ÖMÜRLÜK MƏHBUSLARIN CƏZALARI DƏYİŞDİRİLSİNMİ?
Tarix: 8-05-2013, 12:03 | Çap et
DEPUTATLAR ƏLEYHİNƏDİRVaxtilə ölüm hökmünə məhkum edilmiş, 1998-ci ildə cəzası ömürlük həbslə əvəzlənmiş bir qrup dustağın müraciəti Milli Məclisə daxil olub. Onlar məhkum edildikləri dövrdə ömürlük həbsin olmadığını əsas gətirərək cəzalarının müddətli (15-20 il) həbs cəzası ilə əvəzlənməsini tələb edirlər. Parlamentdən APA-ya verilən məlumata görə, dustaqların müraciətinə bu ay ərzində hüquq siyasəti və dövlət quruculuğu komitəsində baxılması gözlənir.
Ömürlük məhbusların işində hansısa dəyişikliyə ehtiyac varmı? “Media forum” saytı deputatlar Qüdrət Həsənquliyev və Rafael Cəbrayılovun mövqeyini öyrənib.
Qüdrət Həsənquliyev Milli Məclisin bu məsləyə baxmağa səlahiyyətinin olmadığını deyib: “Yeni konstitusiyaya görə, qanunların şərhini yalnız Konstitusiya Məhkəməsi verə bilər. Ömürlük məhbusların müraciətinə baxıb qanunun necə tətbiq olunmasına şərh vermək Konstitusiya Məhkəməsinin səlahiyyətinə aiddir. Vaxtilə ölüm hökmünə məhkum edilmiş, ölüm hökmü ləğv edildikdən sonra cəzası ömürlük həbslə əvəzlənmiş məhbusların indi müddətli həbs istəməsi əsassızdır. Çünki onların barəsində ölüm hökmü çıxarılmışdı. Bu cəza növü faktiki olaraq ömürlük azadlıqdan məhrumetmə ilə əvəzləndiyinə görə ölümə məhkum edilmiş şəxslərin cəzasının ömürlük həbsə dəyişdirilməsi düzgündür. Müddətli həbsdən söhbət gedə bilməz. Yalnız prezidentin sərəncamından sonra onların cəzaları müddətli cəza ilə əvəz oluna bilər. Amma bunun edilməsini istəməzdim. Çünki o şəxslər çox ağır qətllər törədiblər. Bu səbəbdən həmin məhbuslara humanizm nöqteyi-nəzərindən yanaşmaq lazım deyil. Zərərçəkmişlərin yaxınlarının hisslərini nəzərə almaq gərəkdir Milli Məclisdə bu məsələ ilə bağlı yeni layihə müzakirəyə çıxarılsa, əlbəttə ki, mən onun əleyhinə olacam”.
Rafael Cəbrayılov bildirib ki, məsələnin hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəsi nəzərdə tutulmayıb: “Düşünmürəm ki, ömürlük məhbusların işində dəyişiklik etmək lazımdır. Əgər Milli Məclisdə ömürlük məhbusların cəzalarının müddətli cəza ilə əvəz olunması haqda layihə müzakirəyə çıxarılsa, mən onun əleyhinə çıxış edəcəm. Ölkədə qəribə bir tendensiya gedir. Humanizm deyiləndə həbsdə yatan insanlar gözümüzün qabağına gəlir. Amma bu insanların törətdiyi əməl nəticəsində ziyan çəkmiş insanların mövqeyini heç kim düşünmür”.
Rafael Cəbrayılovun fikrincə, ağır cinayət törətmiş şəxsləri heç vaxt amnistiya aktına salmaq və yaxud da əfv etmək olmaz: “Çünki bu, qanunçuluğun pozulmasına gətirib çıxara bilər, zərərçəkmiş insanın özünü təhrik etmiş olarıq ki, gedib qisas alsın. Ölüm hökmünə məhkum olunmuş məhbusların cəzasının ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənməsi ədalətli qərardır. Ona görə də cəzanın müddətli həbslə əvəz olunması məsələsini gündəmə çıxarmaq düzgün deyil”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Köçəryanın adamları saxlanıldı
Bu gün, 11:48 |
|
|
|
| • İki seçki komissiyasının sədri və bir katibi tutulub - Ermənistan MSK sədri
Bu gün, 11:46 |
|
|
|
| • Paşinyan Azərbaycanla sülh prosesindən danışdı - KİV
Bu gün, 11:15 |
|
|
|
| • Paşinyan ancaq xalqın qarşısında diz çökəcək, Rusiyanın yox - ONA GÖRƏ DƏ...
Bu gün, 09:49 |
|
|
|
| • Kənd evlərinə kütləvi şəkildə “kupça” verilə bilər - AKTUAL
Bu gün, 09:46 |
|
|
|
| • Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu
Bu gün, 09:42 |
|
|
|
| • Rusiya heç vaxt ABŞ-a qarşı bunu etməyib - Novak
Bu gün, 09:39 |
|
|
|
| • ABŞ kəşfiyyatı İsrailin amerikalı rəsmiləri dinlədiyini ehtimal edir - NYT
Bu gün, 08:42 |
|
|
|
| • Əslində bankın bu addımı HÜQUQİ MÜDAXİLƏ tələb edir... - AXI NİYƏ?..
Bu gün, 08:38 |
|
|
|
| • Cıdır düzündə SONUNCU ERMƏNİ RƏQSİ... - AKTUAL
Bu gün, 08:29 |
|
|
|
| • Putin üçün yalançı reytinq düzəldənin yuz milyonlarla varidatı aşkara çıxdı - TƏFƏRRÜAT
Bu gün, 08:22 |
|
|
|
| • Demoqrafik fəlakətə doğru gedirik, - SOS!
Bu gün, 08:19 |
|
|
|
| • MAAŞLAR ARTMIRSA... demək qanunları pozursunuz! - FAKT BUDUR!
Bu gün, 08:14 |
|
|
|
| • Burada dövlətə vergi, vətəndaşa təminat yoxdur... - BU DA FAKT...
Bu gün, 08:04 |
|
|
|
| • Azərbaycanın YAVLİNSKİSİ... - RƏY
Bu gün, 07:51 |
|
|
|
| • "Məsmə Aslanın oyunu ləzzət elədi..." - REAKSİYA
Bu gün, 07:37 |
|
|
|
| • Ya intervalı azaldın, YA DA Kİ... - NARAZILIQ VAR...
Bu gün, 07:26 |
|
|
|
| • Müharibə əlilinin QANINI BATIRIRLAR - MÜRACİƏT
Bu gün, 07:18 |
|
|
|
| • Güney Qafqazda PAŞİNYAN POZASI... - Kim necə görür...
Bu gün, 07:09 |
|
|
|
| • İqtisadiyyat Nazirliyi LƏĞV OLUNMALIDIR... - TƏKLİF...
Bu gün, 07:04 |
|
|
|
| • Zatən adı üstündə... Tramp deyib vaxtında... - Ortada məntiq də olmalıdır axı...
Bu gün, 06:52 |
|
|
|
| • Səni pöşələnəsən, ay tarix!.. - ÇƏRXİ-FƏLƏK...
Bu gün, 06:43 |
|
|
|
| • Ayağımızı dünyanın harasına bassaq... XOŞBƏXTİK... - MALƏSƏF...
Bu gün, 06:40 |
|
|
|
| • Yamaq vurulmuş iqtisadiyyatımız... - çataq... amma keçməyək...
Bu gün, 06:31 |
|
|
|
| • “Onların fəaliyyəti “donuz kimi hərəkət edib, bəy kimi üzr istəyir” məsəlini xatırladır” - REAKSİYA
Dünən, 17:23 |
|
|
|
| • Sülh sazişi dekabrda imzalanacaq - ƏGƏR...
Dünən, 17:21 |
|
|
|
| • Anar Rzayevi nələr gözləyir? - AYNA-da yoxlama...
Dünən, 17:16 |
|
|
|
| • Müdafiə Sənayesi Nazirliyində yeni təyinat olub - ƏMR
Dünən, 17:11 |
|
|
|
| • Paşinyanın “dili açıldı”: - Nikol bizi nəylə təhdid edir?
Dünən, 17:05 |
|
|
|
| • Kölgədə aparılan müharibə: - Azərbaycana qarşı kimlər hibrid hücum təşkil edir?
Dünən, 17:03 |
|
|
|
| • Paşinyan DÖYÜŞƏ TƏK GEDİR... - NƏ BAŞ VERİR?
Dünən, 17:00 |
|
|
|
| • Paşinyan alternativi olmadığına görə qələbə qazanacaq - ŞƏRH
Dünən, 16:57 |
|
|
|
| • ASCO-nun törəmə şirkətinin rəhbərliyinə müvəqqəti təyinat olub - BUNDAN SONRA...
Dünən, 16:51 |
|
|
|
| • Jak Şirakın həyat yoldaşı vəfat edib
Dünən, 16:49 |
|
|
|
| • Süni intellekt planetin resurslarını səssizcə “udur” – Bu, başlanğıcdır
Dünən, 16:47 |
|
|
|
| • “Mən barışmaq istədim, o, kobud cavablandırdı” – Qubada baş verən hadisənin təfərrüatı
Dünən, 16:46 |
|
|
|
| • Paşinyan "sükut günü"nü belə dəyərləndirir - VİDEO
Dünən, 16:38 |
|
|
|
| • ABŞ və Qərbin gizli oyunu "sülh masası"nı dağıdır: - Kreml ''görüş qapısı"nı qapadır, savaşın ssenarisi yenə dəyişir
Dünən, 16:35 |
|
|
|
| • Tramp Maskla barışıb
Dünən, 16:29 |
|
|
|
| • Paşinyanın seçkidən sonra həbs anonsu – İrəvanda gərginlik artır
Dünən, 15:11 |
|
|
|
| • Əsgər yoldaşını xilas etdi, özü həlak oldu - FOTO
Dünən, 15:07 |
|
|
|
| • Tapşırıq... qohumbazlıq... HARA QƏDƏR? - "Biabırçı bir vəziyyətdir!"
Dünən, 15:04 |
|
|
|
| • Yasamal RİH İZAHAT VERDİ
Dünən, 13:43 |
|
|
|
| • Ermənistan üçün sonun başlanğıcı, yoxsa... - AKTUAL
Dünən, 13:16 |
|
|
|
| • Zelenskidən Moskvaya ağır ZƏRBƏ ANONSU
Dünən, 13:14 |
|
|
|
| • Medvedevdən İrəvan barədə sensasion bəyanat: - "Bu rüsvayçılığı heç Vaşinqtonla Brüssel də bağışlamaz"
Dünən, 12:52 |
|
|
|
| • Əvvəl gətirirlər, sonra birdən “yoxa çıxır” – Apteklərdəki “analoji” dərmanların QORXUNC RİSKLƏRİ
Dünən, 12:44 |
|
|
|
| • Sankt-Peterburq sakinləri baş vermiş partlayışlardan panikaya düşdü.... -FOTO
Dünən, 12:42 |
|
|
|
| • Gənclər və İdman Nazirliyi 55 minlik gül alır
Dünən, 12:39 |
|
|
|
| • Bakıda məşhur ticarət mərkəzi MÜFLİS OLUB? - Sahibkarlar ÇƏTİN DURUMDA!
Dünən, 12:31 |
|
|
|
|