DAHA BİR ƏSGƏRİMİZİ İTİRDİK
Tarix: 16-05-2013, 09:56 |
Çap et
YENƏ DƏ EHTİYYATSIZLIQ SƏBƏBİNDƏNAzərbaycan Ordusu daha bir əsgərini itirib.
APA-nın məlumatına görə, hadisə Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Həmin hərbi hissədə xidmət edən əsgər, 1994-cü il təvəllüdlü Əlizadə Ramil Ətraf oğlu əlindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, R. Əlizadə 2012-ci ilin aprelində Lənkəran rayonundan həqiqi hərbi xidmətə çağırılıb.