General Kənan Aşurlunun rəhbərlik etdiyi qurumda pozuntular .....                     “Kreml bunu “qırmızı xəttə yaxınlaşma” kimi qəbul edir” .....                     Azərbaycanda meyvə bazarında "QİYMƏT TERRORU" .....                     Terrorçuluğa qarşı qanunları pozan şirkət onminlərlə manat cərimələndi .....                     Ayda 925 manata kim ev ala bilər? .....                     İLGİNC RƏQƏM: Mart ayında İrana 5 minə yaxın azərbaycanlı gedib .....                     Gəncədə yeni təyinat: icra hakimiyyətində dəyişiklik .....                     Azərbaycan səhiyyəsi ÇALXALANIR .....                     Sarkisyanın qardaşı qızının elektrik stransiyası var imiş .....                     Azərbaycan və Latviya arasında əməkdaşlıq genişlənir .....                     Azərbaycan-Latviya münasibətləri davamlı olaraq genişlənəcək və inkişaf edəcəkdir .....                     Mədəniyyət Nazirliyi bahalı təlim xidmətləri satın alıb .....                     Muğanlı–İsmayıllı–Qəbələ yolu bir həftə bağlı olacaq .....                     İmişlidə Qarabağ Qazisini işdən çıxaran vəzifəli şəxs barəsində ŞOK İDDİA .....                     İrəvan Avropa İttifaqının yeni missiyası ilə bağlı açıqlama verdi .....                     Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv edilib .....                     XİN-in idarə rəisi Bakıda kuryerin motosikletini vurdu, hədə-qorxu gəldi .....                     Mühüm gəlişmə: Saleh Məmmədov həbs edilir? .....                     Danışıqlara da, müharibəyə də hazırıq .....                     Evlərə "kupça" veriləcək: Əfv gəlir .....                     İrəvan AB-yə qoşulsa, ÜDM-nin 23%-ni itirəcək .....                     “Xalq Bank”ın idarə rəislərindən biri vəzifəsindən ayrılıb .....                     Azərbaycan insanı çox yemir, bahalı yeyir .....                     Abid Şərifovun nəvəsi Londondakı şirkətinin adını dəyişib .....                     Növbəti ABŞ-İran savaşı region üçün fəlakətə çevrilə bilər... .....                     TƏBİB-in yeni rəhbəri daha iki nəfəri .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni saytı təqdim olundu .....                     Dostunu boğazından bıçaqlayana .....                     Bakı Dövlət Sirkinin yerinə bina tikilir? .....                     Daha bir direktor işdən çıxarıldı .....                     Avropa İttifaqı Ermənistana girir .....                     Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş .....                     “Simonyan Türkiyəni şantaj edir” .....                     "Çəkilmə araq qoxusu var" .....                     Melonidən Solovyov barədə: .....                     Könül Ələkbərov vəzifəsindən azad edildi .....                     SEPAH sağa-sola hədə yağdırır .....                     Uşağın cinayətində əsas günahkar valideyndir .....                     YAP-ın MSK-ya göndərdiyi yeni şəxslər kimlərdir? .....                     Türkiyə Ermənistanla sərhədi Hörmüzə görə açır? .....                 

KORRUPSİYA BURULĞANINDA BOĞULAN DYP...
Tarix: 10-05-2013, 13:56 | Çap et
KORRUPSİYA BURULĞANINDA BOĞULAN DYP...

Son vaxtlar ölkədə korrupsiyaya qarşı mübarizə tədbirləri gücləndirilməsinə baxmayaraq bəzi məmurlar rəhbərlik etdiyi qurumlarda hələ də bununla bağlı ciddi tədbirlər görmür. Ölkədə korrupsiyanın ən çox tüğyan etdiyi sahələrdən biri olan yol polisidir. Bu fakt danılmazdır və ölkə vətəndaşlarının hamısı bu faktı təsdiqləyir. Sürücülərin qanunsuz cərimələnməsi, avtomobillərin əsassız olaraq təqibi, sürücülərin şərlənərək cərimələnməsi, yazılan cərimələrin həddindən artıq alınması və sair. Bu faktlar artıq neçə illərdir ki, mövcuddur və yol polisində korrupsiya halları gün-gündən artır.
2006-cı ildə bu fakt hətta dövlət səviyyəsində müzakirəyə çıxarıldı və korrupsiyanını qarşısını almaq üçün tədbirlərə başlandı. Həmin vaxt ölkə prezidenti İlham Əliyevin müdaxiləsi bu sahədə rüşvətxorluğu qismən azaltsa da, sonradan yeni eyni proses baş verdi. Əvvəllər yol polisləri əmək haqlarının həddindən artıq az olmasından şikayətləndiryi halda dövlət başçısı onların bu bəhanəsini kəsdi. Dövlət yol polislərinin əmək haqqı birdən-birə 10 dəfədən çox artırıldı və bu addım ictimaiyyət tərəfindən də alqışla qarşılandı. Hətta ölkənin ən kasıb təbəqəsi yol polislərinin əmək haqlarının bu qədər artırılmasına sevindi. Ona görə yox ki, yol polislərinin əmək haqlarının artırılması kasıb təbəqənin gəlirini artırdı. Ona görə ki, yol polislərinin əmək haqqının artırılması kasıb və imkansız sürücülərin əsassız təqib və cərimələnməsi nin qarşısını almalı idi. Bunu ictimaiyyət belə düşündü. Amma nəticə o qədər də yüksək olmadı. Yol polislərinin əmək haqları birdən birə 10 dəfədən çox artırıldıqdan sonra daxili işlər naziri Ramil Usubov yol polislərinə ciddi göstəriş verdi və rüşvət hallarına son qoyulmasını tapşırdı. Düzdü, bu tapşırığa əvvəlcə qismən riayət olundu. Yəni, sürücülərin əsassız saxlanılması, avtomobillərin təqibi və digər hallar bir müddət səngidi. Amma çox yox bir ay. Bir aydan sonra yuxarılarda yol polisinə müsbət imic qazandıran Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov bir aydan sonra tabeçiliyində olan əməkdaşlarının öhdəsindən layiqincə gələ bilmədi. Tapşırıq veriləndən sonra bir müddət telekanallarda özünü və əməkdaşlarını reklam edən və guya rüşvətə son qoyulduğunu iddia edən cənab general sonradan yenə də bu sahədə korrupsiya hallarını davam etdirməyə başladı. Yenə də həmin proses davam etməyə başladı. Necə deyərlər, nə rüşvətə son qoyuldu, nə də yol polisi əməkdaşlarının özbaşınalıqlarına. Yenə yollarda avtomobillərin təqib edilməsi, sürücülərin qanunsuz cərimələnməsi, onlardan külli miqdarda rüşvət alınması və sair. Narazılıq edən sürücülər isə daha ağır cərimələrlə susduruldu. Avtomobillər sürücülərin əlindən alınaraq cərimə meydançalarına göndərildi, sürücülərdən külli miqdarda rüşvət alınandan və izahat yazdırılandan sonra yalvar-yaxarla buraxıldı ki, ikinci dəfə həmin sürücü korrupsiyaya etiraz etməsin. Necə deyərlər, yol polisinin maaşları 10 dəfə artırıldısa, rüşvət də bir o qədər bahalaşdı. Həmin vaxta qədər alınan rüşvətlər bundan sonra bir neçə dəfə çox alınmağa başlandı.
Yol polisini rüşvətə meylləndirən qanun
Yol Polisində rüşvətxorluğu yaradan səbəblərdən biri də “Yol hərəkəti haqqında” qanundakı bəzi boşluqlardı. Belə ki, bu qanunun cərimələrin tətbiq edilməsi bəndindəki müddəalar açıq-aşkar yol polisinə rüşvət verməyə məcbur edir. Məsələn, həmin müddəlarda hər hansısa bir qayda pozuntusuna görə cərimələr rəsmi göstərilib. Cərimələr isə konkret rəqəmlə deyil, tapmaca ilədir. Yəni, sürücülərin süründürməçiliyə salınması üçün yol polis əməkdaşına əməlli-başlı şans verən maddələr. Müddəalarda göstərilib ki, sürücü yol hərəkəti qaydasını pozursa, onun cəriməsi 15 manatdan 25 manatadəkdir. Belə çıxır ki, yol polisi istənilən qayda pozuntusu edən sürücünü saxlayıb onu istədiyi məbləğdə cərimələyə bilər.
“Görüm-baxım”a yazılan yüngül cərimə
Məsələn, yol polisi hansısa bir sürücünü saxlayır və ona bildirir ki, qayda pozuntusu törədib. Sürücü qayda pozuntusuna yol verdiyi üçün sənədlərini təqdim edib cəriməsinin yazılmasını gözləyir. Yol polisi isə sürücüdən cavab gözləyir və deyir: “Yüngül yazım, ağır?” Təbii ki, heçə bir sürücü ağır cəza istəməyəcək və yüngül cəzanın verilməsini xahiş edəcək. Sürücü ki yol polisinə yalvardı, vəssalam. Əlinə girəvə düşən yol polisi o saat özünü Ramiz Zeynalovun yerində hiss edir və başlayır naz eləməyə ki, sürücü bir “görüm-baxım” eləsin. Əgər eləsə, ona yüngül cərimə yazılacaq, yoxsa ağır cəza. Əgər sürücü yol polisinə 20 manat versə, onun sürücülük vəsiqəsi də qaytalıracaq, cərimə də yazılmayacaq. Vay o günə ki, sürücü də bir az hüququnu bilən ola və hüququnu tələb edə. O saat yol po lisi qanunu qoyur qarşısına, başlayır ən ağır cəzanı yazmağa. Yəni, cərimə 15 manatdan 25 manata qədərdirsə, yol polisi də 25 manatlıq cərimə yazacaq və sürücülük vəsiqəsini yol polis şöbəsinə göndərəcək. Sürücülər demişkən, şöbəyə də Allah heç düşməni də göndərməsin. Şöbəyə gedirsən, talonun vaxtını dəyişib bir pul alırlar, sonra gəlirmsən, sürücülük vəsiqəsini axtarana hörmət elə, cəriməni alana hörmət elə və sair və ilaxır. Adı da olur ki, kişilər düz işlədilər, qanunla cəriməni aldılar. Heç soruşan yoxdur ki, ay cənab yol polisi, sən cəriməni ən yüksək həddlə niyə yazmısan və bu məbləği harda qeyd etmisən. Kimdi ki soruşan, axı başda Ramiz Zeynalov dayanıb və bu səlahiyyəti də polis çavuşlarına o özü verib. Hansısa bir yol polisinin çavuşu genaralın icazəsi olmadan hansısa bir addım ata bilərmi? Əlbəttə ki, yox. Ona görə də yol polisi sürücünü 25 manatlıq cərimə eləsə də, sonda şöbədəki qeydiyyatda bunu 15 manatdan qeyd edir və qalanı cibə gedir.
1000 manatın varsa sürücülük vəsiqəsi al, gəl
Yol polisində cəmiyyətə bəlli olan daha bir rüşvət yığımı vətəndaşlara sürücülərin verilməsi prosesidir. Burada sürücülük vəsiqəsi verilmir, satılır. Bu artıq ictimaiyyət arasında sanki “atalar sözü”nə çevrilib. Sürücülər deyirlər ki, “min manatın varsa, get sürücülük vəsiqəsi al gəl”.
Düzdü, Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi bu faktı inkar edir və sürücülük vəsiqəsinin dövlət qiymətinin 44 manat oluduğunu iddia eləyir. Əslində bu iddia düzdür və sürücülük vəsiqəsinin dövlət rüsumu 44 manata yaxındır. Amma vəsiqənin alınması prosesində bu məbləğ qapıçıya edilən “hörmətdən” başqa heç nəyə yaramır. Bütün sürücülərə bəllidir ki, sürücülük vəsiqəsi almaq üçün imtahandan keçməyə görə aidiyyəti imtahan-qeydiyyat bölməsinə sürücülük vəsiqəsinin pulu ödənilməlidir. Bu pul isə 44 manat deyil, 900-1000 manatdır. Yəni, hansısa bir şəxs tərəfindən tapşırılırsansa, onda sənə 100 manat “hörmət edirlər və sürücülük vəsiqəsinə görə 900 manat, ən yaxşı halda isə 800 manat ödəməlisən.
İmtahan-qeydiyyat bölməsinin “bazarkom”u
Əgər adamın yoxdusa, yol polisləri demişkən “haqq-hesabı” tam ödəməlisən. Yəni, 1000 manat. Sürücülər ona görə də sürücülük vəsiqəsi almaq üçün imtahan-qeydiyyat bölməsini “prava bazarı” adlandırır. Bu “bazara” gedən sürücü birinci “Bazarkom”u(imtahan-qeydiyyat bölməsinin rəisini) görməli, sonra imtahana daxil olmalıdır. Əks halda həmin sürücünün “2”(qeyri-kafi) alıb geri qayıtmasına heç kimin şübhəsi yoxdur. “Bazarkom”u görəndən sonra imtahana daxil olan sürücü isə elə qapının ağzından geri qayıda və sürücülük vəsiqəsinin hazır olduğuna əmin ola bilər.
Korrupsiya ilə bağlı kollegiya iclası keçirilmədi
Ümumiyyətlə, bu sistemdə korrupsiyanını kök atması artıq bütün ölkə ictimaiyyətinə bəllidir. Bu korrupsiyanı yaradan şəxsin də kimliyi bəllidir. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, cənab general Ramiz Zeynalovun isə bu prosesə son qoyması inandırıcı deyil. Çünki, artıq neçə dəfələrlə bu sahədə korrupsiyanın yığışdırılması ilə bağlı təpkilər olsa da, general Ramiz Zeynalov hansısa bir tədbir görməyib. Ötən ay Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının iclasından sonra ölkənin bütün nazir lik, komitə, idarə və təşkilatlarında korrupsiyanın qarşısının alınması ilə bağlı ayrıca tədbirlər keçirilməsinə baxmayaraq, Baş Dövlət Yol Polisi İdarəsində nə kollegiya iclası keçiril di, nə də bir tədbir. Elə yenə əvvəlki kimi korrupsiya faktları inkar olunur, rüşvətsə tüğyan edir. Yol polisləri yollarda sürücüləri cərimələməkdə, vətəndaşları incitməkdə, avtomobilləri qanunsuz təqib etməkdə davam edir. Çünki, arxayındılar ki, hansısa bir fakt və hadisə aşkar edilərsə, Baş Dövlət Yol Polisi İdarəsi onları istənilən kimi müdafiə edəcək və ictimaiyyətə, kasıb və imkansız əhaliyə yalan məlumatlar yırıyıb işçsini müdafiə edəcək. İdarənin son günlər korrupsiyanın qarşısını aldmaq üçün hər hansıçsa bir addım atmaması yol polislərini daha da arxayın edir ki, general yenə hər şeyi həll edəcək. Amma deyəsən, cənab general çox getməyəcək bu dəfə. Bu dəfə məsələyə dövlət səviyyəsində müdaxilə olunsa, başqa nəticə verəcək və bu heç də cənab generala ucuz başa gəlməyəcək. Necə ki, son günlər yüksək rütbəli özünə güvənib millətə sitəm eləyən bir neçə məmurun taleyi məlum oldu, yəqin ki, Ramiz Rzayevi də azından belə tale gözləyir. Hər halda yenə gözləyək . "Olaylar"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
General Kənan Aşurlunun rəhbərlik etdiyi qurumda pozuntular - DETALLAR
Bu gün, 16:50
“Kreml bunu “qırmızı xəttə yaxınlaşma” kimi qəbul edir” – İlginc açıqlamalar
Bu gün, 16:48
Azərbaycanda meyvə bazarında "QİYMƏT TERRORU" - Ekspertdən xəbərdarlıq
Bu gün, 16:43
Terrorçuluğa qarşı qanunları pozan şirkət onminlərlə manat cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 16:42
Ayda 925 manata kim ev ala bilər? - ŞƏRH
Bu gün, 16:38
İLGİNC RƏQƏM: Mart ayında İrana 5 minə yaxın azərbaycanlı gedib - SAVAŞ GEDƏ-GEDƏ...
Bu gün, 16:31
Gəncədə yeni təyinat: icra hakimiyyətində dəyişiklik - ƏMR
Bu gün, 16:29
Azərbaycan səhiyyəsi ÇALXALANIR – Bir gündə 4 səs-küylü İSTEFA
Bu gün, 16:27
Sarkisyanın qardaşı qızının elektrik stransiyası var imiş
Bu gün, 16:24
Azərbaycan və Latviya arasında əməkdaşlıq genişlənir - MƏQALƏ
Bu gün, 16:21
Azərbaycan-Latviya münasibətləri davamlı olaraq genişlənəcək və inkişaf edəcəkdir - İsrafil Kərimovun yazısı
Bu gün, 16:19
Mədəniyyət Nazirliyi bahalı təlim xidmətləri satın alıb
Bu gün, 16:06
Muğanlı–İsmayıllı–Qəbələ yolu bir həftə bağlı olacaq - DİQQƏT
Bu gün, 16:05
İmişlidə Qarabağ Qazisini işdən çıxaran vəzifəli şəxs barəsində ŞOK İDDİA - Görün, kimin qardaşıdır...
Bu gün, 16:03
İrəvan Avropa İttifaqının yeni missiyası ilə bağlı açıqlama verdi
Bu gün, 15:34
Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv edilib
Bu gün, 15:27
XİN-in idarə rəisi Bakıda kuryerin motosikletini vurdu, hədə-qorxu gəldi - VİDEO
Bu gün, 15:26
Mühüm gəlişmə: Saleh Məmmədov həbs edilir? – Heyrət doğuran FAKTLAR YAYILDI
Bu gün, 15:17
Danışıqlara da, müharibəyə də hazırıq - İrəvani
Bu gün, 15:14
Evlərə "kupça" veriləcək: Əfv gəlir - AKTUAL
Bu gün, 15:13
İrəvan AB-yə qoşulsa, ÜDM-nin 23%-ni itirəcək - Şevtsov
Bu gün, 15:11
“Xalq Bank”ın idarə rəislərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 15:08
Azərbaycan insanı çox yemir, bahalı yeyir - EKSPERTDƏN İZAH
Bu gün, 15:05
Abid Şərifovun nəvəsi Londondakı şirkətinin adını dəyişib - DETALLAR
Bu gün, 15:01
Növbəti ABŞ-İran savaşı region üçün fəlakətə çevrilə bilər... - İNCƏLƏMƏ
Bu gün, 14:59
TƏBİB-in yeni rəhbəri daha iki nəfəri işdən çıxardı
Bu gün, 14:55
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni saytı təqdim olundu – FOTO
Bu gün, 14:52
Dostunu boğazından bıçaqlayana AĞIR CƏZA tələbi
Bu gün, 14:49
Bakı Dövlət Sirkinin yerinə bina tikilir? – RƏSMİ AÇIQLAMA
Bu gün, 14:47
Daha bir direktor işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 14:44
Avropa İttifaqı Ermənistana girir - Cənubi Qafqazda gizli mübarizə başlayır
Bu gün, 14:07
Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş
Bu gün, 14:02
“Simonyan Türkiyəni şantaj edir”
Bu gün, 13:07
"Çəkilmə araq qoxusu var" - Paşinyanın məktəbdə dedikləri diqqət çəkdi
Bu gün, 13:04
Melonidən Solovyov barədə: - Bu karikaturaya görə yolumuzu dəyişməyəcəyik
Bu gün, 13:02
Könül Ələkbərov vəzifəsindən azad edildi - ÖZÜ TƏSDİQLƏDİ
Bu gün, 12:59
SEPAH sağa-sola hədə yağdırır - Göründüyü kimi...
Bu gün, 12:57
Uşağın cinayətində əsas günahkar valideyndir - Sosioloqdan AÇIQLAMA
Bu gün, 12:54
YAP-ın MSK-ya göndərdiyi yeni şəxslər kimlərdir? - SİYAHI
Bu gün, 12:53
Türkiyə Ermənistanla sərhədi Hörmüzə görə açır? - ŞƏRH
Bu gün, 12:45
"Yeni Klinika"nın direktoru bu gün vəzifəsindən AZAD EDİLİB - AÇIQLAMA
Bu gün, 12:40
Palata Mədəniyyət Nazirliyinin keçirdiyi satınalmalarda nöqsanlar aşkarlayıb
Bu gün, 12:38
Mirhəsən Həsənov yenidən "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İB-yə sədri seçilib
Bu gün, 12:35
Qadının üzərinə benzin töküb yandıran sevgilisi: - “Ona başqası ilə ailə həyatı qurmaq istədiyimi bildirdim, lakin...”
Bu gün, 12:34
Erməni təşkilatları Azərbaycanı məhkəməyə veriblər - “Hraparak”
Bu gün, 12:31
Yerasx-Naxçıvan dəmir yolunun yenidən qurulması 1,5 ilə qədər vaxt aparacaq -Paşinyan
Bu gün, 12:26
Zelenski Putinlə Moskva və Minskdən başqa istənilən paytaxtda görüşə gedəcək - Rəsmi Kiyev
Bu gün, 12:25
“Azəriqaz”da MÜHÜM POSTA TƏYİNAT - ƏMR
Bu gün, 12:18
YAP-ın MSK üzvlüyünə namizədləri müəyyənləşib - SİYAHI
Bu gün, 12:13
“Nəbz” klinikasında Vüqar Səfərov necə həkim kimi çalışır? - Asiman Həsənovun əli ilə….
Bu gün, 12:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru