İNTERNET SENZURA: UDUZULMUŞ DÖYÜŞ
Tarix: 17-05-2013, 10:23 | Çap et
HAKİMİYYƏT NƏ İSTƏYİR?Azərbaycan parlamentinin Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə İnternetdə böhtan və təhqirə görə cinayət məsuliyyəti nəzərdə tutan irticaçı düzəlişlər etməsini qorxu və təşvişin təzahürü hesab etmək olar. CM-in məşhur 147 və 148-ci maddələrinə edilən düzəlişlər uzun illər beynəlxalq institutlarla Azərbaycan hökuməti arasında müzakirə predmeti olub. Yeni düzəlişlərə əsasən, İnternet istifadəçilərinin elektron yaradıcılığı məhkəmə tərəfindən böhtan və şərəf və ləyaqətin alçaldılması kimi qəbul edilsə, onları 6 aydan 3 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Avropa institutları ilə qarşıdurma şəraitində belə tələsik şəkildə düzəlişlərin qəbulu onların tətbiqi praktikası cəhətdən bir qədər qəribə görünür. Qərbin diffamasiya haqqında qanunun qəbulu barədə çağırışlarının əsassız olduğunu göstərmək üçün son beş ildə hakimiyyət jurnalistləri şərəf və ləyaqətin alçaldılmasına görə həbs etməyib. Jurnalistlər xuliqanlıq, narkotiklərdən istifadə, vergidən yayınma, hətta terrorizmdə ittiham edilərək tutulur. Onlarla müxbir və redaktor bu ittihamlarla həbs edilib. Mövcud ənənədən görmək olar ki, şərəf və ləyaqətin alçaldılmasına görə həbslər baş verməyəcək. Amma bir sıra jurnalistlərə və KİV-ə tətbiq edilən yüksək cərimələr İnternet fəallarına qarşı da yönəldilə bilər.
Düzəlişlərin ATƏT, Avropa Şurası, ABŞ Dövlət Departamenti tərəfindən belə addımın yolverilməz olması barədə xəbərdarlığına rəğmən qəbul edilməsi göstərir ki, İlham Əliyevin rejimi bilərəkdən bir sıra səbəblərdən vətəndaş cəmiyyəti və beynəlxalq camiə ilə qarşıdurmaya gedir:
1.Azərbaycanda seçkiöncəsi situasiyanın demikratikləşməsi haqda tövsiyələrin icrasını istəməmək.
2.Qorxu yaratmaq və İnternetdə özünüsenzuranı gücləndirmək.
3.Ölkədəki hadisələrə internetin təsirini zəiflətmək.
4.Etirazçı elektoratın İnternetdəki fəallığını məhdudlaşdırmaq.
5.Rejimi və ayrı-ayrı yüksək rütbəli məmurları ifşa edən informasiyaların internetdə yayılmasının qarşısını almaq.
6.Hakimiyyətin nüfuzunu və dayaqlarını sarsıdan tənqidi neytrallaşdırmaq.
Azərbaycanda İnternetin KİV üzərində total dövlət nəzarəti şəraitində söz azadlığı institutu rolunu oynadığı şəraitdə bu siyahını uzatmaq da olardı. Prezident Administrasiyasının 90-cı illərin sonunda başlayan KİV-i ram etmək siyasəti son 5 ildə sürətlə həyata keçirilib, söz azadlığının fiziki və məhkəmə təzyiqi ilə boğulması kimi alətlərə neft dollarları ilə mətbuatın kütləvi şəkildə pulla alınması da əlavə olunub.
Eyni zamanda, düzəlişlərin qəbuluna geniş şəkildə, prezident seçkiləri öncəsi vətəndaş aktivistlərin və rejimin müxaliflərinin şantaj, həbs, icazəsiz aksiyalarda iştiraka görə yüksək cərimə yolu ilə təqibi, yığıncaq azadlığının məhdudlaşdırılması siyasətinin tərkib hissəsi kimi baxmaq olar. Məhz seçkilər, daha dəqiq desək, hakimiyyətin onu ədalətli və şəffaf keçirmək istəməməsi belə aqressiv reaksiyanın səbəbidir. Bir sıra rayonlarda son etiraz aksiyaları, gənclər hərəkatı, yüksək korrupsiyanın ifşa edilməsi İnternetdə azad informasiyanın yayılması sayəsində mümkün olub və o, özünün səmərəli səfərbər etmə funksiyasını nümayiş etdirib.
Amma praktika göstərir ki, söz azadlığının məhdudlaşdırılması tədbirləri az səmərəlidir. Televiziya, mətbuat, onlayn medianın çoxunda senzuranın (idarəetmə) tətbiqi gözlənilən nəticəni vermədi. Nəticədə hakimiyyət pulla alınan medianın təsirinin nəzərdə tutulduğu auditoriyanı itirdi. Bu siyasətin iflasını Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və ictimai-siyasi şöbənin müdiri Əli Həsənov da etiraf etdi.
Burda qəribə heç nə yoxdur. Azad informasiyaya təbii ehtiyac oxucu, dinləyici və tamaşaçıları peyk və kabel yayımına, sonra isə heç bir sərhədi olmayan İnternetə təhrik etdi. Diffamasiyaya görə cinayət məsuliyyətinin tətbiqi rejimin söz azadlığı kimi baş ağrısı problemini həll etməyəcək. Bu növbəti döyüş də uduzulub
Turan Analitik Xidməti

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? – Ermənilərdən yeni təşəbbüs
Dünən, 18:59 |
|
|
|
| • "Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb
Dünən, 18:27 |
|
|
|
| • "Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" - Məzahir Məmmədli
Dünən, 18:17 |
|
|
|
| • Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır - Gizli sxem İFŞA OLDU
Dünən, 18:10 |
|
|
|
| • “Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... ali təhsili olmayan Ağaxan Abdullayevlə Əlibaba Məmmədovu dərs deməyə dəvət etmişdik”
Dünən, 18:06 |
|
|
|
| • Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək – 4.7 milyon xərclənəcək
Dünən, 18:03 |
|
|
|
| • Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb – Niyə imtina edildi?
Dünən, 17:48 |
|
|
|
| • "T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb
Dünən, 17:43 |
|
|
|
| • Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? - AÇIQLAMA
Dünən, 17:30 |
|
|
|
| • Azərbaycanda bu elektron pul təşkilatı üçün son nöqtə qoyuldu
Dünən, 17:24 |
|
|
|
| • ""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır"
Dünən, 17:21 |
|
|
|
| • "Bu kartlar qumarda istifadə üçün idi" - Onlayn qumar oyunları təşkil edən dəstənin işi
Dünən, 17:15 |
|
|
|
| • “Vardanyanın işi” Avropa Məhkəməsində - Bakıdan REAKSİYA
Dünən, 17:09 |
|
|
|
| • Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:07 |
|
|
|
| • 7 körpənin ölümündə təqsirləndirilən şəxslər yenidən hakim qarşısına çıxarılacaq
Dünən, 17:00 |
|
|
|
| • İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu - SİYAHI
Dünən, 16:59 |
|
|
|
| • Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq - Tramp HƏDƏLƏDİ
Dünən, 16:54 |
|
|
|
| • Bankomatlarda 1 və 5 manatlıq əskinaslar NİYƏ TAPILMIR?
Dünən, 16:25 |
|
|
|
| • ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq - Əraqçi
Dünən, 16:20 |
|
|
|
| • İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? - İLGİNC GƏLİŞMƏ
Dünən, 16:08 |
|
|
|
| • Azərbaycanda da dəhşətli istilər olacaq? - "İsti ölkələr sırasındayıq"
Dünən, 16:01 |
|
|
|
| • O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” - Keçmiş başçı deyir ki...
Dünən, 15:55 |
|
|
|
| • “Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... - İLGİNC
Dünən, 15:41 |
|
|
|
| • Əli Mirəliyev kimləri hədəf aldı? – "Halvası çalınır" yavaş-yavaş
Dünən, 15:32 |
|
|
|
| • Ermənistanda "dedovşina": - əsgər intihar etdi, iki hərbçi həbs olundu
Dünən, 15:30 |
|
|
|
| • Bakıda bu universitet BAĞLANIR? - AÇIQLAMA
Dünən, 15:29 |
|
|
|
| • Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb - Koretski
Dünən, 15:26 |
|
|
|
| • Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
Dünən, 15:15 |
|
|
|
| • S-400-lər Rusiyaya qaytarılır? – Türkiyə seçimini etdi
Dünən, 15:12 |
|
|
|
| • Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır - Peskov
Dünən, 15:09 |
|
|
|
| • "Həyatımdan narazıyam" - Əməkdar artist
Dünən, 15:04 |
|
|
|
| • Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR
Dünən, 15:02 |
|
|
|
| • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? - İTTİHAM VAR...
Dünən, 14:51 |
|
|
|
| • Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz – 14 illik CƏZA
Dünən, 14:48 |
|
|
|
| • Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı - GƏLİŞMƏ
Dünən, 14:46 |
|
|
|
| • “Bakıdakı gizli görüşün məqsədi…” – Deputat müdhiş SİRLƏRİ açdı
Dünən, 14:45 |
|
|
|
| • İlhamə Novruzova işdən çıxarıldı - BUNDAN SONRA...
Dünən, 14:42 |
|
|
|
| • Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... - TƏFƏRRÜAT
Dünən, 14:41 |
|
|
|
| • ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir
Dünən, 14:36 |
|
|
|
| • Azərbaycan bu ölkənin iş modelinə keçir - atalıq məzuniyyəti olacaq
Dünən, 13:12 |
|
|
|
| • "Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" - ÇAĞIRIŞ
Dünən, 13:05 |
|
|
|
| • Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu
Dünən, 13:02 |
|
|
|
| • Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi
Dünən, 12:49 |
|
|
|
| • İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... - İNCƏLƏMƏ
Dünən, 12:47 |
|
|
|
| • Günel Natiq Rüfətdən yazdı: - İntihar edəcəyini deyirdi...
Dünən, 12:44 |
|
|
|
| • Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... - artıq Azərbaycanın vizit kartına çevrilib!
Dünən, 12:38 |
|
|
|
| • GL Group ABŞ üzrə biznesinə yeni rəhbər TƏYİN ETDİ
Dünən, 12:28 |
|
|
|
| • Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib - KİV
Dünən, 12:26 |
|
|
|
| • İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? - GƏLİŞMƏ
Dünən, 12:24 |
|
|
|
| • Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR - NƏ BAŞ VERİR?
Dünən, 12:18 |
|
|
|
|