ƏSGƏR KOMANDİRİNİ GÜLLƏLƏDİ
Tarix: 23-09-2011, 16:54 |
Çap et
BAŞ LEYTENANT HOSPİTALA YERLƏŞDİRİLİB
Azərbaycan Ordusunun əsgəri tağım komandirini güllələyib.
Hadisə Müdafiə Nazirliyinin Naxçıvanda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.
Bu ilin yanvar ayında Şamaxı rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan əsgər Hüseynov Sarvan Vidadi oğlu xidməti silahdan açdığı atəşlə tağım komandiri, baş leytenant Balabəy Veysəlovu vurub. Nəticədə B. Veysəlov ağır güllə yarası alaraq hospitala yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.