Əsas Səhifə > Hadisə > DAHA BİR ƏSGƏRİMİZİ İTİRDİK
DAHA BİR ƏSGƏRİMİZİ İTİRDİK16-05-2013, 09:56 |
YENƏ DƏ EHTİYYATSIZLIQ SƏBƏBİNDƏN Azərbaycan Ordusu daha bir əsgərini itirib. APA-nın məlumatına görə, hadisə Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Həmin hərbi hissədə xidmət edən əsgər, 1994-cü il təvəllüdlü Əlizadə Ramil Ətraf oğlu əlindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, R. Əlizadə 2012-ci ilin aprelində Lənkəran rayonundan həqiqi hərbi xidmətə çağırılıb. Geri qayıt |