma qiymət ucuzlaşıb
Bu gün, 09:19 |
|
|
|
• Bank deyil... əməlli-başlı möcüzədir... - GİLEY
Bu gün, 07:01 |
|
|
|
• Azərbaycanda pensiya sistemi dəyişir: vətəndaşları nə gözləyir? - GƏLİŞMƏ
Bu gün, 06:52 |
|
|
|
• Dövlət büdcəmizə gömrük sistemində vurulan badalaq... - BU FAKTDIR!
Bu gün, 06:33 |
|
|
|
• Fermerlər məhsullarını Bakıya gətirə bilmir - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 06:24 |
|
|
|
• “Avanesyan olayı”, Azərbaycan polisinin fədakarlığı və Kitabi-Dədə Qorqud həqiqətləri... - İNCƏLƏMƏ
Bu gün, 06:21 |
|
|
|
• "Bizdə könüllü şəkildə getmək istəyəni aparırlar" - partiya sədri
Bu gün, 06:19 |
|
|
|
• Çətin payız: Rusiyanın raket terroru davam edəcək - AKTUAL
Bu gün, 06:14 |
|
|
|
• Təhsil Nazirliyinin “16 faizdən 40 faizə yüksəlmə” fəxarəti - Sosial şəbəkələrdə tanınmış jurnalistlər "üsyan" qaldırdı
Bu gün, 06:10 |
|
|
|
• 2022-ci ildə Cermuk döyüşləri zamanı Azərbaycan Ordusu… – Martirosyandan ŞOK
Bu gün, 06:07 |
|
|
|
• Azərbaycanda Bilik Günüdür
Bu gün, 00:46 |
|
|
|
• Bakının işğaldan azad edilməsindən 107 il ötür - UNUTMARIQ...
Bu gün, 00:43 |
|
|
|
• Yenə yağış, yenə Sabunçu... - VİDEO
Dünən, 23:28 |
|
|
|
• Bu gün Xankəndinin erməni əsilli sakininin silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxıb - VİDEO
Dünən, 23:23 |
|
|
|
• Yaxın Şərqdə YENİ SAVAŞ ANONSU - NƏ BAŞ VERİR?
Dünən, 18:09 |
|
|
|
• Qazaxda abadlıq işləri aparılır
Dünən, 18:03 |
|
|
|
• Ermənistan müdafiə naziri Çinə səfər edib
Dünən, 18:00 |
|
|
|
• Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK? - AKTUAL
Dünən, 17:48 |
|
|
|
• Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? - SİYAHI
Dünən, 17:46 |
|
|
|
• Yumurtanın da qiyməti BAHALAŞDI - AÇIQLAMA
Dünən, 17:42 |
|
|
|
• Xankəndində erməni əsilli sakin terrora cəhd edib, polisə qumbara atdı - TƏFƏRRÜAT
Dünən, 17:35 |
|
|
|
• Masallıda mayası haramla yoğrulan TİKİNTİ PLANI - ARAŞDIRMA
Dünən, 14:03 |
|
|
|
• “Çin köməyi kəssəydi, müharibə sabah bitərdi” – Trampın nümayəndəsi sensasion açıqlama verdi
Dünən, 13:56 |
|
|
|
• Keçmiş baş həkimlə müğənni arasında qalmaqal - həbsdə olan müğənninin cəza müddəti artırıldı
Dünən, 13:54 |
|
|
|
• İrəvan bu görüntülərlə çalxalanır: Paşinyandan Bakı ilə bağlı həmlə - FOTO
Dünən, 13:48 |
|
|
|
• Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq - Ermənistan XİN
Dünən, 11:27 |
|
|
|
• Problemli kreditlərin həcmini necə azaltmaq olar? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:15 |
|
|
|
• "Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı - FOTO
Dünən, 11:02 |
|
|
|
• Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? - İNCƏLƏMƏ
Dünən, 10:56 |
|
|
|
• İrəvandan daha bir sülh açıqlaması - “İmzalanma tarixi…”
Dünən, 10:55 |
|
|
|
• DİQQƏT: Burda satışda zay ərzaq var... - BU NƏDİ BELƏ?
Dünən, 10:47 |
|
|
|
• "Qarşıdan parlament seçkiləri gəlir..." - partiya sədri
Dünən, 10:43 |
|
|
|
• Dolanışıq ucbatından balıq ovlayan kənd sakinləri cəzalandırıldı - "Ailədə başqa gəlir gətirən yoxdur"
Dünən, 10:36 |
|
|
|
• Nazir təzə mövzu açıb... - AKTUAL
Dünən, 10:30 |
|
|
|
• Saxta həkimliyi bir yana: HƏLƏ ONA-BUNA SERTİFİKAT DA VERİR - DƏLİXANADIR, VALLAH...
Dünən, 10:27 |
|
|
|
• Rusiya azərbaycanlının evini bombaladı: İTKİMİZ VAR - FOTO
Dünən, 10:11 |
|
|
|
• 20 manatdan başlayacaq, yoxsa 50 manatdan başlayacaq? - Bu, hələ konkret qərar deyil...
Dünən, 10:05 |
|
|
|
• Ceyhun Əsgərovun xoşagəlməz görüntülərinin yayılmasına ETİRAZ
Dünən, 10:01 |
|
|
|
• Ermənistan Azərbaycanla bərabər Azərbaycanın dostları ilə də barışır... - GƏLİŞMƏ
Dünən, 09:59 |
|
|
|
• Sülh prosesini pozmaq cəhdləri... - “Moskva ona görə əsəbidir ki...”
Dünən, 09:57 |
|
|
|
• Ermənistan Zəngəzur dəhlizi açılmadan belə 55 milyon xeyir götürür - KİV
Dünən, 09:53 |
|
|
|
• "Kişi ailəni saxlaya bilmir, qadın da həyat yoldaşı ilə yaşamaq istəmir"
Dünən, 09:50 |
|
|
|
• Rusiya Türkiyədən "S-400"ləri geri alır - SENSASİON İDDİA
Dünən, 09:48 |
|
|
|
• GDU-dan tədris dövründə təmirə hazırlaşır... - Universitet bütün yayı niyə “yatıb?”
13-09-2025, 23:45 |
|
|
|
• Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? - AKTUAL
13-09-2025, 23:44 |
|
|
|
|