
SƏBƏB QISAQAPANMA OLUB
“Xural” qəzetinin redaksiyasında yanğın baş verib.
Bu barədə qəzetin baş redaktoru Əvəz Zeynallı məlumat verib. O bildirib ki, yanğın bir neçə dəqiqə əvvəl başlayıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
Baş redaktor bildirib ki, yanğın qısaqapanmadan olub və söndürülüb: “Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları da gəlib”.